342
downloaded from KitabYurdu.org
qlükozaya çevirir.
Şad və bəd xəbərlərdən sonra, futbola baxan zaman qanda
şəkərin artması beyin yarımkürələrin karbohidrat mübadiləsində
rolunu göstərir. Karbohidrat mübadiləsinin hu- moral
tənzimlənməsində böyrəküstü vəzilərin hormonu olan adrenalindən
başqa qalxanvarı vəzinin (tiroksin), hipofızin, böyrəküstü vəzi
qabığının və xüsusilə də mədəaltı vəzinin hormonları (insulin və
qlükoqon) iştirak edirlər.
İnsulin ifrazı azaldıqda şəkər xəstəliyi əmələ gəlir, yəni,
qanda şəkərin səviyyəsi yüksəlir və sidiklə çoxlu şəkər ifraz
olunmağa başlayır.
15.6. Yağlar
Neytral yağlar (üç atomlu qliserin spirti), fosfolipidlər və
xolosterin lipidlərə aid edilir. Lipidlərin çox hissəsinin kimyəvi
əsasını - yağ turşuları - hidrokarbonlu üzvi turşuların uzun
zəncirləri təşkil edir. Yağ turşularından üçü (sterinlər, palmitin və
olein) triqliseridlərin tərkibinə daxildir. Üç atomlu qliserin spirti
orqanizmdə müxtəlif metabolizm proseslərini təmin etmək üçün
istifadə olunur. Bir sıra lipidlər (xüsusilə xo- lesterin, fosfolipidlər
və onların çöküntü məhsulları) müxtəlif hüceyrədaxili
funksiyaların həyata keçirilməsində iştirak edir.
Lipidlərin daşınması. Praktiki olaraq qida ilə həzm bo-
rusuna daxil olan bütün yağlar bağırsağın xovlarmdan xilo-
mikronlar (yağ damcısı) formasında limfaya sorulur. Əvvəlcə döş
axarına, sonra isə venoz qana daxil olur. Xlomikronlar piy toxuması
və qaraciyərdən keçəndə plazmadan azad olur. He- patositlərin və
yağ hüceyrələrinin membranı lipoprotein li- pazası saxlayır. Bu
ferment xilomikronların triqliseridlərini yağ turşularına və qliserinə
parçalayırlar. Yağ turşuları yenidən hüceyrəyə diffuziya edir və
orda yenidən triqliseridlərə re- sinez olunurlar.
Yağ hüceyrələrində ehtiyat halında olan yağ orqanizmdə
istifadə olunmaq üçün, o digər toxumalara sərbəst yağ turşula
343
downloaded from KitabYurdu.org
rı şəklində daxil olmalıdır. Yağ hüceyrəsini tərk edən yağ turşuları
qanın plazmasında ionizasiya olur və albubinlə birləşmə əmələ
gətirir. Bu üsulla zülala birləşmiş yağ turşuları sərbəst yağ turşuları
adlanır.
Lipoproteinlər. Qaraciyərdə lipoproteinlər əmələ gəlir.
Lipoproteinlər triqliseridlər, fosfolipidlər, xolisterin və zülalların
qarışığından ibarətdir. Lipoproteinlərin əsas funksiyası li- pidləri
orqanizmin müxtəlif toxumalarına daşımaqdır. Triqliseridlər əsas
etibarilə karbohidratlardan sintez olunur, yağ və digər toxumalara
isə aşağı sıxlıqlı lipoproteinlər şəklində sorulurlar. Yağların çox
hissəsi yağ toxumasında toplanır. Yağ toxumasının birinci
funksiyası orqanizmin enerji ehtiyatı üçün triqliseridləri
toplamaqdır. İkinci vəzifəsi isə bədən üçün istilik izolyasiyası
funksiyasıdır. Hüceyrədə yağ turşularını mi- toxondriyə daşıyan
karnitin maddəsidir. Mitoxondiriyə daxil olan yağ turşusu
daşıyıcıdan ayrılır, parçalanır, oksidləşir və enerjisini verir.
Fosfolipidlər. Üç tip fosfolipidlər ayırd (lesitin, kefalin və
sfinqomienlər)
edilir.
Fosfolipidlər
membranın
struktur
elementlərinin əmələ gəlməsində və qanın lipoproteinlərinin
tərkibinə daxildir. Qanın laxtalanması üçün əsas maddə rolunu
tromboplastinin kefalini yerinə yetirir. Sinir lifini əhatə edən mielin
qişasında sfinqomielin izoliyator kimi fəaliyyət göstərir. Xolisterin
qida maddələrinin tərkibinə daxil olur və mədə-bağırsaq traktında
nazik bağırsaqda olan xovlar vasitəsilə o sorulur və limfaya daxil
olur.
Qanın plazmasında lipoproteinlər formasında sirkulyasiya
edən lidogen xolisterin isə qaraciyərdə sintez olunur. Xolisterin
hüceyrə membranmm tərkibinə daxil olur. Xolisterinin 80%-i
qaraciyərdə xoli turşusuna çevrilir. Xoli turşusu başqa maddələrlə
birləşərək sorulmaya və həzmə səbəb olan öd duzlarını əmələ
gətirir.
Xolisterin böyrəküstü vəzinin qabıq maddəsinin (mine-
ralokortikoidlər və qlükokartikoidlər), yumurtalığın (estrogen və
progesteron), toxumluğun (testosteron) hormonlarının sintezində
istifadə olunur.
344
downloaded from KitabYurdu.org
Yağlar orqanizmin güclü enerji mənbəyi olmaqla, istiliyin
bədəndən verilməsində, mexaniki təsirlərdən qorumaqda iştirak
edir və həm də yeni hüceyrələrin qurulmasında plastik material
sayılır. Yəni lipoidlər energetik əhəmiyyətə malikdir. Orqanizmdə
yağlar olein, palmitin və stearin turşusu şəklində müşahidə olunur.
Yağın yüksək kalorili dəyəri onun orqanizmdə əsas enerji
mənbəyi kimi çıxış etməsinə haqq qazandırır. Yağların əsas
xüsusiyyəti onlarda qeyd etdiyimiz müxtəlif yağ turşularının varlığı
ilə əlaqədardır. Yağ turşuları doymuş və doymamış turşulara
bölünürlər. Doymuş turşuların molekulunda bütün C atomları bir-
biri ilə möhkəm şəkildə birləşirlər, doymamış turşuların
molekulunda bir-birinə yaxın yerləşmiş C atomları qeyri-sabit
asanlıqla dağılan kifayət qədər əlaqəyə malikdirlər. Yağların bioloji
dəyəri həyat fəaliyyəti üçün zəruri olan bəzi doymamış yağ
turşularının əvəz edilməz olmaları və heyvan ilə insan
orqanizmində digər yağ turşularından əmələ gəlmələri ilə müəyyən
olunur.
Yağların insan həyatında əhəmiyyəti bəzi vitaminlərin
orqanizmə yağlarda həll olunmuş şəkildə daxil olmaları ilə
müəyyən edilir.
Lipidlər 3 atomlu qliserin spirtinin üçmolekullu yağ
turşuları ilə birləşməsindən əmələ gəlirlər. Lipoidlərə fosfatid- lər,
sterinlər və digər yağabənzər maddələr aid edilir.
Orqanizmin həyat fəaliyyətində böyük əhəmiyyətə sinir
toxumasının tərkibinə daxil olan fosfatidlər, öd turşularının əmələ
gəlməsinin mənbəyi olan xolesterin kimi sterinlərə, həm də
böyrəküstü qabıq və cinsiyyət vəzilərinin hormonları malikdirlər.
Qida vasitəsilə yaşlı insamn orqanizminə gündəlik bitki və
heyvan aləminə məxsus yağların 50-70 qramı daxil olur. Yağlar
orqanizmdə hüceyrələrin kütləsinin 3-4%-ni təşkil edirlər.
Orqanizmdə yağlar mübadiləsi onların həzm traktında
lipolitli fermentlərin təsiri altında hidrolizli parçalanmasından
başlanır. Belə ki, qəbul edilmiş yağlar həzm orqanlarında, yəni
mədə və bağırsaqlarda qliserin və yağ turşularına parçalandıq
345
downloaded from KitabYurdu.org
dan sonra bağırsaqların selikli qişasından xovlar vasitəsilə yağların
çox hissəsi limfaya, az hissəsi isə qana sorulur və bundan sonra hər
bir orqanizmin özünə xas olan yağ sintez olunur. Orqanizmin
ehtiyacını ödədikdən sonra artığı isə əsasən dərialtı toxumada,
piylikdə, böyrəklərin ətrafında, habelə daxili orqanlarda və bədənin
başqa nahiyələrində ehtiyat şəklində toplanır. Nəticədə orqanların
ətrafında toplanmaqla bədəndə istiliyin saxlanılmasında və
zərbədən qoruyur. Dəri altında və orqanların ətrafında toplanan yağ,
bədən çəkisinin orta hesabla 10-20%-ni təşkil edir. Piy mübadiləsi
pozulduqda piylənmə baş verir, çəki çox artır. Bunun nəticəsində
qliserin və yağ turşuları əmələ gəlirlər. Deməli, yağlı qidanın
orqanizmə iftar şəkildə daxil olması zamanı yağ dərialtı hüceyrədə
və qarın laylarında çökərək, orqanizmdə enerji materiallarının
ehtiyatını təşkil edir. Bəzi heyvanlarda yağlı qidaları az qəbul
etmələrinə baxmayaraq, onlarda dərialtı piy çox olur. Məsələn, çol
və ev donuzları, ayılar, qoyunların 15-20 kq quyruqlar olur və s.
Yağ mübadiləsinin neyro-humoral tənzimlənməsi. Yağ
mübadiləsinin onun sintezi və istifadə olunmasının tənzimlənməsi
sinir-reflektor və sinir-endokrin və humoral mexa- nizmlərlə idarə
olunur. Hipotalamusun bəzi nüvələrinin zədə- lənməsi zamanı yağ
mübadiləsinin müxtəlif cür pozulması baş verir. Hipotalamusun
ventromedial (toxluq mərkəzi) nüvələrini zədələdikdə heyvan
piylənir, əksinə lateral (aclıq mərkəzi) nüvələri zədələdikdə isə
kəskin arıqlayır. İnsanın ağır patoloji piylənməsi hipotalamusun boz
maddəsinin pozğunluqları ilə müşayiət olunur. Sinir sisteminin yağ
mübadiləsinə təsiri simpatik sinir sisteminin trofik təsiri ilə
əlaqədardır.
Simpatik liflərlə gələn impulslar yağ depolarından yağın
çıxmasını tənzim edir. Hipofız vəzin hipofunksiyası orqanizmdə
çoxlu piyin toplanmasına (hipofızar piylənmə xəstəliyinə) səbəb
olur.
Beləliklə, yağ mübadiləsinin hormonal tənzimində ad-
renalin, noradrenalin, kartikotropin (AKTH), boy hormonu, insulin,
trioksin və s. hormonlar iştirak edir. Adrenalin və no-
346
downloaded from KitabYurdu.org
radrenalin intensiv əzələ işi zamanı yağın ütilizatsiyasım artırır. Bu
hormonlar lipozanı fəallaşdırır.
Hipofızin ön payından stresə cavab olaraq oyanan simpatik
sinir sisteminin təsirindən ifraz olunan kortikotropin (AKTH),
böyrəküstü vəzinin qabıq maddəsinin qlukokortikoid hormonu
kartizolun sekresiyasını stimulə edir. Kartizol və karti- kotropin
triqliserid lipazasına həssas olan və yağ toxumasından yağın xaric
olmasını artıran hormonu fəallaşdırır.
Boy hormonu da AKTH və kortizol kimi təsirə malikdir.
İnsulinin qatılığının azalması lipazaya həssas olan hormonu
fəallaşdırır və yağ turşusunun tez səfərbər olmasına səbəb olur.
Qalxanvarı vəzin hormonu yağ turşusunun tez azad olmasına səbəb
olur.
15.7. Qidalanma
Qidalanma fiziologiyasının məqsədi - sağlamlığı və iş qa-
biliyyətini təmin etmək üçün qidanın kəmiyyət və keyfiyyətcə
tərkibini müəyyən etməkdir. Bədənin kütləsi və onun tərkibinin
stabilliyi, insanın istifadə etdiyi və xaric etdiyi enerji arasında uzun
müddət davam edən balansa möhtacdır. Müxtəlif qida növlərinin
tərkibində zülalların, yağların, karbohidratla- rın, mineralların və
vitaminlərin miqdarının müxtəlif olduğunu nəzərə alıb, orqanizmin
müxtəlif metobolizm sistemlərini uyğun qidalı maddələrlə təmin
etmək üçün lazım olan balans tərtib edilməlidir.
Qida maddələrinin kaloriliyi. Əsas mübadilə zamanı sakit
vəziyyətdə gündə 200 kkal enerji sərfindən asılı olaraq, əlavə 500-
2500 kkal və daha çox enerji tələb olunur. Kalorinin karbohidrat,
zülal və yağlar arasında təyin edilməsi üçün qismən fizioloji
amillər, qismən də dad keyfiyyəti üstün tutulur və iqtisadi düşüncə
ilə müəyyən edilir.
Zülallar. Hər gün qida ilə qəbul edilən zülal hər kq bədən
çəkisinə lq-dan az olmamalıdır. Zülalın tərkibində əvəz edilməyən
amin turşularının olması mütləq lazımdır. Bədənə lazım olan
zülalları sintez etmək üçün əvəz edilməyən amin
347
downloaded from KitabYurdu.org
turşularının əsas mənbəyi, heyvan mənşəli qida maddələri (ət, balıq
və yumurta) hesab edilir. Bu qida maddələrinin tərkibində
orqanizmi zülallarla təmin edə biləcək miqdarda
amin
turşuları olur.
Bir sıra bitki mənşəli qidaların da tərkibində zülallar olsa da
(məsələn, paxla, noxud, lobya və s.) lakin orqanizmə lazım olan
əvəz edilməyən amin turluşarı ilə təmin edəcək səviyyəyə çatmır.
Ona görə də dietanı ancaq bitki mənşəli qidalar nəzərə alınmaqla
tutmaq çətindir.
Yağlar. Hər gün 100 qr yağ qəbul etmək lazımdır. İnsanın
qəbul etdiyi dietada xolisterindən azad olan doymuş yağ turşula-
rının üstünlük təşkil etməsi sağlamlıq üçün qorxulu deyil.
Karbohidratlar. Kaloriliyi az olsa da, dietdə olan enerjinin
50%-ni təşkil edir.
Hesablama. Dietdə birinci yeri zülallar tutur. Qalan ka-
lorini dadı, iqtisadi imkanı və digər amilləri nəzərə alınaraq
bölürlər. Məsələn, orta fiziki fəallığı olan 65 yaşında olan kişiyə
gündə 2800 kkal enerji lazımdır. O hər gün qida ilə 65 qr (267 kkal)
zülal, yağ 50-60 qr (825 kkal) və 500 qr (202 kkal) karbohidrat
qəbul etməlidir. Cədvəl 6-da qidada zülal, yağ və karbohidratm %-
lə miqdarı və kaloriliyi (100 qr görə) verilmişdir.
Cədvəl 6
100 qr qidada olan zülalın, yağın və karbohidratm
_____ %-lə miqdarı və kaloriliyi ___ ________
Məhsullar
Zülallar
Yağlar Karbohidratla
r
Kaloriliyi
Apelsin
0,9
0,2
11,2
50
Çörək
90,
306
49,8
268
Kartof
2,0
0,1
19,1
85
Yağ
0,6
81,0
0,4
733
Süd
305
309
4,9
69
Yerkökü
1,2
0,3
9,3
45
Ət
17,5
22,0
1,0
268
Toyuq
21,6
2,7
1,0
111
Şokolad
5,5
52,9
18,0
570
Alma
0,3
0,4
14,9
r
64
Qidaya olan tələbat. Orqanizmin tələbatını (səhər, na-
348
downloaded from KitabYurdu.org
har, günorta, axşam) ödəmək üçün qida məhsullarının rasio- nunu
tərtib etmək lazımdır. Belə ki, inkişafda olan gənc orqanizm yaşlı
orqanizmlərdən fərqli olaraq külli miqdarda qidaya ehtiyac duyur.
Bu ehtiyacı qida normasına uyğun hesablamaq üçün qəbul edilən
qidanın miqdarının energetik qiymətini, yəni qida maddələrinin
kalorik əmsalını hesablamaq lazımdır.
Kalorik və ya istilik əmsalı lq maddənin yanması zamanı
ayrılan istiliyə deyilir, lq zülal, yağ və karbohidrat yanması zamanı
ayrılan istilik əmsalı aşağıdakı kimidir:
1 q. zülal ....................... 17,17 kC. (4,1 kkal)
1 q. yağ ........................ 38,94 kC. (9,3 kkal)
1 q. karbohidrat ............ 17,17 kC. (4,1 kkal)
Qida maddələrinin kalorik əmsalı Bertlonun kalori- metrik
bombasının köməyilə müəyyən edilir.
Bunun üçün oksigenin böyük təzyiqi altında tədqiq olunan
maddə suya salınmış kip bağlı boruda yandırılır və ayrılan istiliyin
bombanı əhatə edən məlum həcm suyu qızdırmasına görə kalorik
əmsal təyin edilir.
Kalorimetrik bombada yağlar və karbohidratlarm verdiyi
istilik orqanizmdə bu maddələrin oksidləşməsi zamanı əmələ gələn
istiliyə tamamilə uyğun gəlir.
İnsanda qida norması və qidanın mənimsənilməsi. Qida
rasionunun tərtibi zamanı qidalanmada zülalın norması məsələsi
mühüm nəzəri və təcrübi əhəmiyyətə malikdir.
Müəyyən edilmişdir ki, gündə 3000 kkal (12560 kC) sərf
edən yaşlı adamın orta ağırlığı fiziki iş zamanı zülala gündəlik
ehtiyacı 118 qr, yağa 100 qr, karbohidrata 400-500 qr təşkil edir.
Qidada zülalın miqdarını azaltmaq uzunmüddətli xoşagəlməz
halların baş verməsinə səbəb olur.
Digər tərəfdən zülalın azalması infeksiyaya qarşı mü-
qaviməti zəiflədir.
Yaşlı adam 80-100 q zülal qəbul etdikdə orqanizmin normal
fizioloji şəraitdə yüngül iş zamanı bütün ehtiyacları tamamilə
ödənilir.
Orta ağırlıqlı iş görənlərə 110 q, ağır fiziki əməkdə isə 130
q zülal kifayət edir.
349
downloaded from KitabYurdu.org
Hüceyrənin qurulması üçün qida rasionunda yağın miqdarı
70 q-dan az olmamalıdır. Bu tərkibə yağda həll olunan vitaminlər və
lipoidlər də daxil edilir. Uşaqların və yeniyetmələrin əsas qida
maddələrinə tələbatı 7-ci cədvəldə verilmişdir.
Cədvəl 7
Uşaq və yeniyetmələrin zülal, yağ və
karbohidratlara gündəlik tələbatı (qramlarla' ____
Yaş
Zülallar
Yağlar
Karbo-
hidratlar
Cəmisi
Heyvan
mənşəli
Cəmisi
Bitki
mənşəli
6 ay -1 yaş
25
20-25
25
-
113
1-1,5 yaş
48
36
48
-
160
1,5-2 yaş
53
40
53
5
192
3-4 yaş
63
44
63
8
233
5-6 yaş
72
47
72
11
252
7-10 yaş
80
48
80
15
234
11-14 yaş
96
58
96
18
382
14-17
(oğlan)
106
64
106
20
422
14-17 (qız)
93
56
93
20
367
Göründüyü kimi uşaq orqanizminin qida maddələrinə
ehtiyacı yaşlılara nisbətən çoxdur.
