Elşən Misir oğlu Nəsibov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə52/140
tarix02.01.2022
ölçüsü0,72 Mb.
#30510
1   ...   48   49   50   51   52   53   54   55   ...   140
Azf-286777

 
Müdafiə və siyasət 
 
İ
nsan  maraqları  qorunmalı  müdafiə  olunmalıdır.  Bu  maraqları  həm 
insanların  özləri,  həm  də  dövlət  və  cəmiyyət  qoruyur.  Deməli,  maraqlar  fərdi 
və  kollektiv  əsaslarla  müdafiə  olunur.  Dövlət  dəyərli  qurum  olduğundan  və 
insanlara  dəyərlər  verdiyindən  (bu  dəyərləri  çox  istiqamətdə  təqdim  edir) 
dəyərləri  qorumaq  funksiyasını  yerinə  yetirir.  Dövlət  dəyərləri  cəmiyyətdən,  


43 
 
dəyərli tərəfdən götürür. Bu baxımdan da dəyərləri özündə cəmləşdirir.  Dövlət 
müəyyən  tərkiblərdən  ibarət  olduğundan  daima  öz  tərkibini  qorumaq 
funksiyasını  həyata  keçirir.  Dövlət  bir  tərəfdən  subyektləri,  elementləri 
qoruyur, müdafiə və mühafizə edir, digər tərəfdən də subyektlərin hərəkətlərini 
qoruyur. Deməli, inkişaf prosesləri qorunur. Dövlət öz tərkibi ilə bir tərəf kimi, 
kompleks  subyekt  kimi  tamamlanır.  Çatışmazlıqlar  dövlətin  normal 
fəaliyyətinin  qarşısını  alır.  Bu  baxımdan  da  dövlət  müdafiə  siyasətini  həyata 
keçirir.  Dövlətin  müdafiəsi  iki  istiqamətdə  təmin  olunur:  dövlətin  daxildən 
müdafiəsi  və  sərhədkənar  ünsürlərdən  müdafiəsi.  Dövlət  vətəndaşlarını 
müdafiə  etdiyindən  vətəndaşlarının  maraqlarının  əks  olunduğu    sahələri  də 
müdafiə  edir.  Çünki  həmin  sahələr  elə  dövlətin  özünü  təşkil  edən  sahələrdir. 
Dövlət  elementləri  ona  görə  qoruyur  ki,  öz  daxilini  zənginləşdirsin  və  boşluq 
yaranmasının  qarşısını  alsın.  Dövlət  elementləri  və  onların  fəaliyyətini 
qoruyur.  Dövlət  müdafiə  üçün  aidiyyatı  qurumları:  ictimai-asayişi  qoruyan, 
təhlükəsizliyi təmin edən hüquq mühafizə qurumları təşkil edir.  Müdafiə özü 
də  siyasət  olduğundan  dövlət  bu  istiqamətdə  hüquq  normaları  sistemini  təşkil 
edir.  Dövlət  subyektləri,  onların  dəyərlər  verən  fəaliyyətini,  dövlətə  zərbələr 
vurmağa  çalışan  ünsürləri  qoruyur.  Dövlətin  müdafiəsi  inkişaf  strategiyasının 
tərkibini təşkil edir.  

Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   140




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin