Kasnının müalicəvi xassələri. Dərman məqsədilə
qədimdən Misirdə və Romada əhali tərəfindən kasnının çiçək-
lərindən və köklərindən istifadə olunurdu. Onu qidanın həzmini
yaxşılaşdıran tərəvəz kimi istifadə edirdilər. Çiçəklərini tam
yetişən vaxt, köklərini isə payızın son ayında toplayır, sonra
təmizləyərək quru havalı binalarda və üstü dəmir örtüklü
çardaqlarda qurudurlar. Çiçəyində və kökündə bir çox dərman
ə
həmiyyətli maddələr tapılmışdır.
Xalq təbabətində kasnının kökündən və çiçəklərindən
iştahagətirici və mədənin həzm prosesini yaxşılaşdırıcı dərman
kimi dəmləmə və bişirmə formasında istifadə olunur. Bu
məqsədlə qurudulmuş kasnı kökünü və ya çiçəklərini əvvəlcə
doğrayıb toz halına salır, sonra ondan 2 çay qaşığı bir stəkan
qaynar suda çay kimi dəmləyib gündə 3 dəfə yeməkdən əvvəl
içirlər. Kasnı çayı, eyni zamanda öd kisəsinin və böyrək
xəstəliklərinin müalicəsində də işlədilir. Xalq təbabətində
qaraciyər xəstəliyində, eləcə də sarılıqda çay kimi dəmləyib
289
içirlər. Son illərdə kasnı bitkisinin kökünün şəkər xəstəliyində
müsbət təsiri müəyyən edilmişdir.
Tikanlı kəvər, kapers – Каперсы колючие – Capparis
spinosa L. Kəvər (Capparidaceae) fəsiləsindəndir. Yabanı
halda yetişən çoxillik kapers kolunun tumurcuq çiçəklərindən
ibarətdir. Yabanı halda Dağıstanda, Krımda və Orta Asiyada
bitir. Avropanın bir çox ölkələrində becərilir. Azərbaycanda
ancaq tikanı kəvər növü yabanı halda yayılmışdır. Yarımkol
bitki olub, 2 m-ə qədər uzunluqda budaqları var. Yarpağı girdə
yumurtavarı, yaxud ellipsvarı olub, saplaqlıdır. Çiçəkləri iri,
rəngi ağ, tək-tək halda yarpaqların qoltuğunda yerləşir. Mey-
vəsi giləmeyvəyə bənzəyən qutucuqdan ibarətdir. Toxumları
kürəvarıdır, tünd-qonur rənglidir, təqribən qaraya çalır. Bitki
may-iyun aylarında çiçəkləyir, meyvələri avqustda yetişir.
Tikanlı kəvərin çiçəklərinin qönçə dövründə onda 100-
150 mq% C vitamini, 0,32mq% rutin, 21-28% azotlu maddə, 4-
5% piyli maddələr olur. Toxumlarında 25-30% piyli yağ vardır
ki, bu da tərkib etibarilə 12-13% doymuş yağ turşularından, 22-
24% olein, 33-51% linol turşuların qliseridlərindən ibarətdir.
Tikanlı kəvərin meyvələrində eyni zamanda pektin
maddələri, 1,6% üzvi turşular, 4% şəkər, 56mq% C vitamini,
rutin və digər bioloji fəal maddələr olduğu aşkar edilmişdir.
Tikanlı kəvərin tumurcuq çiçəkləri 100 mm diametrə
çatdıqda yığılır, sortlaşdırılır və bir qədər soldurulur. Sonra
tikanlı kəvəri çəlləkdə duz və ya sirkə məhlulu ilə isladıb kon-
servləşdirirlər. Tikanlı kəvərin dadını yaxşılaşdırmaq üçün onu
ə
vvəlcə süd turşusu bakteriyaları ilə qıcqırdır, sonra üzərinə 4-
5%-li sirkə məhlulu tökürlər. Sirkəyə qoyulmuş tikanlı kəvərin
dadı, duza qoyulmuşdan yaxşıdır. Lakin duza qoyulmuş daha
yaxşı saxlanılır. Tikanlı kəvərin dadı tünd və spesifikdir.
Duzluğun tikanlı kəvərə nisbəti 1:1 nisbəti kimidir. Xırda
tikanlı kəvər daha yaxşı tamlı olur və qiymətli hesab edilir.
Tikanlı kəvərin dad və ətirverici maddəsi rutindir
(0,32%). Rutin acı dadlı qlükozid (S
27
H
30
O
16
x 3H
2
O) olub,
290
hidroliz olunduqda kversitin, qlükoza və ramnoza əmələ gətirir.
P vitamini fəallığına malikdir. Tikanlı kəvər birinci və ikinci
xörəklərə, əsasən balıq və şorba xörəklərinə tamlı qatma sayılır.
Tikanlı kəvərin tərkibində 150 mq% C vitamini
olduğundan qidanı vitaminləşdirir.
Tikanlı kəvərin müalicəvi xassələri. Xalq təbabətində
tikanlı kəvərin qabığından alınan həlimdən əsəb xəstəliklərində,
xüsusən də isteriyada istifadə olunur. Təzə tikanlı kəvər
qabığını dişağrısında çeynəyirlər. Ondan alınmış tozvarı məh-
suldan və həlimdən hazırlanmış islatmadan irinləyən və uzun
müddət sağalmayan yaraların müalicəsində istifadə olunur.
Eksperimentlər nəticəsində müəyyən olunmuşdur ki, tikanlı
kəvərin kökündən hazırlanan spirtli tinktura qandakı trom-
bositlərin miqdarını artırır. Qanın müalicəsində tikanlı kəvər öz
tətbiqini təsdiqləyib. Tikanlı kəvərin kökləri həm də allerqik
xəstəliklərdə də faydalıdır.
Azərbaycanda yayılan tikanlı kəvər bitkisi Azərbaycan
Tibb Universitetində hərtərəfli öyrənilmiş, onun meyvələrində
çoxlu miqdarda yodun üzvi birləşməsi olduğu müəyyən
edilmişdir.
Tikanlı kəvər meyvələrində çoxlu miqdarda yod birləş-
mələrinin olduğunu nəzərə alaraq, onlardan konservləşdirilmiş
ş
irə preparatı hazırlanmış və kliniki təcrübədə onun zob
xəstəliyində müalicəvi təsiri ilk dəfə aydınlaşdırılmışdır.
Xalq təbabətində tikanlı kəvərin təzə dərilmiş meyvə-
lərindən zob xəstəliklərində, babasildə, dizenteriyada və qara-
ciyər iltihabında istifadə olunur.
Bəzi ədəbiyyatlarda kəvər ğöyərtisi kapers kimi tərcümə
olunub. Bunlar ayrı-ayrı bitki olub müxtəlif fəsilələrə aid
tərəvəzdir.
Kök, yerkökü – Морковь – Daucus carota L. Çəti-
çiçəklilər (Umbelliferae) fəsiləsindəndir. Qədimdən yabanı hal-
da bitən yerkökü ilə almanlar, romalılar və yunanlar tanış idilər.
291
Lakin mədəni halda yerkökünü orta əsrlərdən əkilib-becə-
rilməyə başlamışdır.
Kökümeyvəlilər içərisində ən çox yayılmış tərəvəzdir.
Ondan təzə halda aşpazlıqda, qurudulmaq, şirə hazırlamaq,
tərəvəz konservləri və karotin istehsalı üçün istifadə olunur.
Yerkökünün üzəri nazik qabıq təbəqəsi ilə örtülüdür.
Qabığın altında qidalı maddələrlə zəngin ətli hissə yerləşir. Kök
mərkəzində özək vardır. Özəyin zərif və ya kobud olması
yerkökünün keyfiyyətliliyini göstərir. Tərkibində az miqdarda
şə
kər olan özəyin dadı yerkökünün ətli hissəsinə nisbətən pis
olur.
Yerkökünün tərkibində orta hesabla 4-12% şəkər, 0,53-
2,23% zülal, 0,1-0,7% yağ, 0,54-3,50% sellüloza, 0,4-2,9%
pektin maddəsi, 2,3-5,6% azotsuz ekstraktlı maddə, o cümlədən
dekstrin və nişasta, 0,6-1,7% kül olur. Quru maddələrin ümumi
miqdarı 8-20%-ə qədərdir.
Şə
kərlərin əsasını saxaroza (3,5-6%), az miqdarda
qlükoza (1-2%) və fruktoza (0,2-1,9%) təşkil edir. Yerkökünün
özək hissəsində xarici təbəqəyə nisbətən şəkərin miqdarı azdır.
Nişasta toxumalarda kiçik, dairəvi və rəngsiz dənələrdən
ibarət olub, ən çox özək ilə ətli hissənin arasında yerləşir.
Özəkdə nişasta olmur.
Pentozanların (araban, qalaktan) miqdarı yaş çəkiyə görə
0,8-1,4%-dir.
Pektin, sellüloza, liqnin və başqa maddələr yerkökünün
aşağı hissəsində toplanmışdır. Pektin maddəsinin bütün
formaları yerköküdə vardır, lakin bunlar palda əmələgətirmə
xassəsinə malik deyildir.
Yerkökü zülalında əvəzedilməz aminturşulardan metio-
nin, fenilalanin, leysin, izoleysin, valin, treonin, lizin, triptofan
və s. tapılmışdır.
Yerkökünün yağı lipoproteidlər şəklindədir. Yağda pal-
mitin, olein, linol və petrozelin yağ turşuları tapılmışdır.
Yerköküdə, həmçinin, 0,1%-ə qədər lesitin və fitosterin var. 10
292
mq%-ə qədər efir yağı vardır ki, bunun tərkibi pinen, limonen,
seskviterpen və mürəkkəb efirlərdən (sirkə və qarışqa
turşusunun) ibarətdir. Üzvi turşular (0,1-0,2%), əsasən sərbəst
alma, qəhvə, qall, xlorogen və benzoy turşusundan ibarətdir.
Mannit spirti də tapılmışdır. Yerkökü külündə mineral mad-
dələrdən Na, K, Ca, P, Fe, B, Cr, Cu, Mo, Pb, F, U, As və s.
aşkar edilmışdır. Yerkökü toxumalarının müxtəlif hissələrində
mineral maddələrin miqdarı eyni miqdarda deyildir. Belə ki,
yerkökünün qabığında, ətli hissəsində və özəyində uyğun
olaraq mq%-lə: Ca – 53, 32, 37; P – 37, 34, 60; Fe – 1,6, 0,8,
0,8-dir. Borun miqdarına görə yerkökü başqa tərəvəzlərdən
üstündür.
Karotin və ksantofil yerköküyə narıncı rəngin müxtəlif
çalarlarını verir. Karotinin miqdarı orta hesabla 8-10 mq%,
narıncı qırmızı yerköküdə isə 5,4-19,8 mq%-ə qədərdir. α-
karotinin miqdarı β-karotindən 2-3 dəfə çoxdur. Yerkökünün
özək hissəsində karotin xarici təbəqəyə nisbətən azdır. Karo-
tinoidlərin 90%-i karotinin, 10%-i isə ksantofilin payına düşür.
Bənövşəyi rəngli yerkökünün tərkibi, həmçinin, antosianlar,
baş hissəsi yaşıl olanlar isə xlorofil piqmentləri ilə zəngindir.
Yerkökünün tərkibində yaş maddəyə görə mq/kq hesabı
ilə vitaminlərdən B
1
– 0,3-1,8; B
2
– 0,2-0,62; PP – 2,0-14,7; B
6
– 1,2-1,4; E – 12; pantoten turşusu – 2,5-3,5; biotin – 0,025-
0,033; fol turşusu – 1,0-1,3; askorbin turşusu – 20-100 vardır.
Yerkökünün kimyəvi tərkibi onun təsərrüfat-botaniki sortla-
rından, becərilmə şəraitindən, yetişməsindən və başqa amil-
lərdən asılıdır. Yerkökünün təsərrüfat-botaniki sortları bir-bi-
rindən forma və ölçüsünə, ətli hissəsinin rənginə, özəyinin
ölçüsünə, səthinin vəziyyətinə, çatlamasına, saxlanılmağa da-
vamlılığına və yetişmə müddətinə görə fərqlənir.
Ölçüsündən asılı olaraq yerkökü 3 qrupa bölünür: qısa və
ya karateli qrupuna aid yerkökünün uzunluğu – 3-6 sm,
yarımuzunlarda – 8-20 sm, uzunlarda isə 20-45 sm olur.
Sortların çoxu orta uzun qrupa aiddir. Karateli qrupuna «Paris
293
karatelisi», «Xibin» sortu aiddir. Bunların ətli hissəsi zərif
olduğundan orqanizmdə asan həzm edilir. Lakin saxlanmağa
davamsızdır.
Orta uzun sortlara daxil olanlardan Nant, Geranda,
Geranda-1129, Ukrayna gerandası, Şantene, Moskva gecyeti-
şə
ni aiddir. Bunlar silindr və konusvarı formada, yaxşı dada
malik olur. Nant və Şantene sortları uzunsov simmetriyası, zərif
ə
tli hissəsi və əla dadı ilə üstünlük təşkil edir. Saxlanmağa
davamlıdır. Şantene sortu irimeyvəlidir və bunun 1 ədədinin
çəkisi 400 q qədər olur. Geranda sortu və onun müxtəliflikləri
saxlanılmağa davamlıdır.
Uzunölçülü yerkökü sortlarından Valeriya sortunu qeyd
etmək olar. Gecyetişən sortdur, rəngi darçını-qırmızı, forması
sivri konusvarı, kökünün üstü hamar, üzərində kiçik gözcükləri
olur. Bunun böyük və girdə özəyi çox kobud olmayıb, bütün qış
boyu saxlanılır.
Azərbaycanda Nant-4, Biryuçekut-415, Şantene-2461 və
yerli Abşeron yerkökü sortları yetişdirilir.
Yerkökü keyfiyyət göstəricilərinə görə sağlam, təmiz,
bütöv, çatsız, mexaniki zədəsiz və kənd təsərrüfatı zərər-
vericiləri ilə zədələnməmiş, rəngi birnövlü (müəyyən təsərrüfat-
botaniki sort üzrə), forması düz olmalı, gövdə və yarpağı
başcığı səviyyəsində kəsilməlidir. Yerkökünün ən böyük en
kəsiyinin diametri (bütün botaniki sortlar üzrə) azı 3 sm olma-
lıdır, lakin Geranda sortu üçün en kəsiyi diametri 8 sm-dək,
Nant sortunda isə 10%-ə qədər, 2-3 sm olmalıdır.
Azca əzilmiş, başcığı kəsik, gövdə və yarpaqları düzgün
kəsilməmiş, çatlı, sınıq, kənd təsərrüfatı zərərvericiləri ilə zədə-
lənməmiş və ölçüyə gəlməyən yerkökülərin ümumi miqdarı
8%-dən artıq olmalıdır. Yerköküyə yapışmış torpağın miqdarı
1%-dək olmalıdır.
Yerkökünün müalicəvi xassələri. Polivitaminli bitki
kimi yerkökü hipo- və avitaminozun profilaktikasında və
müalicəsində, qanazlığında və gücdəndüşmə hallarında qidalan-
294
manı yaxşılaşdırmaq üçün geniş miqyasda istifadə olunur. Hər
gün təzə yerkökü qəbul etmək orqanizmi qüvvətləndirir,
infeksion xəstəliklərə qarşı müqavimətini artırır, xarici mühitin
xoşagəlməz təsirlərindən qoruyur. Yerköküdən pəhriz qidası
kimi ürək-damar sistemi, qaraciyər və böyrək xəstəliklərində
istifadə olunur. Lakin mədə xorası və nazik bağırsağın iltiha-
bında (enteritdə) yerkökü qəbul etmək məsləhət deyil. Gözün
görmə qabiliyyəti pozulduqda təzə yerkökü orqanizmdə A
vitamini çatışmazlığını aradan qaldırır. Çünki yerkökünün tər-
kibindəki sarımtıl-narıncı rəngli piqment olan karotin, or-
qanizmdə A vitamininə çevrilir və həzm olunur. Yerkökü şirəsi
müalicəvi və qidalılıq keyfiyyətinə görə uşaq qidasında daha
çox məsləhət görülür. A vitamini mənbəyi kimi yerkökü şirəsi
ürəyin miokard infarktında da təyin olunur.
Məlumdur ki, yerkökü və şirəsi yumşaldıcı təsirə
malikdir. Odur ki, qəbizlik və babasil zamanı bundan istifadə
olunur. Belə hallarda hər gün acqarına 150-200 ml təzə
çəkilmiş yerkökü şirəsi içmək məsləhət görülür. Kiçik uşaqlara
səhər və axşam 1 xörək qaşığı içirtmək məsləhət görülür. Xalq
təbabətində yerkökü şirəsi ilə bal qarışığı soyuqdəymə ilə
ə
laqəli öskürəkdə və sinə xırıltısında içilir. Ağızın selikli
qişasının itihabında (stomatitdə) təzə yerkökü şirəsi ilə ağızı
yaxalayırlar. Bəzən yerkökü şirəsindən sidikqovucu və sidik
daşlarının orqanizmdən kənar edilməsi məqsədilə içirlər. Bu
məqsədlə bir neçə ay müddətində gündə 3-4 dəfə 1 xörək qaşığı
yerkökü şirəsi içmək lazımdır. Lakin böyrəklərdə və sidik
kisəsində olan daşlara qarşı ən səmərəli vasitə xalq təbabətində
yabanı yerkökü toxumları hesab olunur. 3 xörək qaşığı toxum 3
stəkan qaynayan suya əlavə edilir, bir gecə isti yerdə saxlanılır
və süzüldükdən sonra gündə 3 dəfə 3/4-1 stəkan içilir. Böyrək
daşları xəstəliyində, eləcə də yumşaldıcı və yelqovucu kimi
bəzən yerkökünün üyüdülmüş toxumları götürülür. Gündə 3
dəfə 1 çay qaşığı üyüdülmüş toxum qəbul edilir. Babasildə
295
yerkökünün yaşıl kütləsindən hazırlanmış çay içmək məsləhət
görülür.
Xalq təbabətində yerkökündən donmaya qarşı, yanıq-
ların, irinli yaraların müalicəsində istifadə olunmuşdur.
Yerköküdən hazırlanmış əzintini dərinin zədələnmiş yerlərinə
qoyur və ya təzə yerkökü şirəsi ilə yuyurlar. Nəticədə ağrılar və
iltihab prosesləri azalır, yaralar irindən təmizlənir və tezliklə
sağalır.
Hazırda yerkökü toxumundan daukarin adlı ekstrakt
alınır. Həmin ekstrakt tac damarları genişləndirir və onlara
spazmolitik təsir göstərir. Daukarin həbləri həkim təyinatı ilə
stenokardiyanın təzahürü zamanı tac damarların xroniki
çatışmazlıqlarında xəstələrə verilir. Müalicə kursu gündə 3-4
dəfə yeməkdən əvvəl 1-2 həb qəbul etməklə 2-4 həftə davam
edir.
Müalicəvi kosmetikada üzün quru dərisi üçün qidalı
yerkökü maskasından istifadə olunur. Iki ədəd yaxşı yuyulmuş
yerkökü sürtgəcdən keçirilir, yumurta sarısı ilə qarışdırılır və
alınmış əzinti qalın təbəqə halında üzə çəkilir. 20-25 dəqiqədən
sonra üzdəki əzinti ilıq suda isladılmış pambıqla təmizlənir.
Yerkökü maskasını həftədə 1-2 dəfə qəbul etmək məsləhət
görülür.
Qulançar, mərəçüyüd, quşqonmaz – Спаржа лекар-
ственная
–
Asparaqus
officinalis
L.
Qulançar
(Asparaqaceae) fəsiləsindən çoxillik bitkidir. Azərbaycanda 9
növü bitir:
-
Qırıqküncvarı qulançar (Asparagus angulofractus)
-
Qısayarpaqlı qulançar (Asparagus brachyphyllus)
-
Blesler qulançarı (Asparagus breslerianus)
-
Xəzər qulançarı (Asparagus caspius)
-
Daur qulançarı (Asparagus davuricus)
-
Dərman qulançarı (Asparagus officinalis)
-
İ
ran qulançarı (Asparagus persicus)
-
Çoxyarpaqlı qulançar (Asparagus polyphyllus)
296
-
Topayarpaq qulançar (Asparagus verticillatus)
Onlardan yalnız bir növü – Asparagus officinalis
(Dərman qulançarı) mədəni halda geniş surətdə əkilib-becərilir.
Azərbaycanda aparılan çoxillik tədqiqatlar nəticəsində məlum
olmuşdur ki, bu bitkini Qazax-Gəncə bölgəsində və Abşeronda
xalq arasında Qulançar, Qarabağda, Naxçıvan MR-nın rayonla-
rında və ona yaxın digər regionlarda yaşamış azərbaycanlılar
isə bu bitkini «Mərəçüyüd» adlandırırlar. Bütün bunları nəzərə
alaraq 1973-cü ildən başlayaraq bitkinin iki adla adlandırılması
qəbul edilmişdir.
Qulançar 4000 il bundan əvvəl Qədim Misirdə, daha
sonra isə Qədim Romada məlum idi. Respublikamızda Qulan-
çarın 9 növünün yayılmasına baxmayaraq, onların bir neçə
növü qidalılıq əhəmiyyətinə malik olub, xalq arasında yeyilir.
Dərman qulançarı Qafqaz xalqları arasında geniş istifadə
olunur. Bitki ilk vegetasiyaya başlayan vaxtdan 10-15 gün
sonra zoğları inkişaf etməyə başlayır. Elə bu vaxt onun tər,
yumşaq, cavan zoğları əksər rayonlarda əhali tərəfindən
toplanır və yeyilir. Bundan əlavə, onun budaqlarını duzlu suda
pörtür, sonra bir balaca sıxıb suyunu çıxarır, yağ-soğanla qızar-
dırlar. Dadına, ləzzətinə və qidalılığına görə çox qiymətlidir.
Kökümsovu, kökləri, çiçəkləri, giləmeyəsi və toxumu bir çox
xəstəliklərin – böyrək, ürək, vərəm və s. müalicəsində geniş
istifadə edilir, qankəsici, sidikqovucu xüsusiyyətlərinə ma-
likdir.
Qidalılıq və dərman əhəmiyyətinə görə dərman və topa-
yarpaq Qulançar ən geniş istifadə olunur. Bitki respublikamızda
ə
n çox Naxçıvan MR-nın bütün bölgələrində, Ağdam, Füzuli,
Cəbrayıl rayonlarında, Gəncə-Qazax, Lənkəran-Astara, Quba-
Xaçmaz, Şəki-Zaqatala və s. bölgələrdə ən çox quru, daşlı-
çınqıllı yamaclarda, qaratikan kollarının ətrafında bitir. Ağdam,
Füzuli, Cəbrayıl və s. rayonlarda yerli əhali Mərəçüyüdü
«ağıllı» və «dəli» Mərəçüyüd kimi tanıyır və onları asanlıqla
bir-birindən fərqləndirirlər.
297
«Ağıllı» mərəçüyüdün zoğları tünd qırmızımtıl, «Dəli»
mərəçüyüdünkü isə açıq yaşıl, solğun yaşıl rənglidir. Aparılmış
tədqiqatlar göstərmişdir ki, bir çox rayonlarda «Dəli»
mərəçüyüd də yeyilir. Bitkinin təzə, tər budaq və zoğlarından
konserv məhsulları da hazırlanır. Bu bitkidən hazırlanan göy
soğanla qulançar və ya mərəçüyüd salatı, pomidor və kələmlə
çox dadlı və qidalıdır. Qidalılıq dərəcəsinə görə qulançar bir
sıra tərəvəz bitkilərini əvəz edir. Onun cavan zoğlarının tər-
kibində müxtəlif mineral maddələr (kalium, natrium, manqan),
fosfor turşusu, 60-80% azot birləşmələri vardır.
Azərbaycan MEA Nəbatat İnstitutunun və Mərkəzi
Nəbatat Bağının əməkdaşlarından S.M.Aslanov, E.N.Nov-
ruzov, O.V.İbadlı, L.Ə.Şəmsizadənin apardığı tədqiqatlar
ə
sasında Mərkəzi Nəbatat Bağının kolleksiya sahəsində
becərilən Qulançar bitkisindən müxtəlif metodlar əsasında
karotinoid maddəsi almışlar. Həmin tədqiqat işi «Müəlliflik
şə
hadətnaməsinə» layiq görülmüşdür. Tədqiqat işi nəticəsində
Qulançarın tərkibində insan orqanizmi üçün daha çox xeyirli
olan bir çox maddələr, o cümlədən karotinoid (85 mq%) aşkar
olunmuşdur. Bu böyük göstərici olub, bir çox bitkilərdən alınan
karotinoidin miqdarından qat-qat çoxdur.
Karotinoid yüksək bioloji fəallığa (A vitaminin fəallı-
ğ
ına) malik maddədir. O orqanizmdə gedən maddələr müba-
diləsində mühüm rol oynayır. Onun insan orqanizmində çatış-
maması böyümə və inkişafın ləngiməsinə, gözün görmə qa-
biliyyətinin azalmasına, müxtəlif xəstəliklərə, xüsusən yolu-
xucu xəstəliklərə qarşı müqavimətin zəifləməsinə, mədə-ba-
ğ
ırsaq sisteminin selikli qişasının aşınmasına və s. səbəb olur.
Karotinoidlər antimutagen, antikonsirogen, antiradiant fəal-
lığına malik olmaqla, müxtəlif mənşəli xərçəng xəstəliklərinin
müalicəsində və profilaktikasında geniş tətbiq edilir. Onlar or-
qanizmin qocalmasının qarşısını alır. Karotinoidlər yeyinti,
kosmetika və başqa sənaye sahələrində, yüksək bioloji fəallığa
malik məhsulların hazırlanmasında, onların saxlanma müddə-
298
tinin artırılmasında, xarici görkəmlərinin yaxşılaşdırılmasında
geniş istifadə edilir. Azərbaycan MEA Mərkəzi Nəbatat
Bağında 1968-ci ildən başlayaraq Azərbaycan florasında ya-
yılmış Qulançar növlərinin kolleksiyası toplanmışdır. 1975-ci
ildən isə Qafqazda bitən Qulançarın növlərinin kolleksiyası
Mərkəzi Nəbatat Bağının geofit bitkilər sahəsində toplanmışdır.
Toplanmış növlərin tibdə, xalq təbabətində istifadə qaydaları,
becərilmə, çoxaldılma üsulları və istifadəolunma tədbirləri
öyrənilmişdir.
Botaniki təsviri. Bu cins Qulançar– Asparaqaceae
fəsiləsinə aiddir. Çiçəkləri bircinsli, ikievli olub, əsasən
qoltuqda qınşəkilli yarpaqların (kladodi) qoltuğunda yerləşir.
Çiçəkyanlığı düz olub sərbəstdir. Yumurtalıq üçyuvalıdır.
Meyvəsi giləmeyvədir. Gövdəsi çoxsaylı budaqlıdır. Budaqlar
üzərində sap və ya iynəvarı nazik yarpaqlar (kladidilər) yerləşir.
Çoxillik ot bitkisi olub qısa, ətli kökümsovlara malikdir. Qu-
lançarın xalq arasında ən çox istifadə edilən növləri
Topayarpaq qulançar - Asparagus verticillatus L., və Dərman
qulançarı - Asparagus officinalis L. növləridir. Topayarpaq
Qulançar çoxillik bitkidir. Yeraltı orqanı güclü kökümsovlara
malikdir. Gövdəsi çox hündür olub, becərmə şəraitindən asılı
olaraq 1,5-2 m-ə qədər olur. Gövdəsi çoxlu sayda budaqlarla
zəngin olub dırmaşandır. Yarpaqları şəklini dəyişmiş formada
olur ki, buna kladodi deyilir. Kladodilərin uzunluğu 2 sm olub,
gövdənin qoltuğunda dəstələrlə yerləşir. Sap və ya iynə
formalıdır. Çiçəklər əksərən budaqların yuxarı hissələrində
yerləşir. Meyvələri giləmeyvə olub, qırmızı və ya qırmızımtıl-
qara rənglidir. Bu növün əkin materialları 1972-ci ildə Füzuli
rayonunun Dövlətkarlı, Dilağarda kəndləri ətrafında yerləşən
Yelli-dədikdən, Daş yellidən, Torpaq yellinin aşağı, orta ya-
maclarından, ən çox qaratikan kollarının ətrafından toplan-
mışdır. Təbii sahələrlə ən çox çiriş, qaratikan, qozqurab,
yemlik, danaayağı və s. bitkilərlə birlikdə təsadüf edilir. Göv-
dəsi çoxlu hamar budaqlardan ibarət çoxillikdir. Gövdəsinin
299
hündürlüyü 160 sm-dir. Kökümsovları dəstə şəklində olmaqla
hər il təzələnir. Təzə kökümsovları ağımtıl rəngdə olur. Keçən
ildən qalan köklər isə qaralmış və nisbətən yoğunlaşaraq ehtiyat
qida maddəsinə çevrilir. Ehtiyat qida maddələri sərf olunub
qurtardıqdan sonra köhnə köklər təbii gübrəyə çevrilir. Növün
bu xüsusiyyəti onun 50-100 il yaşamasına imkan verir. Iynə-
şə
killi yarpaqlar və yaxud kladodilər xeyli uzun, nazik yumşaq
və sapşəkilli olub, uzunluğu 10-14 mm-dir. Topayarpaq
Qulançar ilə təbii şəraitdə aparılan müşahidələr göstərmişdir ki,
bitkidə vegetasiyaya fevralın əvvəllərində, qönçələmə aprelin
başlanğıcında, çiçəkləmə isə mayın ortalarında başlayır və 14-
16 gün davam edir. Çiçəklər açıq sarı rəngli, uzunluğu 3-7 mm-
dir. Çiçəkləmə dövründə bitkidə 200-230-a qədər çiçək əmələ
gəlir. Toxumları iyunun axırı və iyulun əvvəllərində yetişməyə
başlayır. Giləmeyvələrin rəngi parlaq qırmızı olub, içərisində 3-
4 hamar, qara rəngli toxumlar əmələ gəlir. Bitkinin gövdəsi
iynəşəkilli, yarpaqları, giləmeyvələri bəzək bağçılıqda çox
qiymətlidir. Təbii şəraitdə toplanmış toxumları bioloji cəhətdən
sağlam olub, 85% cücərti verir. Toxumlarının 1000 ədədinin
quru çəkisi 12,3 q-dır.
Dostları ilə paylaş: |