Foto 3 – də Amerika kosmik gəmisi Apollon, Cemini, Merkuri və onların
buraxılması üçün tətbiq olunan raket daşıyıcılar arasında müqayisə verilmişdir.
Foto 3. Amerika kosmik gəmisi Apollon, Cemini, Merkuri və onların
buraxılması üçün tətbiq olunan raket daşıyıcılar arasında müqayisə.
Pilotlu kosmik gəmi bir və ya bir neçə adamın kosmosa fəzaya çatdırıl-
ması, orada nəzərdə tutulmuş proqramın yerinə yetirilməsi və kosmik heyətin
təhlükəsiz geriyə yerə qaytarılması üçün istifadə edilən mürəkkəb uçan aparat-
dır. Əsas hərəkətverici element kimi adi raket mühərriklərindən istifadə edilir.
Günəş şüaları ilə işləyən mühərriklərdən hələ istifadə edilmir. Kosmik gəmilər
yerə
enmə
qabiliyyətinə
görə
fərqlənirlər.
Onlardan bir qismi paraşütlərlə (Soyuz,
Vostok), digərləri isə birbaşa yerin atmosferini keçdikdən sonra adi təyyarə kimi
yerə enə bilirlər (məsələn Spase Shutle, Buran). Para-şütlə düşən kosmik gəmi
hissəsinə stabilləşdirici aerodinamik forma verilir. Bu onların atmosferə daxil
oduqdan sonra hərəkətini tən-zimləyir.
2012-ci il fevralın 8-də Azərbaycanın ilk suni peyki orbitə buraxıldı.
Azerspace-1 peyki fevralın 8-də Bakı vaxtı ilə saat 1
36
radələrində Cənubi
Amerikada yerləşən Fransa Qvianası Kosmik Mərkəzinin Kuru Kosmodro-
mundan Fransanın Arianespace şirkətinin Ariane 5 raket daşıyıcısı vasitəsilə
qaldırıldı və uğurla geo-stasionar orbitə çıxarıldı.
ABŞ-ın “Orbital Sciences” şirkəti tərəfindən istehsal olunan “Azerspace-1”
peyki “Ariane-5” kosmik daşıyıcısı ilə orbitə çıxa-rıldı. Təyin olunan vaxtda –
startdan 34 dəqiqə sonra kosmik aparat raketin gövdəsindən ayrıldı. Azerspace-
1 Malayziyanın Measat Satellite Systems şirkəti tərəfindən istifadə olunan və
Azərkosmos ASC-yə icarəyə verilən 46° Şərq uzunluq dairəsində geostasionar
orbitə çıxarıldı. Azərbaycanın ilk telekommunikasiya peyki ABŞ-ın Orbital
Sciences Corporation şirkəti tərəfindən işlənib hazırlanan STAR-2 platforma
əsasında hazırlanmışdır. Peykin ümumi çəkisi 3250 kq təşkil edir və onun
istifadə müddəti 15 ildir. Peyk 36 aktiv C və Ku siqnal transponderlərə malikdir
və Azərbaycan, Mərkəzi Asiya, Avropa və Afrika ölkələri üçün xidmət göstə-
rəcəkdir. Peykin orbitdəki yeri isə Şərq istiqamətində 46 dərəcədir. Xatırladaq
18
ki, peykin imkanlarının 20%-i Azərbaycanın tələbatını ödəmək üçün, qalan
80%-i isə kommersiya məqsədilə istifadə ediləcəkdir ( Foto 4).
Azerspace-1 peykinin orbitə buraxılması ilə Naxçıvan MR-in ərazisi də daxil
olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radio yayımı, o
cümlədən sürətli İP xidmətlərin göstərilməsi təmin olunacaq, ötürülən məlumatlara
daha yaxşı nəzarət ediləcək, məsafədən təhsil və elektron səhiyyə kimi digər
proqramlar üçün platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi
hallarda rabitə problemlərinin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu
olacaq, habelə rabitənin təhlükəsizliyi təmin ediləcəkdir.
Yer səthinin müşahidəsi üçün Azərbaycan peykinin aşağı yer orbitinə
çıxarılması 2015-ci ilə, ikinci telekommunikasiya peykinin orbitə çıxarılması
isə 2016-cı ilə planlaşdırılmışdır. Azərbaycan növbəti illərdə ilk olaraq aşağıor-
bitli peyklərin, daha sonra isə 2020-ci ilədək bir və ya bir neçə optik və radar
peyklərin orbitə çıxarıl-masını planlaşdırır.
BMT-nin müvafiq komitəsində Azərbaycan kosmik ölkələr sırasına qəbul
olunmuş, Azərbaycan kosmik fəzanın sülh məqsədilə istifadəsi üzrə öhdəliklər
götürmüşdür.
Milli peykin ehtiyatlarından daxili təlabat və beynəlxalq bazarda xidmət
üçün istifadə ediləcəkdir.
Azərbaycanın orbitə çıxaracağı növbəti rabitə peykləri ölkənin özünəməxsus
orbital mövqelərdə fəaliyyət göstərəcəkdir. Azərbaycanda kosmik sənayenin
yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması və Azərbaycanda
kosmik sənayenin yaradıl-ması və inkişafı üzrə Dövlət Proqramı ölkənin dünya
peyk ailəsinin üzvünə çevrilməsi və ölkədə peyk texnologiyalarının istehsalı və
tətbiqi üçün geniş imkanlar açmışdır. Milli peykin ehtiyatlarından daxili təlabat və
beynəlxalq bazarda xidmətlər üçün istifadə planlaşdırılır. Peyk istifadəyə verildik-
dən sonra kosmik texnologiyalarla teleradio yayımı, diplomatik nümayəndəliklərlə
birbaşa və etibarlı rabitənin yaradılması, ölkənin informasiya təhlükəsizliyinin mü-
hafizəsinin gücləndirilməsi, yüksəksürətli peyk internet xidmətinin təşkili, kosmik
sahə üzrə kadr hazırlığının təmin edilməsi və insan kapitalının inkişafı üçün yeni
imkanların yaradılması təmin ediləcəkdir. Kosmik texnika yeni elmi-texniki tədqi-
qatlara rəvac verəcək və bu da öz növbəsində innovasiyalara yol açacaqdır.
Foto 4. Azərbaycanın ilk suni peyki “Azerspace-1”
19
Kosmosun fəthi sahəsində xronika (1957—2012)
Tarix Hadisə Ölkə
Layihə
21 avqust 1957
İlk qitələrarası ballistik raket SSRİ R-7
4 oktyabr 1957
Yerin ilk süni peyki
Kosmosdan ilk siqnal
SSRİ "Sputnik-1"
3 noyabr 1957 Yerin
orbitində ilk canlı, Layka adlı it
SSRİ “Sputnik-2”
31 yanvar 1958 Yerin
radiasiya
qütblərinin aşkarlanması
ABŞ
“Eksplorer-1”
17 mart 1958 Günəş batareyasından qidalanan ilk süni peyk
ABŞ
“Avanqard-1”
18 dekabr 1958
İlk rabitə peyki
ABŞ
Project SCORE
2 yanvar 1959 Yerin
orbitindən ilk çıxış "Günəş küləyi"nin ilk dəfə
aşkar olunması Ayın yanından ilk uçuş
SSRİ “Luna-1”
4 yanvar 1959 Heliosentrik
orbitdə ilk obyekt
SSRİ “Luna-1”
17 fevral 1959
İlk meteoroloji peyk
ABŞ
“Avanqard-2”
28 fevral 1959 Qütb
orbitində ilk süni peyk
ABŞ
“Diskaverer-1”
7 avqust 1959 Yerin
orbitdən çəkilmiş ilk şəkli
ABŞ
“Eksplorer-6”
13 sentyabr 1959 Başqa göy cisminə, Aya enən ilk aparat
SSRİ “Luna-2”
4 oktyabr 1959
Ayın görünməyən tərəfinin ilk şəkli
Qravitasiya menvrindən ilk istifadə
SSRİ “Luna-3”
1 aprel 1960
İlk telekameralı meteoroloji peyk
ABŞ
TIROS-1
5 iyul 1960
İlk kəşfiyyat peyki
ABŞ
GRAB-1
11 avqust 1960
Orbitdən faydalı məlumatlarla (Yer səthinin
şəkilləri) qayıdan ilk aparat
ABŞ
“Diskaverer-14”
12 avqust 1960
İlk passiv rabitə peyki
ABŞ
“Echo-1A”
18 avqust 1960
İlk fotokameralı kəşfiyyat peyki
ABŞ
KH-1 9009
1961 Orbitdən ilk uçuş Uçuş istiqamətinin uçuş vaxtı
ilk korreksiyası İlk fırlanma vasitəsilə stabil-
ləşdirmə Veneranın 100 000 km yaxınlığından
ilk idarəolunmayan uçuş
SSRİ “Venera-1”
12 aprel 1961
İlk idarəolunan kosmik uçuş (ilk kosmonavt Yuri
Qaqarin) İlk idarəolunan orbital uçuş
SSRİ “Vostok-1”
5 may 1961
İlk suborbital idarəolunan kosmik uçuş
(İdarəolunan ikinci kosmik uçuş)
ABŞ
“Merkuri-3”
7 mart 1962
İlk orbital Günəş observatoriyası
ABŞ
OSO-1
12-15 avqust 1962
İdarəolunan kosmik gəmilərin ilk qrup halında
uçuşu (birləşməsiz)
SSRİ
“Vostok-3” və
“Vostok-4”
14 dekabr 1962
Veneranın 33800 km yaxınlığından ilk idarəolunan
uçuş
ABŞ
“Mariner-2”
16 iyun 1963
Kosmosda ilk qadın (Valentina Tereşkova) SSRİ “Vostok-6”
19 iyun 1963
Marsın 197000 km yaxınlığından ilk idarə
olunmayan uçuş
SSRİ “Mars-1”
19 iyul 1963
İlk çoxdəfəlik suborbital təyyarə
ABŞ
X-15 Flight 90
26 iyul 1963 Geosinxron
orbitdə ilk süni peyk
ABŞ
“Syncom-2”
5 dekabr 1963
İlk peyk naviqasiya sistemi
ABŞ
"Transit"
20
19 avqust 1964 Geostasionar
orbitdə ilk süni peyk
ABŞ
“Syncom-3”
12 oktyabr 1964
İlk çoxyerli kosmik gəmi SSRİ “Vosxod-1”
18 mart 1965 Kosmonavtın açıq kosmosa ilk çıxışı SSRİ “Vosxod-2”
14 iyul 1965 Mars ətrafında ilk idarəolunan uçuş
ABŞ
“Mariner-4”
2 noyabr 1965
İlk ağır süni peyk (avtomatik stansiya) və ilk ağır
daşıyıcı raketin uçuşu
SSRİ
"Proton (KA)" və
"Proton (RN)"
15 dekabr 1965
İdarəolunan kosmik gəmilərin qrup halında uçuşu
zamanı birgə manevrlər (birləşməsiz)
ABŞ
"Gemini-6" /
"Gemini-7"
3 fevral 1966 Başqa göy cisminə (Aya) ilk yumşaq eniş
Başqa göy cisminin səthindən ilk şəkillər
SSRİ "Luna-9"
1 mart 1966 Veneraya
çatmış ilk aparat
SSRİ "Venera-3"
16 mart 1966
İlk orbital birləşmə (idarəolunan gəmi və pilotsuz
aparat)
ABŞ
"Gemini-8" / "Agena"
3 aprel 1966 Başqa göy cisminin (Ayın) orbitində ilk süni peyk
SSRİ “Luna-10”
2 iyun 1966
Aya ikinci yumşaq eniş (raket dartı qüvvəsi ilə eniş)
Aydan şəkillər
ABŞ
Sörveyor-1
23 aprel 1967
Kosmik uçuş zamanı kosmonavtın ölümü ilə
nəticələnən ilk qəza
SSRİ “Soyuz-1”
30 oktyabr 1967
İki pilotsuz kosmik aparatın birləşməsi SSRİ
“Kosmos-186” /
“Kosmos-188”
9 noyabr 1967 Çox
ağır daşıyıcı raketin ilk uçuşu
ABŞ
“Saturn-5”
15-21 sentyabr
1968
Ay ətrafında Yerə qayıdışla nəticələnən ilk uçuş
Ay ətrafında canlı varlıq tərəfindən ilk uçuş
SSRİ “Zond-5”
21-27 dekabr 1968
İdarəolunan gəmini daşıyan çox ağır daşıyıcı raketin
ilk uçuşu və başqa göy cisminin (Ayın) orbitində ilk
idarəolunan uçuş
ABŞ
“Saturn-5” və
“Apollon-8”
16 yanvar 1969
İlk idarəolunan birləşmə və ekipajın yerdəyişməsi SSRİ
“Soyuz-4” /
“Soyuz-5”
18-26 may 1969
Başqa göy cisminin (Ayın) orbitində ilk ayrılma,
manevr və təkrar birləşmə
ABŞ
“Apollon-10”
21 iyul 1969
Ayda ilk insan və başqa göy cismindən ilk uçuş
ABŞ
“Apollon-11”
13-16 oktyabr
1969
İdarə olunan üç kosmik gəminin qrup şəklində ilk
uçuşu (birləşməsiz)
SSRİ
“Soyuz-6”, “Soyuz-
7”, “Soyuz-8”
19 noyabr 1969
Kosmonavtlarla daha əvvəl enmiş avtomatik
stansiyanın Ay səthində görüşü
ABŞ
“Apollon-12” /
“Sörveyor-3”
24 sentyabr 1970
Ay qruntunun nümunələrinin avtomatik götürülməsi
və Yerə çatdırılması
SSRİ “Luna-16”
23 noyabr 1970 Ayda
hərəkət edən aparat
SSRİ “Lunoxod-1”
12 dekabr 1970
İlk orbital rentgen teleskopu
ABŞ
Uhuru
15 dekabr 1970 Veneranın səthinə ilk yumşaq eniş SSRİ “Venera-7”
23 aprel 1971
İlk orbital stansiya SSRİ “Salyut-1”
iyun 1971
İlk orbital observatoriya
SSRİ “Orion-1”
14 noyabr 1971 Marsın ilk süni peyki
ABŞ
“Mariner-9”
27 noyabr 1971 Mars səthində ilk aparat
SSRİ “Mars-2”
2 dekabr 1971 Avtomatik
stansiyanın Mars səthinə ilk yumşaq
enişi
SSRİ “Mars-3”
3 mart 1972 Günəşin cazibə dairəsindən çıxmış ilk aparat
ABŞ
“Pioner-10”
21
15 iyul 1972 Asteroid
qurşağına çatmış ilk aparat
ABŞ
“Pioner-10”
3 dekabr 1973 Yupiterin yaxınlığından ilk uçuş
ABŞ
“Pioner-10”
29 mart 1974
Merkurinin yaxınlığından ilk uçuş
ABŞ
“Mariner-10”
15 iyul 1975
İlk beynəlxalq idarəolunan uçuş
SSRİ
ABŞ
“Soyuz-Apollon”
8 fevral 2012
Azərbaycanın ilk telekommunikasiya peykinin
orbitə çıxışı
Azərb. “Azerspace-1”
2.2. Planetlərarası avtomatik stansiyalar (PAS)
PAS - planetləri və ya günəş sisteminin başqa fəza cisimlərini öyrənmək
üçün göndərilmiş cihazlardır.
İlk dəfə 1959-cu il 12 sentyabrda “Luna-2” PAS keçmiş SSRİ-nin gerbi
olan vımpeli Ay səthinə çatdırdı. Həmin vaxtdan başlayaraq, PAS - Ayı, Marsı,
Merkurini, Veneranı, Qalley kometasını öyrənmək üçün göndərilmişdir. Ay sət-
hinin, PAS-da qoyulmuş xüsusi cihazlarla alınmış şəkilləri onun görünməyən
hissəsinin öyrənilməsinə imkan yaratmışdır. Beləliklə, Ay səthinin geoloji və
tektonik xəritələri tərtib edilmişdir.
1966-cı il 3 fevralda “Luna – 9” PAS ilk dəfə olaraq, Bur oke-anının kə-
narında enərək, Ay səthinin dairəvi mənzərəsini yerə çatdırdı. Aydan alınmış
şəkillərin dəqiq təhlili onun səthində elmi tədqiqatlar aparmaq məqsədilə gön-
dərilən avtomatik idarəolunan «Lunaxod – 1,2»və «Apollon» ay modullarının
enməsi üçün əlverişli yer seçilməsinə imkan yaratdı.
Mars planetinin PAS köməyilə öyrənilməsi 1962-ci il noyabrın əvvəlində
“Mars-1” vasitəsilə başlanmışdır. Yerə planetin ilk şəkilləri 1965-ci ildə “Mari-
ner-4” vasitəsilə verilmişdir. Sonrakı illərdə “Mars”, “Mariner”, “Vikinq” seri-
yalı PAS-larla planet səthinin epizodik şəkilləri, 1976-cı ildə isə planetin mən-
zərə şəkli alındı. Həmçinin, Marsın təbii peykləri olan Fobos və Deymosun da
şəkilləri çəkildi.
“Mariner” kosmik gəmisi 1974-75-ci illər ərzində Merkuri planeti ətrafın-
da üç dəfə dövrə vuraraq, onun səthinin 30 %-nin televiziya şəklini yerə gön-
dərmiş və nəticədə planet səthinin strukturu və relyefi haqqında məlumatlar
alınmışdır. Qalın bulud təbəqəsi ilə örtülmüş Venera planetinin öyrənilməsi
daha böyük maraq kəsb etdiyinə görə, 1970-ci ildən başlayaraq, planet səthinə
artıq 10-dan artıq Rusiya və Amerika cihazları endirilmişdir. Onların və radio-
lokasiya planalmasının (RL) köməyi ilə Veneranın bir çox xüsusiyyətlərini
(səthinin temperaturu, bulud örtüyünün tərkibi, fırlanma sürəti, səthinin relyefi
və s.) təyin etmək mümkün oldu. «Venera» seriyalı PAS-dan alınmış RL-
şəkillər planetin əksər hissəsinin xəritəsini tərtib etməyə imkan yaratdı. 1979-cu
ildə PAS-ın köməyi ilə amerikan mütəxəsislər Yupiter planetinin peyklərinin
(Hanimed, Kallisto, Avropa və s.) şəklini çəkmişlər. Peyklərin birində (İoda)
22
müasir vulkan fəaliyyəti qeydə alınmışdır. Həmçinin Saturn planetinin Titan,
Reya, Diona, Taoriya peykləri də öyrənilmişdir.
Keçmiş Sovet və Avropa PAS-ları Qalley kometasını, onun yerə
yaxınlaşması anında dəqiq öyrənilməsinə imkan verdi.
Qeyd etmək lazımdır ki, Günəş sistemi planetlərinin quruluşu haqqında
olan bütün yeni məlumatlar PAS-ın köməyilə alınmışdır.
2.3. İdarə olunan kosmik gəmilər (İKG)
İKG 1961-ci ildən təyyarəçi-kosmonavt Y.A.Qaqarinin “Vostok” kosmik
gəmisindəki ilk tarixi uçuşu dövründən məlumdur. Sonrakı illərdə “Vostok”,
“Soyuz”, “Soyuz-T” (keçmiş SSRİ), “Merkuri”, “Jemini”, “Apollon” (ABŞ)
tipli İKG-dən Yerin küllü miqdarda rəngli və ağ-qara şəkilləri çəkilmiş, vizual
müşahidələr aparılmışdır. Bu gəmilərdə həmçinin müxtəlif tibbi, bioloji və tex-
noloji təcrübələr də aparılmışdır.
Yerətrafı uçuşlar geologiya elminə qlobal miqyasda yerin quruluşunun
öyrənilməsinə, nəzəri geologiyanın bir sıra məsələlərinin həll edilməsinə və
faydalı qazıntıların yerləşmə qanunauyğunluqlarının aşkar edilməsinə imkan
yaradan yüksək keyfiyyətli materiallar vermişdir.
1975-ci il 15 iyunda yerətrafı orbitdə “Soyuz” və “Apollon” kosmik
kompleksinin uçuşu gələcəkdə uzunmüddətli orbital stansiyaların yaradılmasına
gətirib çıxardı. İKG-dən Yer, o cümlədən, digər fəza cisimlərinin ətrafında
uçmaq üçün də istifadə etmək olar. Məsələn, Amerika astronavtları 1969-cu
ildə “Apollon” proqramı üzrə ilk dəfə Aya endilər. İKG-dən alınmış kosmik
materialların müsbət nəticələri, mütəxəssis-geoloqun eksperimentdə iştirakı şə-
raitində onların rolunu daha da artıra bilər.
2.4. Uzunmüddətli orbital stansiyalar (UOS)
Dünyada ilk orbital stansiya 1969-cu ilin yanvarında «Soyuz-4» və
“Soyuz-5” kosmik gəmilərinin birgə uçuşu zamanı yaradılmışdır.
Cihazların enerji təminatını və elmi-tədqiqat fəaliyyətlərinin imkanlarını
artırmaq üçün 1971-ci ildən “Salyut” tipli xüsusi orbital stansiyalardan istifadə
edilir. Uzunluğu 16 m, çəkisi 19 t olan bu stansiya aşağıdakı hissələrdən ibarət-
dir: stansiyalararası keçid, işçi, aralıq, aqreqat və elmi cihazlar yerləşən hissələr.
Vizual müşahidələr və yer səthinin şəklinin çəkilməsi üçün gəmidə 20
illüminator (pəncərə) vardır. “Salyut” stansiyasında 10 nəfərə qədər heyət üz-
vü işləyə bilər. Bu - tədqiqatçılara, elmin müxtəlif sahələri üzrə növbə ilə
müşahidələr aparmağa imkan yaradır. “Salyut-6”UOS-n işlədiyi müddətdə bö-
yük həcmdə elmi-texniki işlər görülmüşdür. Bu UOS-a 30-dan artıq idarəedilən
və idarəedilməyən yük gəmiləri birləşdirilmiş və ümumi davamiyyəti 2 ildən
çox olan ekspedisiyalar təşkil edilmişdir. “Salyut-6”UOS-n uçuşu zamanı el-
23
min müxtəlif sahələri, o cümlədən geologiya üzrə 1600-dən çox tədqiqat işləri
aparılmışdır. Bu stansiya ən müasir elmi cihazlarla təchiz edilmiş iki birləşmə
qovşağına malikdir. Stansiya “Proqres” tipli yük gəmilərini qəbul edə bilir.
Yeni nəsil orbital sistem hesab olunan “Salyut”-“Soyuz”-“Proqres” kosmik
kompleksi tədqiqatçıların uzun müddət vaxtaşırı dəyişməsinin mümkünlüyünü
təmin edən bütün əsas komponentlərə malikdir. “Salyut – 6” UOS-da 10
beynəlxalq ekipaj üzvünün, “İnterkosmos” proqramı çərçivəsində müştərək
tədqiqat işləri aparan 3 ölkənin kosmonavtlarının iştirakı ilə uçuş keçir-mişdir.
1987-ci ilin yazında kosmik fəzada İKG “Soyuz TM-2”, “Mir” stan-
siyasının yeni nəsli, “Kvant” elmi modulu və “Proqres” yük gəmisindən ibarət
sistem kimi özünü büruzə verən elmi kompleks işə başlamışdır. Kompleksdəki
tədqiqatçılar yer səthinin plana alınmasında böyük həcmli işlər görmüş, həmçi-
nin əlavə günəş batareyalarının montajı üçün bir neçə dəfə açıq fəzaya çıxmış-
lar. Ehtimal ki, UOS gələcəkdə də ən perspektivli kosmik daşıyıcı hesab oluna-
caqdır.
2.5. Kosmik orbitlərin tipləri
Yer səthinin plana alınmasının həyata keçirilməsində YSP-nin uçuş
orbitinin seçilməsi mühüm rol oynayır. Yer səthinin şəklini çəkmək üçün
dairəvi orbit daha əlverişlidir. Onun köməyi ilə YSP-nin bütün uçuşu boyu
eynimiqyaslı şəkillərin alınması mümkün olur. Meyilli orbitlərin də əhəmiyyəti
böyükdür. Meylliyindən asılı olaraq, orbitlər: ekvatorial (0
0
), qütbi (90
0
) və
maili olur.
YSP-ni qütbi (və ya kvaziqütbi) orbitə buraxarkən, peykdə olan cihazlar
bütün yer səthinin tədqiqi üçün yararlı olur. Orbitin meyl bucağı 50-60
0
olduqda, qütb sahələri peykdəki cihazların görüş səhəsinə düşmür. YSP-nin
orbitinin meylliyi ən mühüm parametrlərdən biridir. Çünki şəkli çəkiləcək Yer
səthinin eninə əhatə edilmiş zolağı onunla təyin olunur.YSP-nin uçuş yolu bu
en zolağından kənara çıxa bilməz, ona görə də, şəkli çəkiləcək zolağın eni
orbitin meylliyindən və yüksəkliyindən asılıdır. Buradan belə bir asılılıq
meydana çıxır: orbitin meyl bucağı və yüksəkliyi nə qədər böyük olarsa, yer
səthindəki zolaq da bir o qədər böyük olacaqdır (şəkil 1). Adətən, meteoroloji
peyklər, İKG və orbital stansiyalar, uçan dairəvi orbitdən əlavə, yerdə baş verən
qlobal prosesləri müşahidə etmək üçün apogey və perigeydəki yüksəkliklərinə
görə kəskin fərqlənən elliptik orbitlərdən də istifadə olunur. Günəşə və ya Yerə
nəzərən iki növ: geosinxron və heliosinxron orbit ayırırlar.
24
Şəkil 1. YSP-nin tipləri. Dairəvi və elliptik orbitlər.
Kosmik planalmanın əhatə sahəsinin qiyməti ilə orbitin meyl bucağı ara-
sındakı asılılıq göstərilmişdir.
Geosinxron (geostasionar) orbitlər, peykin Yer ətrafında, onun fırlanma
sürətinə sinxron uçuşu üçün nəzərdə tutulmuşdur ki, bu da, peykin, yer səthinin
müəyyən bir sahəsi üzərində asılı vəziyyətdə qalaraq, onu daim müşahidə
altında saxlayır.
Helisinxron orbitlər isə yer səthinin müəyyən sahəsinin eyni işıqlanma
şəraitində şəklinin vaxtaşırı təkrarən çəkilməsi üçün nəzərdə tutulmuşdur. Buna
misal olaraq, heliosinxron orbitdə uçan və ilkin şəkilçəkmə nöqtəsinə 18
gündən sonra qayıdan “Lendsat” amerikan peykini göstərmək olar.
Heliosinxron orbitdən kosmik planalma (şəkil çəkmə) müasir geoloji
proseslərin dinamikasının tədqiqində geniş istifadə olunur.
Yüksəkliklərinə görə YSP-nin uçuş yollarını üç qrupa bölmək olar: İKG
və orbital stansiyaların uçduğu aşağıorbitli (200-240 km); meteoroloji və resurs
YSP-nin uçduğu orta orbitli (500-1500 km); kosmik fəzanı tədqiq etmək
məqsədi daşıyan telekommunikasiya peyklərinin uçduğu yüksək orbitli (30000-
90000 km). Geoloji məqsədlər üçün aşağı- və ortaorbitli YSP-dən alınmış
materiallardan istifadə olunur.
25
III. KOSMOSDAN MÜŞAHİDƏ VƏ ÖLÇÜ TEXNİKASI
3.1. Vizual müşahidələr
Hazırda geologiyada kosmik planalmanın müxtəlif növ nəticələrindən
istifadə edilir (cədvəl 2).
Yer səthinin kosmik fəzadan tədqiqinin başlanğıcı, dünyanın ilk kosmo-
navtı Y.A.Qaqarinin kosmosa uçduğu tarix - 1961-ci il 12 aprel hesab edilir.
Vizual müşahidələr özünün yüksək operativliyi ilə fərqlənərək, müxtəlif
məqsədlər: geoloji tədqiqat obyektlərinin dəqiq seçilməsi; müşahidə olunan
geoloji proseslərin dinamikası və onun sürətinin qiymətləndirilməsi, naməlum
geoloji obyektlərin və hadisələrin aşkar edilməsi üçün istifadə edilə bilər.
Cədvəl 2
Bəzi kosmik planalma növlərinin mühüm parametrləri
Kosmik pla-
nalmanın növü
Planalmanın
xarakteri
Atmosferin
təsiri
Planalmanın
aparıldığı vaxt
İnformasiyanın
alınma forması
Passiv Zəif Gündüz
Şəkil Fotoqrafik
(KŞ)
Televiziya Passiv
Zəif Gündüz Təsvir
Radiolokasiya (RL)
Fəal
Çox zəif
Gündüz, gecə
Şəkil, qrafik, təsvir
İnfraqırmızı
istilik (İQ)
Passiv
Ayrı-ayrı
atmosfer
pəncərələri
Gündüz, gecə
İstilik şəkli, qrafik
Spektrometrik Passiv Zəif Gündüz Qrafik
Lazer
Fəal
Ayrı-ayrı
atmosfer
pəncərələri
Gündüz, gecə
Qrafik
Maqnit Passiv
İstisna Gündüz,
gecə Siqnal,
qrafik
Kosmonavtların bütün müşahidələri xüsusi proqramla aparılır, tədqiqatın
nəticələri isə jurnal və xəritədə qeydə alınır. Yer səthinin öyrənilməsinin ümumi
dövründə hələlik buna köməkçi, lakin əhəmiyyətli üsul kimi baxmaq lazımdır.
Kosmosa müxtəlif profilli mütəxəsislərin, o cümlədən, geoloqların göndəril-
məsi mumkün olduqdan sonra, vizual müşahidələrin əhəmiyyəti daha da arta
bilər.
Dostları ilə paylaş: |