Arxivləşdirmə proqramı
Komputerdə aparılan mühüm əməliyyatlardan biri də informasiyanın
arxivləşdirilməsidir. Bu əməliyyat hər şeydən əvvəl mühüm faylların qorunması
baxımından onların ehtiyat kopiyalarının saxlanılması üçün əhəmiyyətlidir. Belə ki,
faylların hər hansı səbəbdən korlanması zamanı onları arxivdən bərpa etmək olar. Eyni
zamanda bu əməliyyat bərk diskdə istifadə olunmayan faylların arxivləşdirilməsi
hesabına diskin xeyli hissəsinin boşaldılmasına və boş yaddaş sahəsinin artırılmasına
imkan verir. Arxivləşdirilmə əməlyyatının aparılması üçün sistemdə xüsusi utilitdən
istifadə edilir: Аrхivацiə dаnnых
Beləliklə, arxivləşdirilmə proqramı Аrхivацiə dаnnых verilənlərin ehtiyat
kopiyalarının yaradılması və onların arxivdən bərpa edilməsi üçün istifadə edilir. Bu
proqram verilənlərin ehtiyat kopiyalarının müxtəlif disklərdə yazılıb saxlanılmasına
imkan verir.
Fayl və qovluqların arxivləşdirilməsi aşağıdakı addımlardan ibarətdir:
1. Arxivləşdirilən fayl və qovluqların seçilməsi;
2. Onların kopiyalarının yerləşdirilməsi üçün qurğuların seçilməsi;
downloaded from KitabYurdu.org
143
3. Bilavasitə arxivləşmə prosesi.
Windows sisteminin bərpası
Təcrübə göstərir ki, kompüterdə işləyərkən bəzi hallarda, xüsusilə də yeni
qurğuların və ya proqramların quraşdırılmasından sonra əməliyyat sisteminin işində
müəyyən sapmalar baş verir, sistem həmişəki kimi saz işləmir həmişəkindən fərqli
olaraq kompüterin sürəti aşağı düşür. Hətta elə hallar ola bilir ki, bu cür proqramları
ləğv etməkdən sonra da vəziyyət düzəlmir. Odur ki, belə vəziyyət yarandıqda Windows
XP sisteminin tərkibində olan xüsusi proqramdan istifadə edərək əməliyyat sisteminin
əvvəllər stabil işlədiyi vəziyyətini bərpa etmək olur. Yəni, bu halda sistem fayllarının
bərpa olunması üçün xüsusi mexnizmdən istifadə edilir. Bu mexanizmin mühüm
xüsusiyyəti ondan ibarətdir ki, sistem bərpa olunarkən kompüterdə olan sənədlər
korlanmır.
Sistemin bərpası proqramının icrası üçün Baş menyudakı Prоqrаmmы
→
Stаndаrtnыe
→
Sluжebnыe
→
Vоsstаnоvlenie sistemы əmrlərini ardıcıl seçirik. Nəticədə
Vоsstаnоvlenie sistemы adlı dialoq pəncərəsi ekrana çıxır.
Zədələnmiş sistemin bərpası üçün bu dialoq pəncərəsində Vоsstаnоvlenie bоlee
rаnneqо sоstоəniə kоmpьюterа (Kompüterin daha əvvəlki vəziyyətinin bərpa olunması)
rejimi seçilir və Dаlee düyməsi sıxılır. Nəticədə bərpaolunma nöqtəsini seçmək üçün
nəzərdə tutulan xüsusi dialoq pəncərəsi ekrana çıxır.
Nəzərə almaq lazımdır ki, seçilən tarixdən sonra quraşdırılmış proqramların heç
biri ondan sonra işləməyəcək.
ƏDƏBİYYAT
1. О.А.Аkulоv, N.B.Medvedev. Infоrmаtikа. Bазоvыy kurs. Mоskvа, 2007
2.S.Simonoviч, Q.Evseev, A.Alekseev.Speцialьnaə informatika. Uчebnoe posobie.
Moskva, AST Press, 2002
3. Ə.Abbasov, M.Əlizadə və s. İnformatika və kompüterləşmənin əsasları. Dərslik.
Bakı, 2006.
4. www.ilkaddimlar.com
Mühazirə
21
UNIX, LINUX, Mac OS əməliyyat sistemləri.
downloaded from KitabYurdu.org
144
Unix Əməliyyatlar Sistemi
1969-cu ildə AT&T şirkətinin proqramçıları Ken Tompson Denis Ritçi PDP-7
kompüteri üçün kiçik bir ƏS yaratdılar. Bu ƏS-nə UNIX adını verdilər. Lakin, AT&T
şirkətinin planında bu ƏS-nin yayılması yox idi və şirkət onu ABŞ elmi müəssisələrinə
simvolik qiymətə verdi. Demək olar ki, bütün universitetlərin hesablama mərkəzlərinin
nümayəndələri bu ƏS-dən istifadə edirdilər və bir-birləri ilə bu ƏS vasitəsilə
əməkdaşlıq edirdilər. Onlar özləri səhvlər yaradır, faydalı proqram və utilitlər yaradır və
onları istifadə edirdilər. Onların işinin nəticəsi - Unix ƏS-nin tam versiyası oldu (1990-
cı ildə). Bu versiyanın adı Unix System V Release 4 – SVR4 idi.Unix istifadəçi
qruplarından biri Berklidə Kaliforniya universitetində idi. 1977-ci ildə bu elmi
müəssisənin mütəxəssisləri Unix tarixində növbəti addımı atdılar. Belə ki, onlar 2BSD
(Berkeley Software Distribution) ƏS ilə maqnit lentlərin yayılmasına başladılar. Onun
75 nüsxəsi satıldı. Unix və Unix-əsaslı sistemlərin çoxlu növləri var. Onlardan ən çox
tanınanları aşağıdakılardır:
· Solaris (əvvəllər SunOS adlanırdı). Bu ƏS – SUN Microsystems-ə məxsudur;
· IBM şirkətinə məxsus olan AIX;
· DEC şirkətinə məxsus olan DEC Unix;
· SCO UnixWare və s
Yuxarıda adları qeyd olunan ƏS-lərinin hamısı kommersiya məqsədlidir və onların
çoxu yüksək qiymətə malikdir. Onlar müxtəlif arxitekturalarda işləyirlər (Intel, Sparc,
Alpha, PowerPC və b.).
Unix əməliyyat sistemlərinə GNU/Linux, FreeBsd, Solaris, AİX, HPUX və s. misal
göstərmək olar. Bu misal gətirdiyimiz Unix sistemləri hansısa məsələlərdə bir-birindən
müəyyən fərqə malik olsalar da, ümumi Unix standartlarına hamısı cavab verir.
Unix sisteminin digər sistemlərdən fərqləndirən bir çox üstün və çatışmayan cəhətləri
vardır. Belə bir anlayış mövcuddur ki, Unix proqramçıların proqramçılar üçün yaratdığı
sistemdir, yəni Unix adi istifadəçilər üçün yox, proqramçılar üçün nəzərdə tutulmuş bir
sistemdir. Unix sistemlərindən istifadənin çətinliyi və proqramçılara bu sistemlərin bir
çoxunda nüvədən tutmuş (kernel), istifadəçi proqramları, kompiyatorlar, kitabxanalar və
downloaded from KitabYurdu.org
145
s. proqram kodlarında istənilən dəyişikliyi edə bilmə imkanının verilməsi bunu deməyə
əsas verir.
Unix sistemlərinin bir çoxu, o cümlədən, GNU/Linux, FreeBsd, OpenSolaris və s.
tam açıq kodlu sistemlərdir. Yəni proqramçı istənilən qurğunun drayverində, nüvə
kodunda, kompilyatorda və s.- də istənilən dəyişikliyi edib, yenidən kompilyasiya edib,
sistemdəki öz yeni dəyişikliklərindən istiadə edə bilər. Bu səbəbdən Unix sistemlərini
əsasən, sistem proqramçıları işlədir.
Təhlükəsizlik, etibarlılıq, performans. Unix sistemləri mövcud sistemlər arasında
ən təhlükəsiz, etibarlı və sürətli olduqlarına görə, bir qayda olaraq, ancaq imkanlı
şirkətlər Unixdən istifadə edir və bu sistemlər daha çox inkişaf etmiş ölkələrdə yayılıb.
Səbəb Unix sistemlərinin texniki xidmətinin həddən artıq baha olmasıdır. Bizim ölkədə
də tədricən bir çox banklar, internet provayderlər, Mobil operatorlar təhlükəsizlik və s.
məsələlərə görə Unix-ə keçirlər.
Linux əməliyyat sistemi
Linux-un tarixi.
Hal-hazırda Unix-əsaslı ƏS-lərindən ən çox maraq cəlb edənləri açıq kodlu ƏS-
ləridir. Bu sistemlərdən biri də Linuxdur.
Linux – əvvəllər Unixin müstəqil yayılan versiyası kimi işlənmişdir.
1991-ci ildə Helsinki universitetinin tələbəsi Linus Torvalds Linuxun ilk versiyasını
təqdim edir. O, Linuxu Minix ƏS-nin əsasında yaratmışdır. Minix – Unixin fərdi
kompüterlər üçün yaradılmış məhdud analoqudur.
1992-ci ilin martında ilk “demək olar ki, səhvsiz” versiyanın buraxılmasından sonra
dünyanın əksər proqramçıları bu ƏS-nin üzərində işləməyə başladılar və Linux ƏS
inkişaf etməyə başladı.
Hal-hazırda Linux tamfunksiyalı, açıq və demək olar ki, pulsuz ƏS-dir. Lakin, GNU
layihəsi çərçivəsində proqram təminatı olmasaydı bu baş verməyəcəkdi. GNU – GNU’s
not Unix, yəni, GNU Unix deyil deməkdir.
downloaded from KitabYurdu.org
146
Linux – GNU-nun çoxlu utilitlərini özündə saxlayır: bir çox proqramlaşdırma
dillərinin (C, C++, Fortran, Pascal, LISP, Ada, BASIC, SmallTalk, Perl, PHP və s.)
translatorları, mətn redaktorları, çap utilitləri və başqaları.
GNU layihəsi azad yayılan proqram təminatı fondunun - Free Software Foundation
(FSF) hesabına inkişaf edir.
Linux – Unixin analoqudur. Unix kimi o da azad yayılan çoxməsələli, çoxistifadəçili
ƏS-dir. Linux xüsusi olaraq, Intel prosessorlu fərdi kompüter platforması üçün
hazırlanmışdır və arxitekturanın üstünlükləri sayəsində məhsuldarlığın artırılmasına
imkan verir. Həmçinin, Linux digər platformalara da keçdi.
Linux-un nüvəsi. Nüvə - ƏS-nin əsasıdır. O, yaddaşın paylanması, proseslərin və
perfieriya qurğularının idarə olunmasına cavab verir. Kompüterin fiziki yaddaşı ilə
müqayisədə, operativ yaddaşın böyük həcminin dəstəklənməsi üçün, nüvə operativ
yaddaşın səhifələrini sərt diskdə yerləşdirməklə, adaptiv yaddaşdan istifadə etməyə
imkan verir.
Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir.
Linuxun öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün
hazırlanmışdır.
GNU utilitləri: Linux - GNU utilitlərini özündə saxlayır. Bu utilitlər olmadan ƏS-i
ilə işləmək mümkün deyil.
X Window: Linuxda istifadəçinin qrafik interfeysi X Window vasitəsilə verilir.
Müxtəlif pəncərə şəklində menecerlər (IceWM, WindowMaker, Fluxbox və s.), KDE və
GNOME kimi qrafik vasitələr multimedia vasitələri ilə rahat işləməyə imkan verir.
DOS və Windows interfeysləri: Linux fərdi kompüterlər üçün yaradıldığından
proqramçılar hesab edirlər ki, MS-DOS proqramları ilə uyğunluq yaratmaq olar.
Linuxda distributivin bir hissəsi kimi DOS emulatoru təklif olunur. O, Linux vasitəsi ilə
birbaşa
olaraq
DOS
proqramını
yerinə
yetirməyə
imkan
verir.
Microsoft Windowsun proqramlarının işləməsi üçün bir neçə vasitə hazırlanmışdır.
Onlardan ən çox tanınanı Wine-dır. Wine – Windows API-ın sərbəst realizə edilməsidir.
Wine, həmçinin, Linuxun distributivlərinin çoxunda var. Linux – DOS və Windows
fayl sistemləri arasında faylların problemsiz ötürülməsinə icazə verir. Belə ki, bunu sərt
downloaded from KitabYurdu.org
147
diskin uyğun bölmələrinə müraciət etməklə həyata keçirir. Lakin, bu zaman bəzi
tənzimləmələr etmək lazımdır.
Şəbəkəni dəstəkləməsi: TCP/IP – Unix və Linuxun istifadə etdiyi əsas şəbəkə
sistemidir. TCP/IP – internet üçün hazırlanmış protokollar yığımıdır. Yalnız lokal
şəbəkəyə birləşmək üçün Unix maşını da TCP/IP istifadə edir. Həmçinin, Linux
IPX/SFX, AppleTalks və s. bu kimi protokolları dəstəkləyir.
Linuxu internetdən tamamilə pulsuz və qanuni şəkildə endirə bilərsiniz.
Başa düşürəm, bu tamamilə pulsuz başa gəlmir. Çünki, siz kompüter, yazmaq üçün CD-
ROM disk almalısız, internet və elektrik enerjisi üçün pul ödəməlisiz. Lakin, distributiv
özü tamamilə pulsuzdur.
Çoxları başa düşmürlər ki, ƏS necə ola bilər ki, pulsuz olsun və nəyə görə? Bunu
aydınlaşdıraq. Məsələn, televiziya proqramları pulsuzdur və bu heç kimi
təəccübləndirmir. İstənilən şəxs televizor ala, adi antena quraşdıra və bir neçə kanala
pulsuz şəkildə baxa bilər. Linux üçün də belədir. Deyə bilərsiz ki: “Mən reklama
baxmaqla, televiziyaya pul vermiş oluram və ya televiziya elə düşünür ki, mən onların
reklamlarına baxıram.” Haqlısız, bu, Linux üçün də keçərlidir. Siz Linuxdan istifadə
etməklə Linuxu hazırlayanlara sanki, pul ödəmiş olursunuz. Bu faktdır ki, Liuxu istifadə
etməklə siz onu reklam etmiş olursunuz.
Açıq kodludur. Kod dedikdə, proqramın proqramçı tərəfindən hər hansı bir
proqramlaşdırma dilində yazılmış, ilkin mətni başa düşülür. Bəzi dəyişikliklərdən sonra
insanın başa düşdüyü bu kodlar yerinə yetirilən proqrama çevrilir. Bu proqram –
kompüterin başa düşəcəyi, lakin, proqramçının başa düşmədiyi dildə yazılmış,
kompüter üçün təlimatlar yığımıdır (“əks çevirmə” imkanı məhdudlaşdırılıb). Hələ ki
ƏS bazarında bağlı kodlu məhsullar üstünlük təşkil edir. Kommersiya məqsədli bu ƏS-
lərinin proqramçıları öz proqramlarının daxili kodlarını etibarlı şəkildə gizlədirlər.
Yəqin ki, ehtiyat edirlər ki, kimsə oz məhsullarında bu kodların hansısa hissələrini
istifadə edə bilərlər. Başqa bir səbəb də bu ola bilər ki, bu proqramlarda səhvlər taparlar
və bunu hamı bilər (səhvlər bütün proqramlarda var və bu, keyfiyyət və xətalarla
bağlıdır). İstənilən halda əsas ƏS-lərin kodları bağlıdır. Bağlı kodlu proqramları
almaqla, sanki torbada pişik almış olursunuz .
downloaded from KitabYurdu.org
148
Linux və onun proqramlarının mənbə kodları hamı üçün açıqdır. Bütün dunyada
proqramçıların çoxu Linuxun proqram təminatını təkmilləşdirir, xətaları düzəldir,
üzərində işləyir və test edirlər.
Unix əsaslıdır. UNIX – bu çoxüzvlü qrup, fərdi kompüterlər yaranana qədər
hazırlanmış populyar ƏS-lərinin əcdadıdır. Bu qrupa aşağıdakı ƏS-ləri daxildir: SunOS,
Solaris, UnixWare, FreeBSD, OpenBSD, NetBSD. Unix əsasında Apple meyvə
şirkətinin fərdi kompüterləri olan makintoşlar üçün ƏS-ləri hazırlanmışdır. Unix və
Unix-əsaslı sistemlər bank serverləri, interner-ruterlər, tədqiqat maşınları, hesablama
klasterləri və başqa fərdi kompüterlərdə yazılmışdır. Ümumi halda, harada etibarlılıq və
məhsuldarlıq tələb olunursa, orada Unix və Unix-əsaslı ƏS-ləri istifadə olunur.
Prinsipcə, Linuxu Unixlə eyni adlandırmaq olardı, amma, bu, müəllif hüquqları ilə bağlı
problem yarada bilər. Belə ki, Unix – kommersiya markasıdır.
Linuxda “ənənəvi” Unixə olunmuş çoxlu əlavələr var və buna görə də Linuxa Unixlə
eyni yox, tamhüquqlu şəkildə Unix-əsaslı demək olar.
Bir neçə “yaxın əlaqəli” məhsulun təqdim olunması. Qeyd etdiyimiz kimi Linux –
yalnız bir ƏS deyil, ƏS-ləri qrupunudur (distributivlər). Onların arasında ən məşhur
olanlarını əlifba sırası ilə aşağıda qeyd etmişəm:
Debian
Fedora
Gentoo
Ubuntu
Linuxun distributvlərinin tam siyahısını internetdə axtarış etməklə tapmaq olar.
Linux fərdi kompüterlər və serverlər üçün ƏS-dir. Linuxun bəzi fərqli
xüsusiyyətləri - pulsuz, etibarlı, təhlükəsiz, universal və məhsuldar olması, onun
biznesdə də ideal seçim olduğunu göstərir.
1.
Pulsuz olması. Linux Açıq Lisenziya Razılaşmasına əsasən pulsuz şəkildə yayılır.
Bu, IT-də bir çox hüquqi məsələlərin qarşısını almağa və xərclərin əhəmiyyətli
dərəcədə azalmasına imkan verir.
2.
Etibarlılıq. Digər Unix əsaslı ƏS-ləri kimi Linux da yüksək etibarlılıqla
xarakterizə olunur. Məsələn, tutaq ki, siz Windows ƏS-də bəzi işlər görmüsüz,
downloaded from KitabYurdu.org
149
lakin, yaddaşda saxlamamısınız. Sistemdə nə isə səhv olur, sistem yenidən işə
düşməli olur və ya sistemin işi yarımçıq qalır. Bu zaman sizin yaddaşda
saxlamadığınız fayllar itir. Bu cəhətdən Linux çox etibarlıdır. Yəni, Linuxda bu
cür problemlər olmur.
3.
Təhlükəsizlik. Kompüter virusları - icra edilə bilən bir proqramdır, yəni
kompüterinizin əməliyyat sistemində olan imkanlardan istifadə edən əmrlər
ardıcıllığıdır. Viruslar Windows ƏS altında işləyən kompüterlərdə işləyir. Linuxu
seçməklə kompüter viruslarını tamamilə unutmaq olar və heç bir antivirusa ehtiyac
olmaz. Deməli, Linux təhlükəsizdir.
4.
Universallıq. Microsoft şirkəti öz gəlirlərini maksimum dərəcədə artırmaq üçün
Windows sistemini müxtəlif paketlərdə yayırlar: professional istifadəçilər üçün, ev
kompüterləri üçün, serverlər üçün, korporativ klientlər üçün və s. Bu, istehlakçılar
üçün əhəmiyyətli dərəcədə əlavə xərclər yaradır. Linuxdan istifadə etməklə bu
xərclərdən azad olmaq olar. Linuxun hər hansı distributivini seçməklə, yerinə
yetirilən məsələlərdən asılı olaraq sistemi müxtəlif kompüterlərdə müxtəlif şəkildə
tənzimləmək olar.
5.
Məhsuldarlıq. Linuxu istənilən məsələnin həlli üçün təmzinləmək və beləliklə,
maksimum məhsuldarlığa nail olmaq mümkündür. Buna ən yaxşı sübut Linuxun
böyük hesablama qrupları və internet-serverlər üçün geniş istifadə olunmasıdır.
Mac OS (Macintosh Operating System) əməliyyat sistemi
Fərdi kompüterlər istehsal edən Apple Computer İnc. şirkətinin məhsulu olan bir
əməliyyat sistemidir. Macintosh qısaca Mac olaraq tanınır və adını Macintosh alma
növündən alır.
Macintosh-un istehsalına 1984-cü ildə başlanılmışdır. Apple şirkəti siçan və qrafiki
interfeysdən ilk dəfə istifadə edən şirkətlərdəndir. Macintosh-dan əvvəl Apple
şirkətinin
Lisa
, Apple II, Apple III kimi sistemləri olsa da, 1986-cı ildə onların
fəaliyyəti dayandırılmışdır və bütün məhsullar Macintosh adı altında toplanmışdır.
Macintosh-un PowerPC arxitekturasını istifadə etdiyi 1994-2005-ci illəri arası onu x86
downloaded from KitabYurdu.org
150
sinifli komputerlərdən ayıran ən əsas xüsusiyyəti RİSC (Reduced İnstruction Set
Computer) olmuşdur.
Mac OS sistemini ümumi olaraq iki hissəyə bölmək olar:
Mac OS
Classic
və
Mac OS X
.
2002
-ci ildən satışa çıxarılan əməliyyat sistemi Mac OS X artıq
5-ci nəslini yaşayır.
Mac OS X
Unix
üzərində yaradıldığı üçün çox stabildir və
təhlükəsizdir. Bu günə qədər bu sistem üçün virus yoxdur.
Macintosh seriyalı kompüterlər Apple şirkətinin öz məhsulu olan Mac OS X
əməliyyat sistemindən istifadə edirlər. Mac OS X əməliyyat sistemi öz aralarında Mac
OS X və Mac OS X Server deyə iki qrupa ayrılırlar. İki əməliyyat sistemi də bir-
birindən fərqlənir. 2015-cu ilin avqust ayında Mac OS X əməliyyat sisteminin ən son
versiyası olan El Capitano satışa təqdim edilmişdir. Bununla da Apple şirkətinin
istehsalı olan komputerlərdə sürət və performans dəfələrlə artmışdır. Apple şirkətinin
istehsalı olan personal komputerlərə Microsoft və İntel şirkətinin istehsalı olan
avadanlıqlar və ya proqram sistemləri yükləmək mümkündür. Bu proqramları sistemə
inteqrasiya edilmiş Boot Camp proqramıyla həyata keçirmək mümkündür.
Mühazirə
22
Mobil kompüterlər və smartfonlar üçün yaradılmış əməliyyat sistemləri
Android
Smartfonlar, planşetlər, kompüterlər, Elektron kitablar, Televizorlar, Google
Glass və digər cihazlar üçün nəzərdə tutulmuş, Linux nüvəli açıq qaynaq
kodlu əməliyyat sistemidir. Android, Linux əməliyyat sistemi əsaslı mobil və Pda-lar
üçün inkişaf etdirilmiş açıq qaynaq kodlu bir əməliyyat sistemidir. Google və Open
Handset
Allience
ortaqlığı ilə hazırlanmışdır. Gələcəkdə avtomobillərin də
dəstəklənməsi planlaşırılır.Əvvəcə Android İnc. Şirkəti tərəfindən inkişaf etdirilib,daha
sonralar Google tərəfindən alınmışdır. Google-un bu təşəbbüsü Open Handset Alliance-
nın yaranmasına səbəb olmuşdur və hal-hazırda platformanın sonrakı inkişafı ilə
məşğuldur. Android, cihazların funkionallığını artıran proqramlar yazan böyük bir
mühəndis(developper) qrupuna sahibdir. Android üçün hal-hazırda 1 milyondan çox
proqram vardır. Android əməliyyat sitemi ilə işləyən proqramlar müxtəlif saytlardan
downloaded from KitabYurdu.org
151
yüklənə bilməsiylə yanaşı, Google tərəfindən qurulan Google Play mağazasından da də
yüklənə bilir. 2014-cü ilin ikinci yarısında satılan smartfonların 86%-i android
əməliyyat sistemi ilə təchiz olunmuşdur. 2014-cil boyunca 1 milyarddan çox android
cihaz satılmışdır.
2005
-ci ilin iyulunda
Google korporasiyası
Android Inc şirkətini aldı. 5 noyabr
2007-ci il şirkət rəsmən
Open Handset Alliance
(OHA) yaradılmasını və Android açıq
mobil platformasını elan etdi. 12 noyabr 2007-ci ildə isə İttifaq paketin birinci versiyası
olan Android "Early Look" SDK və Android emulyatorunu təqdim etdi.
23 sentyabr
2008
-ci il rəsmən əməliyyat sisteminin birinci versiyası və həmçinin
ilk tam mühəndis paketi SDK 1.0 çıxdı. Platformanın birinci versiyasının çıxış anından
etibarən sistemin bir neçə yeniləməsi oldu. Bu yeniləmələr, bir qayda olaraq, aşkar
edilmiş səhvlərin düzəldilməsi və sistemə yeni funksionallığın əlavə edilməsi ilə
əlaqədar idi.
2009-cu ildə platforma üçün 4 tam yeniləmə (update) təqdim olundu. Nəhayət
fevral ayında müxtəlif səhvlərin aradan qaldırılması üçün 1.1 versiya versiya çıxdı.
Aprel və sentyabr aylarında isə daha iki yeniləmə 1.5 «Cupcake»və 1.6 «Donut» təqdim
edildi. «Cupcake» yeniləməsi əhəmiyyətli dəyişiklikləri əlavə etdi.Bunlar – virtual
klaviatura, videoların oynadılması və qeydə alınması,brauzer və s. idi. «Donut»da isə ilk
dəfə olaraq müxtəlif ölçülü və müxtəlif sıxlııqlı ekranların və
CDMA
şəbəkələrinin
dəstəklənməsi mümkün oldu.Həmin ilin oktyabr ayında Android 2.0 «Eclair» versiyası
təqdim olundu.Bu versiya bir neçə Google hesabının dəstəklənməsi,
HTML5
brauzerin
dəstəklənməsi və həmçinin bir neçə yenilənmədən sonra canlı divar kağızlarının
istifadəsi ilə əlamətdar oldu.
2010-cu ilin ortalarında Google, Android 2.2 versiyasını «Froyo», 2010-cu ilin
sonlarında Android 2.3 versiyasını «Gingerbread» adları altında təqdim etdi. «Froyo»
yeniləməsindən sonra smartfonu giriş nöqtəsi (acces point) kimi istifadə etmək,ekran
kilidinin şifrəsini həm rəqəm həm də hərf-rəqəm kombinasiyaları ilə şifrələmək
mümkün oldu. «Gingerbread» yeniləməsi isə kopyalama və yapışdırma funksiyası
downloaded from KitabYurdu.org
152
üzərində tam nəzarət, cihazda bir-neçə kameranın dəstəklənməsi və s. digər yenilikləri
özü ilə gətirdi.
22 fevral 2011-ci ildə
Planşetl
ər üçün uyğunlaşdırılmış Android 3.0
«Honeycomb»
rəsmən təqdim edildi.
Android 4.0 «Ice Cream Sandwich» 19 oktyabr 2011ci ildə çıxan ilk universal
platforma idi hansı ki həm planşetlər üçün həm də smartfonlar üçün nəzərdə
tutulmuşdu.Həmçinin bu versiya özü ilə yeni «Holo» interfeysini gətirmişdi .
2012-ci il iyun ayında yeni versiya olan Android 4.1 «Jelly Bean» təqdim olundu.
Bu versiyaya həmin ilin oktyabr ayında 4.2 və 2013-cü ilin iyul ayında 4.3 yeniləmələri
gəldi.
31 oktyabr 2013-cü ildə Google, əməliyyat sisteminin növbəti versiyası olan
Android 4.4 təqdim etdi hansı ki, adını
Nestle
kompaniyası ilə olan müqailəyə əsasən
«
KitKat
» şokoladından götürmüşdü. İlk olaraq Kitkat
Nexus 5
cihazlarında
görülmüşdür.
Android L Developer Preview
25 iyun 2014-cü ildə Google
Android Lollipop
-u mühəndislər üçün elan etdi.
2014-cü ildə geyiləbilən cihazlar üçün
Android Wear
əməliyyat sistemi təqdim
olunmuşdur.Həmçinin maşınlar üçün Android Auto və televizorlar üçün Android TV
təqdim olunmuşdur.Bununla da Android yalnız mobil cihazlar üçün əməliyyat sistemi
olmadığını sübut etmişdir.
downloaded from KitabYurdu.org
153
15 oktyabr 2014-cü ildə rəsmi şəkildə Android 5.0 Lollipop versiyası təqdim
olundu.Sistemin əsas yeniliyi yeni Material Design inerfeysi oldu.
HTC Dream
(T-Mobile G1) – Android ƏS ilə işləyən ilk smartfon
downloaded from KitabYurdu.org
154
Android 1.5-in emulyatorda ekran görüntüsü
Androidlə işləyən ilk qurğu 23 sentyabr 2008-ci ildə nümayiş olunmuş
HTC
Dream
smartfonu olmuşdur. Tezliklə digər smartfon istehsalçıları da Android siteminə
keçəcəklərini bəyan etdi. Androidin 3-cü versiyası olan planşetlər üçün
uyğunlaşdırılmış «Honeycomb»un çıxışından sonra Android sisteminə keçən smartfon
istehsalçılarının sayı daha da artdı. Bundan başqa mobil sənayenin müxtəlif nəhəngləri
ilə əməkdaşlıq edən Google şirkəti öz «
Google Nexus
» seriyasında şəxsi qurğularını
istehsal edir. Məhz bu qurğular Android üçün olan yeniləmələri birinci alır. Google
Nexus seriyasında nəinki yalnız smartfon və planşetlər həmçinin Android sistemi ilə
işləyən
Nexus Q
mediaplayer də var. Smartfonlar və planşetlərdən başqa android
əməliyyat sistemi digər qurğularda da istifadə olunnur.2011ci ilin iyun ayında italyan
şirkəti Blue Sky android əməliyyat sistemi ilə işləyən intelektual qol saatı I’m Watch-ı
təqdim etdi. 2012ci ilin avqustunda Nikon şirkəti dünyada ilk olaraq Android sistemi ilə
işləyən fotoaparatını təqdim etdi. Bundan başqa Android həvəskarları digər məhşur
qurğulara da Android sistemini tətbiq etməyi (port etmək) başarmışlar.
Məsələn,
Windows Mobile
platformasında olan
HTC Touch Dual
və
HTC TyTN
II
smartfonları emulyator rejimində Android əməliyyat sistemində işləyə bilir.
Həmçinin
Maemo
platformasıyla işləyən
Nokia N810
planşeti
,
Nokia N900
, Meego
downloaded from KitabYurdu.org
155
platformasında işləyən
Nokia N9
və
Windows Mobile
platformasında işləyən
HTC
HD2
smartfonlarına tamamilə android əməliyyat sitemi tətbiq olunmuşdur.Androidi bu
qurğularda həm
microSD
kartdan həm də daxili NAND yaddaşdan çalışdırmaq olar.Bu
cür Android digər androidlərdən heç bir cəhətinə görə fərqlənmr.Bundan basqa
iphone,İpod touch,İpad kimi apple cihazlarına da android sisteminin təbiqi təcrübəsi
mövcuddur. 2012-ci ilin oktyabrında Google-un icraçı direktoru
Larri Peyc
artıq 500
milyondan çox smartfonun Android sistemində aktivləşdirildiyini və həmçinin bu sayın
hər gün 1.3 milyon daha artdığını bildirdi. 2013-cü il sentyabrın əvvlində isə artıq
dünyada 1 milyarddan çox android cihazın aktivləşdirildiyi elan olundu.
22 oktyabr 2008ci ildə
Google
şirkəti Android ƏS üçün “
Android Market
” adlı
onlayn mağazanın açılışını elan etdi. Razılaşmaya əsasən istehsalçılar gəlirin 70%ni
mobil operatorlar isə 30%ni alırlar. 2009-cu ilin fevralında
ABŞ-dan
və
Böyük
Britaniyadan
olan istehsalçilar üçün mağazaya ödənişli proqramların qoyulması aktiv
oldu. İlk dəfə olaraq
Sony Ericson
şirkəti Android Market onlayn mağazasında kanal
açaraq öz oyunlarını,proqramlarını nümayiş etdirmişdir. Yaradıldığı 2011 dekabr
ayından etibarən
Android Marketd
ən 10 milyarddan çox proqram yüklənilib. 2012ci ilin
mart ayında
Google
«
Google Books
»,
Android Market
,
Google Music
və digər
servislərin vahid bir servisdə –
Google Playd
ə birləşdirdi.
Google Play
internet mağazası
190 ölkədə faliyyət göstərir və 700 mindən çox proqramdan ibarətdir. Yarandığı gündən
bu günə kimi mağazadan 25 milyard yükləmə edilmişdir.
Bəzi həvəskar cəmiyyətlər vardır ki bunlar Androidin modifikasıyası ilə məşğul
olurlar.Bu modifikasiyalara
CyanogenMod
,
MIUI
, AOKP (Android Open Kang Project)
və s. göstərmək olar. Modifikasiya Androidə yeni funksiyalar,seçimlər, tənzimləmələr
əlavə etmək üçün edilir. Modifikasiya olunmuş Android yükləmək üçün
smartfon
Root
(Superuser) səlahiyyətlərinə malik olmalıdır.Qeyd etmək lazımdır ki
düzgün şəkildə yerinə yetirilməyən root əməliyyatı bir çox problemlərə, həmçinin
qurğunun zəmanətinin itirilməsinə səbəb ola bilər.
Android əməliyyat sisteminin hər versiyasının kod adı, 1.5 versiyasından
başlayaraq, hər hansı bir desertin adı ilə adlandırılmışdır.Hər bir adın ilk hərfi latın
downloaded from KitabYurdu.org
156
əlifbasının hərflərinə uyğun seçilmişdir: 1.5 Cupcake («keks»), 1.6 Donut
(«ponçik»), 2.0/2.1 Eclair («Ekler pirojnası»), 2.2 Froyo («dondurulmuş yoqurt»),
2.3 Gingerbread («zəncəfilli peçenye»), 3.0 Honeycomb («arı pətəyi»), 4.0 Ice
Cream Sandwich , 4.1, 4.2, 4.3 Jelly Bean («jele konfeti"), 4.4 KitKat (şokolad
batonlarının eyni adlı markasının şərəfinə) və 5.0 Lollipop («çubuqlu nabat»).
Xüsusi olaraq Android platforması üçün
Droid
və
Roboto
şiriftləri yaradılmışdır.
Androidin rəsmi saytında hələ də cihazlar üçün minimal sistem tələbləri
göstərilməmişdir.
2011-ci ilin fevral ayının məlumatlarına görə Android ƏS ilə işləyən
qurğular
iPhone 4
- ü arxada qoyaraq Böyük Britaniyanın ən məşhur smartfonlarının
siyahısında əminliklə liderlik etmişdir.
Android 2.3 və yuxarı versiyalarda
Pasxa yumurtası
gizlədilmişdir. Onu işə salmaq
üçün «Settings»dən «About Phone»yə daxil olub « Android version» yazısının
üzərinə 3 dəfə basmaq lazımdır. Hər bir versiyada qarşınıza ya xüsusi bir şəkil və ya
animasiya çıxacaq.
Android 4.2 və daha yuxarı versiyalarda «Developer options» (mühəndis modu)
söndürülmüşdür. Onu aktiv etmək üçün «Build number » yazısına 7 dəfə basmaq
lazımdır.
Dostları ilə paylaş: |