§1. Vərəsəlik hüquqlarının həyata keçirilməsi
Mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda
ırasın qə. u
əldə edilə bilər ki, o, miras əmlakın əldə edilməsinə
e ı məsi
öz
razl|,ğlm bildirsin və ifadə etsin. Razılığın bu cür
ifadə edilməsinə mülki qanunvericilikdə və sivilistika elmində (doktrinasında)
mirasın qəbulu deyilir.
Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olduğuna görə hüquqi hərəkətdir.
Bu fakt nəticəsində vərəsəliyə çağırılan şəxsin (mümkün vərəsənin) subyektiv
vərəsəlik hüququ realizə olunur, həyata keçirilir. Məhz həmin fakt nəticəsində
bu şəxs (mümkün vərəsə) əvvəllər sağlığında miras qoyana məxsus hüquqla
ra (məsələn, əşya üzərində mülkiyyət hüququna, öhdəlik hüquq münasibətlə
rindən irəli gələn tələb etmək hüququna və s.) malik olur. Başqa sözlə desək,
mirası qəbul etməklə şəxs (mümkün vərəsə) miras qoyanın hələ ölməmişdən
qabaq sağlığında iştirakçısı olduğu mülki (əmlak) hüquq münasibətlərinin sub
yektinə çevrilir. Bu baxımdan o, həqiqi vərəsə (varis) hesab edilir. Həqiqi və
rəsə artıq mirası qəbul etmiş mümkün vərəsəyə deyilir. Mümkün vərəsə isə
yuxarıda qeyd etdiyimiz kimi, yalnız vərəsəliyə çağırılan (subyektiv vərəsəlik
hüququna malik olan), lakin hələ mirası qəbul etməyən şəxsdir.
Mirasın qəbulu dedikdə elə bir hərəkət başa düşülür ki, bu hərəkətin
vasitəsilə vərəsəliyə çağırılan şəxs (mümkün vərəsə) subyektiv vərəsəlik
hüquqlarını həyata keçirir və miras əmlakı əldə etmək imkanı qazanır.
Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün
miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi ol
masına öz razılığını bildirir. Məhz həmin hərəkət əsasında vərəsə miras qoya
nın hüquq və vəzifələrinin daşıyıcısı (subyekti) olur.
Öz hüquqi təbiətinə görə mirasın qəbulu birtərəfli əqddir. Ona görə ki, mi
rasın qəbulu, birincisi, xüsusi olaraq miras əmlakın əldə edilməsi məqsədilə
həyata keçirilir, ikincisi, o, yalnız bir tərəfin - vərəsəliyə çağırılan şəxsin iradə
sini ifadə edir. Digər tərəfdən həm də ona görə ki, o, hər hansı şəxsin cavab
və qarşılıqlı iradə ifadəsindən asılı olmayaraq hüquqi nəticə doğurur. Mirasın
qəbulu vərəsəliyə çağırılan digər vərəsələrin iradə ifadəsindən asılı deyil.
Mirasın qəbulu iradəvi aktdır. Ona görə ki, o, vərəsənin iradəsi ilə bağlıdır.
Bu aktda vərəsənin mirası qəbul etmək arzusu, istəyi və niyyəti ifadə olunur.
Məhz bu səbəbdən mirası yalnız tam fəaliyyət qabiliyyətli şəxs qəbul
edə bilər (MM-in 1244-cü maddəsi)'. Fəaliyyət qabiliyyəti olmayan şəxslərin
(ruhi xəstəlik və ya ağıl zəifliyi nəticəsində məhkəmə tərəfindən fəaliyyət qabi- 1
1 Зайцева Т.И., Крашенинников П. В. Наследственное право. М-, 2003,
с .
113
637
liyyəti olmayan sayılan şəxslərin) ancaq nümayəndələrinin - qəyyumlarının
vasitəsilə mirası qəbul etməsi mümkündür.
14 yaşınadək olan y e tk in lik yaşına çatmayanların əvəzinə mirası onların
adından yalnız valideynləri, övladlığa götürənlər və ya qəyyumlar, bir sözlə,
onların qanuni nümayəndələri qəbul edirlər. 14 yaşından 18 yaşınadək olan
yetkinlik yaşına çatm ayanlar mirası öz qanuni nümayəndələrinin (valideyn
lərinin, övladlığa götürənlərin), habelə himayəçilərinin yazılı razılığı ilə qəbul
edə bilərlər.
7 yaşınadək azyaşlılar da mirası öz qanuni nümayəndələrinin vasitəsilə
(valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların vasitəsilə) qəbul
edirlər. Bu kateqoriya azyaşlıların fəaliyyət qabiliyyəti yoxdur. Amma buna
baxmayaraq onlar həm qanun üzrə, həm də vəsiyyət üzrə vərəsə ola bilərlər.
Məsələn, baba yaşayış evini 6 yaşlı nəvəsinə vəsiyyət edir. Bu halda mirası
nəvənin adından və onun əvəzinə qanuni nümayəndələr qəbul edəcəklər.
Spirtli içkilərdən və ya narkotik vasitələrdən sui-istifadə etməsi, habelə qu
mara qurşanması nəticəsində öz ailəsini ağır maddi vəziyyətə salan və buna
görə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxs
lər də mirası yalnız himayəçisinin razılığı iiə qəbul edə bilərlər. Bildiyimiz kimi,
belə şəxslərin üzərində himayəçilik təyin edilir. Himayəçilərin razılığı ilə də mi
ras qəbul edilir.
Bir qayda olaraq, m irası vərəsənin özü şəxsən qəbul edir. Bu və ya di
gər səbəbə görə (xəstəliyə, xarici ölkədə olmağa, uzunmüddətli ezamiyyətə
getməyə və digər səbəblərə görə) vərəsə mirası şəxsən özü qəbul etmək im
kanına malik olmadığı hallarda isə miras nümayəndə vasitəsilə qəbul edilir.
Azərbaycan Respublikasının vərəsəlik hüququ buna yol verir (MM-in 1245-ci
maddəsi). Bundan ötrü vərəsə nümayəndəyə etibarnamə verir. Orada xüsusi
olaraq göstərilir ki, nümayəndənin (etibar olunanın) mirası qəbul etmək səla
hiyyəti vardır1. Bu halda müqavilə (könüllü) nümayəndəlik münasibətləri yara
nır. Belə ki, etibarnamənin verilməsi həmişə vərəsə ilə (tapşıranla, vəkalət ve
rənlə) nümayəndə (vəkalət alan) arasında tapşırıq müqaviləsinin (ya şifahi, ya
da yazılı formada) bağlanmasını sübut edir.
Mirası qəbul etmək birtərəfli aktdır. Bu akt yalnız bircə şəxsin - vərəsənin
iradəsini ifadə edərək konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin
iştirakını və ya razılığını tələb etmir. Amma buna baxmayaraq, həmin akt həm
vərəsənin özü üçün, həm də başqa şəxslər (başqa vərəsələr, miras qoyanın
kreditorları və s.) üçün müəyyən hüquqi nəticələrə səbəb olur.
Mirası qəbul etmək könüllü aktdır. Vərəsəni mirası qəbul etməyə heç kəs
məcbur edə bilməz. O, mirası öz istəyi, arzusu və mülahizəsinə görə qəbul
edir. Əgər şəxsin özünün bu və ya digər üsulla (formada) mirası qəbul etmək
niyyəti ifadə olunmazsa, buna razılıq verilməsi bildirilməzsə, onda mirasın qə
bulundan danışmaq olmaz.
Yalnız bircə halda mülki qanunvericilik mirasın qəbulu üçün xüsusi olaraq
müəyyən hərəkətin yerinə yetirilməsini tələb etmir. Bu hal vərəsəsiz əmlakın 1
1 Гущин В.В. Наследственное право. Учебное пособие. М., 2003, с.62.
638
dövlətə keçməsindən ibarətdir. Həmin əmlak dövlətə bilavasitə, onun hər han
sı orqanı tərəfindən ifadə olunan istəyindən asılı olmadan keçir’ . RF-in yeni
MM-də birbaşa göstərilir ki, vərəsəsiz əmlakı əldə etmək üçün mirası qəbul et
mək tələb olunmur (MM-in 1152-ci maddəsi).
Mirası qəbul edərkən vərəsənin vəsiyyətnamə icraçısı ilə razılığa gəlməsi
tələb olunmur. Vəsiyyətnamə icraçısının hüquqi vəziyyəti onunla şərtlənir ki, o,
yalnız vəsiyyət edən şəxsin iradəsini həyata keçirir. Vəsiyyətnamə icraçısı və
rəsənin iradəsini dəyişdirə və ya məhdudlaşdıra bilməz. Ona görə də mirası
qəbul edən vərəsəyə münasibətdə vəsiyyətnamə icraçısının hər hansı funksi
ya yerinə yetirməsi istisna olunur. O, vərəsənin mirasın qəbulu barəsində ira
də ifadəsini dəyişdirə bilməz.
Mirasın qəbulu aktı vərəsəliyin növündən asılı olmayaraq həyata keçirilir.
Bu o deməkdir ki, həm qanun üzrə vərəsəlik, həm də vəsiyyət üzrə vərə
səlik zamanı mirasın qəbul edilməsinə yol verilir. Azərbaycan Respublika
sı vərəsəlik hüququna görə, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə
vərəsə qəbul edir (MM-in 1243-cü maddəsinin 1-ci bəndi).
Mirasın qəbulu mülki-hüquqi əqddir. Bu əqd isə bir sıra
cəhətlərlə xarakterizə olunur.
Birincisi, mirasın qəbul edilməsi aktı (əqdi) bö
lünməzdir. Bu xüsusiyyət vərəsəlik varisliyinin univer
sal xarakterə malik olmasından irəli gəlir1
2. Bölünməzlik
onu ifadə edir ki, miras əmlakın yalnız müəyyən hissəsini (qismini) qəbul et
mək olmaz, yəni miras əmlakın bir hissəsini qəbul edib, digər hissəsinin qəbu
lundan imtina etmək olmaz.
Azərbaycan Respublikasının vərəsəlik hüququ müəyyən edir ki, mirası qis
mən qəbul etmək yolverilməzdir (MM-in 1257-ci maddəsi)3. Miras ancaq tam
və bütöv halda qəbul edilə bilər.
Mirasın qəbul edilməsi aktı miras əmlakın hamısına (bütün mirasa) şamil
edilir. Mirasın nədə ifadə edilməsinin və harada olmasının məsələyə dəxli yox
dur4. Məsələn, Gəncə şəhərində yaşayan vətəndaşın yaşayış evi var idi. Öl
məmişdən qabaq o, daimi yaşamaq üçün Bakı şəhərinə gəlir. O, Bakı şəhərin
də mənzil, bağ evi, qaraj, minik avtomobili və digər əmlak növləri əldə edir,
bank əmanətinə malik olur. Gəncədəki evdə isə vətəndaşın qızı yaşamaqda
davam edir. Atası öldükdən sonra qızı Gəncədəki evi miras əmlakın bir hissəsi
kimi qəbul edir. Bununla o, bütün mirasın hamısını (o cümlədən Bakı şəhərin
dəki mirası) tam və bütöv halda qəbul etmiş olur.
Mirasın qəbul edilməsi vərəsənin iradə ifadəsi deməkdir. İradə ifadəsi isə
mirasın hamısının tam və bütöv halda əldə edilməsinə yönəlir. Qəbuletmə aktı
Mirasın
qəbul edilməsi
aktının əsas
xüsusiyyətləri
1 Гордон M.В. Наследование по закону и по завещанию. M., 1967, с.77.
2 Иоффе О.С. Советское гражданское право. Курс лекций. Част 3. Л., 1965, с.332; Советское
гражданское право. Учебник. Том 2 / Под рсд.О.Л.Красавчикова. М., 1985, C.52S.
3 Mirası qismən qəbul etməyin yolverilməzliyi haqqında qayda məhkəmə qərarında da nəzərdə tu
tulmuşdur (Постановление Пленума Верховного Суда СССР «О судебной практике по делам о
наследовании» от I июля 1966 г. № б // Бюллетень Верховного Суда СССР. 1966. №4).
4 Бюллетень Верховного Суда РСФСР. 1978. №3, с. 14.
639
na əsasən vərəsə miras açıldığı yerdə olmayan və ya ümumiyyətlə, hələ aşkar
edilməyən əmlak növlərini də qəbul etmiş olur.
Mirası qəbul edən vərəsə bununla elə bil ki, hamının nəzərinə bütün əmlak
üzrə miras qoyanın varisi olmasını çatdırır. Əgər vərəsə mirasın yalnız bir his
səsini qəbul etmək niyyətində olduğunu bildirərsə, onda bu cür qəbul etməyə
bütün miras əmlakının hamısının qəbul edilməsi kimi baxmaq lazımdır'.
Bölünməzlik onu ifadə edir ki, vərəsə onun payına düşən miras aktivinin və
passivinin hamısını birlikdə qəbul edir1
2. Aktivi passivsiz, passivi isə aktivsiz
qəbul etmək olmaz3. Bölünməzlik kimi xüsusiyyət bəzən hüquq ədəbiyyatı sə
hifələrində «mirası qəbul etm ək aktının universal x a ra k te rli olm ası» kimi
nəzərdə tutulur4 5
.
İkincisi, m irasın qəbul edilm əsi aktı şərtsiz xarakterə m alik olm alıdır3.
Azərbaycan Respublikasının vərəsəlik hüququ göstərir ki, mirasın hər hansı
şərtlə qəbul edilməsinə yol verilmir (MM-in 1257-ci maddəsinin 1-ci bəndi).
Şərtsizlik onu ifadə edir ki, vərəsə mirası, necə deyərlər, sözsüz, danışıqsız və
qeyd-şərtsiz qəbul etməlidir. Məsələn, vərəsə mirası belə bir şərtlə (qeydlə) qə
bul edir ki, passiv aktivdən çox olmasın. Başqa bir misalda vərəsə mirası qəbul
edir, bu şərtlə ki, miras passivi ona keçməsin, miras aktivi passivsiz keçsin. Bu
cür hallarda mirasın qəbul edilməsi aktı hüquqi əhəmiyyətə malik olmur.
Ü çüncüsü, mirasın qəbul edilməsi aktı d ö n m ə zlik xa ra kte rin ə m alikd ir.
Dönməzlik həmişəlik olmaq, qətilik, geri götürülməzlik deməkdir. Bu, onu ifadə
edir ki, əgər vərəsə artıq m irası qəbul etm işsə, o, m irasdan im tina edə
bilməz. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsi
aktının göstərilən xüsusiyyətini birbaşa rəsmən qanunvericilik qaydasında ifa
də edir: vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi
barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir (MM-in
1267-ci maddəsi). Bu halda vərəsə həmin ərizəni geri götürə bilməz. Buna gö
rə mirasın qəbul edilməsi aktının dönməzlik xüsusiyyəti bəzən hüquq ədəbiy
yatı səhifələrində «geri g ö türü lm ə zlik» adı ilə də nəzərdə tutulur6.
Dönməzlik xüsusiyyəti onu ifadə etmir ki, vərəsə qəbul olunmuş və ona
keçmiş miras əmlakdan, ümumiyyətlə, imtina edə bilməz. Əlbəttə, ona keçən
əmlakı qəbul edən vərəsə sonra mülkiyyətçi kimi həmin əmlakdan imtina edə
bilər (dereliksiya aktı). Bu cür imtina isə mirası əldə etmək hüququna yox,
məhz mülkiyyət hüququna aiddir. Göstərilən halda miras əmlak üzərində mül
kiyyət hüququndan imtina olunur ki, bu, mülkiyyət hüququna xitam verilməsi
əsaslarından (üsullarından) biridir.
1
Серебровский В. И.
О черки советского наследственного права. М ., 1953, с. 168.
2 Советское гражданское право. У че б н и к .Том 2 / П од ред.
В.А.Рясенцева.
М ., 1976, с.513.
J
Иоффе
О.С.Советское гражданское право. Курс лекций. Часть З.Л., с.294.
Гражданское право. Учебник. Часть 3 / Под ред.
А Л . Сергеева, 10.К. Толстого
М ., 1998, с.551.
5 Mirasın hər hansı şərtlə qəbul edilm əsinin y o lve rilm ə zliyi haqqında qayda m ə hkəm ə qərarında da
nəzərdə tutulm uşdur (bax: постановление Пленума Верховного Суда С ССР от 1 июля 1966 г. №6 «О
судебной практике по делам о наследовании» // Бюллетень Верховного Суда СССР. 1966. №4).
6 Гражданское право. У чебник. Часть 3 / П од ред.
А.П.Сергеева, 10.К. Толстого.
M ., 1998, с. 5 5 1.
640
D ördüncüsü, mirasın qəbul edilməsi aktının geriyə qüvvəsi vardır'. Söh
bət zamana (vaxta) görə geriyə qüvvədən gedir. Mirasın qəbul edilməsi aktı
nın geriyə qüvvəsi onda ifadə olunur ki, m iras əmlak vərəsəyə mirasın qə
bul e d ild iy i andan yox, m irasın açıldığı andan keçir. Azərbaycan Respubli
kasının vərəsəlik hüququ mirasın qəbul edilməsi aktının bu xüsusiyyətini də
qanunvericilik səviyyəsində, rəsmi surətdə ifadə edir qəbul edilmiş miras
onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (MM-in 1255-ci maddəsi).
Başqa sözlə desək, qəbul edilmiş miras onun qəbul olunduğu vaxtdan yox,
miras açıldığı vaxtdan vərəsəyə məxsus hesab edilir. Məsələn, miras qoyan 1
sentyabr 2005-ci ildə ölmüşdür. Bu, mirasın açıldığı vaxtdır, Vərəsə isə mirası
qəbul etmək barədə öz razılığını 15 dekabr 2005-ci ildə bildirir. Bu isə mirasın
qəbul edilmə vaxtıdır. Belə halda miras onun açıldığı vaxtdan, yəni 1 sentyabr
2005-ci il tarixindən vərəsəyə keçmiş hesab edilir.
Mirasın qəbul edilməsi aktının geriyə qüvvəyə malik olması həm də onu ifa
də edir ki, birincisi, mirası qəbul edən vərəsə miras qəbul edilən anda mövcud
olan əmlaka hüquq əldə edir.
İkincisi, mirası qəbul edən vərəsə həm də miras açılan anda mövcud olmuş
bütün əmlaka hüquq əldə edir1
2. Bu onu göstərir ki, vərəsənin bütün əmlak mü
nasibətləri mirasın açıldığı vaxta görə (mirasın qəbul olunduğu vaxta görə
yox) müəyyənləşdirilir: xüsusən də bu vaxtdan miras əmlakdan əldə edilən
gəlir (kirayə haqqı, icarə haqqı, bank əmanətləri üçün faiz, istiqraz vərəqələri
nə görə uduş və s.) mirası qəbul edən vərəsəyə məxsus olur.
Mirası qəbul edən vərəsələr arasındakı bütün hesablaşmaların hamısı (mi
ras paylarının həcminin təyin edilməsi, miras qoyanın borclarına görə məsuliy
yət və s.) məhz mirasın açıldığı anla müəyyənləşdirilir.
Mirasın açıldığı anla mirasın qəbul edilməsi anı arasındakı vaxt müddətində
miras əmlak hissəsi itə bilər. Bu halda mirası qəbul edən vərəsə iki cür iddia ve
rə bilər: əşyanın özgəsinin qanunsuz sahibliyindən geri alınması barədə iddia
(vindikasiya iddiası); zərərin əvəzinin ödənilməsi barədə iddia (delikt iddiası).
Qeyd etmək lazımdır ki, fiziki şəxs öldükdən sonra onun
əmlakı avtomatik olaraq vərəsənin əmlakına daxil olmur.
Miras əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib
olmaq üçün vərəsənin müəyyən aktı həyata keçirməsi
tələb olunur. Buna «qəbuletmə sistemi» deyilir.
Q əbuletm ə sistem i dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə
edilm əsinə yönələn müəyyən aktın həyata keçirilm əsi başa düşülür.
Qəbul etmə sistemi vərəsənin müəyyən iradəvi hərəkətinə (davranışına)
əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir.
Başqa sözlə desək, əgər vərəsə miras əmlakın əldə edilməsinə yönələn hərə
kət etməsə, onda həmin əmlak vərəsənin iradəsi olmadan avtomatik surətdə
onun əmlakına daxil olmur.
Mirasın qəbul
edilm əsinin
qaydası
1
Серебровский В.И.
Наследственное право. M., I948, с. 43-44;
Серебровский В. II.
Очерки
советского наследственного права. M ., I953, с. I63.
2
Антимонов Б.С., Граве К.А.
Советское наследственное право, М ., 1955, с. 194; Гражданское
право. У чебник. Том I / Подред
[İA Суханова
M., I998, C.55I.
641
Azərbaycan Respublikasının vərəsəlik hüququ miras əmlakı eldə etməyin
yalnız «qəbuletmə sistemi»ni tanıyır. Sovet vərəsəlik hüququna da ancaq bu
sistem məlum idi. Bu sistem mirasın qəbul edilməsi üsullarına əsaslanır. Məhz
bu üsullar sayəsində miras qəbul edilir.
Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki
üsulunu müəyyənləşdirir:
• formal üsulunu;
• qeyri-formal üsulunu.
Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə
mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir1.
Mirasın qəbul edilm əsinin fo rm a l üsulu dedikdə, vərəsənin notariat kon
toruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Özü də dərhal
qeyd etməliyik ki, ərizə istənilən yox, yalnız m irasın açıldığı y e r üzrə n o ta ri
at kontoruna ve rilir. Formal üsul vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı
olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sü
but edir.
Vərəsə ərizəni yalnız yazılı form ada verməlidir. Notariat praktikası mira
sın qəbul edilməsi barədə şifahi formada ərizəyə yol v e rm ir. Vərəsə yazılı
ərizədə göstərir ki, o, mirası qəbul edir. Əgər notariat kontoruna vərəsənin özü
şəxsən gələrsə, notarius onun şəxsiyyətini müəyyənləşdirir, yoxlayır və bu ba
rədə ərizədə müvafiq qeyd edir. Bu halda vərəsənin ərizədəki imzası notariat
qaydasında təsdiqlənmir. Notarius vərəsənin imzasının həqiqiliyini yoxlayır, bu
barədə onun şəxsiyyətini müəyyənləşdirən sənədi və bu sənədin rekvizitlərini
göstərməklə qeyd edir.
Vərəsənin ərizəsi notariusa başqa şəxs tərəfindən də verilə bilər. Bu halda
vərəsənin ərizədəki imzası notarius tərəfindən təsdiqlənməlidir.
Mirası qəbul etmək barədə ərizə nümayəndənin vasitəsilə də verilə bilər.
Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydasın
da təsdiqlənmiş etibarnaməsi olmalıdır* 2
3.
Bəzən vərəsə mirasın açıldığı yerdə yaşamır və buna görə də notariusa
şəxsən gəlmək imkanına malik olmur. Bu halda mirası qəbul etmək haqqında
ərizə poçt vasitəsilə göndərilə bilər. Teleqramadan və digər rabitə vasitələrin
dən də istifadə olunması mümkündür. Lakin ərizənin kim tərəfindən göndəril
məsini və orada kimin imzasının olmasını sübut etmək lazımdır. Ərizənin həqi
qətən vərəsə tərəfindən göndərilməsi məsələsi barədə mübahisəyə yol ver
məmək üçün vacibdir ki, ərizədə və ya teleqramda vərəsənin imzası notariat
qaydasında təsdiqlənsin. Əgər ərizədə vərəsənin imzası təsdiqlənməzsə, bu,
notariusa həmin ərizəni geri qaytarmağa əsas vermir. Notarius həmin ərizəni
vərəsəlik işlərinin uçotu kitabında qeydiyyata almağa və vərəsəlik işini apar
mağa borcludur. Lakin vərəsəyə təklif olunur ki, yeni ərizə təqdim olunsun və
orada vərəsənin imzası notariat qaydasında təsdiq edilsin və ya mirası rəsmi-
Ляпунов C.Г.
Наследование. M ., 2003, с. 170.
2 Советская юстиция. 1965 г., № 19, с. 32.
Эйдинова Э.Б.
Наследование по закону и завещанию. M ., I98 4 , с. 17.
642
ləşdirmək üçün şəxsən gəlsin.
Bir neçə vərəsə olduqda vərəsələrdən hər biri mirası müstəqil surətdə qə
bul etməlidir, yəni şəxsən notariusa ərizə verməlidir. Vərəsənin birinin ərizə
verməsi qalan vərəsələr tərəfindən mirasın qəbul olunmasını ifadə etmir.
Əgər vərəsəliyin əsası eyni olarsa, bir neçə vərəsə notariusa yalnız bir əri
zə verə bilərlər. Bu halda ərizə bütün vərəsələr tərəfindən hamılıqla imzala
nır'. Vərəsəliyin əsası eyni olmadıqda isə, məsələn, əgər müxtəlif əşyalar və
siyyət olunarsa (belə halda məlum məsələdir ki, vərəsəliyin əsası eyni deyil
dir), onda vəsiyyət üzrə vərəsələrdən hər biri ayrıca olaraq ərizə verir.
M irasın qəbul edilm əsinin qeyri-form al üsulu odur ki, bu üsula görə və
rəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-
aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə
çıxarmaq mümkün olur ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Ona gö
rə də qeyri-formal üsula konklyudent hərəkətlərlə edilən üsul da deyilir1
2.
Qeyri-formal üsulun özü iki cür olur:
• miras əmlaka faktiki sahiblik etmək üsulu;
• miras əmlakı faktiki idarə etmək üsulu.
Faktiki s a h ib lik etm ək üsulu odur ki, bu üsul əsasında vərəsə ölən şəxsin
əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki
«ağalıq» edir. Öz hüquqi təbiətinə görə bu, konklyudent hərəkətlərdir. Ona gö
rə ki, bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görü
nür və bəlli olur. Bu üsulla miras qəbul etmək halına çoxlu misallar çəkə bilə
rik. Həmin üsul müxtəlif yollarla həyata keçirilir: vərəsənin miras qoyanın ya
şadığı evə köçməsi; miras qoyanla birlikdə yaşayan vərəsənin sadəcə olaraq
həmin mənzildə yaşamaqda davam etməsi3; əvvəllər miras qoyana məxsus
olan əmlakdan vərəsənin faktiki istifadə etməsi; vərəsənin miras əmlakı götü
rüb öz evinə aparması; miras qoyanın əmanət kitabçasını saxlamaq; miras qo
yanın həyətyanı sahəsində işləmək4 və s.
Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir
qayda olaraq, vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır.
Vərəsə bir sıra hallarda miras əmlakı ona yiyələnmədən və sahib durmadan
da idarə edə bilər. Məsələn, vərəsə özünün yaşadığı yerdən başqa yerdə
olan əmlakı idarə edə bilər.
M iras əm lakı fa k tik i idarə etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər
başa düşülür ki, bu hərəkətləri adətən, mülkiyyətçi öz mənafeyi üçün əmlakın
saxlanması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlər
dən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət
1
Гущин В.В.
Наследственное право. Учебное пособие. М-, 2003, с. 60;
2
Никитиче П.С.
Наследственное право и наследственный процесс. Кишинев. 1973, с. 183;
Гражданское право. У чеб ник. Часть 3 / Под ред.
А.П.Сергеева, Ю.К.Толстого.
М., 1998, с. 550;
Иоффе О.С.
Советское гражданское право. Курс лекций. Часть 3. Л ., 1965, с. 331.
3 Вах: постановления Пленума Верховного Суда СССР от 10 апреля 1957 г. / / Бюллетень
Верховного Суда СССР, 1957 г. № 2.
4 Вах: разъяснения отдела нотариата Верховного Суда РСФСР / / Советская юстиция. 1965. №
20, с. 31; 1966, № 2 2 , с.З I .
643
bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə aiddir':
• miras qoyanın əm lakını lazımi vəziyyətdə saxlam aq; əgər miras qoya
nın heyvanları varsa, heyvanları lazımınca bəsləmək və onlar üçün yem
almaq:
• miras qoyanın əm lakını (məsələn, binanı) tə m ir etm ək və ya m iras
əmlakın saxlanması üçün çəkilən xərcləri ödəmək:
• miras qoyanın əmlakı ilə bağlı vergi ödəm ək, sığorta haqqı və digər
ö dənişlər verm ək;
• mənzil kirayə müqaviləsi əsasında miras qoyana məxsus olan evdə yaşa
yan kirayəçilərdən kirayə haqqı almaq,
• miras qoyanın həyətyanı təsərrüfatını şəxsən aparm aq (həyətyanı to r
paq sahəsini becərmə, m əhsulu yığma və s.) və bunun üçün başqa
şəxslərin əməyindən istifadə etmək və s.
Miras əmlakın faktiki cəhətdən qəbul edilməsini şərtləndirən siyahı qəti və
dəqiq xarakter daşımır* 2 *. Bu siyahıya digər hərəkətləri də əlavə etmək olar*.
Mirasın qəbul
Miras həm formal üsulla (mirasın hüquqi cəhətdən qe-
edildivi müddət
bul ec*ilməsi 'I0 )' həm de qeyri-formal üsulla (mirasın
y
faktiki cəhətdən qəbul edilməsi ilə) yalnız müəyyən
müddət ərzində qəbul edilə bilər. Həmin müddətə mirasın qəbul edilmə müd
dəti deyilir.
Mirasın qəbul edilm ə m üddəti dedikdə, qanunda nəzərdə tu tu la n elə
b ir vaxt dövrü başa d ü ş ü lü r ki, həm in d ö v r ərzində və rə s ə liy ə çağırılm ış
şəxslər m irası qəbul etm əyə yönələn hərəkətlər edirlər.
Mirasın qəbul edilmə müddəti qanunla müəyyənləşdirilir. Mülki Məcəllə bu
barədə müvafiq göstəriş ifadə edir. Buna görə, yəni qanun (Mülki Məcəllə)
əsasında müəyyənləşdirildiyinə görə həmin müddət qanuni və ya n o rm a tiv
m üddət növünə şamil edilir. Bu müddətin həm müqavilə əsasında, həm də
məhkəmə qərarı ilə müəyyənləşdirilməsi istisna olunur.
Öz hüquqi təbiətinə görə b irin cisi, mirasın qəbul edilmə müddəti preklyu-
ziv m üddətdir. İkincisi, həmin müddət hüquqların heyata k e çirilm ə m üddə
tidir. Ona görə ki, preklyuziv müddət hüquqlann həyata keçinimə müddətinə
aiddir. Üçüncüsü, göstərilən müddət hüquqlann m övcu d olm a m üddətidir.
Ona görə ki, preklyuziv müddət həm də hüquqlann mövcud olma müddəti sayı
lır, bir şərtlə ki, bu hüquqlar həmin müddət ərzində həyata keçirilsin4. D ördün
cüsü, mirasın qəbul edilmə müddəti iddia m üddəti hesab edilm ir.
'
Серебровскчй В I I
О черки советского наследственного права. M .. 1953, с. 170;
Никитюк
П С.
Наследственное право и наследственный происсс. К иш инев. 1973, с. 183;
Ляпунов С Г
Нас
ледование. М .. 2003, с. 170;
Власов Ю Н . K
o
.
iuhuh
В В
Наследственное право Российской
Федерации. М ., 2002, с. 38-39.
2 Bəzi m ü o lliflo r bu siyahının doqiq və q ə li olması fik rin i s ö y lə y irlə r. Zənn e d irik k i. bu dəq iq söy
lə nilm ə yən fik ir d ir
(Зайцева I I I . К/юшснинников Г1.В
Наследственное право. М .. 2003, с. 120).
Azərbaycan Respublikası A li M ə h kəm ə si Plenumunun 5 saylı qərannda g ö s tə rilir k i. d ig ə r hallar
da vərəsənin mirası fa k tik i surətdə idarə etm əyə başlamasını və ya mirasa y iy ə lə n m ə s in i sübut edən
h ərəkə tlər kıın i q iym ə tlə n d irilə b ilə r (« M ə h kə m ə lə r tərəfin d ən və rə sə lik qanununun tə tb iq edilm əsinin
bəzi m ə sələləri haqqında» 28 sentyabr 1979-cıı il ta rix li qərarın 1 l- c i bəndi).
4
S.S. Allahverdiyev.
G östərilən əsər, s. 930-931.
644
Azerbaycan Respublikasının vərəsəlik hüququ nəzərdə lutur ki, miras üç ay
ərzində qəbul edilə bilər (MM-in 1246-cı maddəsi). Deməli, mirası qabul et
mək üçün qanunla üç aylıq müddət m üəyyənləşdirilir'. Həmin müddət isə
mirasın açıldığı gündən yox, vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli
olduğu gündən hesablanır (başlanır). Məsələn, yanvar ayının 1-də vətəndaş
vərəsəliyə çağırılır. Miras aprel ayının 2-nə kimi qəbul edilə bilər. Əgər vərəsə
yanvar ayının 1-dən aprel ayının 2-nə kimi mirası qəbul etməzsə, onda o, mi
rası qəbul etmək huququnu itirir. Çox vaxt vərəsənin vərəsəliyə çağırıldığını
bildiyi günlə mirasın açıldığı gün üst-üstə düşür. Belə ki, əksəriyyət hallarda
mirasın açıldığı gündə vərəsə özunun vərəsəliyə çağınldığını bilir.
Üç aylıq m üddət həm qanun üzrə vərəsəliyə, həm də vəsiyyət üzrə və
rəsəliyə aiddir. Verəsə həmin müddətin istənilən anında mirası həm formal,
həm də qeyri-formal usulla qəbul edə bilər. Məsələn, vərəsənin mirası vərəsə
liyə çağrıldığını bildiyi gündən bir ay sonra və ya iki ay sonra və ya iki ay 15
gun sonra və s. qəbul elmək huququ vardır, özü də dərhal qeyd etməliyik ki,
uç aylıq müddətin hansı anında baş verməsinə baxmayaraq, mirasın qəbulu
nun genyə qüvvəsi vardır: vərəsə mirası, miras açıldığı andan əldə etmiş olur.
Bəzən mirasın qəbul edilməsi müddəti haqqında məsələ mürəkkəbləşir və
qəliz xarakter alır. Belə ki, bir sıra hallarda vərəsənin mirası almaq hüququ di
gər vərəsələrin mirası qəbul etməmələri nəticəsində yaranır. Mirası qəbul et
məyən vərəsələr anlayışına d axildir (onlann mirası qəbul etməmələri vərə
səliyə gəlməmələn ilə və yə vərəsəlikdən imtina etmələri ilə bağlı ola bilər);
• birincisi, əvvəlki növbə vərəsələr (məsələn, birinci növbə vərəsələr mi
rası qəbul etmirlər və bunun nəticəsində ikinci növbə vərəsələrin mirası
əldə etmək hüququ yaranır; birinci və ikinci növbə vərəsələrin mirası qə
bul etməmələri nəticəsində üçüncü növbə vərəsələrin mirası almaq hü
ququ əmələ gəlir və s.):
• ikincisi, vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr, yəni vəsiyyət üzrə və
rə s ə lə r (məsələn, vəsiyyət uzrə vərəsələr mirası qəbul etmirlər və bunun
nəticəsində qanun üzrə vəreselenn mirası əldə etmək hüququ yaranır);
• üçüncüsü, əsas vərəsə3 (məsələn, vəsiyyət üzrə əsas vərəsə mirası qə
bul etmir və bunun nəticəsində vəsiyyətnamə ilə ehtiyat vərəsə təyin
edilmiş şəxs mirası almaq hüququ əldə edir).
Göstərilən kateqoriya vərəsələrin mirası qəbul etmədikləri nəticəsində mi
rası almaq hüququ əldə edən vərəsələrin mirası qəbul etmələri üçün müddət
barədə Azərbaycan Respublikasının vərəsəlik hüququ xüsusi qayda nəzərdə
tutur (MM-ın 1247-ci maddəsi). Buna m irasın qebul edilm əsinin xüsusi * 2
3
Bun xarici öllcokrrin qanunvericiliyi daha U7tm müddot nəanrdə rulur Masnlan.
İtaliyanın
vnmsnlik hüququna pöm, mirasın qobu! olunma müddoti on ildir fОсновные институты фажданеггогп
права зарубежных стран М . 1999. с. 561).
2 Научно-практический комментарий к ГК РСФСР / Отв. рсд.
Е А Флейщиц
М., 1966, с 616
3
Зайиева Т И . Крашенинников П.В
Наследственное право (комментарий за к о н о д а те л е м и
практика его применения). М .. 2003, с. 124; Советское гражданское право. Учебник Том 2 Под
рсд.
В П Грибанова. С М Корнеева
М . 1980. с. 500; Гражданское право Учебник Часть 3 Под
рсд.
А П Сергеева. Ю К. Толстого.
М., 1998. с. 552.
Dostları ilə paylaş: |