AZƏRBAYCAN RESPUBLİKASI
MÜƏLLİF HÜQUQLARI AGENTLİYİ
“Gəldim, gördüm,... mənimsədim”
(Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi
erməni ənənəsi haqqında)
“Пришел, увидел,... присвоил”
(Об армянской традиции присвоения
азербайджанских культурных традиций)
"I came, I saw,... I stole"
(About the Armenian tradition
of misappropriation of the Azerbaijani
cultural traditions)
(Azərbaycan, rus və ingilis dillərində)
BAKI – 2010
“Gəldim, gördüm,...mənimsədim”
(Azərbaycan mədəni ənənələrinin mənimsənilməsi
erməni ənənəsi haqqında)
“Пришел, увидел,...присвоил”
(Об армянской традиции присвоения
азербайджанских культурных традиций)
"I came, I saw,... I stole"
(About the Armenian tradition of misappropriation
of the Azerbaijani cultural traditions)
Kitabçadakı materiallar Kamran İmanovun «Армянские
и
на(
о)
родные сказки», Bakı, 2008 və İsrafil Abbaslının
«Азербайджанские истины в армянских источниках»,
Bakı, 2008, kitablarından götürülmüşdür.
Использованные материалы взяты из книг Камрана
Иманова «Армянские
и
на(
о)
родные сказки», Баку, 2008 и
Исрафила
Аббаслы «Азербайджанские истины
в
армянских источниках», Баку, 2008.
Used materials in this book has been taken from Kamran
Imanov’s «Армянские
и
на(
о)
родные сказки», Baku, 2008,
“Азербайджанские истины в армянских источниках” of
Israfil Abbasli, Baku, 2008 and Kamran Imanov`s “Tall
Armenian Tales: A Guide to the “Art” of Heritage Thievery”,
Baku, 2010 books.
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi
Агентство по авторским правам Азербайджанской
Республики
Copyright Agency of the Republic of Azerbaijan
3
I. Erməni etirafları
Ermənilər özləri haqqında
Yeqişe Çarens, tanınmış erməni şairi: “Bizdə riyakarlıq
ana bətnində olarkən yaranır”.
Ovanes Tumanyan, tanınmış şair və yazıçı: “...həqiqi
qurtuluş daxildən başlanmalıdır, çünki biz daxilən xəstəyik”.
(О.Туманян, «Избранная проза», стр.201, Ереван, 1977).
Ovanes Tumanyan: “Bizim bədbəxt tayfamız heç vaxt
siyasi cəhətdən müstəqil olmamışdır”.
N.S.Vartapetov: “Xristian bayrağı ilə silahlanaraq [Erməni
kilsəsi] bütün zamanlarda tarixi Albaniyanın və onun ayrılmaz
hissəsi olan Qarabağın (Arsax) xalqlarını məhv etmişdir” və
“bir vaxtlar tarixi vəziyyətə məharətlə uyğunlaşaraq Bizans
imperiyasına, İran Sasanilərinə, ərəb xəlifələrinə və monqollara
xidmət etdiyi kimi, Səfəvilərə, daha sonra Rusiya imperiyasına
xidmət etmişdir”. (Н.С.Вартапетов, «Христианские памят-
ники Закавказья»).
K.Patkanov, tanınmış tarixçi alim, ermənişünas: “Ermə-
nilər bəşər tarixində heç zaman xüsusi rol oynamamışlar. Bu,
siyasi termin yox, ayrı-ayrı erməni məskənlərinin səpələndiyi
coğrafi vilayətin adıdır. Ermənilər həmişə yaşadığı torpaqların
pis sahibləri olmuşlar, ancaq onlar çox məharətlə öz yaxınlarını
sataraq güclülərə xidmət göstərmişlər...”. («Ванские надписи и
их значение для Передней Азии», 1875).
Qevorq Aslan, tanınmış tarixçi: “Ermənilərdə dövlətçilik
olmamışdır. Onlar vətən hissi və siyasi bağlarla bağlı deyillər.
Erməni vətənpərvərliyi yalnız yaşadıqları yerlə bağlıdır”.
(Г.Аслан, «Армения и армяне», 1914).
S.Lexasi, tanınmış erməni tarixçisi: “...Moldaviyadan
Stambula, Romeliyadan Böyük Venesiyaya elə bir şəhər, iri və
4
xırda kənd yoxdur ki, orada erməni olmasın. Biz toz kimi bütün
dünya torpağına səpələnmişik”.
(С.Лехаци. «Путевые
заметки». Восточная литература, Москва, 1965).
5
Ermənilər öz tarixi haqqında
Manuk Abeqyan, tanınmış ədəbiyyatşünas, dilçi,
folklorşünas, akademik: “...erməni xalqının kökləri haradadır,
buraya necə, nə vaxt, haradan və hansı yollarla gəlib... Bizdə
bunun dəqiq və aydın sübutları yoxdur”. («История
армянской литературы», Ереван, 1975).
Tanınmış mütəxəssis Levon Dabeqyan: “...ermənilər öz
milli varlığı üçün birbaşa ... türklərə borcludurlar. Əgər biz
bizanslılar və ya başqa avropalılar arasında qalsaydıq, erməni
adı ancaq tarixi kitablarda saxlana bilərdi”.
Aykazyan, tanınmış tarixçi: “İlkin erməni sülaləsi tarixi
şəxsiyyətlərdən yox, uydurulmuş nağıllardan götürülən
şəxslərdən ibarətdir. Movses Xorenasinin özü beşinci yüzilliyin
tarixçisi deyil, o, yeddinci yüzillikdə yaşayan saxtakar-
tarixçidir”. («Армянская история», Париж, 1919).
Qaraqaşyan: “Ermənilərin keçmişi haqqında tarix və ya
rəvayət kimi qəbul edilə biləcək heç bir məlumat yoxdur. Onlar
xristianlığı qəbul etdikdən sonra Ayk və Nuhla
qohumluğu
uydurmuşlar. Belə qəbul olunub ki, o, Yafəsin nəvəsi, Nuhun
oğlu olan Torqomun nəslindəndir. Çünki əski tarixçilərdən bir
neçəsi Yəhudi salnamələrində xatırlanan Torqom adını
Ermənistanın bir hissəsi, ailə, nəsil, Torqom milləti kimi
göstərmişlər. Bu haqda ilk dəfə Xoren Movses yazmışdır”.
(«История восточного вопроса», Лондон, 1905).
Basmacyan: “Ermənistanın və ermənilərin tarixi və
yaranışı çox qaranlıqdır. Bu ərazi ta qədim zamanlardan Pamir
düzənliyindən gələnlər, İndikuş emiqrantları tərəfindən tutul-
muşdur. Ermənilərin romalılar, yunanlar, iranlılar və bütün
millətlər kimi mifik qəhrəmanları mövcuddur
.
Milli tarixçilər
təfsilatı, aşkar mənbələrə malik olmadıqları üçün onların yerini
nağıllardakı personajlar tutmuşdur”. («Новая история армян»,
Париж, 1917).
6
N.Pastermacyan, erməni tarixçisi: “Erməni tarixi Haykın
və onun xalqının Ermənistana gəlib çıxmasını e.ə. 2200-cü ilə
aid edir və onların e.ə. 800-cü ilə qədər bir-birini əvəzləmiş
dini rəhbərlərinin və çarlarının siyahısını göstərir. Müasir elm
bu uydurmanı təsdiq etmir. Xalqlar fərdlərdən fərqli olaraq öz
yaşlarını artırmağı sevirlər...”.
Qevork Aslan: “Biz qəbul etməliyik ki, Movses Xorenasi
öz hekayələrini Suriya nağıllarından götürmüş, yaxud
Ermənistanda dolaşan Hürufilərdən eşitmiş və onları ustalıqla
öz əsərlərində göstərmişdi. Özü Suriya və İranın tarixi
mənbələrindən istifadə etmişdir. O, Yasenxen yəhudilərinin
döyüşlərindən parçaları, Eyzeben kilsəsinin tarixini
Malalesdən
götürmüş və özününküləşdirmişdir”. (Г.Аслан, «Историчес-
кий этюд о населении Армении», Париж, 1909).
B.İşxanyan: “Ermənilərin əsl vətəni – “Böyük Ermənistan”
elə “Kiçik Asiya”dır”.
(Б.Ишханян, «Народности Кавказа»,
1916).
B.İşxanyan: “Qarabağda yaşayan ermənilərin bir hissəsi
qədim albanların nəsli – yerli əhalidir, o biri hissəsi isə Türkiyə
və İraqdan olan qaçqınlardır, onlar üçün Azərbaycan torpağı
təqib və zülmlərdən sığınacaq yeri olmuşdur”.
(Б.Ишханян,
«Народности Кавказа», 1916).
7
Ermənilər Azərbaycan dilinin təsiri haqqında
Xaçatur Abovyan, müasir erməni ədəbiyyatının banisi,
yazıçı, pedaqoq: “Bizim xalq danışıq dilində nəinki
azərbaycanca ancaq ayrı-ayrı sözləri, eləcə də bütöv cümlələri
işlədir”. (Х.Абовян, Полное собрание соч., V том, Ереван,
Изд. АН Арм. 1950, на армянском языке).
Xaçatur Abovyan: “... xalq [erməni] çoxlu miqdarda türk
sözləri öyrənib və bu günədək onları işlədir”. (Х.Абовян,
Полное собрание соч., V том, стр.48, Ереван, Изд. АН Арм.
1950, на армянском языке).
Xaçatur Abovyan: “Türk dili lənətə gəlsin, ancaq bu dil
Allahın xeyir-duasını alıb... bütün şadlıqlarda və toy məra-
simlərində biz türkcə oxuyuruq”. (Х.Абовян, «Раны Армении»,
Ереван, 1939, на армянском языке).
Xaçatur Abovyan: “Bizim dil ən azı 50% türk sözlərindən
ibarətdir...”. (Х.Абовян, «Раны Армении», Ереван, 1939,
стр.80-81, на армянском языке).
Xaçatur Abovyan: “...öz səslənməsi, poetikliyi və ahəng-
darlığı ilə, qrammatik cəhətdən tatar [Azərbaycan] dili başqa
dillər arasında ən yaxşısıdır”. (Х.Абовян, «Полное собрание
сочинений», V том, Ереван, 1950, стр.174, на армянском
языке).
Xaçatur Abovyan: “Türkcə [Azərbaycan dili] bizim dilə o
qədər daxil olub ki, bizdə mahnılar, şeirlər, atalar sözləri türkcə
[azərbaycanca] səslənir”. (Х.Абовян, «Раны Армении»,
Ереван, 1939, стр.41, 42).
Xaçatur Abovyan: “Yeni və qədim dillərin [erməni] əsas
fərqi danışıq tərzində və sintaktik quruluşundadır. Bu nöqteyi-
nəzərdən qədim erməni dili (“qrabar”) Avropa dillərinə oxşayır,
yeni erməni dili (“aşxarabar”) isə türk [Azərbaycan] dilinə
8
oxşayır”. (Х.Абовян, Нахашавиг, Ереван, 1940, на
армянском языке).
Xaçatur Abovyan: “Türk [Azərbaycan] dili bizdə o qədər
yayılmışdır ki, onu hətta qadınlar və uşaqlar başa düşürlər. Ona
görə də xalq içərisindən çıxmış istedadlar arasında tatar
[Azərbaycan] dilində şerlər yaradılması və oxunması adi hala
çevrilmişdir”. (Х.Абовян. Нахашавиг. Ереван, 1940, стр.48,
на армянском языке).
Qazaros Ağayan, tanınmış yazıçı, pedaqoq: “Erməni
dilinin qrammatikası türk [Azərbaycan] dili ilə çox oxşardır.
Erməni xalqı, aşıqlar onu öyrənəndə, sonra hətta türk
[Azərbaycan] dilində danışanda çətinlik çəkmədilər. Hətta
indinin özündə bir çox yazıçılar vardır ki, uzaqda olmalarına
baxmayaraq türk [Azərbaycan] dilində əla danışırlar”. (Г.Агаян.
«Полное собрание сочинений», III том, Ереван, 1940,
стр.331, на армянском языке).
Qazaros Ağayan: “...bu dil [Azərbaycan dili] ermənilər
üçün doğma kimidir... Məhz buna görə də biz azərbaycanca
oxuyuruq”. (Г.Агаян. «Полное собрание сочинений», III том,
Ереван, 1940, стр.331, на армянском языке).
Manuk Abeqyan: “Bədbəxtlikdən bizim dil çoxmənalı
sözlər, oxşar məna daşıyan ifadələr baxımından kasıbdır və
buna görə də biz yaxşı bildiyimiz türk [Azərbaycan] dilinə
müraciət edirik”. (М.Абегян, «Народные напевы»).
Qraça Açaryan, tanınmış dilçi, ədəbiyyatşünas,
akademik: “... türk [Azərbaycan] dilinin təsiri altında erməni
dilinin hətta qrammatik qanunauyğunluğu və qaydaları da
dəyişib”. («История новой армянской литературы», Вагар-
шабат, 1906, на армянском языке).
A.Terteryan, tanınmış ədəbiyyatşünas, akademik:
“Abovyan xalqın [Azərbaycan] dilindən eşitdiyini istifadə
edirdi”. (А.Тертерьян, «Творчество Абовяна», изданной
9
Ереванском Государственным Университетом в 1941, на
армянском языке).
N.Nalbandyan: “Onlar (ermənilər) sağlıq deyərkən də
azərbaycanca “yaxşı yol” deyirlər”.
10
Ermənilər Azərbaycan dastanlarının
mənimsənilməsi haqqında
Qazaros Ağayan: “...Türklər [azərbaycanlılar] onu
[Koroğlunu] türk [azərbaycanlı], kürdlər – kürd, ermənilər isə –
azərbaycanlılaşdırılmış erməni hesab edirlər. Onun mahnılarını
türk [Azərbaycan] və kürd dillərində ancaq ermənilər oxuyurlar,
başqa xalqlar isə öz dillərində oxuyurlar”. (Г.Агаян,
Избранные произведения, Ереван, 1939, на армянском
языке).
Qazaros Ağayan: “...bizim aşıqların şeirlə dastanları yox-
dur, onların hamısı azərbaycancadır”. (Г.Агаян, «Произве-
дения», т.3).
Qazaros Ağayan: “Məşhur məhəbbət dastanları, Şərq
rəvayətləri - “Aşıq Qərib”, “Əsli-Kərəm”, “Şah İsmayıl”,
“Fərhad-Şirin”, “Leyli-Məcnun”, qəhrəmanlıq motivləri ilə
zəngin olan “Koroğlu” dastanını bənzətmə və ya məzmunca
eynisini yaratmaqla Azərbaycan dilindən ermənicəyə tərcümə
etməyə
başladılar.
(Г.Антонян, «Дружба Армения-
Азербайджан в литературе». Ереван, Айпетхрат, 1962, на
армянском языке).
Vartanyans, tanınmış naşir: “Erməni zəhmətkeşləri
uşaqlıqdan başlayaraq türk aşıqlarının dilindən eşitdikləri
müxtəlif dastanların təsiri altında olurdular. Buna görə də
müasir cəmiyyət bu dastanları erməni dilində oxumağı
arzulayır.” (Тифлис, Изд. Вартаньяца, 1897).
“Kəndlilərin və zəhmətkeşlərin bu rəvayətləri sevmələrini,
onların bu əsərlərə xüsusi hörmət və ehtiramını nəzərə alaraq...,
biz bu tərcüməni onların ixtiyarına buraxırıq”. («Фархад и
Ширин» в сравнительном переводе с тюркского и
фарсидского СМА, Тифлис, Типогр. «Культура», 1913).
11
Atrpet, tanınmış erməni aşığı: “Biz Polisdə nəşr olunmuş
dastanın türk variantında şeirlərin təhrif olunmuş hissələrini
düzəltdik ...” və “...biz Atrpatakanın [Azərbaycanın] türk dilini
onun şifahi formasında saxla-dıq, erməni variantında isə Ararat
dialektini əsas götü-rürdük.”
Atrpet: ”Biz [ermənilər] Kərəmi türklər [azərbaycan-lılar]
və türkmənlərlə bərabər sevirik. Atrpatakanın [Azərbaycanın]
əyalətlərində, əsasən də Xoy və Urmiyyə əhalisi arasında çətin
ki, bu dastanın üç-dörd variantını bilməyən türk [azərbaycanlı]
tapılar. Hamıda həm çap, həm də əlyazma nüsxəsi var...”
12
Ermənilər Azərbaycan atalar sözlərinin
mənimsənilməsi haqqında
A.Terteryan: “Ermənilər ünsiyyətdə və danışıq dilində
həmişə Azərbaycan atalar sözləri və məsəllərinə müraciət
edirdilər...”. (А.Тертерян. «Творчество Абовяна». Ереван,
1941, стр.202, на армянском языке).
E.Arustamyan, tanınmış folklorşünas: “Azərbaycan
atalar sözləri və məsəllərinin çoxu ermənilər tərəfindən ilkin
halda, erməni dilinə tərcümə olunmadan istifadə olunur, ona
görə ki, onların dərin fəlsəfi mahiyyətinin saxlanması bu cür
tərcüməyə yol vermir”. (Е.Арустамян, «Общие черты
азербайджанских и армянских пословиц и поговорок»).
Qazaros Ağayan: “İlahi, Vartiter uşaqdır, onun hələ on
dörd yaşı var. Buna baxmayaraq o, yaşına görə çox şey bilir,
nəinki təkcə uşaq kimi danışır, hətta danışanda “Zər qədrini
zərgər bilər” kimi türk (Azərbaycan) atalar sözünü işlədir”.
(Г.Агаян, «Произведения», т.3).
A.T.Qanalanyan, tanınmış folklorşünas, akademik:
“Kefi konne, kandi koxvini”, “Bir ili u pir ili” və “Həsən keçəl,
keçəl Həsən” – müvafiq Azərbaycan atalar sözlərinin (“Kef
sənindir, kənd kovxanın”, “Bir olsun, pir olsun”, “Ya Həsən
keçəl, ya keçəl Həsən”) erməniləşdirilmiş variantlarıdır.
Yuxarıda deyilənlər, hər şeydən öncə onunla təsdiqini tapır ki,
nümunə göstərilmiş üç atalar sözünün hər biri erməni və
azərbaycanlıların birgə yaşadıqları (Qarabağ, Zəngəzur)
rayonlarda və ya Azərbaycanın sərhəd rayonlarında meydana
gəlmişdir. Bu da bir sübutdur ki, atalar sözlərindəki “kənd, bir,
pir” (yaxşı, düz) sözləri, xüsusən də Həsən adı erməni dilində
ayrılıqda işlənmir, bu sözlər Azərbaycan dilindən gətiril-
mişdir”. (А.Т.Ганоланян, «Пословицы», Ереван, изд. АН,
1955, стр. 34, на армянском языке).
13
Ermənilər Azərbaycan bayatılarının
mənimsənilməsi haqqında
Xaçatur Abovyan: “Mən bayatıları qələmə almışam ki,
ermənilər məclislərdə, süfrə başında bu türk [Azərbaycan]
söyləmələrini erməni dilində istifadə edərək öz dillərini
şirinləşdirsinlər. Ona görə ki, dili heç nə şeir misraları və
mahnılar kimi gözəlləşdirmir...”. (Х.Абовян, «Полное собрание
сочинений», V том, Ереван, 1950, стр.174, на армянском
языке).
Xaçatur Abovyan: “Hər kəs bilir ki, insanın ürəyi qanla
qaynayanda, nə xəncər, nə dərman, nə də yuxu ona söz və
söhbət, ilahi mahnı və bayatılar kimi faydalı deyil”. (Х.Абовян,
«Полное собрание сочинений», III т.).
V.Partizuni: “...[Aboyvan] Azərbaycan folklorunu yaxşı
bilərək və ondan istifadə edərək, xalqın [Azərbaycan] yaratdığı
rübailər əsasında, həmin ruhda oxşar bayatılar yaratmışdır”.
(В.Партизуни, «Жизнь и творчество Х.Абовяна», Ереван,
издательство Хайпетрат, 1952).
Manuk Abeqyan: “Bizim əlimizdə bayatıların 1700-dən
çox variasiyası var. Bədbəxtlikdən bizim dil çoxmənalı sözlər,
oxşar məna daşıyan ifadələr cəhətdən kasıbdır və buna görə də
biz yaxşı tanıdığımız türk [Azərbaycan] dilinə müraciət edirik”.
(М.Абегян, «Народные песни», 1904).
Qazarus Ağayan: “Ən çox yayılan bayatılardır... Onları
hər kəs bilir. Qoca da, cavan da, qadın da, kişi də ... bütün arzu-
diləklərini bayatılar vasitəsilə ifadə edə bilirdilər”. (Г.Агаян, в
изданных в 1940г. в Ереване госиздательством произведениях,
на армянском языке).
M.Nalbandyan, yazıçı, tənqidçi, filosof: “...Lakin nəğmə-
lərin çoxunu biz türklərdən [azərbaycanlılardan] götürmüşük.
Mən ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz
14
ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu
günədək mən buna nail olmamışam!” (М.Налбандян: «О
древних стихах и напевах», Полное собрание сочинений, I
т.).
P.Proşyan: “Onlar (ermənilər) türkcə ağlayırlar, bayatı-
lardan istifadə edir və aram-aram hönkürürlər, qadınlar isə öz
iniltiləri ilə onları dəstəkləyirlər.” (П.Прошян. «Сос и
Вартитер». Избранные произведения, т.I, Ер.Хайпетряд,
1953, на армянском языке).
Avetik İsaakyan, tanınmış şair, akademik: “Erməni xalqı
da bayatıları çox sevir, həm də Azərbaycan bayatılarını
oxuyurlar. Ancaq Qarabağ və Zəngəzur erməniləri azərbaycan-
lılar kimi bayatını çox yaxından duyur və onun vasitəsi ilə öz
arzularını ifadə edirlər”. (А.Исаакян. Избранные произведе-
ния. IV том, Ереван, 1951, стр.157).
Qazaros Ağayan: “...Türk [Azərbaycan] bayatılarını isti-
fadə etməyimizin səbəbi ondadır ki, məhz bu dildə istədiyin
qədər ikimənalı və çoxmənalı sözlər vardır”.
15
Ermənilər Azərbaycan aşıq yaradıcılığının
mənimsənilməsi haqqında
Xaçatur Abovyan: “Nə vaxt ki, Kərəm, Aşıq Qərib,
Keşişoğlu haqqında mahnı və nağıldan sonra aşıqlar sazda
çalmağa başladılar, heç kim daha yemək və içmək istəmirdi.
Ürəyimdən keçdi ki, əlimə saz götürüm və gecə və gündüz
dağları və dərələri dolaşım, hər şeyi özüm yaşayım və hiss
edim və ola bilsin ki, Allahın əmri ilə o füsunkara rast gəlim,
hansına ki, gecə və gündüz gözünü qırpmadan baxacaqsan və
məftunedici ətrindən məst olub onu tərənnüm edəcəksən”.
(Х.Абовян. «Полное собрание сочинений». IV том, Ереван,
1947, стр.3, на армянском языке).
Qazaros Ağayan: “Erməni xalqı və onun aşıqları türkcə
danışmaqda heç bir çətinlik çəkmirlər, bu dil ermənilər üçün
doğma kimidir... ona görə də biz türkcə [Azərbaycanca]
oxuyuruq”. (Г.Агаян, «Полное собрание сочинений», III том,
Ереван, 1940, стр.331, на армянском языке).
K.Qostanyans: “...qusanları erməni adlandırmaq düzgün
deyil, onlar yalnız ona görə ermənidirlər ki, erməni ailələrində
doğulmuşlar.” (Тбилиси, 1898, на армянском языке).
Q. Ağayan: “Mən əvvəlcə şeirləri əzbərləyirdim, əlifbanı
öyrəndikdən sonra isə onları qələmə almağa başladım...
Yazdıqlarımın mənasını tam olmasa da, müəyyən qədər başa
düşürdüm... Aşıqlar erməni dilində deyil, türk dilində ifa
edirdilər. Aşıqlarımız arasında erməni dilində ifa etmək
haqqında hələ təsəvvür yox idi... Bizim aşıqların erməni dilində
olan şeirlərlə dastanları yoxdur, hamısı yalnız türk dilindədir”.
(К.Гостаньянц: Мемуары от 1893 г., Произ., т.3, на
армянском языке).
M.Nalbandyan: “...erməni aşıqlarını yalnız erməni
ailələrində doğulduqlarına görə erməni hesab etmək olar” və
“...onlar hər zaman Azərbaycan ustadlarının yaradıcılığına
16
söykənmişlər” və “...istifadə etdikləri musiqi alətləri – saz,
santur, kaman və ya kamança, bağlama türklərə məxsusdur”.
(М.Налбандян, «Полное собрание сочинений», т.1).
Leo (Arakel Babaxanyan) tanınmış tarixçi, yazıçı,
tənqidçi, professor: “K.Yerzinkatsi, Ovan. Tlkuransi, Mık.
Naqaş, Krik. Axtamaretsi və başqaları tək bir səbəbdən aşıq
idilər ki, öz məşhur əsərlərini onlar üçün anlaşılan dildə”, yəni
Azərbaycan dilində ifa edirdilər. (Лео, «Армянская история»,
III том, Ереван, 1946, на армянском языке).
Leo (Arakel Babaxanyan): “Həyat tərzini tərənnüm
edərkən aşıqlar türk [Azərbaycan] dilinə üstünlük verirlər, ona
görə ki, o, erməni dilindən daha mənalı və zəngindir”. (Лео,
«История Армении», III том, Ереван, 1946, стр.1072, на
армянском языке).
Leo (Arakel Babaxanyan): “Erməni aşıq yaradıcılığının
çox az, demək olar ki, cüzi hissəsi bizim ədəbiyyata aiddir.
Böyük əsərlərin (dastanlar, qəhrəmanlıq nağılları) əksər hissəsi
türk [Azərbaycan] dilində yaradılmışdır”. (Лео, «История
Армении», III том, Ереван, 1946, стр.1072, на армянском
языке).
Q.Levonyan: “...erməni aşıqlarının həm özlərinə götürdük-
ləri adlar, həm də onların şeir və mahnılarının adlarının hamısı
Azərbaycan dilindədir”. (Г.Левонян, «Армянские ашуги»,
Александрополь, 1892, на армянском языке.).
