100
strategiya və taktika ifadələri öz klassik mənalarını daha da genişləndirmiş və
demək olar ki, bütün mühüm sahələrdə işlədilir. Dövlətin təşkili və
idarəolunması sahələrində də bu kimi ifadələr geniş yer alır. Dövlətin
idarəolunmasının makro forması strategiya, ondan kiçik olan forması isə
taktika hesab olunur. Ümumiyyətlə, siyasətdə məzmunlu proseslərin ifadə
olunması məqsədilə strategiya və taktikanın vəhdət halında işlədilməsi
mövcuddur. Dövlət özünün daxili və xarici siyasət strategiyasını müəyyən edir.
Bütün resurslarını bu strategiyanın taktiki yollarla icrasını həyata keçirir. Bu
baxımdan da qəbul etmək olar ki, strategiya müəyyənedici, təsbitedici
müddəalardan ibarətdir. Taktika isə icraedici, təminedici müəddəaları özündə
cəmləşdirir.
Dövlətin kompleks xarakter kəsb edən bütün sahələrində strategiya və
taktika ifadələri işlədilir. Strategiya ümumi məzmunlu müəyyənedici
sənədlərdə bütövləşdirici məzmunu ifadə edir. Strategiya konstitusiyaların,
konsepsiyaların, proqramların, doktrinaların, fəaliyyət planlarının və digər bu
kimi sənədlərin başlıca məğzini ifadə edir. Bu sənədlərin əksəriyyəti həm də
taktiki sənədlər kimi qəbul edilə bilər. Belə qənaətə gəlmək olar ki, strategiya
daxilində strateji və taktiki sənədlər toplusu mövcuddur. Məsələn,
konsepsiyalardan doktrinalar törəyə bilər. Bu halda doktrinalar həm strateji,
həm də taktiki məzmunlu olur. Konsepsiyalardan çərçivə üzrə, sahələr üzrə
strateji sənədlər yarana bilər. Bu baxımdan da qəbul etmək olar ki, strateji
sənədlər universal konsepsiyalara və çərçivə strategiyalarına bölünür.
Taktiki məzmunlu sənədlər baza olaraq qaydalar müəyyən edir. Onu da
nəzərə alsaq ki, strateji sənədlərin müddəaları da qaydalar müəyyən edir, yollar
göstərir, üsullar təqdim edir, onda qərara gələ bilərik ki, strategiya və taktika
bir o qədər də bir-birindən fərqlənmir. Ümumi, məcmu ifadələr toplusu,
konseptuallığı əks etdirən sənədlər strateji, qaydalar müəyyən edənlər isə
taktiki əhəmiyyət kəsb edə bilirlər. Taktikanı törəmə baxımından strategiyanın
tərkibi kimi görmək lazmdır. Məsələn, konstitusiya strateji bir sənəddir. Ondan
qanunlar və digər qanunvericilik aktları meydana gəlir. Bu halda strategiyanın
törəməsi yaranır. Törəmə vasitələrinə həm strateji, həm də taktiki sənədlər
kimi baxmaq lazımdır. Çünki strateji sənədlərdən doğan sənədlərin özləri də
(məsələn, konstitusiya və qanunlara istinadən qəbul olunmuş dövlət rəhbərinin
qərarları) strateji əhəmiyyətlidir.
Dostları ilə paylaş: