416-cı atıcı diviziya



Yüklə 150,44 Kb.
Pdf görüntüsü
tarix07.04.2020
ölçüsü150,44 Kb.
#30785
416-cı atıcı diviziya — Vikipediya


416-cı atıcı diviziya

416-cı atıcı diviziya (rus. 416-я

стрелковая Таганрогская

Краснознамённая Ордена Суворова

дивизия) — Böyük Vətən müharibəsində

hərbi birləşmə.



416-cı atıcı diviziya

416-я стрелковая Таганрогская

Краснознамённая Ордена Суворова

дивизия


416-cı diviziyanın əsgərləri Brandenburq

darvazası üzərinə bayraq sancarkən



Mövcud olduğu illər

22 mart 1942 — 1945



Ölkə

SSRİ


Daxildir

Quru qoşunları



Növü

Atıcı


Ləqəbi

Таганрогская (azərb.



Taqanroqskaya )

Müharibələr

Böyük Vətən

müharibəsi

Döyüşlər

1942—1943: Qafqaz

döyüşü 

1943: 


Donbass

əməliyyatı (1943)

 

1943: 


Melitopol

əməliyyatı

 

1944:


Berezneqovato-

Sniqiryov hücum

əməliyyatı

 

1944: 



Yas-Kişinyov

əməliyyatı

 

1945: 


Visla-Oder

əməliyyatı

 

1945: Berlin döyüşü



(1945)

Yaranması

Zaqafqaziya Hərbi Dairəsinin

komandanlığının əmrinə əsasən 1942-ci

ilin 22 fevral tarixdən Azərbaycan SSR-in

Ucar rayonunda 416-cı atıcı diviziyanın

formalaşdırılmasına başlanılmışdır.



Fərqlənmə nişanları

"Qırmızı Bayraq"

ordeni

Suvorov Ordeni



Komandirləri

Məşhur komandirləri Tərlan Əliyarbəyov

Tarixi




1054-cü və 1374-cü alay Ağdamda, 1373-

cü alay Göyçayda, 1368-ci alay

Sumqayıtda yaradılmışdır. Həmin ilin

martın 22-də diviziyanın şəxsi heyəti

hərbi andiçmə mərasimində iştirak edib.

Diviziyanın heyətinə 11,050 azərbaycanlı,

291 rus, 225 erməni, 110 gürcü, 99

ukraynalı, 72 tatar, 28 yəhudi, 23 belarus,

eləcə də digər millətlərin hərbi

qulluqçuları daxil idi. Bölmə 5156 tüfəng,

1022 avtomat, 167 əl pulemyotu, 50 ağır

pulemyot, 217 tank əleyhinə tüfəng, 308

ədəd top, 181 minaatan, 65 avtomobil ilə

silahlanmışdır.



Qafqazda



Taqanroqun azad edilməsi

Cənub-şərq istiqamətində

Nikolayev və Odessanın azad

edilməsi

Kişinyovun azad edilməsi

Visla-Oder əməliyyatı

Berlin döyüşü

1368-cı atıcı alayı

1373-cü atıcı alayı











Heyəti


1374-cü atıcı alayı

1054-cü artilleriya alayı

444-cü fərdi tank əleyhinə (özüyeriyən

artilleriya) diviziyası

222-ci fərdi kəşfiyyat rotası

348-ci fərdi sapyor batalyonu

921-ci fərdi kommunikasiya batalyonu

(337-ci ayrı rabitə rotası)

519-cu tibb-sanitar batalyonu

223-cü fərdi kimya müdafiə rotası

569-cu avtonəqliyyat rotası

480-ci sahə çörəkxanası

584-cü diviziya baytar tibb məntəqəsi

1868-ci sahə poçt stansiyası



Milli bankın 1185-ci sahə bilet şöbəsi

Tabeliyi

Tarix

Cəbhə

Ordu

Korpus

(dəstə)

Qeydlər

7 iyun 1942

—1943-cü

illər


Zaqafqaziya cəbhəsi

44-cü ordu

-

8 avqustdan Cənubi Qafqaz



cəbhəsindəki Şimal qrupunun

tərkibində

[1]

1943


Cənub cəbhəsi

44-cü ordu

-

-

1943



4-й Украинский

фронт


51-я армия

54-cü


atıcı

korpus


Melitopolyun azad edilməsi

[2]


1943 — 20

sentyabr


1944

Cənub cəbhəsi

5-я ударная

армия


32-ci

atıcı


korpus

-

20 sentyabr



1944 — 10

iyun 1945

1-й Белорусский

фронт


5-я ударная

армия


32-ci

atıcı


korpus

-

28 mart



1945 — 29

mart 1945

1-й Белорусский

фронт


8-я

гвардейская

армия

Müvəqqəti olaraq Kustrin



rayonunda alman qrupunun

məhv edilməsində iştirak

edib.

[3]


10 iyun

1945 — ?


Группа советских

оккупационных

войск в Германии

[4]


5-я ударная

армия


32-ci

atıcı


korpus

-

Diviziyanın komandirləri







15.03.1942 — 06.07.1942 — polkovnik

Semyon Storojilov

7.07.1942 — 14.10.1942 — polkovnik

Vasiliy Maslov

15.10.1942 — 19.11.1942 — polkovnik

Tərlan Əliyarbəyov

20.11.1942 — 19.12.1942 — polkovnik

Mark Karakoz

20.12.1942 — ??.04.1946 — polkovnik,

01.09.1943-cü ildən general-mayor

Dmitriy Sızranov

Mükafatlar və adları

Məşhur döyüşçüləri və bölmə

komandirləri





Maraqlı faktlar

Diviziyanın heyətində Birinci Dünya

müharibəsi və Azərbaycan-Ermənistan

müharibəsinin veteranı Kamil Qasımov

döyüşüb.

Diviziyanın heyətində Sovet yazıçısı və

ədəbiyyatşünası 

Vitaliy Zakrutkin

döyüşüb.

İrsi





Taqanroq

 şəhər muzeyinda 416-cı atıcı diviziya

haqqında kitablar.


1. http://militera

.lib.ru/memo

/russian/grec

hko_aa_1/02

.html  Гречко

А. А. «Битва

за Кавказ»

2. Освобожден



ие городов

3. Исаев А. В.



«Берлин 45-

го»

4. Директива



Ставки

Верховного

Главнокома

ндования

qq

İstinadlar

Diviziyanın

formalaşdırılması



Zaqafqaziya Hərbi Dairəsinin

komandanlığının əmrinə əsasən 1942-ci

ilin 22 fevral tarixdən Azərbaycan SSR-in

Ucar rayonunda 416-cı milli diviziyanın

formalaşdırılmasına başlanılmışdır.

Diviziyanın şəxsi heyətin 92%-i

Azərbaycanlılar idi.

Qafqazda

416-cı milli diviziyanın döyüş yolu

Qafqazdan başlanmışdır. Diviziya 1942-ci

ilin sentyabrın əvvəllərində 44-cü ordunun

tərkibinə daxil edilərək Şimali Qafqazda

Döyüş yolu





Xasavyurt rayonuna göndərilmişdi.

Diviziyanın cəbhəyə getdiyi vaxt Qafqaz

uğrunda döyüşlərin ən şiddətli dövrü idi.

Almaniyanın "Cənub" ordu qrupu

komandanlığına 1942-ci ilin 25

sentyabrında Bakını zəbt etmək əmri

verilmişdi. 1942-ci ilin oktyabrında 416-cı

diviziya 58-ci ordunun tərkibinə daxil

edilərək, Sulak çayının şərq sahilində

düşmənin Mahaçqala istiqamətindəki

hücumlarına qarşı mövqedə yerləşdirildi.

Həmin ilin noyabrında diviziya yenidən

44-cü ordunun tərkibinə daxil edildi və

təcili olaraq 

Terek

 stansiyası zonasında



yeni döyüş xəttinə göndərildi. 1942-ci ilin

30 noyabrında diviziya hücuma keçdi.



Taqanroqun azad edilməsi

1943-cü ilin yanvarının əvvəlinə qədərki

dövrdə diviziyanın döyüşçüləri Qafqazdan

Azov sahilinə qədərki məsafəni

döyüşlərlə keçərək, növbəti döyüşlərə

hazırlaşdılar. Bu dövrdə diviziyanın

komandirlərindən biri polkovnik (az sonra

general-mayor) Tərlan Əliyarbəyov idi.

1942-ci ilin noyabrında Şimali Qafqazdan

başlanan əks-hücumlar nəticəsində üç ay

ərzində Şimali Qafqaz düşməndən azad

edildi və Rostov istiqamətində döyüşlərə

başlamaq üçün zəmin yarandı.1943-cü

ilin 21 fevralında 416-cı diviziya

əməliyyatlarının II dövründə hazırlığa



başladı. Bunun üçün diviziyaya

Azərbaycandan 1500 nəfər yeni döyüşçü

göndərilmişdi. 416-cı diviziya 1943-cü ilin

17 avqustunda Taqanroq istiqamətində

başlanmış hücumlarda iştirak edirdi və

avqustun 30-da diviziya 28-ci ordunun

tərkibində Taqanroq şəhərinin

düşməndən azad edilməsində böyük

qəhrəmanlıq göstərdi və bu qələbəyə

görə ona "Taqanroq diviziyası" fəxri adı

verildi.

1943-cü il sentyabr ayının 7-də 416-cı

Taqanroq atıcı diviziyası hitlerçilərin 3-cü

Dağ atıcı diviziyası tərəfindən müdafiə

olunan güclü istehkam xəttinə yaxınlaşdı.


Düşmən istehkamları Markupol və

Osipenko şəhərlərinə gedən yolları

bağlamışdı. Sentyabrın 8-9-da

Azərbaycan diviziyası düşmənin

müqavimətini qırdı. Faşistlərin 10 əks-

hücumuna mərdliklə sinə gərən

döyüşçülər qazanılmış mövqeləri əldə

saxladılar. Bu döyüşlərdə diviziya 4

mindən artıq düşmən əsgər və zabitini

məhv etmiş, külli miqdarda döyüş

texnikası ələ keçirmişdi. Həmin

döyüşlərdə kapitan Firuddin Süleymanov

əsil qəhrəmanlıq nümunəsi göstərmiş,

əlbəyaxa döyüşdə bir qrup döyüşçü ilə

düşməni geri çəkilməyə məcbur etmiş,

özü isə həlak olmuşdu. F.Süleymanov



ölümündən sonra I dərəcəli Vətən

müharibəsi ordeninə layiq görülmüşdü.

Milli diviziya 1943-cü ilin sentyabrında

Azərbaycandan öz tərkibinə 2500 nəfər

yeni döyüşçü heyəti adlı və müvafiq

hazırlıqdan sonra oktyabrın 10-dan

başlayaraq növbəti döyüşlərə başladı və

Nikolayev şəhərinin düşməndən azad

edilməsində fəal iştirak etdi.

416-cı diviziya 1943-cü ilin oktyabrında

düşməni Konstantinovka ətrafında

darmadağın edib, tank hissələrinin

köməyi ilə Melitopolu azad etmişdi.

Diviziya "Qırmızı Bayraq" ordeni ilə təltif

olunmuşdu.


Melitopol uğrunda döyüşlərdə

pulemyotçu Ağaşirin Cəfərov xüsusən

fərqlənmişdi. O, 1943-cü il ərzində 500-

dən artıq faşist öldürmüşdü.i Rəyasət

Heyətinin 1943-cü il 1 noyabr tarixli

Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı fəxri

adı almışdı. A.Cəfərov SSRİ Ali Sovet

1944-cü ilin yanvarında 416-cı diviziya 3-

cü Ukrayna cəbhəsində 5-ci zərbə ordusu

tərkibində hücuma keçərək, 

Dnestr çayını

keçdi və döyüşlərdə Dnepr çayı

sahillərinə çıxdı. Dneprin keçilməsində

qəhrəmanlıq göstərdiklərinə görə Mikayıl

Ələkbərov, Bahəddin Mirzəyev, Ablul

Vəliyev, Fəriz Səfərov və Ağaşirin Cəfərov



Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq

görüldülər. Baş çavuş Həsən Rəhimov isə

"Qırmzı bayraq" oredeni ilə təltif olundu.

Həmin ilin 9 aprelində diviziya Odessa

şəhəri yaxınlığına çatdı və onun

düşməndən azad edilməsində fəal

iştirakına görə II dərəcəli Suvorov ordeni

ilə təltif edildi. 1944-cü ilin yayından

başlayaraq 416-cı diviziya 3-cü Ukrayna

cəbhəsi tərkibində məşhur 

Yassa-

Kişinyov döyüş



 əməliyyatında və

Moldaviyanın paytaxtı Kişinyov şəhərinin

və bütün Moldaviyanın azad edilməsində

fəal iştirak etdi. 1945-ci ilin martında

diviziyanın 1054-cü alayı "Qırmızı bayraq"


ordeni, 1368- ci alayı-"Boqdan Xmelnitski"

ordeni, 44-cü divizionu isə "Aleksandr

Nevski" ordeni ilə təltif edilmişdi. 1945-ci

ilin yanvarında Sovet ordusu bütün

cəbhələrdə hücuma keçmişdi və əsas

istiqamət Varşava-Berlin istiqaməti idi.

416-cı diviziya I Belorusiya cəbhəsinə

daxil olan 5-ci zərbə ordusu tərkibində

Visla çayı

 istiqamətində hücumu davam

etdirərək, Varşavanın azad edilməsində

iştirak etdi və 

Oder çayının

 qərb sahilinə

çıxaraq, düşmənin 

Kyustrin


 şəhərini zəbt

etdi. Berlinə ilk dəfə daxil olan hərbi

hissələr içərisində 416-cı diviziya var idi.

Diviziya 1-də Berlinə daxil oldu. Berlin



uğrunda döyüşlərdə kapitan

X.Gülməmmədovun batalyonu xüsusilə

fərqləndi. Kayzerin sarayı üstündə Qələbə

bayrağını ilk dəfə mayın 1-də

sancanlardan biri leytenant Vahab

Osmanov düşmən gülləsindən həlak

oldu. Brandenburq qapıları üstünə mayın

2-də qələbə bayrağını taxanlardan biri isə

leytenant A.Məcidov və onun döyüşçüləri

oldular. Qafqazdan Berlinədək döyüş yolu

keçmiş 416-cı Azərbaycan Milli diviziyası

və onun alaylarına müharibə illərində

general-mayorlar Tərlan Əliyarbəyov,

Heybət Heybətov, Hacıbaba Zeynalov

(diviziyanın qərargah rəisi) komandirlik

etmişdir.



  Sonuncu redaktə 7 ay əvvəl Qolcomaq tərəfindən edilib  

Əksi qeyd olunmayıbsa, bu məzmun CC BY-SA

3.0  çərçivəsində yayımlanır.

Bir alaydan olanlar (film, 1975)

Milli diviziyaların döyüş yolu

Mənbə — "

https://az.wikipedia.org/w/index.php?

title=416-cı_atıcı_diviziya&oldid=4853324



"

Həmçinin bax



Mənbə

Yüklə 150,44 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin