«Doqquz Bitik» sırası



Yüklə 6,86 Mb.
Pdf görüntüsü
səhifə45/149
tarix31.12.2021
ölçüsü6,86 Mb.
#29802
1   ...   41   42   43   44   45   46   47   48   ...   149
«Doqquz Bitik» s-ras-

dək durasan), «Kap toosunday körünüp» (Qaf dağı kimi görünür)
 
deyim-
lərində birbaĢa  Qafqaz dağını nəzərdə tutmasa da, xalq yaddaĢı dildə qal-
mıĢdır. Sumerlər doğudakı Xamaza bölgəsində Zaqros dağlarına «ġubur» 
dağı demiĢ və bu ada «doğu» anlamı da yükləmiĢlər.
41
  Prototürk dünya-
sının quzey sınırı mifik Qaf dağı idisə, Altaya köçən türk boylarında da 
mifik Sumer dağı «dünyanın quzey-güney və batı-doğu xətlərinin kəsiĢ-
diyi  mərkəz»  idi  və  sumerlər  buna  ġubur  dağı,  türk-monqol  boyları  isə 
Sumer  dağı  deyirdi.
42
 Olsun  ki,
 
bu  dağadı  Ġkiçayarasından  Güney
 
Azər-
baycana çəkilən subar boylarının adını əks etdirir.  
Etnik demoqrafiya baxımından dağ keçidləri və aĢırım adlarının da 
önəmli yer tutduğunu görmək olur. Təkcə Böyük Qafqaz sıradağlarından 
bir neçə yolla aĢıb quzeyə keçən və zaman-zaman geri qayıdan türk boy-
ları bu keçidlərə maraqlı adlar vermiĢlər ki, bunlardan biri bugün Dəryal 
kimi tanınır.
 
Buradakı Kuman
 
qalasını tədqiq edən arxeoloq Q.
 
Tsitlanadze 
onun m.ö.VII-VI əsrlərə
 
aid
 
olduğunu yazır.
43
 Tarixdən bəllidir ki,
 
həmin 
çağlarda saqa boyları quzeydən Azərbaycana gələndə Dərbəndlə yanaĢı, 
Dəryaldan da keçmiĢlər. Lakin saqa və kuman boylarından çox-çox qabaq 
quzeyə gedən prototürk
 
boyları buranı Dar-yol adlandırmıĢdı.
 
Zaman keç-
dikcə  bu  ad  Daryal/Dəryal  Ģəklinə  düĢmüĢdür.  Daryol  keçidinin  türkcə 
adı burada yalqız
 
deyil,
 
burada Kazbek dağı, qaynağını buradan alan Terek 
çayı vardır.
 
Quzeyə axan Göysu çayı da bir qolunu doğuda yerləĢən Kodor 
keçidindən alır.
44
 Göründüyü kimi, burada keçid adları türkcə çay və dağ 
adları
 
ilə
 
əhatə
 
olunmuĢdur.
 
Tehran-Qorqan
 
dəmir
 
yolunun
 
Elbars
 
dağında 
Geduq (Gədik) adlı keçiddən keçməsi bəllidir. Bəzi antik dövr yazarı bu 
bölgədə də Kaspi keçidi olduğunu qeyd etmiĢdir. 
Toponimin
 
tərkibində
 
çağdaĢ
 
dildə
 
iĢlənməyən  arxaik  söz
 
varsa,
 
bu 
toponimi qədim saymaq olar.
 
Məsələn, qırğız dilindəki
 
Aqaç-art oronimi  
                                                 
40
 Akadca Babil Ģəhərinə Bāb-Ġlu «tanrı qapısı», sumercə KA.dingir
ki
 «tanrı qapısı» de-
yilirdi.  Urartular  üçün 
d
Aldina  KA.(BÂBU)~
d
Haldinani  Ka  «Haldi  tanrının  qapısı» 
sayılırdı. Türklərin «tanrı qapısı» (Dəmir qapı) bir ucda Dərbənd, digər ucda Səmərqənd 
idi. «Altın duka batır» baĢqord nağılında Kaftaw olduğu kimi, bir çox türk eposu və xalq 
deyimində Qaf dağı ifadəsi vardır. Dərbəndin  «Kumaniya qapısı» (Plini) və  «Türk qapısı» 
(Suriya qaynağı) adlanması isə sonrakı demoqrafiya ilə bağlı ortaya çıxmıĢdır. 
41
 ХПИДВ, 1963, 276, 15-ъи гейд. 
42
 Чагдуров, 116-117. 
43
 Цитланадзе, 1967, 12. 
44
 Атлас Азербайджанской ССР. Б.-М. 1963, 18-19. 


 
81 
bu dildə arxaikləĢmiĢ ağac sözünü və  «aĢırım» məna çalarını itirib yalnız 
«arxa» anlamını saxlamıĢ art sözünü əks etdirir.
45
 Yaxud, azər dilində dağ 
apelyativlərindən olan gəz sözcüyü əvvəlki dövrə nisbətən indi az iĢlənir, 
ona görə də Ġrəvan bölgəsinin batısında *Ala-gəz (Ələyəz), doğusunda isə 
*Dar Ala-gəz (Dərələyəz) dağlarının adını qədim oronimlər sırasına daxil 
etmək mümkündür. Hər iki dağın ətəyindən axan Arpa çayının qədim adı 
da  bu  ehtimalı  gücləndirir.
 
Ġkinci  dağın  adı  qədim  qaynaqlarda  qeydə 
alınmasa da, birincisi hay qaynağında Araqats (
<
Alagəz) Ģəklində verilib. 
Deməli, paleotoponimlərin tərkibində arxaik söz və Ģəkilçilərin iĢlənməsi 
onların qədimliyini göstərən bəlgədir. 
Qədim  coğrafi  adlar  sırasında  diqqəti  çəkən  bəlgələrdən  biri  də 
böyük bölgə və ya ölkə adına çevrilmiĢ türk paleotoponimləridir.
 
Belə ki, 
indi Suriya
 
(
<
Asur), Ġraq, Borçalı,
 
Dağıstan, Ermənistan
 
(
<
Ermən),
 
Qafqaz, 
Kuban, Balkan, Sibir, Altay, Kitay kimi tanıdığımız onlarla adın türklərin 
dilindən  yadigar qaldığını  görmək  olur.  Qədim  Ön Asiya bölgə,  ölkə  və 
Ģəhər adları içində prototürk və protoazər dilinə aid toponimlərin önəmli 
yer tutması da təbiidir. Sonrakı bitiklər boyu bu adlardan bəhs edəcəyik, 
Ġslamaqədərki çağlarda ölkə (xoronim) və dövlət adı kimi iĢlənmiĢ Subar, 
Aratta, Qut, Mana, Mada, Saqa-Qamər, Artsax, Qarabağ və bu kimi on-
larla  ölkə-bölgə  adından  uyğun  bölmələrdə  söhbət  açacağıq.  Burada  isə 
çoxdan  mübahisə  obyektinə  çevrilməsinə  baxmayaraq,  hamı  tərəfindən 
qəbul oluna bilən yozumu hələ də verilməyən Alban, Ağvan, Aran, Er-
mən
 
(Armeniya),  Hayastan,
 
Atropaten,  Azərbaycan
 
xoronimlərini  örnək 
kimi gözdən keçirək. 

Yüklə 6,86 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin