Azərbaycan Dövlət Sisteminin rəhbər orqanları aşağıdakılardan ibarətdir:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar üzrə Komissiyası;
- Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar üzrə
komissiyası;
- Şəhər və rayon icra hakimiyyəti orqanlarının fövqəladə hallar üzrə komissiyaları;
- Xalq təsərrüfatı obyektlərində yaradılan obyekt fövqəladə hallar komissiyası (OFHK);
- Respublikanın nazirlikləri və baş idarələrində yaradılan sahə fövqəladə hallar
komissiyası (SFHK).
Fövqəladə hallar üzrə komissiyalara aşağıdakı şəxslər başçılıq edirlər:
- Azərbaycan Respublikasında—baş nazirin müavinlərindən biri;
- Naxçıvan Muxtar Respublikasında—baş nazirin müavini;
- Respublikanın şəhərlərində və rayonlarında—icra hakimiyyəti başçılarının
birincimüavini;
- Xalq təsərrüfatı obyektlərində—baş mühəndislər.
- Nazirlik və baş idarələrdə sahə rəhbərlərinin müavini.
Fövqəladə hallar üzrə komissiyalarda ştatlı struktur bölmələr (komissiyanın aparatı)
yaradıla bilər. Belə bölmələrin tərkibi Respublika Nazirlər Kabineti, Naxçıvan Muxtar
Respublikası Nazirlər Kabineti, icra hakimiyyəti orqanlarının başçıları, nazirlik və baş
idarələr tərəfindən, işin həcmindən asılı olaraq müəyyən edilir.
Fövqəladə hallar üzrə obyekt komissiyaları onlara tələbat və təşkili üçün müvafiq baza
olarkən yaradılır.
Azərbaycan Dövlət Sisteminin vahid məqsədləri nəzərə alınmaqla fövqəladə hallar üzrə
bütün səviyyələrdən olan komissiyaların əsas funksiyaları aşağıdakılardan ibarətdir:
- tabeliyindəki müvafiq ərazilərdə, sənaye sahələrində, xalq təsərrüfatı obyektlərində
Azərbaycan Dövlət Sisteminin və onun vəsilələrinin fəaliyyətinə rəhbərlik etmək;
- fövqəladə halların qarşısının alınması, müxtəlif qəzaların, təbii fəlakətlərin vurduğu
ziyanın azaldılması üzrə tədbirlər işləyib hazırlamaq və həyata keçirmək, fövqəladə
hallarda təhlükə potensiallı istehsalatlarda və xalq təsərrüfatı obyektlərində işlərin
etibarlığını təmin etmək;
- tabeliyindəki ərazidə (obyektlərdə) təbii mühitin və təhlükə potensiallı obyektlərin
vəziyyətini daimi müşahidə və nəzarəti, fövqəladə hallar yaranması ehtimalının və onun
nəticələrinin proqnozlaşdırılması və qiymətləndirilməsini təşkil etmək;
- fövqəladə hallar yaranarkən idarəetmə orqanlarının, qüvvə və vasitələrin fəaliyyətinə
daim hazırlığını təmin etmək;
- profilaktika tədbirlərinə, qəza-xilasetmə və qəza-bərpa dəstələrinin saxlanmasına və
təchizatında, fövqəladə halların nəticələrinin aradan qaldırılmasına və zərərdidələrə
yardım göstərilməsinə çəkilən xərclərin ödənilməsindən ötrü maliyyə və maddi-texniki
ehtiyatlar yaratmaq;
- tabelikdəki ərazi fövqəladə hallar komissiyalarının fövqəladə halların qarşısının alınması
və nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətlərini əlaqələndirmək;
- qonşu regionların fövqəladə hallar üzrə komissiyaları ilə hərbi komandanlıqla, ictimai
təşkilatlar və hərəkatlarla fövqəladə hallar barədə məlumatların toplanması və mübadiləsi,
lazım gəldikdə isə belə halların qarşısının alınması üçün qüvvə və vasitələr göndərilməsi
məsələləri üzrə qarşılıqlı fəaliyyəti təşkil etmək;
- fövqəladə hallar yaranarkən və genişlənərkən, onların nəticələri aradan qaldırılarkən
fəaliyyətə rəhbərlik etmək;
- tabelikdəki ərazilərdə, xalq təsərrüfatı obyektlərində fövqəladə hallar yaranarkən
beynəlxalq yardımı bilavasitə bölüşdürmək və ondan istifadə etmək.
Azərbaycan Dövlət Sisteminin gündəlik idarəetmə orqanları aşağıdakılardan
ibarətdir:
- fövqəladə hallar üzrə bütün səviyyədən olan ərazi komissiyalarının növbəti xidmətləri;
- nazirliklərin, baş idarələrin, xalq təsərrüfatı obyektlərinin növbətçi-dispetçer xidmətləri;
- bütün səviyyədən olan mülki müdafiə qərargahları;
- respublika xilasetmə dəstələrinin və fövqəladə halların nəticələrinin aradan
qaldırılmasına cəlb olunan könüllü ictimai təşkilatların növbətçi xidmətləri.
Azərbaycan Dövlət Sisteminin rəhbər orqanları və gündəlik idarəetmə orqanları onun
idarəetmə sistemini təşkil edir.
Təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətini müşahidə və nəzarət qüvvə
və vasitələri aşağıdakılardan ibarətdir:
- Azərbaycan Respublikası Dövlət Təbiəti Mühafizə Komitəsinin, Azərbaycan
Respublikası Dövlət Geologiya Komitəsinin, Azərbaycan Respublikası Dövlət Geodeziya
Komitəsinin, Azərbaycan Respublikası Dövlətmədənnəzarət Komitəsinin, Azərbaycan
Respublikası Dövlət Standartlar İdarəsinin qüvvələri;
- Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dövlət Sanitariya Nəzarəti qüvvələri
(respublika gigiyena və sanitariya mərkəzi);
- Azərbaycan Respublikasının baytar xidməti qüvvələri (Kənd Təsərrüfatı və Ərzaq
Məhsulları Nazirliyi);
- müşahidə və laboratoriya nəzarəti xidmətləri (idarələri), həmçinin Azərbaycan
Respublikasının profilli elmi-tədqiqat təşkilatlarının, nazirliklərinin, baş idarələrinin və
Elmlər Akademiyasının təbii mühitə nəzarətlə məşğul olan və müşahidə və laboratoriya
nəzarəti sisteminə (MLNS) daxil edilmiş idarələri;
- Azərbaycan Respublikası Hidrometeorologiya Komitəsinin hidrometeoroloji və
geliofiziki təbii hadisələr barədə xəbərdarlıq, təbii mühitin radioaktivliyini və
çirklənməsini müşahidə qüvvələri, Azərbaycan Respublikası Elmlər Akademiyasının
seysmik müşahidələr və xəbərdarlıq xidməti qüvvələri və Azərbaycan Respublikası Dövlət
Təbiəti Mühafizə Komitəsinin təbii mühitə zərərli maddə düşməsi mənbələrinə nəzarət
qüvvələri;
- Azərbaycan Aerokosmik agentliyinin müşahidə qüvvələri.
Təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətini müşahidə və nəzarət
sisteminin əsas vəzifələri bunlardır;
- təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətini daimi müşahidə və nəzarət
etmək, fövqəladə hallar yaranması ehtimalını, həmçinin onların nəticələrini
proqnozlaşdırmaq və qiymətləndirmək;
- təbii mühitin vəziyyəti barədə məlumatlar toplamaq və onu ümumiləşdirmək;
- kor-təbii hadisələrin baş verməsi və genişlənməsini, hmçinin hidrometeoroloji, geofiziki
və ekoloji nəzarəti proqnozlaşdırmaq və müşahidələr aparmaq;
- xalq təsərrüfatı obyektlərinin tikintisi, modernləşdirilməsi və yenidən qurulması zamanı
sənaye və ekoloji nəzarəti proqnozlaşdırmaq və müşahidələr aparmaq;
- xalq təsərrüfatı obyektlərinin tikintisi, modernləşdirilməsi və yenidən qurulması zamanı
sənaye və ekoloji təhlükəsizliyə nəzarət etmək;
- seysmik rayonlarda tikinti normativlərinin gözlənilməsinə və tikintinin keyfiyyətinə
nəzarət etmək;
- istehsal qüvvələrinin, sənaye sahələrinin və onların obyektlərinin inkişafı və
yerləşdirilməsi üzrə və perspektiv planların və sxemlərin ekoloji ekspertizası;
- təbii ehtiyatlardan istifadə olunması və təbii obyektlərin istismarına nəzarət;
- təbii fəlakətlərin, texnoloji qəza və fəlakətlərin ekoloji nəticələrini proqnozlaşdırmaq və
qiymətləndirmək;
- epizootiyalar və epifitotiyalar yaranması və yayılması ehtimalını proqnozlaşdırmaq.
Fövqəladə halların nəticələrini aradan qaldıran qüvvə və vasitələr aşağıdakılardan
ibarətdir:
- nazirliklərin və baş idarələrin hərbiləşmiş və hərbiləşməmiş qəza-xilasetmə, qəza-bərpa,
yanğınsöndürən və digər dəstələri;
- Azərbaycan Respublikası fəaliyyətdə olan tikinti, xüsusi və quraşdırma təşkilatları,
nazirlik və idarələrinin tikinti bölmələrinin bazasında yaradılan qəza-bərpa dəstələri;
- respublika Səhiyyə Nazirliyinin, habelə digər nazirliklər və baş idarələrin təcili tibbi
yardım xidməti idarələri və dəstələri;
- təcili baytar yardımı və bitkilərin mühafizə xidməti dəstələri;
- Azərbaycan Respublikası FHN Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından
mühafizə hissələri;
i
- MM-in qoşun hissələri, ərazi və ixtisaslaşdırmış dəstələri; «Azərbaycan Hava Yolları»
Qapalı Səhmdar Cəmiyyətinin müvafiq xidmətləri;
- Azərbaycan Dəmir Yol İdarəsinin bərpaetmə və yanğınsöndürmə qatarları;
- «Xəzərneftqaz» birliyinin, «Azərneft» birliyinin Xəzərgəmiçiliyi idarəsinin,
Azərbalıqsənaye birliyinin qəza-xilasetmə xidmətləri;
- «Azəravtonəqliyyat» Dövlət Konserninin, respublika nazirlik və idarələrinin nəqliyyat
bölmələrinin avtonəqliyyat vasitələri;
- digər könüllü ictimai təşkilatların qüvvələri.
Azərbaycan Dövlət Sisteminə daxil edilmiş bütün bu qüvvə və vasitələr bütövlükdə
fövqəladə halların nəticələrini aradan qaldıran qüvvələr və vasitələr sistemini təşkil edir.
10. Azərbaycan Respublikası FHN yanğından mühafizə qurumunun müxtəlif nazirlik və
baş idarələrin hərbiləşdirilmiş mədən-xilasetmə, qaz-xilasetmə xidmətlərin və digər belə
peşəkar xidmətlərin, Azərbaycan Respublikası MM-in qoşun hissəsinin bazası əsasında,
respublika nazirlikləri və baş idarələri ilə razılaşdırılmaqla, daimi hazırlıqlı qəza-xilasetmə
bölmələri yaradılır ki, bu bölmələr Azərbaycan Dövlət Sistemi tərəfindən həm
respublikanın müxtəlif regionlarında, həm də yardım məqsədilə respublikanın
hüdudlarından kənarda fövqəladə halların nəticələrini operativ surətdə məhdudlaşdırmaq
və aradan qaldırmaq üzrə onların imkanları daxilindəki işlərə cəlb edilə bilər.
Azərbaycan Dövlət Sisteminin informasiya idarəetmə sistemi onun işini informasiya ilə
təmin edir və aşağıdakılardan ibarətdir:
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar üzrə Komissiyasının
respublika İnformasiya Hesablama Mərkəzi;
- Azərbaycan Respublikasının əhalisinə xəbərdarlıq sistemi;
- Naxçıvan MR informasiya-hesablama mərkəzi;
- Azərbaycan Respublikası nazirliklərinin və baş idarələrinin hesablama mərkəzləri;
- Azərbaycan Respublikası şəhərləri və rayonlarının hesablama mərkəzləri;
- fövqəladə halların nəticələrini aradan qaldıran qüvvələr və vasitələrin (qoşun hissələri,
hərbiləşdirilmiş və hərbiləşdirilməmiş dəstələri) idarəetmə məntəqələri;
- infoormasiya mərkəzləri (təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətini
müşahidə və nəzarət sisteminin ilkin məlumat toplama mərkəzləri);
- rabitə və məlumatvermə vasitələri.
Azərbaycan Dövlət Sistemi informasiya-idarəetmə sisteminin əsas funksiyaları
bunlardır:
- təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətinə müşahidə və nəzarət
sistemindən alınan məlumatların kompleks öyrənilməsi, o cümlədən baş vermiş fövqəladə
hallar barədə xəbərdarlıq, belə xəbərlərin seçilməsi və aidiyyatı üzrə abonentlərə
(istifadəçilərə) çatdırılması;
- Sistemin abonentlərindən (istifadəçilərindən) alınan məlumatların toplanması və
öyrənilməsi;
- Azərbaycan Dövlət Sisteminin müxtəlif vəsilələri arasında, həmçinin bütün
səviyyələrdən olan fövqəladə hallar üzrə komissiyalar və fövqəladə halların nəticələrini
aradanqaldırma qüvvələri və vasitələrinin idarəetmə məntəqələri, habelə təbii mühitin və
təhlükə potensiallı obyektlərin vəziyyətinə müşahidə və nəzarət sisteminin idarəetmə
məntəqələri arasında məlumat (informasiya) mübadiləsini təşkil etmək.
Azərbaycan Dövlət Sisteminin fəaliyyəti fövqəladə halların qarşısının alınması və belə
hallarda fəaliyyət üzrə tədbirlərin planlaşdırılması, hazırlanması və həyata keçirilməsindən
ibarətdir.
Mövcud şəraitdən asılı olaraq sistemi üç iş rejimi müəyyən edilmişdir:
- gündəlik iş rejimi—normal sənaye istehsalı və radiasiya şəraitində, həmçinin normal
kimyəvi, bioloji (bakterioloji), seysmik, hidrometeoroloji şəraitdə, epidemiya, epizootiya,
epifitotiya olmayan hallarda sistemin işi;
- yüksək hazırlıq rejimi—sənaye istehsalı və radiasiya şəraiti, kimyəvi, bioloji
(bakterioloji), seysmik və hidrometeoroloji şərait xeyli pisləşdikdə, həmçinin fövqəladə
hallar yaranması ehtimalı haqqında proqnoz alınarkən sistemin işi;
- fövqəladə rejim—fövqəladə hallar yaranarkən və onların nəticələri aradan qaldırılarkən
sistemin işi.
Azərbaycan Dövlət Sisteminin, onun vəsilələrinin bu və ya digər rejimə keçirilməsi
haqqında qərar fövqəladə hallar üzrə müvafiq komissiyalar tərəfindən konkret şərait
nəzərə alınmaqla qəbul edilir.
Vəziyyətdən asılı olaraq Azərbaycan Dövlət Sistemi və onun vəsilələri müxtəlif
rejimlərdə işləyə bilər.
Azərbaycan Dövlət Sistemi müxtəlif rejimlərdə işləyərkən aşağıdakı tədbirlər yerinə
yetirilir:
a) gündəlik iş rejimində:
- təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətinin müşahidə və nəzarət
edilməsi;
- fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə
hallar baş verərkən əhalinin təhlükəsizliyini artırmaq və xalq təsərrüfatı itkilərini
azaltmaqdan ötrü dövlət, dövlətlərarası uzunmüddətli birməqsədli proqramların və
qabaqlama (preventiv) tədbirlərin yerinə yetirilməsi;
- Azərbaycan Dövlət Sistemi idarəetmə orqanlarının qüvvə və vasitələrinin fövqəladə
hallar üçün fəaliyyətə hazırlanması, hazırlığın təkmilləşdirilməsi və lazımi səviyyədə
saxlanması, fövqəladə hallarda mühafizə üsullarının və fəaliyyət qaydalarının əhaliyə
öyrədilməsi.
b) yüksək hazırlıq rejimində:
- Azərbaycan Dövlət Sisteminə, fövqəladə hallar üzrə komissiyalara rəhbərliyi bilavasitə
öz üzərinə götürmək, lazımi hallarda şəraitin pisləşməsi səbəblərini aşkara çıxarmaq və
onu proqnozlaşdırmaq üçün operativ qruplar yaratmaq;
- növbətçi-dispetçer xidmətini gücləndirmək;
- təbii mühitin və təhlükə potensiallı obyektlərin vəziyyətinə müşahidə və nəzarəti
gücləndirmək, fövqəladə halların yaranması ehtimalını və onun nəticələrini
proqnozlaşdırmaq;
- əhalinin mühafizəsi və xalq təsərrüfatı obyektlərinin dayanaqlığının artırılması üçün
tədbirlər görmək;
- güman edilən halların nəticələrini aradan qaldırmaqdan ötrü nəzərdə tutulan qüvvə və
vasitələrin hazırlıq dərəcəsini yüksəltmək, lazım gələrsə onları ehtimal olunan fəaliyyət
rayonlarına göndərmək.
v) fövqəladə rejimdə:
- əhalinin mühafizəsini təşkil etmək;
- fövqəladə halların nəticələrinin aradan qaldırılmasını təşkil etmək;
- işlərə bilavasitə rəhbərlik etmək üçün operativ qrupları fövqəladə hallar baş vermiş
rayonlara göndərmək;
- işləri yerinə yetirmək üçün qüvvə və vasitələri fövqəladə hallar baş vermiş rayonlara
göndərmək;
- fövqəladə hallar yaranmış rayonlarda təbii mühitin vəziyyətinə daimi nəzarəti
gücləndirmək.
Fövqəladə halların nəticələrinin aradan qaldırılmasını fövqəladə hallar üzrə
komissiyalar təşkil edirlər. Adətən, fövqəladə halların nəticələrinin aradan qaldırılmasına
bilavasitə aşağıdakı komissiyalar rəhbərlik edir:
- nəticələri istehsalat binalarından kənara yayılmayan qismi fövqəladə hallarda—fövqəladə
hallar üzrə obyekt komissiyaları;
- nəticələri obyektin ərazisindən kənara yayılmayan obyekt miqyaslı fövqəladə hallarda—
fövqəladə hallar üzrə obyekt komissiyaları (ehtiyac olarsa, şəhər, rayon və sahə
komissiyaları operativ qruplarının iştirakı ilə);
- fövqəladə halların yayılması hüdudlarından asılı olaraq nəticələri şəhərin (rayonun) və ya
regionun ərazisindən kənara yayılmayan fövqəladə hallarda—fövqəladə hallar üzrə icra
hakimiyyəti orqanlarının və ya Naxçıvan MR Nazirlər Kabinetinin komissiyası;
- nəticələri respublikanın ərazisindən kənara yayılmayan regional fövqəladə hallarda -
Azərbaycan Respublikası Nazirlər Kabinetinin fövqəladə hallar üzrə Komissiyası.
Azərbaycan Dövlət Sistemi və onun vəsilələri müvafiq surətdə respublika büdcəsindən
və yerli büdcələrdən, ayrılan xüsusi fondlar hesabına nazirliklərin və baş idarələrin
mərkəzləşdirilmiş fondlarından, həmçinin müəssisələrin sosial-iqtisadi inkişaf
fondlarından maliyyələşdirilir. Göstərilən fondların sərəncamçıları müvafiq fövqəladə
hallar üzrə komissiyalardır.
Azərbaycan Dövlət Sisteminin hər bir səviyyəli vəsiləsi fövqəladə halların qarşısının
alınması və belə hallarda fəaliyyət üzrə işlərin maddi-texniki və maliyyə təminatını
müstəqil surətdə təşkil edir.
Fövqəladə halların qarşısının alınması işlərinə cəlb olunmuş təşkilatların xərcləri onları
işə cəlb etmək barədə qərar verən orqanın hesabına ödənilir.
Ə
haliyə fövqəladə hallardan mühafizə üsullarının öyrədilməsi müstəqil surətdə, iş,
yaşayış və təhsil yerlərində aparılan məşğələ və məşqlərdə, kütləvi informasiya
vasitələrindən istifadə olunmaqla və xüsusi təlimlər keçirməklə təşkil edilir.
Azərbaycan Dövlət Sisteminin təşkilini təkmilləşdirmək, sistemin idarəetmə
orqanlarının, qüvvə və vasitələrinin hazırlığını və hazırlanmasının keyfiyyətini yoxlamaq
məqsədilə hər il onun vəsilələrində planlaşdırılmış təlimlər və məşqlər keçirilir.
2-ci sual.
Fövqəlada hallarda mülki müdafiənin idarə edilməsi. Hərbiləşdirilməmiş
mülki müdafiə xidmətləri, qüvvələri.
Yeni Qanuna və Əsasnaməyə müvafiq olaraq Azərbaycan Respublikasında Mülki
Müdafiə işinə ümumi rəhbərliyi Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
Azərbaycan Respublikasının Mülki Müdafiəsinə respublikanın Baş Naziri bilavasitə
rəhbərlik edir və mülki müdafiənin qarşısında duran vəzifələri həyata keçirməyə daim
hazır olması üçün məsuliyyət daşıyır.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq və həyata keçirilməsini təşkil etmək, habelə
icraya nəzarət məqsədilə Respublika Nazirlər Kabinetində fəaliyyət göstərən Fövqəladə
Hallar Nazirliyi yaradılmış və bu nazirlik digər sahələrlə yanaşı mülki müdafiəyə gündəlik
rəhbərlik edir.
Yerlərdə mülki müdafiəyə bilavasitə aşağıdakılar rəhbərlik edirlər:
- Naxçıvan Muxtar Respublikasında - Muxtar Respublikanın Baş Naziri;
- şəhərlərdə, rayonlarda, kənd və qəsəbələrdə-müvafiq icra hakimiyyəti başçıları və onların
nümayəndələri;
- təsərrüfat birliklərdə və obyektlərdə - onların rəhbərləri və sahibkarları.
Mülki müdafiənin vəziyyəti üçün həmin şəxslər tam məsuliyyət daşıyırlar və bu onların
vəzifə borcuna daxildir. Onlar rəhbərliyi qərargah, xidmətlər və başqa dövlət orqanları
vasitəsilə yerinə yetirirlər.
Mülki müdafiə tədbirlərini planlaşdırmaq, həmin plandan irəli gələn vəzifələrin yerinə
yetirilməsini təşkil etmək və onların icrasına nəzarət üçün yerlərdə mülki müdafiə
qərargahları yaradılır. Mülki müdafiə sistemində təsərrüfat obyektləri (müəssisələr)
mühüm yer tutur. Təsərrüfat obyektləri (müəssisələr) mülki müdafiənin təşkilində vacib
rola malikdir və əsas mərhələdir.
Bütün mülki müdafiə tədbirlərinin bünövrəsi məhz burada qoyulur. Obyekt dedikdə
idarə, müəssisə, təhsil müəssisəsi və digər müəssisələr nəzərdə tutulur.
Obyektdə (məktəblərdə, universitetlərdə) mülki müdafiənin təşkil edilməsi və vəziyyəti
üçün bu obyektin rəhbəri (direktor, rektor) məsuliyyət daşıyır. Mülki müdafiə tədbirlərinin
yerinə yetirilməsi barədə müəssisə rəhbərinin əmr və sərəncamlarını obyektin bütün
vəzifəli şəxsləri hökmən icra etməlidirlər.
Obyektlərdə mülki müdafiə - fəhlə, qulluqçu, gəncləri, tələbələri (şagirdləri)
qabaqcadan müasir qırğın vasitələrindən mühafizəyə hazırlamaq, obyektin fövqəladə
hallarda sabit işləməsi üçün şərait yaratmaq və vaxtında xilasetmə və digər təxirəsalınmaz
işlər (X və DTİ) görmək, təbii fəlakət və istehsalat qəzalarının nəticələrini ləğv etmək
üçün yaradılır.
Obyektin rəhbərinə mülki müdafiə üzrə kömək göstərmək məqsədilə onun müavinləri
(köçürmə, mühəndis texniki hissəsi, maddi-texniki təchizat, qərargah üzrə və s.) olur.
Obyektin mülki müdafiə rəhbərliyinin yanında mülki müdafiə Qərargahı yaradılır;
Qərargah mülki müdafiənin idarəetmə orqanı olub, obyektdə mülki müdafiə məsələləri
üzrə bütün əməli fəaliyyətin təşkilatçısıdır. Qərargah mülki müdafiə üzrə ştatlı işçilərdən
və öz əsas işindən ayrılmayan vəzifəli şəxslərdən təşkil edilir.
Mülki müdafiənin xüsusi tədbirlərini yerinə yetirmək, bu məqsədlə qüvvə və vasitələr
hazırlamaq, xilasetmə və digər təxirəsalınmaz işlər aparılarkən mülki müdafiə
qüvvələrinin fəaliyyətini təmin etmək üçün yerlərdə mülki müdafiə xidmətləri yaradılır.
Obyektlərdə xidmətlərin vacib rolu vardır. Onlar obyektin şöbələri, təşkilat və
laboratoriyaları əsasında yaradılır. Xidmətlərin rəisləri obyektin baş mütəxəsisləri,
istehsalat rəhbərlərindən təyin edilir.
Mülki müdafiənin xidmətləri yerli şəraiti, həll edilən məsələlərin həcm və
xüsusiyyətlərini, xidmət yaratmaq üçün lazımi maddi bazanın, qüvvə və vasitələrin
olmasını nəzərə almaqla müvafiq icra hakimiyyəti başçılarının qərarı və obyekt
rəhbərlərinin əmrləri ilə yaradılır. Mülki müdafiənin əsas xidmətləri bunlardır: rabitə və
xəbərdarlıq; tibbi; yanğından mühafizə; ictimai asayişi mühafizə; sığınacaq və
daldalanacaqlar; mühəndis; avtomobil nəqliyyatı; maddi-texniki təchizat; ticarət və
energetika; kimya və radiasiyadan mühafizə və s.
Lazımi hallarda və müvafiq baza olduqda digər xidmətlər də yaradıla bilər. Kənd
təsərrüfatı istehsalı obyektlərində bunlardan başqa kənd təsərrüfatı heyvanlarını və
bitkilərini mühafizə xidməti də yaradılır.
Mülki
müdafiə
xidmətləri,
qüvvələri,
onların
təyinatı
və
yaradılması
Mülki müdafiə qüvvələri mülki müdafiənin qoşun hissələrindən, ştatlı qəza-xilasetmə
dəstələrindən, hərbiləşməmiş mülki müdafiə dəstələrindən, həmçinin nazirliklərin, baş
idarələrin və icra hakimiyyəti başçılarının tabeliyində qalmaqla xüsusi mülki müdafiənin
vəzifələrinin yerinə yetirilməsinə cəlb olunan müxtəlif dəstələrdən, təşkilatlardan və
idarələrdən ibarətdir.
Mülki müdafiə qüvvələri FH-in nəticələrini aradan qaldırarkən X və DTİ yerinə
yetirmək, bu işləri təmin etmək, eləcə də mülki müdafiə üzrə başqa vəzifələri icra etmək
üçündür. Mülki müdafiə qüvvələrinin əsasını hərbiləşməmiş dəstələr təşkil edir. Bunlar
sülh və müharibə vaxtı yerinə yetiriləsi tədbirlərdə iştirak edən mülki müdafiə
qüvvələrinin sayca ən böyük hissələridir.
Ə
razi və sahə orqanları tərəfindən yaradılan hərbiləşməmiş ümumi və xüsusi mülki
müdafiə dəstələri bilavasitə həmin orqan rəhbərlərinin sərəncamı ilə fəaliyyət göstərir.
Xatırladaq ki, mülki müdafiə dəstələri ərazi-istehsalat prinsipi üzrə Naxçıvan Muxtar
Respublikasında, rayonlarda, şəhərlərdə, obyektlərdə və yaşayış məntəqələrində yaradılır.
Mülki müdafiə dəstələri əmin-amanlıq dövründə ayrı-ayrı təsərrüfat obyektlərində
yaradılır. Dəstələr adamlarla, əşyalarla, texniki və nəqliyyat vasitələri ilə təşkilatın
hesabına normalara uyğun olaraq təchiz olunurlar.
Hərbiləşməmiş mülki müdafiə dəstələrinə Azərbaycan Respublikasının vətəndaşı olan
18 yaşından 62 yaşadək kişilər, 18 yaşından 55 yaşadək qadınlar cəlb edilirlər. Birinci və
ikinci qrup əlillər, hamilə və 8 yaşınadək uşağı olan qadınlar, həmçinin 3 yaşadək uşağı
olan orta və ali tibb təhsilli qadınlar dəstələrə cəlb olunmurlar.
Mülki müdafiə dəstələri tabeliyinə və məqsədinə görə aşağıdakı növlərə bölünür:
Tabeliyinə görə - ərazi dəstələri və obyekt mülki müdafiə dəstələrinə bölünürlər.
Yerinə yetirdikləri vəzifələrə görə
- obyektlərdə ümumi məqsədli mülki müdafiə
dəstələri, xidmət dəstələri (xüsusi məqsədli dəstələr), kimyəvi təhlükəli obyektlərdə isə
ixtisaslaşdırılmış dəstələr yaradılır.
Ümumi məqsədli dəstələr zədələmə ocağında xilasetmə işləri aparmaq, təbii fəlakətlərin
və istehsalat qəzalarının nəticələrini aradan qaldırmaq üçün nəzərdə tutulur.
Yığma komandalar (qruplar), xilasetmə dəstələri (komandaları, qrupları), yığma
mexanikləşdirilmiş dəstələr (komandalar) - ümumi məqsədli dəstələr sayılır.
Mülki müdafiə xidmət dəstələri - xüsusi təyinatlı dəstələr kəşfıyyat, tibbi yardım,
yanğınsöndürmə, rabitə, dozimetrik və kimyəvi nəzarət və s. məhz xidmət dəstələri sayılır.
Yüksək təhlükəli obyektlərdə (AES, kimyəvi maddələrdən istifadə edən və s.)
ixtisaslaşdırılmış dəstələr yaradılır. Hazırlıq dərəcəsinə görə hərbiləşməmiş dəstələrin bir
hissəsi yüksək hazırlıqla saxlanılır (6-8 saat), qalan dəstələr isə gündəlik hazırlıqda olurlar
(24 saat).
Rayonun mülki müdafiə qərargahı.
Rayonun icra başçısı MM dəstələrinin işinə qərargah və xidmət rəisləri vasitəsilə
gündəlik rəhbərlik edir. Qərargah Rayon İcra başçısı və onun şöbələrinin, idarələrinin və
digər təşkilatların işçilərindən təşkil olunur. Qərargaha, adətən, ştatda olan işçi (qərargah
rəisi) rəhbərlik edir. Qərargahın digər şəxsi heyəti öz vəzifələrini əsas işdən ayrılmadan
yerinə yetirir. Rayonun icra başçısı həmin şəxslərin bilavasitə qərargahda, xidmətlərdə və
obyektlərdə işləyəcəyi günləri (saatları) müəyyən edir. Bu qayda, tədbirlərin plan üzrə və
məqsədəuyğun yerinə yetirilməsinə imkan yaradır.
Qərargah heyətinin sayı konkret şəraitdən asılı olaraq müəyyən edilir. Qərargah 12-16
nəfərdən ibarət ola bilər: qərargah rəisi, onun müavini, operativ kəşfiyyat şöbəsi (rəis və 2-
3 köməkçi); döyüş hazırlığı qrupu (rəis və 2-3 köməkçi); mühəndis-texniki və
radiasiyadan mühafizə qrupu (rəis və 1-2 köməkçi); maddi və texniki təminat qrupu (rəis
ve 1-2 köməkçi). Rayon İcra Başçısı rayon tabeliyində olan şəhərdə yerləşirsə, belə
hallarda rayonun ve şəhərin birləşmiş mülki müdafiə qərargahı yaradılır, həmçinin
rayonun başçısına tabe olan vahid xidmətlər təşkil edilir.
Rayon qərargahının əsas vəzifələri: rayonun mülki müdafiə planını işləyib hazırlamaq
və onun yerinə yetirilməsini təşkil etmək; əhalini, xalq təsərrüfatı istehsalını qorumaq və
zərər çəkmiş şəhərlərə yardım göstərmək üçün mülki müdafiənin döyüş hazırlığını daim
təmin etmək; əhaliyə mülki müdafiə siqnalları vasitəsilə xəbər vermək və dəstələrin,
xidmətlərin arasıkəsilmədən idarə olunmasını təmin etmək; kəşfiyyatı təşkil etmək və ona
müntəzəm rəhbərlik etmək; əhalinin və xalq təsərrüfatı istehsalı obyektlərinin nüvə,
kimyəvi, bakterioloji və adi silahlardan, sülh mahiyyətli FH-dan mühafizəsinə dair
tədbirləri işləyib hazırlamaq və həyata keçirmək; mülki müdafiə xidmətləri və dəstələri
şə
xsi heyətinin hazırlığını təşkil etmək və onun keçirilməsinə nəzarət etmək; rayonun
ə
razisində yerləşən obyektlərin mülki müdafiə hazırlığına nəzarət etməkdir.
Rayonun (şəhərin) mülki müdafiə xidmətləri. Mülki müdafiə tədbirlərini, dəstələrin
hazırlığını və zədələnmiş (zəhərlənmiş) yerlərdə iş görərkən onların düzgün idarə
olunmasını təmin etmək üçün, yerli şəraiti və müvafiq bazanın olmasını nəzərə alaraq
rayon (şəhər) İcra Hakimiyyətinin qərarı ilə rayon xidmətləri yaradılır.
Rabitə xidməti
- rayon (şəhər) rabitə təşkilatının bazası əsasında təşkil olunur. Rabitə
xidmətinin işçiləri: İcra Hakimiyyətinin nümayəndəsinə, idarələrin, müəssisələrin vəzifəli
şə
xslərinə və rayonun bütün əhalisinə fəvqəladə hadisələr təhlükəsi barədə vaxtında xəbər
verir; MM siqnallarının verilməsini təşkil edir, rayonun bütün obyektləri ilə rabitə yaradır
və onu daim fəaliyyətə hazır saxlayır; rayonun ərazisində fəaliyyət göstərən mülki müdafiə
qüvvə və vasitələrinin idarə olunmasını təmin edirlər.
Tibb xidməti
- tibb müəssisələrinin bazası əsasında yaradılır (xidmətin rəisi – rayonun
baş həkimidir). Xidmət: müalicə-profilaktika, epidemiya əleyhinə və sanitariya-gigiyena
tədbirlərini həyata keçirir; tibb dəstələrinin ixtisas hazırlığını təmin edir; zərərçəkmiş,
zədələnmə ocağından çıxarılan adamların qəbul edilməsi, yerləşdirilməsi və müalicəsi
üçün binaları hazırlayır.
İ
ctimai asayişi mühafizə xidməti
- rayon polis şöbəsinin bazası əsasında təşkil olunur
(xidmətin rəisi - rayon polis şöbəsinin rəisidir). Xidmətə: dövlət mülkiyyətini və ictimai
mülkiyyəti, habelə vətəndaşların şəxsi əmlakını qorumaq; çaxnaşmanın qarşısını almaq;
nəqliyyatın hərəkətini təmin etmək; əhalinin müəyyən edilmiş davranış qaydalarını yerinə
yetirilməsinə nəzarət etmək həvalə olunur. Xidmət köçürülmə işlərinə, mülki müdafiə
siqnalları üzrə əhalinin daldalanmasına yardım göstərir, zədələnmə ocağına buraxılma
rejiminin və bakterioloji yoluxma ocağında karantin tədbirlərinin yerinə yetirilməsini
təmin edir.
Yanğından mühafizə xidməti
- yanğından mühafizə təşkilatlarının bazası əsasında
yaradılır (xidmətin rəisi - rayonun yanğından mühafizə şöbəsinin (idarəsinin) rəisi və ya
yanğından mühafizə müfəttişidir). Bu xidmətin vəzifələri: yanğınsöndürən dəstələr
hazırlamaqdan, yanğına qarşı profilaktika tədbirlərini həyata keçirməkdən, müəssisə, idarə
kənd və qəsəbələrin ərazisində su hövzələri tikilməsini təşkil etməkdən ibarətdir.
Yanğınlar baş verdikdə onların məhdudlaşdırılması və söndürülməsi üçün xidmət hər cür
tədbir görür.
Ə
rzaq və paltarla təchizat xidməti
- rayon istehlak cəmiyyəti və ticarət bazası əsasında
yaradılır (xidmətin rəisi rayon istehlak cəmiyyətinin sədridir). Bu xidmət: anbarlarda,
ictimai iaşə və ticarət müəssisələrində saxlanan malların zəhərləyici, radioaktiv
maddələrdən və bakterioloji vasitələrdən mühafizəsi məsələləri ilə məşğul olur; köçürülən
və zərər çəkmiş əhalinin yeməklə təmin olunmasını sahmana salır, onları ən lazımi
ş
eylərlə təchiz edir; həmçinin rayonun mülki müdafiə dəstələrinin şəxsi heyətini yeməklə
təmin edir.
Heyvanları və bitkiləri mühafizə xidməti
baytarlıq və aqronomiya idarələrinin bazası
ə
sasında təşkil olunur. Xidmət baytarlıq tədbirlərini və heyvanların, kənd təsərrüfatı
bitkilərinin, meyvə ağaclarının və meşələrin kütləvi zədələnmə vasitələrindən qorunması
üçün tədbirlər həyata keçirir. Kənd təsərrüfatı məhsulları emal edən müəssisələrdə bu
xidmət həmçinin su mənbələrinin, taxıl, alaf və başqa kənd təsərrüfatı məhsullarının
mühafizəsi üzrə tədbirlər görür. Heyvanları və bitkiləri mühafizə xidməti heyvandarlıq
məhsullarının baytarlıq-sanitariya ekspertizasını təşkil edir, kənd təsərrüfatı
müəssisələrində su mənbələrinin və ərzaq ehtiyatlarının vəziyyətinə nəzarət edir; tibb
xidməti, habelə ərzaq və paltarla təchizat xidməti ilə birlikdə zəhərlənmiş məhsullardan
istifadə olunması qaydalarını müəyyənəşdirir.
Lazım gəldikdə rayon (respublika) rəhbərliyinin razılığı ilə rayonda yuxarıda
göstərilənlərdən əlavə başqa xidmətlər
də (kommunal-texniki xidmət - rayon kommunal
təsərrüfatı kombinatı bazası əsasında; mühəndis xidməti - tikinti təşkilatlarının bazası
ə
sasında; avtomobil nəqliyyatı xidməti - avtomobil təsərrüfatları, yol idarələri və digər
təşkilatların bazası əsasında; maddi-texniki təchizat, energetika və b. xidmətlər) yaradıla
bilər.
Ə
gər xidmət bir neçə idarənin bazası əsasında yaradılırsa, bu zaman həmin idarələrin
rəhbərlərindən biri xidmətin rəisi, qalanları isə onun müavinləri təyin edilir. Rayon
xidmətlərinin vəzifələri və fəaliyyəti əsasnamələrlə, təlimatlarla, habelə yuxarı xidmətlərin
göstərişləri əsasında və rayonun xüsusiyyətləri nəzərə alınmaqla yuxarı idarə rəhbərləri
tərəfindən müəyyən edilir.
Öz bazası əsasında rayon xidmətləri yaradılmış təşkilatların imkanlarından asılı olaraq
burada komandalar, qruplar, briqadalar, habelə xüsusi məqsədli manqalar; tibb, mühəndis,
ictimai asayişi mühafizə, rabitə, kommunal-texniki, avtomobil nəqliyyatı, heyvanları və
bitkiləri mühafizə manqalları təşkil edə bilər. Bundan başqa, mülki miidafiə məqsədləri
üçün (ştat üzrə mövcud strukturda) rayonun rabitə, səhiyyə idarələrindən, habelə maddi və
texniki təchizat, ticarət və ictimai iaşə idarə və müəssisələrindən istifadə olunur. Rayonun
və şəhərlərdən köçürülən müalicə-profilaktika və tibb idarələrinin bazası əsasında baza
xəstəxanaları idarəsi, çeşidləmə-köçürmə hos-pitalları, baş və profil xəstəxanaları, ilk
yardım dəstələri və epidemiya əleyhinə dəstələr yaradılır.
Mülki müdafiə rayon mərkəzindəki komanda məntəqəsindən idarə edilir
. Bu məntəqəni
rabitə vasitələri ilə, məntəqənin şəxsi heyətini isə nəqliyyat vasitələri və fərdi mühafizə
vasitələri ilə təmin edirlər. Komanda məntəqəsində: rəhbər heyət, qərargahın və
xidmətlərin şəxsi heyəti, köçürmə komissiyası və xidmət qrupu yerləşir.
Müəssisə direktorları, rəhbərləri mülki müdafiəyə cavabdeh şəxs sayılırlar. Onlara
aşağıdakı vəzifələr həvalə olunur:
- obyekt dəstələri yaratmaq, onları lazımi əmlakla təchiz etmək və bu dəstələrin döyüş
hazırlığını təmin etmək;
- əhaliyə FH-ın nəticələrindən mühafizə tədbirlərinin öyrədilməsini təşkil etmək;
- mülki müdafiə dəstələri və əhali üçün xüsusi əmlak və fərdi mühafizə vasitələri əldə
etmək, bunları toplayıb saxlamaq;
- vəzifəli şəxslərə, dəstələrin şəxsi heyətinə və əhaliyə FH təhlükəsi haqqında vaxtında
xəbər vermək;
- əhalinin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə rəhbərlik etmək;
- profilaktika tədbirlərini, epidemiya, epizootiya və yanğın əleyhinə tədbirləri təşkil etmək;
= şəhərlərdən köçürülmüş əhalini və idarələri qəbul edib yerləşdirmək;
- əhalinin köçürülməsini təşkil etmək;
- xəstəxana kollektorları açmaq üçün nəzərdə tutulmuş binaları hazırlamaq;
- dəstələri toplamaq və onların zədələnmə ocağına yürüşünü təşkil etmək;
- kənd təsərrüfatı heyvanlarının, bitkilərin, ərzaq ehtiyatlarının, yemin və su mənbələrinin
radioaktiv, kimyəvi maddələr, bakterioloji vasitələrlə yoluxmadan mühafizəsi üzrə
tədbirləri yerinə yetirmək;
- əkinlərin, su anbarlarının, meşələrin, otlaqların və başqa kənd təsərrüfatı sahələrinin
zəhərlənməsini vaxtında aşkara çıxarmaq məqsədilə bu yerlərə nəzarəti təşkil etmək,
habelə onların zərərsizləşdirilməsi işlərinə rəhbərlik etmək.
Obyekt dəstələrinin hazırlığına gündəlik rəhbərliyi təmin etmək və mülki müdafiə
tədbirlərini planlaşdırmaq üçün obyektlərdə 3-5 nəfərdən ibarət qərargah (qərargahın
heyətinə daxil edilən işçiləri öz əsas vəzifələrindən ayırmamaq şərtilə) yaradılır.
Dostları ilə paylaş: |