D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
51
meydana çıxmasında ildırım və ya şimşəyin parlaması, işıldaması
əhəmiyyətli rol oynamışdır. Başqa sözlə desək, ildırım və ya şimşəyin
daima parıltı effekti ilə assosasiya yaratması şaqı- feilinin həm
“şaqqıldayaraq yuxarıdan (göydən) enmək”, həm də “parıldamaq ”
mənalarının formalaşmasına təsir göstərmişdir. Daha sonra bu söz
məcaziləşərək başqa əşyalara da aid edilmiş, Azərbaycan dilindəki şığı-
“çox böyük sürətlə yuxarıdan aşağı enərək hədəfə hücum etmək ,
üzərinə atılmaq”mənası meydana çıxmış və eyni kökdən yaranmış şaxı-
və şığı- feillərində semantik diferensiallaşma baş vermişdir. Bütün
bunları nəzərə alaraq, misradakı şaqı- feilini “şığımaq, çox böyük sürətlə
yuxarıdan aşağı enərək hədəfə hücum etmək , üzərinə atılmaq” şəklində
izah etmək lazım gəlir:Arı gölüŋ ördügin şaqıyub alan... “Təmiz (duru)
gölün ördəyini şığıyıb alan...”
5. Qıya üyigə/ öykə dib yürürkən tartub üzən . Bu misranı M.
Ergin Kaba üyge dip yorır - iken tartup üzen, O.Ş. Gökyay Kaba üyge
dip yürir iken tartup üzen , H. Araslı Qaya öykə dib yürürkən tutub üzən
, F. Zeynalov-S. Əlizadə Qaba öykə dib yürürkən tartub üzən, Ş.
Cəmşidov Qaba öynə- deyib yürəgin dartub üzən , S. Tez can - H.
Boescoten Kaba ümge dıb [dıb] yöririken tartup üzen , A. Schmiede
Kaba evine deyip yürürken tönüp üzen, S.Özçelik Kaba ümge dıp [dıp]
yöririken tartup üzen, M. S. Kaçalin Kaba ivik dıp dıp yürürken tartıp
üzen şəklində oxumuşlar. M. Ergin mətndə üyge kimi verdiyi sözü
“İndeks - Gramer” bölümündə sual işarəsi ilə “üveyke (üyge, ivike ?) bir
kuş; üveyik kuşu, (veya) ibibik kuşu, (veya) baykuş” şəklində izah
etmişdir (9, s. 307). Müəllif sözün ilkin formasını düzgün bərpa edə
bilməsə də, onun quş adları arasında verdiyi “üveyik kuşu” mənası
doğrudur. “Bayquş” mənasını, görünür, o, tarixən bir sıra yazılı
abidələrdə işlənmiş ﯽﮐواügi “baykuş cinsinden olan puhukuşunun bir
çeşidi” sözünə əsasən ehtimal şəklində irəli sürmüşdür (19,VI, s. 4059 -
4060). Lakin imla cəhətdən bu sözü mətndəki yazılışla eyniləşdirmək
mümkün olmadığı kimi, semantik cəhətdən də misranın ümumi
məzmununa uyğunlaşdırmaq çətindir; bayquş gecə həyatı keçirən bir
quşdur, qartalın gecə vaxtı onu ovlaması imkansız kimi görünür.
Abidədəki ﮫﮑﯾ واyazılışı iki ehtimalı göz önünə gətirir: 1. Qrafik
kompleksi yazıldığı kimi – üveyik +ə şəklində oxumaq. Bu halda tarixən
ügeyik “çöl göyərçini” şəklində olan sözün müasir türk dilindəki üveyik
fonetik variantını əsas götürmək lazım gəlir. V. V. Radlov bu sözü ﮏﯿﮐوا
və ﮏﯾوا şəkillərində verir (21, I, 2, s. 1911). Lakin “Kitabi- Dədə
Qorqud”la eyni dövrə aid başqa Oğuz abidələri üçün söz ortasında g > v
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
52
fonetik əvəzlənməsini xarakterik xüsusiyyət hesab etmək bir qədər
çətindir. Dastanda da bu tipli fonetik əvəzlənməyə aid heç bir nümunə
yoxdur. 2. Sözün yazılışında diqqətsizliyə yol verilmiş, katib ﮏﯿﮐوا kimi
yazmalı olduğu sözün tərkibindəki iki ک [kəf] hərfindən birini yazmağı
unutmuşdur. Sonuncu ehtimal bizə daha inandırıcı görünür. “Tarama
Sözlüğü”ndə ﮏﯿﮐوا qrafik kompleksi ögeyik şəklində oxunmuş və XVI
əsrə aid iki lüğətə istinadən onun farsca faxtə “çöl göyərçini” sözünün
türkcə qarşılığı olduğu nümunələrlə təsbit edilmişdir (19, V, s. 3057). K
samiti ilə bitən sözə yönlük hal şəkilçisi artırıldıqda iki sait arasında
cingiltiləşmə baş verdiyini nəzərə alaraq abidədəki ﮫﮑﯿﮐوا formasını
ügəyigə kimi oxumaq lazım gəlir. ﺎﯿﻗ qrafik kompleksini qıya, ﺐﯾد
yazılışını isə deyüb şəklində transliterasiya edərək sonuncu sözü ügəyigə
sözündən əvvələ keçirdikdə misra məntiqi və qrammatik cəhətlərdən
anlaşıqlı şəklə düşür: Qıya deyüb ü[g]əyigə yürürken tartub üzen
“Qıyya çəkib çöl göyərçininə hücum edərkən dartıb üzən”. Qıya söz ü
Azərbaycan dilində qıy vurmaq, qıy qoparmaq, qıy çəkmək, qıyyaçəkmək
birləşmələrinin tərkibində “qışqırmaq, bağırmaq, uca səslə səslənmək”
mənası ifadə edir. Qıy vurmaq ifadəsi daha çox qartalla bağlı olaraq
işlədilir. Mətndəki qıya demək ifadəsi qıy vurmaq ifadəsinin sinonimidir.
Qıy və qıyasözləri səs təqlidi mənşəlidir. Bizim bərpa etdiyimiz Qıya
deyüb ü[g]əyigə yürürkən tartub üzən misrasında qartalın qıyya çəkib
çöl göyərçininə hücum edərkən nəyi dartıb üzdüyü məlum olmur. Buna
görə də tartub üzən ifadəsindən əvvəl mətnə boğazın sözünü də əlavə
etmək lazım gəlir: Qıya deyüb ü[g]əyigə yürürkən[boğazın] tartub üzən.
6. Qarıncuğı ac olsa qalqub uçan
7. Cümlə quşlar sultanı çal - qara quş
8. Qanadıyla saqsağana kəndüzin şaqıdurmı? Bu misra
soylamanın ən çox mübahisələrə səbəb olan hissələrindən biridir.
Misradakı ﮫﻠﯾ د ﺎﻨﻗ yazılışını əksər naşirlər kanadı-y-ile / kanadıyıla /
qanadıyla/ qanadilə “qanadıyla”şəkillərində transliterasiya etmiş və onu
qanad söz kökündən, ı mənsubiyyət şəkilçisi və ilə qoşmasından ibarət
forma kimi izah etmişlər. Həmin sətri V. V. Bartold “Разве даст он
ударить себе крылом сороке?” şəklində çevirmiş (4, s. 69),
müasirləşdirdikləri mətnlərdə M. Ergin “Kanadıyla saksağana kendisini
bağırtır mı?” (10, s. 134), O. Ş. Gökyay “Kanadıyla saksağana kendisini
şakıdır mı?” (13, s. 114), F. Zeynalov- S. Əlizadə “Özünü heç sağsağana
vurdurarmı?”(30, s. 188) kimi vermişlər. Ş. Cəmşidov bir qədər əlahiddə
mövqe tutaraq adi qrafik - fonetik yazı prinsiplərinə məhəl qoymadan
sözü qanadı ala şəklində oxumuşdur (6, s. 371). Bu oxunuş variantı
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
53
qətiyyən mümkün deyil, çünki ala sözü əlif’lə yazılır, mətndə isə lam
hərfindən əvvəl yə hərfi vardır. Sözün qanadıyla şəklində oxunuşunu isə
məntiqi cəhətdən izah etmək çətindir: Bu halda cümlə ya qartalın öz
qanadıyla və ya saqsağanın qanadıyla özünü şaqıtması şəklində anlaşıla
bilər ki, bunların heç birisini normal məntiqə sığdırmaq mümkün deyil.
S. Tezcan bütövlükdə bu cümlə haqqında yazır: “Drs. 96a. 12’de
kanadıyıla ya da kanadıla okunacak biçimde yazılmış olan sözcüğü Ergin
ve Gökyay “kanadı ile ” anlamına kabul etmişlerdir. Anlam veremediğim
için bu yorumu şüpheli sayıyorum. Burada bir kuş adı olması gerekirdi;
anlaşılmamış bu yüzden değiştirilmiş olabilir: “ka... (kuşu) ile saksağanın
saldırısına uğratır mı kendisini?” (26,s. 262). S. Özçelik isə M. Ergin və
O. Ş. Gökyayın oxunuş variantlarını doğru hesab edərək bu fikrə qarşı
çıxır: “S. Tezcan’ın belirttiği yerde (kanadıyla yerine) bir kuş adının
bulunması gerekmez” ( 20, s. 224). Fikrimizcə, S. Tezcan haqlıdır. Bunu
da xatırladaq ki, S. Tezcandan bir neçə il əvvəl (1999 cu ildə) çap
etdirdiyimiz bir məqalədə qanadıyla şəkilində oxunmuş sözü biz
qanadilə / qonadilə (qanadil / qonadil “qutan quşu”+yönlük hal
şəkilçisi) kimi oxumuş və müvafiq abidələrdən gətirdiyimiz faktlarla
etimologiyasını müəyyənləşdirməyə çalışmışdıq (29, s. 279 – 281). Bu
gün də biz vaxtilə qonadilin quş adı olması haqqında söylədiyimiz fikrin
doğru olduğu qənaətindəyik. Misrada qonadil sözünü quş adı və
saqsağana sözüylə eyni sintaktik vəzifədə işlənən həmcins tamamlıq
kimi qiymətləndirmək daha məntiqli görünür. Konadil quş adı M.
Osmanovun 1883-cü ildə Sankt-Peterburqda nəşr etdirdiyi “Ногайские и
кумыкские тексты” (“Noqay və kumık mətnləri”) adlı əsərində keçir.
Edige dastanının noqay variantında işlənmiş bu sözün qarşısında müəllif
“hansısa bir quş” izahını vermişdir [Каракаев Ю. И. Языковые
особенности героического эпоса “Предание о Тохтамыш хане” (на
материале М. Османова, www.turkolog.narod.ru]. Fikrimizcə, bu söz
etimoloji və semantik cəhətlərdən “Qutadgu bilig”də işlənmiş konday
sözü ilə bağlıdır: Kuğu konday ersə ya turna yuğak / Ya toy tut ya yügdik
ya todlıc ya kak / Kalıkta uçuğlı kara kuş yorı / Seningdin keçümez aya
kök böri “Qu, konday, durna, yuğak/ Yaxud toy quşu, yügdik, dodlıc və
qaz / Havada uçan qaraquş yürüyərkən / Səndən yan keçə bilməz, ey boz
qurd” (QB, 5377-5378). Maraqlıdır ki, konday sözünə yalnız Herat
nüsxəsində təsadüf edilir. Abidənin Namanqan nüsxəsində həmin sözün
yerində korday forması durur. Bu söz M. Kaşğarlı divanında da
işlənmişdir. B. Atalay nəşrində söz “kuğu kuşu; kuğu kuşu cinsinden bir
kuş” şəklində, “Qədim türk lüğəti”ndə isə “qutan quşu” kimi izah
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
54
olunmuşdur (17, İndeks, s. 346; 7, s. 458). Bizcə, “Qədim türk lüğəti”ndə
verilmiş məna doğrudur. Mətndən göründüyü kimi korday və kuğu fərqli
quşlardır: Korday kuğu anda uçup yumğın öter “Orada qutanlar, qu
quşları uçar və birlikdə ötərlər” (7, s. 458) . “Qutadgu bilig”də işlənmiş
konday sözünü V. V. Radlov da “hansısa bir quş” şəklində izah etmişdir
(21. II, 1,s. 544 ). “Qədim türk lüğəti”nin tərtibçiləri konday və korday
formalarının hər ikisini doğru olaraq “qutan quşu” mənasında izah
etmişlər (7, s. 455, 458). Qonday / konday və qonadil / qanadil
formalarında qon / qan kökünü fərqləndirmək mümkündür. Bu söz
kökünə bir sıra başqa quş adlarında da təsadüf edilir: karaçay-balkar.
kangaz “qu quşu”, L. Budaqov. qan-kərə “qartal” (monqolca xan-kerey
“qu quşu”), yakut. xoŋor “qaz; Sibir qazı” və s. Fikrimizcə, buradakı qon
/ qan forması rəng anlayışı bildirir: (tünd-sarı (?). Həmçinin qon kökünün
birbaşa qonur sözü ilə bağlılığı ola bilər. Qonadil sözündəki -dil
şəkilçisini qonday sözündəki -day hissəciyi ilə müqayisə etmək
mümkündür. -Tay / -day şəkilçisi bir şeyin (və ya əlamətin) mövcudluğu ,
aidliyi mənasında -lıq / -lik şəkilçisinin məzmununu ifadə edir (18, s.
113) . - Dil şəkilçisinin də bu şəkilçilərlə eyni mənalı şəkilçi olduğunu
təxmin edirik. Həmin şəkilçiyə ı Q. Bürhanəddin divanında və
Azərbaycan dilinin Qazax dialektində (2, s. 36)quş adı kimi işlənən
anadil sözündə də təsadüf edilir : Anadildür tanux inanmaz isən / Ki
düşdi eşqün ilə dər ana dil (Q.Bürhaneddin, s.302); Anadil gülşən içrə
çağırurlar / Ki düşmişdür yenə əndər ana dil (Q.Bürhaneddin, s. 463).
Edige dastanının noqay variandında Nuradil şəxs adı keçir. Çox güman
ki, həmin şəxs adı da etimoloji cəhətdən quş adı ilə bağlıdır. Bütün
bunlara əsasən qonadil sözünün mətndə “qutan quşu” mənasında
işləndiyini güman edirik. Əlavə edək ki, qutan quşu “uzun və nazik
boğazlı, gödək qıçlı, uzun dimdikli, ayaqları enli və pərdəli bir quşdur”
(3, I, s. 588). Qutan quşunun qartalla müqayisə olunmasını başqa
abidələrdə, o cümlədən Velyaminov- Zernovun XIX əsrdə çap olunmuş
“Çağatayca-türkcə lüğət”ində də müşahidə etmək mümkündür: Qutan
saka kuşına derler: Kutanın ulı kuş ara sanı var / Veli sungur alıda ni
canı var? “Qutan quşunun böyük quşlar arasında şöhrəti var / Ancaq
sungur quşunun qabağında onun nə canı var?” (21, II, 1,s. 607).
Beləliklə, qonadil “qutan quşu” şəklində müəyyənləşdirdiyimiz formanı
mətnə daxil etməklə cümlə aşağıdakı kimi səslənir: Bütün quşların
sultanı çal-qara quş / Qonadilə, saqsağana kəndüzin şaqıdurmı? “Bütün
quşların sultanı qartal / Özünü qutana, sağsağana şığıdarmı?”
9. Alp yigitlər qırış güni qarımından qayururmı? – dedilər.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
55
Misradakı qırış sözü “döyüş” mənasında olub, qır- feilindən
törənmişdir: Müq. et: döy+üş. Söz eyni mənada D. 231-8, 231-13, 269-6-da
da işlənmişdir.
Mətndə ﻢﯾﺮﻗşəklində yazılmış növbəti formanı Azərbaycan naşirlərinin
hamısı qırım, türk naşirləri isə karım “rəqib, düşmən” kimi oxumuşlar.
Həmin formanın qırım şəklində oxunması özünü doğrultmur. Çünki: 1) qır-
feilindən “rəqib, düşmən” mənalı qırım sözünün yaranması semantik cəhət-
dən mümkün deyil; 2) söz Vatikan nüsxəsində bütün hallarda ilk hecada
fəthə ilə hərəkələnmişdir və bunu yalnız qa hecası kimi oxumaq
mümkündür; 3) söz Drezden nüsxəsində iki yerdə- D. 58 və D. 205-də ğ
(ğayn) hərfi ilə yazılmışdır. Bu, onu göstərir ki, söz ərəb mənşəlidir; türk
mənşəli sözlər heç bir zaman ğayn hərfi ilə başlanmır. Buna görə də
həmin yazılışı qarım kimi oxumaq lazım gəlir. Belə bir cəhəti də qeyd
edək ki, قvə غhərfləri ilə başlanan ərəb mənşəli sözlərin ilk hecası adətən
Azərbaycan dilinin spesifik xüsusiyyətlərinə uyğunlaşdırılaraq qə-
şəklində transliterasiya edilir: qədəh, qədəm,qəm, qələbə və s. Lakin
sonrakı sözlə (qayururmı) alliterasiyanı (qa hecasının yanaşı gələn
sözlərdə təkrarını) nəzərə alaraq biz bu formanı qərim kimi deyil, qarım
kimi oxumağı daha münasib hesab edirik. Həmin söz ərəb dilində مر◌غ
َ ِ َ
[ğarımə] “1. ödəmə (vergi, cərimə); 2. ziyana düşmək, zərər eləmək”
kökündən olub ﻢﯾر◌غ
ْ ِ َ şəklində “rəqib, düşmən” mənasında işlənir. Söz
eyni mənada Drezden nüsxəsində 15 dəfə qaf hərfi ilə, 2 dəfə ğayn hərfi
ilə yazılmışdır: Qara polad öz qılıcı çalmayınca qarım dönməz (D. 3);
Haman burada Qazan at meydana sürdi, qarım dilədi (D. 286); Mən
qarımuma varmadın ol maŋa baş gətürmək gərək (D. 81); Oğlan babasına
muştuçı göndərdi, qarımum aldum dedi (D. 252); Alp ərənlər qarımından
qayururmı olur? (D. 181). Burada Selcən xatun at saldı, qarımın basdı,
qaçanın qovmadı, aman deyəni öldürmədi (D. 194); Yayxan keşiş
oğlından oğlı toğar, biz anı saŋa ğarım qoruz,- dedilər (D. 58); ... ğarıma
yetdügində kimsin deyü sormayan Qıyan Səlcük oğlı Dəlü Tondar sənüŋ
ilə bilə varsun, -dedi (D. 205) və s. Söylədiklərimizə əsasən igidlərinin
Qan Turalı haqqında söylədiyi soylamanın bərpa edilərək aşağıdakı
şəkildə oxunmasının daha doğru olacağı qənaətindəyik:
Yigitləri Qan Turalıyı ögüb soylamış, görəlüm, xanım, nə
soylamış:
1.Qab qayalar başında yuva tutan
2. Qadir, ulu taŋrıya yaqın uçan
3. Ağırmancılıq taş[ın]dan qatı ğızıldayub enən
4. Arı gölüŋördügin şaqıyub alan
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
56
5. Qıya deyüb ü[g]əyigə yürürkən[boğazın] tartub üzən.
6. Qarıncuğı ac olsa qalqub uçan
7. Cümlə quşlar sultanı çal-qara quş
8. Qonadilə, saqsağana kəndüzinşaqıdurmı?
9. Alp yigitlər qırış güni qarımından qayururmı? – dedilər (D.
188).
İgidləri Qan Turalını öyüb söyləmişlər, görək, xanım, nə demişlər:
“Dik və sıldırım qayaların başında yuva quran,
Qadir, ulu tanrıya yaxın uçan,
Ağır mancanaq daşından möhkəm qıjıldayıb enən,
Duru gölün ördəyini şığıyıb alan,
Qıy vurub çöl göyərçininə hücum edərkən dartıb boğazını üzən,
Qarnı ac olsa, qalxıb uçan,
Bütün quşların sultanı qartal
Qutan quşuna, sağsağana özünü şığıdarmı?
Aip igidlər döyüş günü rəqibindən qorxub çəkinərmi?”-dedilər .
ƏDƏBİYYAT:
1.
Araslı H. Kitabi - Dədə Qorqud. Azərbaycan Dövlət Nəşriyyatı,
Bakı, 1962.
2.
Azərbaycan dilinin dialektoloji lüğəti. Azərbaycan EA nəşriyyatı,
Bakı, 1964.
3.
Azərbaycan dilinin izahlı lüğəti. IV, “Elm”, Bakı, 1987.
4.
Бартольд В.В. Книга моего Деда Коркута. Изд. - во АН
СССР, М. - Л.: 1962.
5.
БудаговЛ.З. Сравнительный словарь турецко - татарских
наречий, I, Санкт-Петербург, 1869; II, 1871.
6.
CəmşidovŞ. Kitabi - Dədəm Qorqud. Elm, Bakı, 1999.
7.
Древнетюркский словарь. “Наука”, Ленинград, 1969.
8.
Ergin Muharrem . Dede Korkut Kitabı, I, Giriş - Metin -
Faksimile, Türk Tarih Kurumu Basımevi, Ankara,1958.
9.
Ergin Muharrem . Dede Korkut Kitabı,II, İndeks - Gramer. Türk
Tarih Kurumu Basımevi, Ankara,1963.
10.
Ergin Muharrem . Dede Korkut Kitabı. Boğaziçi Yayınları,
İstanbul, 1995.
11.
Этимологический словарь тюркских языков, I, “Наука”,
Moсква,1974.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
57
12.
Этимологический словарь тюркских языков. V, Издательство
РАН, Moсква,1997.
13.
Gökyay Orhan Şaik. Dede Korkut Hikayeleri. 4. Baskı, Dergah
Yayınları, İstanbul,1995.
14.
Gökyay Orhan Şaik . Dedem Korkudun Kitabı. Milli Eğitim
Basımevi, İstanbul, 2000.
15.
Kaçalin Mustafa S. Oğuzların Diliyle Dedem Korkudun Kitabı.
Kitabevi Yayınları, İstanbul, 2006.
16.
Каракаев Ю. И. Языковые особенности героического эпоса
“Предание о Тохтамыш хане” (на материале М. Османова, www.
turkolog.narod.ru
17.
Kaşgarlı Mahmud. Divanü Lugat - it - Türk. Çeviren: B. Atalay ,
4. Baskı, Türk Dil Kurumu Yayınları, Ankara,1998.
18.
Котвич В. Исследование по алтайским языкам, Изд-во
иностранной литературы, Москва, 1962.
19.
XIII Yüzyıldan Beri Türkiye Türkçesiyle Yazılmış Kitaplardan
Toplanan Tanıklarıyla Tarama Sözlüğü, 2. Baskı, Ankara: Türk Dil
Kurumu Yayınları, 1996.
20.
Özçelik Sadettin. Dede Korkut. Araştırmalar / Notlar / Dizin /
Metin, Gazi Kitabevi, Ankara, 2005.
21.
Радлов В. В. Опыт словаря тюркских языков. С. Петербург,
1893-1905.
22.
Ринчине А. Р. Краткий монгольско-русский словарь, Изд-во
иностранных и национальных словарей, Москва,1947.
23.
SchmiedeAhmedH.
“Kitab-
ı
DedemKorkut”
DestanlarınınDresdenNüshası, Türkiye Diyanet Vakfı Yayınları, Ankara,
2000.
24.
Сравнительно-историческая грамматика тюркских языков
(морфология) ,“Наука”, Москва,1988.
25.
Şəhriyar Məhəmmədhüseyn. Divani-türki. “Ozan” nəşriyyatı,
Bakı, 1997.
26.
Tezcan Semih . Dede Korkut Oğuznameleri Üzerine Notlar. 1.
Baskı, Yapı Kredi Yayınları, İstanbul, 2001.
27.
Tezcan Semih - Boeschoten Hendrik . Dede Korkut
Oğuznameleri. 1. Baskı, Yapı Kredi Yayınları, İstanbul, 2001.
28.
Тюркские языки. Изд-во “Наука”, Москва,1966.
29.
Zahidoğlu Vahid . “Kitabi - Dədə Qorqud”un leksikası haqqında
bəzi qeydlər (III məqalə) // Kitabi - Dədə Qorqud (məqalələr toplusu),
Elm, Bakı,1999.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
58
30.
Zeynalov F. R.- Əlizadə S. Q. Kitabi - Dədə Qorqud, “Gənclik”,
Bakı, 1988.
Вахид Адил Захидоглу
Об одном стихотворном отрывке в рассказе Кан Турали
«Китаби Деде Коркут»
Резюме
В тексте «Китаби Деде Коркут», встречаются слова и некоторые
отрывки, которые до сих пор являются объектом научных
дискуссий. В особенности, они привлекают внимание в
стихотворных отрывках (сойлама). В некоторых из этих
полустиший, слова, ввиду невозможности их досконального
изучения, обозначены вопросительным знаком, в некоторых
изданиях, несмотря на наличие искусственных поправок в тексте,
точные научные результаты не получены. Принимая во внимание
эти особенности, автор статьи берет на себя смелость исправить
имеющиеся в наличии описки, дает варианты правильного
прочтения слов, а так же, делает попытку восстановить логическую
связь между предложениями и дать более точное воспроизведение
содержания одного из этих стихотворных отрывок.
Vahid Adil Zahidoglu
On a fragment written in verse in “The Story of Gan Turali”
in “The Book of Dada Gorgud”
Summary
The words incorrectly read in the text of “The Book of Dada
Gorgud” are met mainly in the fragments written in verse. Some
fragments written in verse in “The Story of Gan Turali” of the epic
monument may be estimated as defective parts of such type. In majority
of publications, these fragments were replaced with a question mark, as
the researchers couldn't read them correctly or the text was supplied with
considerations not having any relation with the text of the epos. Taking
into account these factors, we have endeavored to determine the new
correct reading version of a fragment in verse in that story and to restore
the structural and logical, as well as the gramamtical and stylistic
relations.
D i l ç i l i k İ n s t i t u t u n u n ə s ə r l ə r i – 2 0 1 8
59
Qətibə Quliyeva
AMEA Nəsimi adına Dilçilik İnstitutu,
filologiya üzrə fəlsəfə doktoru
gatibevaqifkizi@yahoo.com
Qədim uyğur mətnləri kontekstində xitabların
üslubi-ekspressiv funksiyaları
Açar sözlər: Xitab, qədim uyğur, türkologiya, üslubi-ekspressiv
funksiya
Ключевые слова:Oбращение, древнеуйгурских,тюркология,
стилистически-выразительные функции
Keywords: Adresses, Аncient Uigur, Turkology, stylistic-
expressive functions
Dilçilikdə qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan
sözlərdən bəhs edilərkən cümlə üzvlərindən fərqli olaraq, cümlənin
əmələ gəlməsində bilavasitə iştirak etməyən, heç bir suala cavab
verməyən sözlər və söz qrupları nəzərdə tutulur (1, s.216). Cümlənin
qurulmasında iştirak edən bu ünsürlər əsasən fikrin dəqiq və düzgün
çatdırılmasına xidmət edir. Bunlara vokativlər, intonasiya ilə bağlı olan
Dostları ilə paylaş: |