140
154.3. İcra məmuru, barəsində ictimai işlər növündə inzibati
tənbeh tətbiq edilən şəxslərin qeydiyyatını aparır, onlara ictimai
işlərin icrasının qayda və şərtlərini izah edir, müvafiq icra
hakimiyyəti orqanı ilə ictimai işlərin həyata keçiriləcəyi yerlərin
siyahısını razılaşdırır, barəsində ictimai işlər növündə inzibati
tənbeh tətbiq edilən şəxslərin davranışına nəzarət edir, onların
işləmiş olduğu vaxtın uçotunu aparır.
154.4. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq
edilən şəxslər ictimai işləri yerinə yetirdikləri yerin müəssisədaxili
intizam qaydalarına riayət etməli, əməyə vicdanla yanaşmalı, onlar
üçün müəyyən olunmuş yerlərdə və məhkəmənin qərarında müəyyən
olunmuş müddətdə işləməli və yaşayış yerini dəyişdikdə, bu barədə
icra məmuruna məlumat verməlidirlər.
154.5. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq
edilən şəxsə əsas iş yerində növbəti məzuniyyətin verilməsi ictimai
işlər növündə inzibati tənbehin icrasını dayandırmır.
154.6. İctimai işlər növündə inzibati tənbeh tətbiq etmə
haqqında qərarın icrası zamanı bu Məcəllənin 28.4-cü maddəsində
nəzərdə tutulmuş hallar yarandıqda, barəsində ictimai işlər növündə
inzibati tənbeh tətbiq edilən şəxs və ya onun qanuni nümayəndəsi
qərarın icrasına xitam verilməsi barədə ərizə ilə məhkəməyə
müraciət edə bilər.
154.7. İctimai işlər növündə inzibati tənbehin müddəti saatla
hesablanır.
154.8. İctimai işlər növündə inzibati tənbehin müddəti həftə
ərzində on iki saatdan az olmayaraq müəyyən edilir. İctimai işlər
növündə inzibati tənbehin müddəti istirahət, səsvermə, iş günü
hesab edilməyən bayram günlərində, ümumxalq hüzn günündə və
141
barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin
əsas işindən və ya təhsilindən asudə vaxtlarında dörd saatdan, iş
günlərində isə iki saatdan, barəsində ictimai işlər növündə inzibati
tənbeh tətbiq edilən şəxsin razılığı ilə isə dörd saatdan çox ola
bilməz. Üzrlü səbəblər olduqda, icra məmuru barəsində ictimai işlər
növündə inzibati tənbeh tətbiq edilən şəxsə həftə ərzində müəyyən
olunmuş vaxtdan az işləməyə icazə verir.
154.9. İctimai işlər növündə inzibati tənbehin icrası zamanı
işəgötürən, barəsində bu tənbeh növü tətbiq edilən şəxslər üçün
müəyyən edilmiş işin yerinə yetirilməsinə nəzarət edir, onların
işlədikləri saatların uçotunu aparır və ictimai işləri yerinə
yetirməkdən boyun qaçırma halları barədə icra məmuruna məlumat
verir.
154.10. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq
edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsi
qaydalarını pozduqda, icra məmuru ona məsuliyyət daşıyacağı
barədə rəsmi xəbərdarlıq edir.
154.11. Barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq
edilən şəxs ictimai işlər növündə inzibati tənbehin çəkilməsindən
boyun qaçırdıqda, icra məmuru bu Məcəllənin 529.4-cü maddəsində
nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edir.
Maddə 155. Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma haqqında qərarın icrası
155.1. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada
142
çıxarma haqqında qərarda müəyyən olunmuş müddətdə ölkəni tərk
etməlidirlər.
155.2. Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma haqqında səlahiyyətli orqanların ( vəzifəli
şəxslərin) qərarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra
edilir.
155.3. Əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər
Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada
çıxarma haqqında qərarın icrasından boyun qaçırdıqda və ya belə
boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda,
onlar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə müəyyən
olunmuş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının
qanunsuz miqrantların saxlanılması mərkəzlərinə yerləşdirilirlər.
155.4. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxsin ölkədən
getmək hüququ müvəqqəti məhdudlaşdırıldıqda, onun Azərbaycan
Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılması
məhdudlaşdırmaya səbəb olan hallar aradan qalxdıqdan sonra icra
edilir.
155.5. Azərbaycan Respublikasının ərazisindən inzibati
qaydada çıxarılan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin
çıxarılmasına görə xərclər onların öz üzərinə düşür. Bu şəxslərin
çıxarılması üçün onların vəsaiti olmadıqda, belə xərclərin ödənilməsi
onları qəbul edən şəxslərin, idarə, müəssisə və təşkilatların, qəbul
edən tərəf olmadıqda isə müvafiq icra hakimiyyəti orqanının üzərinə
düşür.
155.6. Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma haqqında qərar icra edildikdən sonra,
143
çıxarma haqqında müvafiq qeyd aparılmaqla, həmin qərar onu qəbul
etmiş səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılır.
155.7. Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarma inzibati tənbeh tədbirinin tətbiqindən irəli
gələn digər məsələlər bu Məcəllədə nəzərdə tutulan müddəalara
zidd olmamaq şərti ilə Azərbaycan Respublikasının Miqrasiya
Məcəlləsinə uyğun olaraq həll edilir.
Maddə 156. İnzibati həbs haqqında qərarın icrası
156.1. Hakim tərəfindən inzibati həbs haqqında qərar
çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir.
156.2. Barəsində inzibati həbs tətbiq edilmiş şəxslər müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə mühafizə altında
saxlanılır. İnzibati həbs haqqında qərar icra olunarkən, həbs
edilənlər şəxsi axtarışdan keçirilir.
156.3. İnzibati qaydada tutma müddəti inzibati həbs
müddətinə daxil edilir.
XÜSUSİ HİSSƏ
VI BÖLMƏ
İNZİBATİ XƏTALAR
FƏSİL 20
SAĞLAMLIQ ƏLEYHİNƏ OLAN İNZİBATİ XƏTALAR
144
Maddə 157. Döymə
Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə
görə -
beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və
ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla,
iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az
ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən
cinayət məsuliyyətinə səbəb olur.
Maddə 158. Məişət zorakılığının qarşısının alınması haqqında
qanunvericiliyin pozulması
158.1. Məişət zəminində iqtisadi xarakterli qanunsuz
məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun
mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan,
gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə
asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə
yönəlmiş hərəkətlərə görə-
yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
158.2. Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən
digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi
şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə-
üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
145
158.3. Məişət zorakılığından zərər çəkmiş şəxslərə qeyri-
dövlət yardım mərkəzlərinin akkreditasiyadan keçmədən fəaliyyət
göstərməsinə görə-
otuz beş manatdan əlli manatadək məbləğdə cərimə edilir.
Qeyd:
1. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələrində “şəxs”
dedikdə, “Məişət zorakılığının qarşısının alınması haqqında”
Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə
tutulmuş şəxslər başa düşülür.
2. Bu Məcəllənin 158.1 və 158.2-ci maddələri həmin
maddələrdə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə
səbəb olmadıqda tətbiq edilir.
Maddə 159. Zöhrəvi xəstəliklərə yoluxmuş şəxsin müalicədən
boyun qaçırması
Zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumatı
olan şəxsin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən
sonra da müalicədən boyun qaçırmasına görə-
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 160. Zöhrəvi xəstəliklərə və ya insanın
immunçatışmazlığı virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxsin
müayinədən boyun qaçırması
Zöhrəvi xəstəliklərə və ya insanın immunçatışmazlığı virusuna
yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxsin
146
səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra da
müayinədən boyun qaçırmasına görə-
səksən manatdan yüz iyirmi manatadək məbləğdə cərimə
edilir.
Maddə 161. Zöhrəvi xəstəliklərə və ya insanın
immunçatışmazlığı virusuna yoluxma mənbəyinin gizlədilməsi
161.1. Zöhrəvi xəstəliyi olan şəxs tərəfindən yoluxma
mənbəyinin, habelə onunla əlaqədə olub, zöhrəvi xəstəliklərə
yoluxma təhlükəsi yaradan şəxsin adının gizlədilməsinə görə-
yüz manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
161.2. İnsanın immunçatışmazlığı virusuna yoluxmuş şəxs
tərəfindən yoluxma mənbəyinin, habelə onunla əlaqədə olub,
insanın immunçatışmazlığı virusuna yoluxma təhlükəsi yaradan
şəxsin adının gizlədilməsinə görə-
iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 162. Qanın, qan komponentlərinin donorluğu və qan
xidməti haqqında qanunvericiliyin pozulması
162.1. Donor olmaq istəyən şəxs tərəfindən əvvəllər keçirdiyi
və hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop
maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın
verilməməsinə görə-
otuz manatdan qırx manatadək məbləğdə cərimə edilir.
162.2. Tibbi müayinə keçirilmədən donordan qanın, qan
komponentlərinin götürülməsinə görə-
147
fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli
şəxslər əlli manatdan altmış beş manatadək məbləğdə, hüquqi
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
162.3. Müalicə müəssisələri tərəfindən qanın, qan
komponentlərinin resipiyentə köçürülməsi nəticəsində baş verən hər
hansı ciddi əlavə təsirlər barədə köçürülən qanın, qan
komponentlərinin tədarükünü edən qan xidməti müəssisəsinə (qan
bankına) və müvafiq icra hakimiyyəti orqanına məlumat
verilməməsinə görə-
fiziki şəxslər qırx manatdan əlli manatadək məbləğdə, vəzifəli
şəxslər əlli manatdan altmış beş manatadək məbləğdə, hüquqi
şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 163. Qeysəriyyə kəsiyi əməliyyatının qanunsuz
aparılması
Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş
tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına
görə-
vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək
məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək
məbləğdə cərimə edilir.
FƏSİL 21
SİYASİ, SOSİAL VƏ ƏMƏK HÜQUQLARI ƏLEYHİNƏ OLAN İNZİBATİ
XƏTALAR
148
Maddə 164. Seçkiqabağı və ya referendumla bağlı təşviqatın
aparılması qaydalarının və müddətinin pozulması
164.1. Seçkiqabağı və ya referendumla bağlı təşviqatın
aparılmasının Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə
müəyyən edilmiş qaydalarının və müddətinin pozulmasına görə-
yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir.
164.2. Qeydə alınmış namizədə seçkiqabağı təşviqatın müddəti
başa çatana kimi şərəf və ləyaqətini seçki qanunvericiliyi ilə
müəyyən olunmuş teleradio verilişləri təşkilatlarının teleradio
proqramlarında və dövri nəşrlərdə onların vəzifəli şəxsləri tərəfindən
müdafiə etmək imkanının verilməməsinə görə -
vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək
məbləğdə, hüquqi şəxslər üç yüz manatdan dörd yüz əlli manatadək
məbləğdə cərimə edilir.
Maddə 165. Təşviqat-nəşr materiallarını qəsdən məhv etmə və
ya namizədin seçicilərlə görüşünə mane olma
Mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə seçkiqabağı
təşviqat materiallarının yerləşdirilməsi üçün nəzərdə tutulan
yerlərdə asılmış seçkiqabağı (referendumqabağı) təşviqat
plakatlarını və digər belə təşviqat materiallarını məhv etməyə,
korlamağa və ya təşviqat materiallarının yayılmasına mane olmağa,
yaxud namizədin seçicilərlə görüşünə mane olmağa görə-
altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə
edilir.
149
Maddə 166. Namizəd haqqında bilərəkdən yalan məlumatlar
yayma
Seçkinin nəticəsinə təsir göstərmək məqsədi ilə deputatlığa və
ya seçkili orqana (vəzifəyə) namizəd haqqında bilərəkdən yalan
məlumatlar dərc etməyə və ya onları başqa üsullarla yaymağa görə-
yeddi yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 167. Seçki (referendum) komissiyası üzvünün,
müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi
partiyaların, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat
qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya
vasitələri nümayəndələrinin hüquqlarının pozulması
Seçki (referendum) komissiyası üzvünün, müşahidəçilərin, vəkil
edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların, siyasi partiyaların
bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli
nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin
Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş
hüquqlarını, o cümlədən seçki sənədlərinin surətlərinin və
məlumatların vaxtında alınması və seçki sənədlərinin surətlərinin
təsdiqi ilə bağlı hüquqlarını pozmağa görə-
yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 168. Seçicilər haqqında məlumatların düzgün, tam və
vaxtında verilməməsi
150
Seçicilər haqqında məlumatları təqdim edən müvafiq icra
hakimiyyəti orqanı tərəfindən həmin məlumatların düzgün, tam və
vaxtında verilməməsinə görə -
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 169. Seçki bülletenlərinin, səsvermə protokollarının və
vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulması
Seçki komissiyalarının sədrləri tərəfindən seçki bülletenlərinin,
səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması
qaydalarının pozulmasına görə-
xəbərdarlıq edilir və ya əlli manatdan yetmiş manatadək məbləğdə
cərimə edilir.
Maddə 170. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən
istifadə qaydasının pozulması
Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin
nəticələri barədə protokollar imzalananadək yuxarı seçki
komissiyalarının informasiya xidmətlərindən aşağı seçki
komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu
təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsinə
görə -
fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə,
vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə
cərimə edilir.
Maddə 171. Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya
zorakılığa çağıran çıxışlar edilməsi, yaxud belə
materialların yayılması
151
Seçki (referendum) ilə əlaqədar hədə-qorxu və ya zorakılığa
çağıran çıxışlar edilməsinə, yaxud belə materialların yayılmasına
görə-
altı yüz manatdan doqquz yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 172. Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil
edilməsi
Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsinə
görə -
səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə edilir.
Maddə 173. Seçici siyahıları ilə vətəndaşların tanış olmaq
hüququnun və digər hüquqlarının pozulması
173.0. Seçki (referendum) komissiyasının üzvü tərəfindən:
173.0.1. vətəndaşların seçici siyahıları (referendumda iştirak
etmək hüququ olan vətəndaşların siyahısı) ilə tanış olmaq
hüququnun pozulmasına;
173.0.2. seçici siyahılarındakı (referendumda iştirak etmək
hüququ olan vətəndaşların siyahısındakı) yanlışlıqlar haqqında
vətəndaşların ərizələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi
ilə müəyyən edilmiş müddətdə baxılmamasına;
173.0.3. qeydiyyatdan keçmiş seçicilər barəsində məlumatların
vaxtında rəsmiləşdirilməməsinə və dəqiqləşdirilməməsinə görə-
yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
Maddə 174. Seçkilərdə (referendumda) iştirak etmək üçün
məzuniyyət verilməsindən imtina etmə
152
Dövlət və ya yerli özünüidarəetmə orqanlarına seçkilərin
hazırlanmasında və ya keçirilməsində onun iştirakının təmin
edilməsi məqsədi ilə deputatlığa və ya seçkili orqana (vəzifəyə)
qeydə alınmış namizədə, namizədin vəkilinə və ya seçki
(referendum) komissiyasının üzvünə məzuniyyət verilməsindən
imtina etməyə görə-
iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 175. Qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi
müddətdə xidməti vəzifələrinin icrasını dayandırmaması
Dövlət və ya bələdiyyə xidmətində olan qeydə alınmış namizəd
seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını
dayandırmamasına görə-
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 176. Seçici imzalarının toplanması qaydasının pozulması
Mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərin, dövlət və
bələdiyyə orqanlarının, qurumların və təşkilatların seçici imzalarının
toplanmasında iştirak etməsinə görə-
vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə,
hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə
cərimə edilir.
Maddə 177. Seçkilərin (referendumun) maliyyələşdirilməsi və ya
maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulması
177.1. Seçkilərin (referendumun) maliyyələşdirilməsinin
Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş
qaydalarını pozmağa görə-
153
fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə,
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə,
hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə
cərimə edilir.
177.2. Seçkilərin hazırlanmasına və keçirilməsinə ayrılmış
vəsaitlərin xərclənməsi barədə namizədlər, qeydə alınmış
namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları, referendum
üzrə təşviqat qrupları tərəfindən maliyyə hesabatlarının təqdim və ya
dərc edilməməsinə görə-
min manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Maddə 178. Anonim təşviqat materiallarının və ya reklamların
hazırlanması və yayılması qaydalarının pozulması
178.1. Seçkiqabağı və ya referendum ilə bağlı nəşr və audiovizual
təşviqat materiallarında bu materialları hazırlayan və hazırlanmasını
sifariş edən təşkilatların adı, materialların tirajı və buraxılış tarixi
barədə məlumatların göstərilməməsinə görə-
yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə edilir.
178.2. Siyasi partiyalar, siyasi partiyaların blokları, namizədlər və
ya qeydə alınmış namizədlər barəsində reklamların hazırlanmasının
və yayılmasının, yaxud xeyriyyə xidməti göstərilməsinin Azərbaycan
Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydalarının
pozulmasına görə-
yüz əlli manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
178.3. Siyasi partiyaların, siyasi partiyaların bloklarının,
namizədlərin və ya qeydə alınmış namizədlərin yazılı formada
razılığı olmadan seçkiqabağı nəşr materiallarının hazırlanmasına,
yaxud yayılmasına görə-
iki yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir.
Maddə 179. Səsvermənin nəticələri və ya seçkilərin yekunları
154
haqqında məlumatın bilərəkdən təqdim edilməməsi və
ya dərc olunmaması
179.1. Seçicilərin, qeydə alınmış namizədin, siyasi partiyaların,
siyasi partiyaların bloklarının və namizədlərin vəkil edilmiş
şəxslərinin, müşahidəçilərin, siyasi partiyaların, siyasi partiyaların
bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli
nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin
tələbi ilə onların tanış olmaları üçün müvafiq seçki komissiyasının
sədrləri tərəfindən səsvermənin yekunlarına və nəticələrinə aid
məlumatların bilərəkdən təqdim edilməməsinə görə-
min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
179.2. Səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların
bilərəkdən Azərbaycan Respublikasının Seçki Məcəlləsində nəzərdə
tutulmuş qaydada və müddətdə dərc edilməməsinə görə-
iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə
edilir.
Maddə 180. Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə
yürüşlərinin və piketlərin keçirilməsinə mane olma
“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təşkil edilən
yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və
piketlərin keçirilməsinə mane olmağa görə-
fiziki şəxslər min beş yüz manatdan üç min manatadək məbləğdə,
vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə,
hüquqi şəxslər on beş min manatdan otuz min manatadək
məbləğdə cərimə edilir.
Maddə 181. Təhsil haqqında qanunvericiliyin pozulması
181.0. Təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni:
155
181.0.1. təhsilin hər hansı pilləsindən, səviyyəsindən və
formasından şəxsin məhrum edilməsinə;
181.0.2. təhsil müəssisəsində təhsilalana qarşı cinayət əlamətləri
olmayan psixoloji zorakılığa yol verilməsinə;
181.0.3. qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla,
təhsilalanların təhsil prosesi ilə bağlı olmayan işlərə və tədbirlərə
cəlb edilməsinə;
181.0.4. dövlət təhsil və elmi tədqiqat qrantlarının təhsil
müəssisəsinin həmin qrantların verilmə məqsədlərinə uyğun
gəlməyən fəaliyyət sahələrinin maliyyələşdirilməsinə yönəldilməsinə
görə -
fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat
məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə
edilir.
Maddə 182. İnsanın immunçatışmazlığı virusuna yoluxması
səbəbinə görə təhsil hüququnun pozulması
İnsanın immunçatışmazlığı virusuna yoluxması səbəbinə görə
şəxsin özünün və ya ailə üzvlərinin təhsil almaq hüququnun hər
hansı formada məhdudlaşdırılmasına, o cümlədən onların təhsil
müəssisələrinə qəbulundan imtina olunmasına və ya onların
istənilən tədbirlərdə iştirakına məhdudiyyət qoyulmasına, yaxud
təhsil müəssisəsindən xaric edilməsinə görə-
vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək
məbləğdə cərimə edilir.
Maddə 183. İnsanın immunçatışmazlığı virusu ilə yaşayan
şəxslərin sosial xidmət müəssisələrinə yerləşdirilməsindən və
onlara sosial xidmət göstərilməsindən imtina edilməsi
|