İnsan orqanizminin qidaya olan tələbatı onun həm ene-
rgetik, həm də plastik funksiyası ilə təyin olunur.
Zülalın qidada çatışmazlığı daxili ehtiyatlar vasitəsilə
kompensasiya olunsa da, bu resurslar daha tez istifadə olunaraq,
vacib fizioloji sistemlərin ağır pozğunluğu başlanır. Qidada zülalın
çoxluğu hipertoniya, ürək işemiyası, ateroskleroz xəstəliyinin
inkişafına səbəb olur.
Orqanizmə daxil olan qidada heyvan və bitki mənşəli
yağların çatışmaması yağda həll olan vitaminlərin mənimsə-
nilməsini və böyrəküstü vəzilərdə sterioidli hormonların sintez
olunmasının azalması ilə nəticələnə bilər. Yağlar heyvan or-
qanizmdə əlavə qida maddələri kimi xidmət göstərdiklərindən, onlar
qarşılıqlı çevrilmə reaksiyaları vasitəsilə karbohid- ratlar və zülallar
ilə sıx şəkildə əlaqədar olurlar.
Heyvan orqanizminin karbohidratlara olan tələbatı ilk
350
downloaded from KitabYurdu.org
növbədə onların energetik dəyərləri ilə əlaqədardır. Karbohid- ratlar
orqanizmi enerji ilə təmin edərək, yağların oksidləşmə proseslərini
sürətləndirirlər. Karbohidratlar mukopolisaxa- ridlərin, o cümlədən
də qan laxtalanmasının azalmasına yardım edən heparinin
sintezində iştirak edirlər. Normadan artıq miqdarda şəkərin qəbulu
mədəaltı vəzindən qana insulin ifraz olunmasına və qanda şəkərin
artığının qaraciyərdə və əzələdə qlükogenə çevrilməsinə səbəb olur.
Mineral duzlar heyvan və insan orqanizminin bir çox
toxumaları, xüsusilə də yanmış toxumalar, bütün toxuma ma-
yelərində və fizioloji məhlullarda rast gəlinən Na
+
, K
+
və Ca
+
, Zn,
Mn, Fe və b. kationların sabitliynin qorunmasına səbəb olur.
Heyvan orqanizminin qidanın vitaminli tərkibinə tələbatı
onların orqanizmin hüceyrələrində baş verən həyati proseslərin
əsasları olan toxumalı metobolizm proseslərinin təmin
olunmasındakı rolunun bioloji vacibliyi ilə müəyyən olunur.
Qidaya olan tələbat nəzərə alınaraq heyvanın qida dav-
ranışını təyin edirlər. Heyvanların qida davranışı aclıq hissini
şərtləndirən amil kimi çıxış edən sonuncu qida qəbulundan,
orqanizmin daxili mühitində baş verən müəyyən dəyişikliklərdən
asılı olaraq geniş şəkildə variasiya edir. Qida maddələrinin qanın
tərkibində toplanması maksimuma çatdıqda, heyvan qidalanmasını
dayandırır. Adətən, qida davranışının bitməsi qida qəbulu zamanı
və yaxud qida qəbulundan sonra mexaniki və kimyəvi qıcıqlanma
nəticəsində baş verir.
Ağız boşluğu ilə mədənin reseptorlarının qıcıqlanması aclıq
hissinin və onun təmin olunmasının tənzimlənməsində əhəmiyyətli
rol oynasa da, bu stimullar heyvanın qəbul etdiyi qidanın ümumi
miqdarına zəif təsir göstərirlər. Udulan qidanın həcmi qidanın mədə
ilə bağırsağa daxil olmasından sonra inkişaf edən təsirlər, xüsusilə
də sorulma məhsullarından ibarət olan qanm tərkibi vasitəsilə
tənzimlənir.
Belə ki, D.Devis ilə başqalarının təcrübələrində ac siço-
vulların tox heyvanların qanlarını qəbul etdikdən sonra az qi-
dalandığı müəyyən olunmuşdur.
Dostları ilə paylaş: |