X. KOSMİK ZONDLAMA MATERİALLARININ KÖMƏYİLƏ
HALQAVARI STRUKTURLARIN ÖYRƏNİLMƏ XÜSUSİYYƏTLƏRİ
10.1.Halqavarı strukturların struktur-genetik
tipləri və yayılması
Kosmik tədqiqat üsullarının inkişafı yer səthində küllü miqdarda hal-
qavarı strukturların qeydə alınmasına imkan yaratdı. Planetimizin səthinin
kosmosdan zondlanması və yerüstü geoloji tədqiqatlar en kəsiyi yüz metrlərdən
min kilometrlərə qədər və daha çox olan küllü miqdarda halqavarı strukturun
aşkar edilməsini təmin etdi. Belə strukturların 70-80% -nin müxtəlif geoloji
proseslərlə əlaqədar olduğu aşkar edildi. Halqavarı strukturların öyrənilməsində
keçmiş Sovet tədqiqatçılarından V.A.Buşun, M.Z.Qluxovskinin, V.V.Solov-
yevin və başqalarının böyük rolu vardır.
Halqavarı strukturlar - yer səthi kəsilişində simmetriya mərkəzi ilə sə-
ciyyələnən geoloji kütlələr oluib, kosmik şəkillərdə ya qapalı, ya da yarımdai-
rəvi fiqurlar, dairə və ya oval formasında əks oluna bilir. Onlar yer səthində
təklikdə və ya qrup halında rast gəlir və öz quruluşuna görə: sadə və mürəkkəb
formalara ayrılır. Sadə halqavarı strukturlar adətən gumbəzə və kiçik diametrli
silindrik kütləyə bənzəyir (şəkil 68). Mürəkkəb halqavarı strukturlar: konsent-
rik, bir-biri ilə əlaqəli, orbital və kombinə olunmuş növlərə bölünür (şəkil 69).
Konsentrik halqavarı strukturlar nüvə və xarici sərhəddən təşkil olunmuş-
dur. Halqavarı strukturun nüvəsi, yəni onun mərkəz hissəsi kiçik radiuslu kon-
sentrik elementdən ibarət olur. Xarici sərhəd isə daha çox uzaqlaşmış konsen-
trik element olub, ondan sonra gələn halqavarı strukturun çərçivəsinə söykənir.
Nüvə ilə xarici sərhəd arasında, konsentik dairələrdən ibarət olan halqavarı
strukturun əsas hissəsi yerləşir. Adətən halqavarı strukturlar, xüsusilə böyük
diametrli qırılma-pozulma sistemləri ilə mürəkkəbləşir. V.A.Buş qırılmaların
aşağıdakı növlərini ayırır: radial - halqavarı strukturların radiusu ilə üst-üstə
düşən; seqmentar - strukturu xorda (əyri xəttin iki nöqtəsini birləşdirən düz
xətt) boyu kəsən və onun hüdudlarından kənara çıxmayan; kəsən - strukturu
kəsən və onun hüdudlarından çox kənara çıxan; konsentrik - halqavarı struktur
elementlərinə uyğun gələn.
Kosmik şəkillərdə halqavarı strukturun ifadəsi (qeyd edilməsi) çox müx-
təlifdir. Bu, bir çox amillərdən, o cümlədən, deşifrə olunan obyektin ölçüsün-
dən, onun əmələgəlməsinin və inkişafının geoloji zamanından, rayonun tektonik
fəallığından və s. asılıdır. Məsələn, kiçik ölçülü halqavarı strukturlar böyüklərə
nisbətən daha yaxşı deşifrə olunur,maqmatizm və metamorfizm proseslərilə
əlaqədar olan halqavarı strukturlar isə tektonik proseslərlə əlaqədar olanlardan
daha aydın deşifrə edilir. Buna görə də kosmik şəkillərdə halqavarı struk-
turların təyini zamanı, xüsusilə landşaft indikasiya əlamətlərinin əsas olduğu
bağlı ərazilərin şəkilləri ilə işlərkən, xüsusi vərdiş lazımdır. Halqavarı struktur-
158
ları izləmək məqsədi ilə kosmik şəkillərin deşifrəsi zamanı aşağıdakı əsas əla-
mətlər təklif olunur :
Şəkil 68. Halqavarı strukturlar: a- Kamcatkadakı Uzon vulkan kalderası
(Rusiya); b- Qeqam dağlıq zonasında sönmüş vulkan krateri (Ermənistan).
Şəkil 69. Halqavarı strukturların hissələrə bölünmə sxemi
(O.T.Kratkovaya görə).
159
1. Landşaftın oroqrafik, hidroqrafik, torpaq, bitki örtüyü və digər element-
lərinin təsvirlərinin rəsminin konsentrik və ya radialkonsentrik xarakteri.
2. Anomal fotonun və ya landşaftın morfostruktur xüsusiyyətləri və ya
geoloji substratın maddi tərkibi ilə əsaslanan təsvir rəsminin dairəvi və ya oval
forması.
3. Hər iki əlamətin ahəngi (uyğunluğu).
Bağlı ərazilərdə halqavarı strukturların aşkar edilməsi əsasən landşaft
deşifrələməsi vasitəsilə aparılır ki,burada da əsas indikasion amil rolunu çay
şəbəkəsinin rəsmi oynaya bilər.
70-ci
şəkildə Kursk aerokosmik poliqonunda öyrənilmiş halqavarı
strukturların xarakter çay şəbəkəsi ilə sıx əlaqəsi göstərilmişdir. Burada çay
şəbəkəsinin plan rəsminin təhlili halqavarı strukturların relyeflə münasibətinin
üç tip formasını ayırmağa imkan vermişdir:
1. Düz - halqavarı struktur və relyef uyğun əlaqəyə malikdir. Burada çay
şəbəkəsi radial mərkəzdənqaçma və ya dövrəsindən axma şəkilli səciyyə
daşıyır.
2. Çevrilmiş - halqavarı struktur və relyef qeyri-uyğun əlaqəyə malikdir.
Burada çay şəbəkəsi mərkəzəqaçma və ya ilməvari şəkillidir.
3. Mürəkkəb - halqavarı struktura həm düz, həm də çevrilmiş relyef
uyğun gəlir. Burada çay şəbəkəsi mürəkkəb şəkil əmələ gətirir.
Bağlı ərazilərin halqavarı strukturlarınin öyrənilməsi zamanı çay şəbəkə-
ləri rəsminin xarakterindən əlavə, müxtəlif landşaft və geomorfoloji amillərin
öyrənilməsi də tövsiyə olunur.
Şəkil 70. Halqavarı strukturların bağlı ərazinin hidroşəbəkəsi ilə əlaqəsinin
səciyyəsi. O.T.Kratkovaya görə.
1 – lokal qalxımlar, 2 – lokal depressiyalar, 3 – çevrilmiş relyef, 4 – hidroşəbəkə.
Halqavarı strukturlara kosmik şəkillərin vasitəsilə edilmiş ixtira kimi
baxmaq olmaz. Çünki onlar distansion zondlamanın tətbiqindən çox əvvəllər
məlum idi və geoloji, geofiziki, geomorfoloji üsulların vasitəsilə qeydə alına
160
bilərdi. Bunlara konusvari intruziyaları, vulkanotektonik depressiyaları, vulka-
nik qurumları, dairəvi qırılmalar və daykaları, qranitqneys günbəzləri və digər
geoloji əmələgəlmələri aid etmək olar.
Lakin kosmik üsulların inkişafı halqavarı strukturların qeydə alınması və
öyrənilməsi prosesində inqilabi dəyişikliklərə səbəb oldu.
Tədqiqat rayonlarında geoloji quruluşdan asılı olmayaraq, qeydə alınan
strukturların sayı kəskin surətdə artmışdır. Onlar qədim və cavan platformaların
həm bünövrəsində, həm də qabığında müxtəlif yaşlı qırışıqlıq zonalarda, kənar
və ön çökmələrdə və aralıq massivlərdə qeydə alınmışdır (şəkil 71).
Şəkil 71. KŞ-də müxtəlif mənşəli halqavarı strukturların təsviri:
a – Manikuaqan gölü (Kanada) rayonunda 65 km diametrli impakt halqavarı struktur; b –
Sibirdə Kondera halqavarı strukturu (intruziv kütlələrin təzahürü ilə əlaqədar); c – Kulyabsk
çökəkliyi rayonunda Xoca-Mumın halqavarı strukturu (duz Günbəzinin nüfuzu ilə əlaqədar
olan); d – tektonik mənşəli Rişat (Mavritaniyada) halqavarı strukturu.
Hazırkı dövrə qədər izotermik formalı obyektlərə tətbiq olunan termin-
lərdə yekdillik yoxdur. Geoloji ədəbiyyatlarda keçmiş sovet və xarici geoloqlar
tərəfindən daha çox “halqavarı struktur” termini istifadə olunur.
Halqavarı strukturların genetik tipləri arasında mürəkkəb genezisli (poli-
gen) və monogen strukturlar, sonuncular isə tektonogen, metamorfogen və
maqmatogen mənşəlilərə ayrılır.
Maqmatogen mənşəli strukturlar qabıqaltı və qabıq maqmatizmilə əlaqə-
dar olub, maqmatizmin əmələgəlmə formasına görə isə vulkanik (vulkan-
plutonik) və ya plutonik ola bilər. Göstərilən müxtəlif genetik tiplər yer
litosferinin daxili endogen proseslərinin formalaşması və inkişafı ilə bağlıdır.
Planetimizə nəzərən xarici proseslərlə – meteoritlərin düşməsilə – impakt (kos-
161
mogen və ksenogen) halqavarı strukturlar, bəzi ekzogen mikrostrukturlar, məsə-
lən, karst və s. yaranır. Strukturların genetik interpretasiyası üçün (mənşəyini
təyin etmək üçün) geoloji materiallar kifayət etmədikdə, mənşəyi naməlum olan
halqavarı strukturların ayrılması nəzərdə tutulur.
Halqavarı strukturların müxtəlif ölçülü, dərəcəli və genezisili geoloji
əmələgəlmələrlə müqayisəsi zamanı müəyyən edilir ki, meqa və makrostruk-
turlar adətən mürəkkəb (poligen) genezisə malik olub, uzun geoloji zaman
(milyard illr) ərzində qarşılıqlı əlaqəli metamorfizm, maqmatizm və tektogenez
proseslərinin təsiri altında formalaşır. Mezostrukturlar (və makrostrukturların
bəzi hissələri) isə əsasən monogendir və onların formalaşması bir aparıcı
geoloji amilin fəaliyyəti ilə bağlı ola bilər.
Mürəkkəb genezisli.Meqa və makrostrukturlara yerin geoloji inkişaf
tarixinin nuklear mərhələsinin ən qədim (4 milyard il əvvəl başlamış) iri
halqavarı strukturları aid edilir.Yerin, bu dövrdə ovoiddairəvi strukturlar
şəklində inkişafa başlamış ən iri halqavarı strukturları “nuklearlar” adını
almışdır. Nuklearların iki əsas struktur növü ayrılır: antiformalı və sinformalı.
Birincilər Moxoroviçiç sərhədinin səthə yaxınlaşmış vəziyyəti, litosferin
tərkibində ağır hiperbazit süxurlarının üstünlüyü, tektonik çökmələrə doğru
tendensiya və böyük sahələrin ağırlıq qüvvəsinin müsbət anomaliyaları ilə
səciyyələnir. Sinform növü isə Moxoroviçiç səthinin çökməsi, turş qranit-
metamorfik layın kifayət qədər böyük qalınlığı və dərinlik mənfi qravitasiya
anomaliyaları ilə müşayiət olunur.
Mürəkkəb genezisli strukturlların digər növü – mantiyaocaq strukturları -
,mantiya və ya astenosfer diapirləri hesab olunur. Mezozoy və kaynozoy
dövründə diapirlərin üzərində nazikləşmiş qabıq əmələ gəlir, kənarlarında isə iri
qırışıqlıq strukturların oxlarının qövsvarı dönməsi müşahidə olunur. Bu
strukturlara misal olaraq, Pannon çökəkliyinin Banda və Skot dənizləri
qövslərini göstərmək olar.
Maqmatogen halqavarı strukturlar mənşə etibarilə həm qabıqaltı, həm də
qabıq maqmatizmilə əlaqədər ola bilər. Birincilər adətən qədim platformalarda
yerləşir (xüsusilə, Afrika-Ərəbistan kratonunda tam əks olunur). İkincilər,
əsasən fanerozoy qırışıqlıq qurşaqlarında inkişaf etmişdir. Onların əksəriyyəti
qırışıqlıq sistemlərin uzunu boyu dartılmış zəncir yaradaraq, zolaqvarı yayılma
ilə səciyyələnir.
Naməlum genezisli halqavarı strukturlar. Morfoloji xüsusiyyətlərinə
görə yuxarıda qeyd edilən halqavarı strukturlara oxşardır və onlar üçün geoloji
interpretasiyanın məlumatları kifayət etmir. Buna görə də onların miqdarı bu və
ya digər ərazinin geoloji öyrənilmə dərəcəsindən və keyfiyyətindən asılıdır.
Qeyd olunan məlumatlar tam etibarlılıqla göstərir ki, halqavarı struk-
turların genetik uyğunlaşması ərazinin geoloji quruluşunun xüsusiyyətləri və
onların yayılması ilə sıx əlaqədardır. Qədim qalxanlarda metamorfogen halqa-
varı strukturlar, qırışıqlıq vilayətlərdə plutonogen, qədim və cavan platfor-
162
maların plitələrində tektonogen, vulkanik zolaqda isə vulkanogen və vulkan
plutonogen halqavarı strukturlar geniş yayılmışdır.
Kosmogen (impakt) halqavarı strukturlar. Meteorit zərbələri nəticəsində
əmələ gəlmişdir və demək olar ki, bütün qitələrdə aşkar edilmişdir. Onlar
ölçülərinə görə adətən mini və ya mikro halqavarı strukturlar hesab olunurlar.
Ölcüləri on m və km-lərlə ölçülür. Kosmogen mənşəli ən iri halqavarı struktur
diametri 170 km-ə qədər olan Popiqay strukturu hesab olunur. Kosmik
şəkillərdə və topoqrafik xəritələrdə bu strukturlar ideal izometrik forma ilə
təmsil olunmuşdur. Relyefdə onlar çökmüş görünür, onların əksəriyyətinin mər-
kəz hissəsi göllə təmsil olunmuşdur və bir sıra kraterlərdə valların fraqmentləri
saxlanılmışdır. Strukturun impakt mənşəli olmasını zərbə metamorfizminin
izləri sübut edir. Hazırda yüzə qədər belə struktur aşkar olunmuşdur. Yer
kürəsində impakt strukturların paylanması qeyri-bərabərdir.
Ekzogen halqavarı strukturlar. Litosferdə xarici amillərin (küləyin,
aşınmanın və s.) təsiri nəticəsində formalaşırlar. Bunlara karst boşluqları və ona
oxşar digər mini obyektlər aid edilir.
Yer kürəsi qitələrinin halqavarı strukturlarının xüsusi xəritəsinin tərtibi
materialların sistematik işlənilməsindən sonra mümkün olmuşdur. Belə ki,
məsələn, V.A.Buş və Y.D.Sulidi-Kondratyev tərəfindən Cənubi- və Şərqi
Asiyada Ural-Monqol-Oxotsk qırışıqlıq qurşağında, Tetis qurşağında, Çin və
Hindistan platformalarında - 983, Afrika-Ərəbistan kratonunda isə 752 halqa-
varı struktur müəyyən olunmuşdur. Məlum olmuşdur ki, genetik interpretasiya
olunmuş halqavarı strukturlardan 58-i (53%) maqmatik; 33-ü (26%) isə tekto-
nik mənşəyə aiddir. Qədim platforma sahələrində halqavarı strukturların 25%-ə
qədəri metomorfik mənşəyə mənsubdur. Burada plutonik halqavarı strukturların
miqdarı (13 %) fanerozoy qırışıqlıq zonalarına (37%) nisbətən azdır. Meto-
marfik mənşəli halqavarı strukturlar isə əksinə, qırışıqlıq qurşaqlarda 5%,
qədim platformalarda isə 24,5%-dir. Kembriyəqədərki dövrdə yer qabığında
maqma-tik mənşəli qabıqaltı halqavarı strukturlar - 30%, maqmatogen qabıq
halqavarı strukturlar isə 22% təşkil edir. Fanerozoy yaşlı yer qabığında isə
qabıqaltı dairəvi strukturlar - l%, qabıq halqavarı strukturlar isə 65%-dir. Vul-
kanik halqavarı strukturlar plutonogen strukturlara nisbətən azlıq təşkil edir.
10.2. Halqavarı strukturların qeydə alınması, öyrənilməsi və
identifikasiyası üsulları
Təcrübə göstərir ki, halqavarı strukturların öyrənilməsini müəyyən bir
ardıcıllıqla həyata keçirmək lazımdır.
V.A.Buş halqavarı strukturların öyrənilməsi zamanı bir sıra keçmiş sovet
geoloqlarının tədqiqatlarının nəticələrini təhlil edərək, üçmərhələli: a) aşkar-
etmə; b) öyrənmə; v) genezisin təyini ,əməliyyatlarını təklif etmişdir.
163
Halqavarı strukturların öyrənilməsi üzrə Moskva Dövlət Universitetinin
“Kosmik geologiya” laboratoriyasının materialları və təcrübə təsdiq edir ki,
ikimərhələli: a) aşkaretmə mərhələsi; b) identifikasiya (eyniləşdirmə) mərhələsi
daha optimal təhlil sxemidir.
10.2.1.Aşkaretmə mərhələsi
Bu mərhələ distansion planalma materiallarının deşifrələnməsi, topoqrafik
xəritələrin, geoloji və geofiziki materialların təhlilindən ibarətdir.
Halqavarı strukturların aşkar edilməsində ən həssas üsul distansion
zondlama materiallarının deşifrələnməsidir. Məlumdur ki, aerokosmik şəkillər-
də dairəvi anomaliyalar özünü konsentrik halqalar, ellipslər, qövslər, fototonal
ovallar, çevrələr və s. kimi büruzə verir. Belə foto anomaliyaların dayanıqlığını
həmin rayonun şəkillərinin dövrülüyünün yoxlanılması ilə (hər il və hər
mövsüm üzrə) təyin etmək olar. Bu anomaliyalardan daha inandırıcı olan -
müxtəlif zamanda çəkilmiş, müxtəlif miqyas və spektr zonalarından alınmış
şəkillərdə saxlanılanlardır. Halqavarı strukturların deşifrələnməsində RL-şəkil-
ləri (radiolokasiya) optik diapazonda alınmış şəkillərdən heç də geri qalmır.
Landşaft indikasiya deşifrələmə üsulu halqavarı strukturların indikatoru
rolunu oynayan landşaft elementlərinin aşkar edilməsi üzərində qurulmuşdur.
Müxtəlif landşaft struktur vilayətlərdə indikasiya əlamətləri fərqli olur. Məsə-
lən, səhralarda eol qumlarının dinamik tiplərinin (silsilə, barxan və təpəciklərin)
sərhədlərinin, dağlıq rayonlarda erozion dərələrin və dağ silsilələrinin rəsmini,
kənd təsərrüfatı üçün yararlı əkin sahələrinin sərhədlərini, erozion buzlaq
relyefi inkişaf etmiş sahələrdə buzlaq mənşəli göllərin forma dəyişməsini
istifadə etmək olar. Halqavarı strukturların aşkar edilməsində topoqrafik
xəritələrin böyük əhəmiyyəti vardır. Bu məqsədlə, əksərən ortamiqyaslı dəqiq
topoqrafik planalma xəritələri daha çox yararlıdır. Bu xəritələrdə aerokosmik
şəkillərlə aşkar edilmiş halqavarı strukturların sərhədləri ilə üst-üstə düşən
halqavarı, dairəvi və konsentrik elementləri, çay şəbəkələrini, suayırıcıları,
izometrik qalxma və düşmə elementlərini seçmək olur. Buna baxmayaraq,
V.A.Buş müəyyən etmişdir ki, bu üsulun imkanları aerokosmik deşifrələmə
üsulundan iki dəfə azdır.
Halqavarı strukturlar həmçinin, struktur geomorfoloji, neotektonik, geo-
loji, geofiziki, geokimyəvi, hidrogeoloji və digər xüsusi xəritələrin təhlili
nəticəsində aşkar edilə bilər.
Diametri yüz və ya min kilometrlərə çatan nəhəng halqavarı strukturları
aşkar etmək üçün xüsusi vərdiş tələb olunur. Çünki onların sərhədləri qeyri-
dəqiq, yuyulmuş olur, aydın seçilmir və yaxud üstəgəlmiş cavan strukturlarla
örtülür. Müasir relyefdə belə strukturlar iri oroqrafik sistemlərlə, dağ massiv-
lərilə və yaxud dağarası və dağətəyi çökəkliklərlə izlənilir. Belə iri halqavarı
strukturların tədqiqiat təcrübəsi göstərir ki, adətən kontinental səviyyəli şəkil-
164
lərdə dağ sistemi kimi özünü büruzə verən qalxımlara tünd, çökəkliklərə isə
açıq fototon (fotorəngçaları) uyğun gəlir.
10.2.2.İdentifikasiya mərhələsi
Bu mərhələdə halqavarı strukturları formalaşdıran tektonik strukturların
və geoloji kütlələrin yaşı və əmələgəlmə səbəbləri öyrənilir.
Halqavarı strukturların genezisinin aydınlaşdırılmasının əsas üsulu
onların geoloji işlər zamanı alınmış məlumatlarla müqayisəsidir. V.A.Buş hesab
edir ki, distansion geoloji və geofiziki materialların müqayisəsində əsas şərt
onların miqyaslarının yaxın olmasıdır. Müqayisə edilən materialların miqyas-
larındakı fərqin iki dəfədən artıq olmaması tövsiyə edilir. Müqayisə edilən
materialların kompleks olması və öyrənilən halqavarı strukturun təxmini gene-
zisindən asılı olaraq seçilməsi mütləqdir. Məsələn,diametri bir neçə yüz km
olan platformaların tektonik halqavarı strukturlarını öyrənmək üçün, ilk növbə-
də aşağıdakı tektonik və geofiziki materialları toplamaq lazımdır: bünövrənin
üst hissəsinin və çökmə örtük horizontlarının struktur xəritəsi; astenosfer, Mo-
xoroviçiç və Konrad və s. səthlərinin strukturunu əks etdirən dərinlik seysmo-
zondlama və seysmik tədqiqatların nəticələri. Geoloji ,geofiziki və distansion
materialların birbaşa müqayisəsi heç də həmişə düzgün fikrə gəlməyə imkan
yaratmır; belə halda halqavarı strukturların genetik əlamətlərinin dəqiqləşdi-
rilməsinə kömək edən xüsusi xəritə, sxem və kəsilişlərin tərtib edilməsi faydalı-
dır. Bunlardan isə paleotektonik, paleocoğrafi, paleovulkanoloji, litoloji-fasial,
petroloji-struktur, formasion və s. materiallar daha əhəmiyyətli ola bilər.
Toplanmış məlumatların təhlili zamanı, hər şeydən əvvəl, halqavarı
strukturların sərhədlərində yerləşən geoloji sahənin, onun, geoloji əmələgəlmə-
lərin yaşı, litoloji-petroqrafik və formasiya tərkibi, tektonik strukturu, relyef
xüsusiyyətləri, geomorfologiya, neotektonika, anomal geofiziki sahələrə və
metallogenik xüsusiyyətlərinə görə yerləşən çərçivəsindən fərqlilik dərəcəsi və
xarakteri aydınlaşdırılmalıdır. Halqavarı strukturların ayrı-ayrı konsentrik və
radial elementlərinin bu və ya digər geoloji kütlələr və tektonik strukturlarla
əlaqəsinin təyini son dərəcə əhəmiyyətlidir. Əgər kosmik şəkildə deşifrə edilmiş
halqavarı struktur planda izometrik formalı qranit massivi ilə tam üst-üstə
düşürsə, bu halda həmin strukturu plutonik dairəvi struktura aid etmək olar.
Əgər deşifrə olunmuş halqavarı struktur platforma örtüyü süxurlarının inkişaf
etdiyi sahələrdə yerləşirsə, təpəcikli yüksəkliklər və ağırlıq qüvvəsinin müsbət
anomaliyasına tam uyğun gəlirsə, iri çay dərələri ilə əhatələnirsə, xırda çay
şəbəkələrinin radial şəkli ilə səciyyələnirsə, bu halda onu platforma örtüyünün
müsbət tektonik dairəvi strukuturu adlandırmaq olar.
En kəsiyi bir neçə yüz km olan iri halqavarı strukturlar müxtəlif
mənşəlivə yaşlı geoloji əmələgəlmələrdən təşkil olunur ki, bu da onların
müxtəlif amillərin təsiri altında və uzun geoloji zaman ərzində formalaşmasını
165
təsdiq edir. Bəzi hallarda geoloji amillər çoxluğu içərisində zəncir kimi
qalanlarını ardınca çəkib aparan bir aparıcı amili seçmək olar.
Bununla belə, bəzi halqavarı strukturların genezisinin təyini gələcəyin
işidir. Halqavarı meqastrukturların quruluşunda müxtəlif geoloji proseslər
(metamorfik, plutonik, tektonik, vulkanik) nəticəsində əmələ gəlmiş struktur
elementlər və maddi komplekslər iştirak edir. Bu strukturlar adətən milyon-
milyard illəri əhatə edən geoloji inkişaf tarixinə malikdir.
Nisbətən kiçik halqavarı strukturlar isə adətən, monogenetik olub, çox
vaxt bir geoloji aktlı prosesdən törəyir.
Yer qabığının halqavarı strukturlarının aşkar edilməsi və tətqiqində
geofiziki xəritələrin analizinə əsas üsullardan biri kimi baxmaq lazımdır (şəkil
72,73). Xüsusilə qiymətli informasiyaya Yerin qravitasiya və maqnit sahəsi
xəritələri, dərinlik seysmik zondlama materialları malikdir. Halqavarı struktur-
ların aydınlaşdırılması və tətqiqində müxtəlif miqyaslı geofiziki xəritə və
sxemlərdən istifadə etmək olar. Orta və irimiqyaslı xəritə və sxemlər çox da iri
olmayan strukturların, kiçik miqyaslılar isə həcmli dairəvi obyektlərin təyi-
nində yararlıdır. Təssüflə qeyd etmək lazımdır ki, yaxın zamanlara qədər
geofiziki xəritələrin tərtibi zamanı, yer qabığındakı dairəvi obyektlər nəzərə
alınmamışdır. Buna görə də faktiki geofiziki məlumatların interpretasiyası elə
aparılmışdır ki, nəticədə bir çox halqavarı strukturlar ya nəzərdən qaçırılmış, ya
da xətti strukturlarla demək olar ki, görünməz olmuşdur. Bir də əsas diqqəti
halqavarı strukturların geokimyəvi xüsusiyyətlərinin təyininə və onunla əlaqə-
dar, faydalı qazıntılara vermək lazımdır. Bundan ötrü, halqavarı strukturların
sərhədlərinin və yaxud onların əsas struktur elementlərinin filiz yataqları ilə üst-
üstə düşmə xarakterini qiymətləndirmək lazımdır.
Çox da böyük olmayan (on kilometrlərlə ölçülən) halqavarı strukturlar
üçün konkret yatağın bütövlükdə halqavarı struktura uyğun gəlməsini təyin
etmək vacibdir. İri halqavarı strukturlar üçün isə yataqların, onların mərkəzinə,
xarici sərhəddinə, daxili konsentrik dairələrə və yaxud radial elementlərə nəzə-
rən yerləşmə qanunauyğunluqlarını təyin etmək lazımdır. Bu uyğunluq, filiz
yataqlarının geoloji əmələgəlmələrlə genetik əlaqəsinin təyinində əlavə təhlil
edilməlidir. Məsələn, Cənubi Uraldakı kolçedan və qızıl yataqlarının plutonik
halqavarı strukturlarla məkan uyğunluğu, kolçedan yataqları üçün sahəvi, qızıl
yataqları üçün isə genetik əlaqə kimi aydınlaşdırılmışdır. Genezisdən əlavə,
filizləşmə ilə halqavarı strukturun yaş uyğunluğu nəzərə alınmışdır. Daha bir
misal, Hindistanın bəzi müsbət tektonik halqavarı strukturlarının (Mezozoy
platforma örtüyündə kembriyəqədərki bünövrə qalxımı) mərkəzindəki dəmirli
kvarsit yataqları, bu halqavarı strukturların sahəsində yerləşən boksit yataqla-
rından fərqli olaraq, onlarla genetik əlaqəli deyildir.
166
Şəkil 72. İntruziv massivlərlə əlaqədar olan halqavarı strukturların
interpretasiyasının nəticələri:
a – Buqe anomaliyası, b - AT anomaliyası, c – KŞ-n deşifrələnmə sxemi (Y.N.İsayev və
İ.V.İsayevaya görə). 1 – maqnit sahəsinin izoxətləri; 2 – qravitasiya sahəsinin izoxətləri; 3
– qneys və qranitoqneyslər; 4 – metamorfik şistlər; 5 – qranitlər; 6 – qabbro; 7 – geoloji
sərhədlər; 8 – qırılmalar; 9 – Ag anomaliyalarını əmələ gətirən hesabi gövdələr; 10 –
maqnit anomaliyalarını əmələ gətirən hesabi gövdələr.
Dostları ilə paylaş: |