Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə11/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   7   8   9   10   11   12   13   14   ...   140
Azf-286777

anlayışı meydana gəlir).  
Fəlsəfi  düşüncə  prosesləri    obrazlanmadır  və  qavramadır,  yüksək  emalın 
ümumən  konkret ifadəsidir. Elm də emalın empirik və əqli nəticəsidir.  Elm və 
fəlsəfə müəyyənliyin başlanğıcına görə də fərqlənə bilər. Məsələn, fəlsəfə hər 
hansı bir məsələ barəsində əvvəlcə deyə bilər. Filosof öz daxili müəyyənliyi ilə 
özünüdərkini (daxili aləminin dərk olunması  yollarını) aça bilər. Üfiqdə olan, 
uzaqda  olan  obyekti  əvvəlcə  görə  bilər,  aşkarlama  qabiliyyəti  çox  ola  bilər. 
Koordinatları hardasa konkret deyə bilər. Elm isə bu deyiləni aşkar etməlidir. 
Yəni, sistemin, müstəvinin  tərkibini sintezlə elm aça bilər. Fəlsəfə əqli birinci, 
elmi isə onun arxasında görür. Əqli nəticələrə isə məntiqi yolla gəlinir. Burada 
fəlsəfə və elm məntiqi nəticələrə gəlmək üçün əsasları ortaya qoyur.  Lakin bu 
başlanğıc  elmin  nəticəsi  də  ola  bilər.  Yəni,  filosof  elmin  bir  başlanğıcını 
düşünmə  obyekti  kimi  götürə  bilər  və  sistemi  bütöv  halda  müəyyən  səviyədə 
dərk edə bilər. Bir sözlə, fəlsəfə yüksək əqlin özüdür. Onun ifadəsidir. Bu əqlə 
müdriklik də əlavə olunmalıdır. Fəlsəfə zaman amilinə görə də elmi qabaqlaya 
bilir. Bu aspektdə başlanğıc fəlsəfədə olur. Məsələn, beş min il bundan qabaq 
deyilən fikri elm indi sübut etmək iqtidarında ola bilər. Burada filosofun (beş 
min il bundan qabaq fikir bildirən filosofdan söhbət gedir)  daxili müəyyənlik 
faizi  çox  ola  bilər.  Bu  da  özlüyündə  öncəgörməyə  və  intuitiv  təfəkkürə  bağlı 
olar.  Deməli,  fəlsəfə  (şəxsin  ali  düşüncə  və  müdriklik  qabiliyyəti)    ağılla 
hissiyyatın vəhdətində güclüdür.  
Fəlsəfə məsafəni qısaldır zamanı sürətləndirir. Elmdə isə zaman uzun ola 
bilər.  Çünki  sistemin  tərkibini  aydınlaşdırmaqla  məşğuldur.  Fəlsəfə  konkret 
obyektin  kiçik  modelini,  xəyali  təsvirini  yarada  bilir,  elm  isə  onun  tərkibini 
aşkarlayır. Elm bu baxımdan daha çox tərkib müəyyən edir.  

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin