KitabYurdu.az
99
olmayaraq, şəxs, onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə
verilmiş əmlakdan qalanının qaytarılmasını tələb edə bilər. Əvəzli əqdlər üzrə
əmlak o vaxt qaytarılır ki, həmin şəxs əmlakı əldə edərkən şəxsin sağ olmasını
bildiyi sübut edilsin.
Əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətə keçmiş və satılmışsa, onda
əmlakmın satışından götürülmüş məbləğ ona qaytarılır.
Hüquqi şəxslər və dövlət mülki hüquq münasibətlərinin subyektləri
kimi. Mülki hüquq münasibətlərinin subyekti təkcə fiziki şəxslər deyil, həm də
təşkilatlar, idarə və müəssisələr ola bilər. Mülki qanunvericilikdə idarə, müəssisə
və təşkilatları fiziki şəxsdən fərqli olaraq, hüquqi şəxs adlandırırlar. Hüquqi şəxsin
anlayışı Mülki Məcəllənin 43.1-ci maddəsində verilmişdir. Həmin maddəyə
əsasən, hüquqi şəxs, qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından
keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır,
öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-
əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə
iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Göründüyü kimi, hər bir qurum
deyil, yalnız aşağıdakı əlamətlərə malik olanlar hüquqi şəxs hesab olunurlar:
1. Təşkilati vahidlik.
Bu o deməkdir ki, hüquqi şəxs tam, vahid təşkilat qismində təşkil edilir.
Hüquqi şəxsin təşkilat vahidliyinə malik olması onun nizamnamə və ya əsasnaməsi
ilə müəyyən olunur. Hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş
nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. Nizamnamədə hüquqi şəxsin adı,
olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası
müəyyənləşdirilir. Dövlət büdcəsində olan idarə və müəssisələr, həmçinin, ictimai
və s. təşkilatlar həmin növ təşkilatlara dair ümumi əsasnaməyə uyğun olaraq
hərəkət edirlər.
2. Ayrıca əmlaka malikolma.
Əgər təşkilati vahidlik çoxlu şəxslərin vahid bir kollektiv halında birləşməsi
üçün vacibdirsə, onda əmlak ayrılığı da bu birliyin fəaliyyətinin maddi bazasını
əmələ gətirir. Hər hansı bir təşkilat özünün maddi bazasına - torpaq sahələrinə,
texniki predmetlərə, daşınar obyektlərə, pul vəsaitlərinə və s. malik olmadan
fəaliyyət göstərə bilməz. Bütün bunlar kompleks halında hüquqi şəxsin xüsusi
əmlakını təşkil edir və onu digər şəxslərdən fərqləndirir.
3. Müstəqil əmlak məsuliyyəti.
Ümumi qaydaya görə hüquqi şəxsin əmlakının mülkiyyətçiləri və yaxud
iştirakçıları onun öhdəliklərinə görə cavab vermirlər, eyni zamanda hüquqi şəxslər
də onların öhdəliklərinə görə məsuliyyət daşımırlar. Başqa sözlə, hər hansı bir
hüquqi şəxs öz öhdəliklərinə görə müstəqil surətdə mülki-hüquqi məsuliyyət
daşıyır.
Hüquqi şəxsin kreditorları öhdəlikdən yaranan tələblə yalnız həmin hüquqi
şəxsə müraciət edə bilərlər. Bu tələbə görə çərimə, qanun-vericiliklə müəyyən
edilmiş qaydada yalnız hüquqi şəxsin əmlakından alına bilər.
4. Mülki dövriyyədə öz adından çıxış etməsi.
Hüquqi şəxsin mülki dövriyyədə öz adından çıxış etməsi özünü onda
göstərir ki, o, öz adından mülki hüquqlar əldə edə və həyata keçirə, habelə
vəzifələr daşıya bilər, məhkəmədə iddiaçı və cavabdeh kimi çıxış edə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə əsasən
hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz
KitabYurdu.az
100
orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr
götürürlər. Bəzi hallarda hüquqi şəxsin marağına uyğun olaraq hüquqi hərəkətləri
onun adından etibarnaməyə əsasən, onun təmsilçiləri həyata keçirirlər. Yuxarıda
göstərilən maddənin 3-cü bəndinə müvafiq olaraq hüquqi şəxs adından çıxış edən
şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vicdanla və ağılla hərəkət
etməlidir. Əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, hüquqi şəxsin
təsisçilərinin (iştirakçılarının) tələbi ilə o, hüquqi şəxsə vurduğu zərərin əvəzini
ödəməlidir.
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hüquqi şəxsin mülki dövriyyədə öz
adından çıxış etməsi onun ən zəruri əlamətlərindəndir. O, sanki digər əlamətləri
özündə cəmləşdirir. Maddi və təşkilati zəmin əsasında yaranaraq, bu əlamət,
hüquqi şəxsin müstəqilliyinin və mülki hüquq subyektliyinin son ifadəsidir.
Göstərilən bu dörd əlamətin hamısının birlikdə olması vacibdir. Bu və ya
digər təşkilat, idarə və müəssisə göstərilən əlamətlərdən biri-nə belə malik deyilsə,
hüquqi şəxs hesab oluna bilməz.
Hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və
mülki vəzifələr daşıyır. Kommersiya hüquqi şəxsləri qanunla qadağan edilməyən
istənilən fəaliyyət növlərini həyata keçirmək üçün zəruri mülki hüquqlara malik
ola və mülki vəzifələr daşıya bilərlər. Siyahısı qanunvericiliklə müəyyənləşdirilən
ayrı-ayrı fəaliyyət növləri ilə hüquqi şəxslər, yalnız xüsusi icazə (lisenziya)
əsasında məşğul ola bilərlər. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin
başa çatdığı an xitam verilir.
Fiziki şəxsdən fərqli olaraq, hüquqi şəxsin fəaliyyət qabiliyyəti hüquq
qabiliyyəti ilə eyni zamanda əmələ gəlir. Hüquqi şəxslər xüsusi hüquq
qabiliyyətinə malikdirlər. Bu onunla izah edilir ki, hüquqi şəxs öz əsasnaməsi
(nizamnaməsi) dairəsində fəaliyyət göstərir. Hüquqi şəxsin fəaliyyət qabiliyyəti
dedikdə, onun mülki dövriyyədə müstəqil olaraq çıxış edəbilmə qabiliyyəti başa
düşülür. Qanunvericiliyə əsasən, hüquqi şəxsin fəaliyyət qabiliyyəti faktiki
cəhətdən onun orqanlarının yaradılması ilə əmələ gəlir. Hüquqi şəxslərin orqanları
vahid və kollegial olmaqla iki qrupa bölünür. Dövlət hüquqi şəxsləri vahid
rəhbərlik prinsipi əsasında təşkil edilir və adətən bir orqanları olur. Vahid
rəhbərliyə hüquqi şəxs olan idarə, müəssisə və təşkilatın direktoru, rəisi və s. misal
ola bilər. Kollegial orqanlardan fərqli olaraq onlar təyin edilirlər. Kooperativ,
ictimai və digər hüquqi şəxslər isə kollegial orqanlara malikdir. Bu cür tipli hüquqi
şəxslərin orqanları onların ümumi yığıncağı tərəfindən təyin edilir. Kollegial
orqanlara ümumi yığıncaqdan əlavə, yuxarı orqana tabe olan icra orqanı, nəzarət
orqanı olan - təftiş komissiyası və s. misal ola bilər.
Hüquqi şəxsin orqanı onun tərkib hissəsidir. Orqanın nizamnamə ilə
müəyyən edilən fəaliyyəti həyata keçirməsi hüquqi şəxsin fəaliyyəti kimi
qiymətləndirilir və onun üçün hüquq və vəzifələr yaradır.
Hüquqi şəxsin fəaliyyət qabiliyyəti, həmçinin onun nümayəndəlikləri
vasitəsilə həyata keçirilir. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və
hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik
sayılır. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının
hamısını və ya bir hissəsini, o cümlədən, nümayəndəlik funksiyalarmı həyata
keçirən ayrıca bölməsi filial sayılır.
Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq
etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların
KitabYurdu.az
101
rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında
fəaliyyət göstərirlər.
Hüquqi şəxslərin əmələ gəlməsinin üç üsulu (qaydası) vardır:
1) sərəncam;
2) icazə;
3) təqdimedici normativ üsul.
Sərəncam qaydasında dövlət hüquqi şəxsləri əmələ gəlir. Bunun mahiyyəti
ondan ibarətdir ki, hüquqi şəxsin yaranması üçün səlahiyyətli dövlət orqanlarının
xüsusi inzibati sərəncamı lazımdır.
İcazə qaydasında yeni hüquqi şəxsin yaradılması təşəbbüsü təşkilatçılara -
fiziki və yaxud hüquqi şəxslərə aiddir. Belə hüquqi şəxsin yaradılmasında dövlət
orqanının iştirakı həmin hüquqi şəxsin yaradılmasına icazə verməsində ifadə
olunur. Burada icazə ya dövlət orqanları, ya da buna səlahiyyəti çatan kooperativ
və ictimai təşkilatlar tərəfindən verilir. İcazə qaydasında yaranan hüquqi şəxslərə
həmkarlar ittifaqlarını, idman cəmiyyətlərini və s. misal göstərmək olar.
Təqdimedici normativ qaydada hüquqi şəxsin əmələ gəlməsi üçün dövlət
orqanlarının sərəncamı və icazəsi lazım deyildir. Belə hüquqi şəxslərin əmələ
gəlməsi onunla izah edilir ki, onların yaradılması qabaqcadan xüsusi hüquq
normalarında müəyyən olunmuşdur. Dövlət orqanı isə belə hüquqi şəxsin
yaradılmasında hüquq normalarına əməl olunmasını yoxlamaq səlahiyyətinə
malikdir. Hüquqi şəxslərin əmələ gəlməsinin belə qaydası istər respublikamızda,
istərsə də xarici ölkələr-də daha çox yayılmışdır.
Mülki qanunvericilikdə hüquqi şəxsin xitammm iki qaydası göstərilir:
1) yenidən təşkiletmə;
2) təsviyyə, yəni ləğvetmə.
Hüquqi şəxsin yenidən təşkili onun təsisçilərinin (iştirakçılarının) və ya
hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə
bilər. Hüquqi şəxsin yenidən təşkiletmə yolu ilə xitamının beş növü vardır:
1) birləşmə;
2) qoşulma;
3) bölünmə;
4) ayrılma;
5) çevrilmə.
Yenidən təşkiletmə qaydasında universal (ümumi) hüquq varisliyi tətbiq
olunur, yəni bu zaman hüquq və vəzifələr tam həcmdə yeni təşkil edilmiş hüquqi
şəxsə keçir.
Hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri
hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir.
Hüquq ədəbiyyatında hüquqi şəxslərin sərəncam, könüllü və məcburi
qaydada xitam edilmələri göstərilir. Sərəncam qaydasında bir qayda olaraq dövlət
hüquqi şəxsləri xitam edilirlər. Bu, onları təşkil edən dövlət orqanlarının qərarı ilə
həyata keçirilir. Məcburi və könüllü qaydada isə kooperativlər, ictimai təşkilatlar
və s. xitam edilirlər. Könüllü qaydada hüquqi şəxsin ləğvi həmin təşkilatın ümumi
iclasının qərarı ilə, məcburi qaydada hüquqi şəxsin ləğvi isə buna səlahiyyəti olan
dövlət orqanlarının qərarı ilə həyata keçirilir. Hüquqi şəxsin mövcudolma müddəti
qurtardıqda, o, fəaliyyət həddini aşdıqda, dövlətin mənafelərinə zidd olaraq
fəaliyyət göstərdikdə və s. hallarda qanun həmin hüquqi şəxsin ləğv olunması
haqqında məcburedici tədbirlər nəzərdə tutur.
KitabYurdu.az
102
Hüquq ədəbiyyatında hüquqi şəxslər bir sıra əsaslara görə növlərə
bölünürlər.
Mülkiyyət formasından asılı olaraq hüquqi şəxslər dövlət və xüsusi (qeyri-
dövlət) hüquqi şəxslərə bölünür.
Fəaliyyət məqsədlərindən asılı olaraq kommersiya və qeyri-kommersiya
təşkilatları fərqləndirilir.
Təsisçilərin tərkibinə görə:
- təsisçiləri yalnız hüquqi şəxslərdən ibarət olan hüquqi şəxslər (ittifaqlar
və assosiasiyalar);
- təsisçisi yalnız dövlət olan hüquqi şəxslər (unitar müəssisələr);
- təsisçiləri, hüququn ayrı-ayrı subyektləri çıxılmaqla istənilən hüquqi
şəxslər (yerdə qalan bütün hüquqi şəxslər).
İştirakçılarının hüquqlarının xarakterinə görə:
- əmlakı üzərində təsisçilərinin mülkiyyət və yaxud digər əşya hüququna
malik olduğu təşkilatlar: dövlət və bələdiyyə unitar müəssisələri, habelə
idarələri;
- iştirakçılarının münasibətlərdə öhdəlik hüququna malik olduğu
təşkilatlar: təsərrüfat şirkətləri və cəmiyyətləri, kooperativlər;
- iştirakçılarının münasibətlərdə əmlak hüquqlarına malik olmadıqları
təşkilatlar: ictimai birliklər, dini təşkilatlar, fondlar və hüquqi şəxslərin
ittifaqları.
Təşkilatların əşya hüquqlarının həcminə görə:
- əmlak üzərində əməli idarəetmə hüququna malik olan hüquqi şəxslər:
dövlət idarə və müəssisələri;
- əmlakı üzərində təsərrüfatçılıq aparmaq hüququna malik olan hüquqi
şəxslər: dövlət və bələdiyyə unitar müəssisələri;
- əmlakı üzərində mülkiyyət hüququna malik olan hüquqi şəxslər - bütün
digər hüquqi şəxslər.
Təşkiletmə qaydasına görə hüquqi şəxslər könüllü (təsisçilərin iradəsi ilə) və
sərəncam qaydası ilə (mülkiyyətçinin və ya idarəetmə orqanının qərarı üzrə)
yaradılan hüquqi şəxslərə bölünürlər.
Hüquqi vəziyyətinə görə hüquqi şəxslər milli və xarici hüquqi şəxslərə
bölünürlər. Ölkə daxilindəki hüquqi şəxslər milli qanunvericiliyə uyğun olaraq
yaradılır və fəaliyyət göstərirlər. Xarici hüquqi şəxslər isə, xarici ölkələrin
qanunvericiliyinə əsasən, yaradılırlar. Lakin onlar öz fəaliyyətlərini milli
qanunvericiliyə əsasən, həyata keçirirlər.
Mülki Məcəllənin 43-cü maddəsinin 3-cü və 4-cü bəndlərinə əsasən,
Azərbaycan Respublikası və bələdiyyələr mülki hüquq münasibətlərində eynilə
digər hüquqi şəxslər kimi iştirak edirlər. Bu hallarda onların səlahiyyətlərini onların
hüquqi şəxslər olmayan orqanları həyata keçirirlər.
Dövlət mülki hüquq münasibətlərinin iştirakçısı kimi hüquq subyektliyinə,
yəni hüquq və fəaliyyət qabiliyyətinə malikdir. Lakin digər subyektlərdən fərqli
olaraq bu hüquq qabiliyyətinin özünəməxsus xüsusiyyətləri vardır. Bu, onunla izah
olunur ki, dövlət ümumi hüququn əsas subyekti olmaqla hakimiyyətin daşıyıcısıdır.
Bu xüsusiyyət dövlətin mövcud suverenliyində ifadə olunur.
Suverenlik daxili və xarici ifadəyə malikdir. Öz ərazisi hüdudlarıda dövlət
ən ali hakimiyyəti təcəssüm etdirir. Heç kəs dövlətin daxili işlərinə qarışa bilməz.
KitabYurdu.az
103
Dövlətin suverenlik xüsusiyyəti onu mülki hüququn xüsusi subyektinə
çevirir. Bu mənada:
- dövlət özü mülki hüququn digər bütün subyektləri üçün məcburi olan
qanunlar qəbul edir;
- dövlət digər tərəfin iradəsindən asılı olmayaraq mülki hüquq
münasibətləri əmələ gətirən inzibati aktlar qəbul edir;
- dövlət bərabərlik əsasında qurulan mülki hüquq münasibətlərində iştirak
etdikdə belə, hakimiyyət funksiyasını saxlayır;
- dövlət immunitetdən istifadə edir.
Mülki hüquq münasibətlərinin obyektləri. Mülki hüquq münasibətlərinin
mühüm ünsürlərindən biri də bu münasibətlərin obyektləridir. Mülki hüquq
münasibətlərinin obyektləri dedikdə, bu hüquq münasibətlərinin nəyə qarşı
yönəldiyini başa düşmək lazımdır. Mülki hüquq subyektlərinin öz aralarında hüquq
münasibətlərinə daxil olmalarına səbəb olan maddi və mənəvi nemətlər mülki
hüquq münasibətlərinin obyektləri adlanır. Belə nemətlərin (obyektlərin) dairəsi
olduqca geniş və müxtəlifdir. Mülki Məcəllənin 4-cü maddəsinə uyğun olaraq
əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən
çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin
obyektləri ola bilərlər.
Mülki hüquq münasibətlərinin obyektlərinə aşağıdakılar daxildir:
1) əşyalar;
2) yaradıcılıq fəaliyyətinin nəticələri;
3) işlər və xidmətlər;
4) qeyri-maddi nemətlər.
Mülki hüquq münasibətlərinin obyektləri içərisində əşyalar xüsusi yer tutur.
Bu, mülki dövriyyədə onların daha çox yayılması və mülkiyyət hüquq
münasibətlərinin əmələ gəlməsinə səbəb olması ilə əlaqədardır.
Əşyalar insanlar arasındakı münasibətlərə görə müəyyən edilən zahiri maddi
predmetlərdir. Mülki Məcəllənin 135.1-ci maddəsinə, əsasən yalnız fiziki obyektlər
əşya sayılırlar. Əşyalar maddi və mənəvi mədəniyyətin predmeti kimi insan
əməyinin məhsulu, yaxud da təbiətin özü tərəfindən yaradılmış və insanların öz
həyat fəaliyyəti üçün istifadə etdiyi - torpaq, faydalı qazıntılar, bitkilər və s-dən
ibarətdir. Mülki hüquq münasibətlərinin obyekti kimi əşyaların ən mühüm əlaməti
insanların bu və ya digər tələbatlarının ödənilməsində özünü göstərir.
Hüquq ədəbiyyatlarında əşyalar öz təyinatına, iqtisadi xarakterinə və
əlamətlərinə görə aşağıdakı kimi təsnifləşdirilir:
1) istehsal vasitələri və istehlak predmetləri;
2) daşınar və daşınmaz əşyalar;
3) dövriyyədən çıxarılmamış, dövriyyəsi məhdudlaşdırılmış və dövriyyədən
çıxarılmış əşyalar;
4) istehlak edilən və istehlak edilməyən əşyalar;
5) fərdən və cinsən müəyyən edilən əşyalar;
6) bölünər və bölünməz əşyalar;
7) əsas və yardımçı əşyalar;
8) cüt və tək əşyalar;
9) bəhər, gəlir və məhsul.
Mülki hüquq ədəbiyyatlarında əşyaların canlı və cansız əşyalara bölünməsi
qəbul edilsə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.3-cü maddəsində
KitabYurdu.az
104
göstərilir ki, bitkilər və heyvanlar əşya deyildir. Onların hüquqi vəziyyəti xüsusi
qanunlarla
müəyyənləşdirilir.
Əgər
qanunvericilikdə
ayrı
qayda
müəyyənləşdirilməyibsə, əşyaların hüquqi vəziyyəti bitkilərə və heyvanlara şamil
edilir.
Ümumiyyətlə, əşyaların təsnifatı aparılarkən hər bir əşyanın özünəməxsus
hüquqi vəziyyəti müəyyən olunur. Əşyaların hüquqi vəziyyəti dedikdə, mülki
hüquq münasibətlərinin obyekti kimi əşyaların əldə olunmasını, onlardan istifadə
edilməsini və onlar üzərində sərəncam verilməsini tənzim edən hüquq normalarının
məcmusu başa düşülür.
Əşyaların xüsusi qrupunu pul və qiymətli kağızlar təşkil edir. Mülki hüquq
münasibətlərinin obyekti kimi pulun əsas xüsusiyyəti onun ümumi əvəzedici
olması və bu xüsusiyyətinə görə digər əşyalardan əhəmiyyətli dərəcədə
fərqlənməsindən ibarətdir. Başqa sözlə, əgər qanun qadağan etmirsə, yaxud da
kreditorun buna etirazı yoxdursa, istənilən əmlak borcunu praktiki olaraq pul ilə
ödəmək olar.
Öz təbiətinə görə pullar cinsən müəyyən edilən, əvəz olunan və bölünər
əşyalara aid edilir. Bunlar öz təbii xüsusiyyətlərinə və xüsusi mal dəyərinə görə
yox, onda ifadə olunan pul məbləğinə görə digər cinsən müəyyən edilən əşyalardan
fərqlənir.
Azərbaycan Respublikasında rəsmi pul vahidi manatdır. Manat
respublikanın bütün ərazisində nominal dəyərinə görə müəyyən edilən, qanuni
ödəmə vasitəsidir. Dövriyyədə olan pulların tədavülə buraxılması və tədavüldən
götürülməsi hüququ, yalnız Azərbaycan Respublikası Milli Bankına məxsusdur.
Respublika ərazisində xarici valyutanın əldə edilməsi və istifadəsi yalnız
qanunvericiliklə müəyyən edilən qaydada mümkündür.
Mülki dövriyyədə istifadə olunan materiallar içərisində qiymətli kağızlar da
mühüm yer tutur. Qiymətli kağızlar özündə əmlak hüquqlarının vacib şərtlərini əks
etdirən, müəyyən formada yerinə yetirilməsi ilə təsdiq edilən və yalnız təqdim
olunması ilə həyata keçirilən qiymətli sənədlərə deyilir.
Mülki hüquqda qiymətli kağızların üç növü fərqləndirilir:
1. Təqdimedici (adsız) qiymətli kağızlar;
2. Adlı qiymətli kağızlar;
3. Orderli qiymətli kağızlar.
Təqdimedici qiymətli kağızlar dedikdə, təqdim olunması ilə icra edilən və
orada göstərilmiş hüquqların konkret olaraq kimə məxsus olması qeyd edilməyən
kağızlar başa düşülür. Onlara səhmlər, lotereya, adsız istiqrazlar, özəlləşdirmə
çekləri və s. daxildir.
Adlı qiymətli kağızlar müəyyən şəxsin adına yazılmış qiymətli kağızlardır.
Yəni kağızda adı qeyd olunan şəxsin özü və ya onun nümayəndəsi tərəfindən
təqdim olunduqda orada göstərilən hüquqlar həyata keçirilə bilər. Adlı qiymətli
kağızlara əmanət kitabçaları, adlı istiqrazlar və s. misal ola bilər.
Orderli qiymətli kağızlarda isə icranın kimin üçün yerinə yetirilməsi
göstərilir. Bu qiymətli kağızlara veksellər, konosamentlər və s. aiddir.
Mülki hüquq münasibətlərinin böyük bir hissəsi yaradıcılıq fəaliyyətinin
nəticələri - elm, ədəbiyyat, incəsənət əsərləri, kəşf, sənaye nümunələri və i.a.
yaradılması və istifadəsi ilə əlaqədar əmələ gəlir. Yaradıcılıq fəaliyyətinin bu
məhsulları əqli mülkiyyətin obyektini təşkil edir. Əqli mülkiyyət - bu, şərti
ümumiləşdirilmiş anlayış olub, Azərbaycan da daxil olmaqla bir çox ölkələrin
qanunvericiliklərində və beynəlxalq konvensiyalarda istifadə olunmaqla əqli, hər
KitabYurdu.az
105
şeydən əvvəl yaradıcılıq fəaliyyətinin nəticələrinə olan xüsusi hüquqların
məcmusunu ifadə edir.
Yaradıcılıq fəaliyyətinin nəticələri əşyalardan fərqli olaraq özündə qeyri-
maddi nemətləri əks etdirir. Belə ki, elm, ədəbiyyat, incəsənət əsərləri - yeni
ideyaların, obrazların, anlayışların məcmusu; ixtira, faydalı nümunə və
səmərələşdirmə təklifləri - məsələlərin texniki həlli; sənaye nümunələri -
məmulatların xarici görünüşlərinin bədii-konstruktor həllini və s. əks etdirir. Onlar
mülki hüquq münasibətlərinin obyekti onda ola bilərlər ki, digər şəxslərin onları
mənimsəmələrini təmin edən hər hansı bir obyektiv formada ifadə olunsunlar. Belə
ki, ədəbiyyat əsərləri əlyazma şəklində mövcud ola bilər, maqnit lentinə yazıla
bilər və i.a; ixtira çertyojlar, sxemlər formasında ifadə oluna bilər və i.a.
Yaradıcılıq nəticəsinin maddi daşıyıcıları (əlyazma, maqnit lentinə yazılma,
çertyoj və i.a.) əşyalar kimi digər şəxslərin mülkiyyətinə verilə bilər, sərf oluna
bilər və i.a. Yaradıcılıq fəaliyyətinin həmin nəticələri qeyri-maddi nemətlər
olmaqla onun müəlliflərinin razılığına əsasən digər şəxslər tərəfindən ancaq
müəllifliyi saxlanılmaqla istifadə oluna bilər (qanunda nəzərdə tutulan hallar
istisna olmaqla).
Mülki hüquq münasibətlərinin obyektinə yaradıcılıq fəaliyyətinin nəticələri
ilə yanaşı, digər fəaliyyətlərin nəticələri də daxildir. Belə ki, podrat müqaviləsinin
predmetini podratçının sifarişçi üçün yerinə yetirdiyi işin nəticələri təşkil edir.
Podrat müqaviləsində və podrat tipli digər müqavilələrdə nəticə maddi forma alır,
yəni yaradılmış, təmir olunmuş, hazırlanmış əşyalarda maddiləşdirilir. Bu nəticə
həmin fəaliyyətlərdən ayrılmaqla mülki hüquq münasibətlərinin müstəqil obyekti
hesab oluna bilər.
Mülki hüquq münasibətlərinin xüsusi qrupunu qeyri-maddi nemətlər təşkil
edir. Qeyri-maddi nemətlər dedikdə, qüvvədə olan qanunvericiliklə nəzərdə tutulan
və mühafizə edilən, şəxsiyyətdən ayrılması qeyri-mümkün olan və iqtisadi
məzmuna malik olmayan nemət və azadlıqlar başa düşülür. Onlara həyat və
sağlamlıq, şərəf və ləyaqət, şəxsi toxunulmazlıq, işgüzar nüfuz, şəxsi və ailə sirri,
ad, müəlliflik hüququ və s. qeyri-maddi nemətlər daxildir.
Dostları ilə paylaş: |