Trdat Balean, dini xadim, folklor toplayan və naşir:
“Aşıq alətlərinin adları türkcədir – saz, santur, kaman, yaxud
kamança, bağlama”. (Армянские ашуги. Собиратель Тридат
Балеан. I том, Измир, Издательство Мамурян, 1911, стр.9.
на армянском языке).
Trdat Balean: “Hətta şeirlərin adları da türkcədir: qoşma,
dastan, qələndər, müstəzad-qələndər, müxəmməs-qələndər,
divani, qəzəl, rübai-divani, müsəddəs-divani, səmai, müsəddəs-
17
səmai, naxşikar-səmai, ədəkli-səmai, dübeyti, müxəmməs,
təcnis, zəncirləmə, dildəyməz, əlifləmə, sətrənc, qitə, qəsidə,
nəqarət və s.” (Армянские ашуги. Собиратель Тридат
Балеан. I том, Измир, Издательство Мамурян, 1911,
стр.9-10, на армянском языке).
Qeqam Tarverdyan, tanınmış folklor toplayan və naşir:
“Erməni aşıqlarından topladığım şerlərin müəyyən hissəsi
tamamilə Azərbaycan dilindədir. Qalan aşıqların böyük qismi
isə öz əsərlərini Azərbaycan və erməni dillərində yaratmışlar.
20-25-dən çox olmayan aşıq isə şerləri yalnız erməni dilində
yazmışlar”. (Г.Тарвердян, Армянские ашуги. I том, Ереван,
1937, стр.19, на армянском языке).
A.Arşaruni, ədəbiyyatşünas: Azərbaycan dili erməni
aşıqları və erməni xalqı üçün demək olar ki, doğma dil
olmuşdur. Əks təqdirdə onlar tamaşaçıların rəğbətini qazana
bilməzdilər və onların dili dinləyicilər üçün anlaşılmaz olardı”.
(«Низами и армянская литература». Альманах «Низами».
III книга, Баку, 1941, стр.137, на азербайджанском языке).
A.Arşaruni: “Erməni aşıqlarının Azərbaycan, erməni və
hətta gürcü dillərində uğurlu şeir yazmaları haqqında danışmaq
yersiz olardı. Erməni xalqı daima Azərbaycan folklorundan və
Azərbaycan xalqının klassik ədəbi irsindən uğurla istifadə
etmişdir, erməni xalqı bu ədəbiyyata və folklora həmişə
məhəbbətlə
yanaşmışdır”.
(А.Аршаруни.
«Низами
и
армянская литература». Альманах «Низами», III книга,
Баку, 1941, стр.137).
18
Ermənilər Azərbaycan musiqisi və mahnılarının
mənimsənilməsi haqqında
Xaçatur Abovyan: “...ermənilər ancaq türkcə oxuyurlar”,
“...ermənilərin mahnı ilə dastanları yoxdur”.
S.Palasanyan,
tanınmış
ədəbiyyatşünas:
“Bizim
mahnıların motivləri fərqlənir ...və ümumiyyətlə, biz hansı
xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünkü
hesab edirik”. (С.Паласанян, «Армянские напевы»,
С.Петербург, 1868, на армянском языке).
M.Nalbandyan: “... Buna baxmayaraq, əksər musiqi və
nəğmələr türklərdən [azərbaycanlılardan] götürülüb. Mən
ermənilərin yaşadığı çox yerlərdə olmuşam. Həmişə təmiz
ermənicə olan bir şey eşitmək istəmişəm. Təəssüf ki, bu
günədək mən buna nail olmamışam”. («О древних стихах и
напевах», Полное собрание сочинений, I т.).
A.Brutyan: “...ən məşhur muğam xadimləri Bakı və
Şuşadan çıxmışlar”.
S.P.Məlikyan, xalq musiqisinin toplayıcısı: “Erməni
musiqisi müxtəlif mədəniyyətlərin təsirinin nizamsız yığınıdır”.
(М.Мурадян, «Из истории армяно-русских музыкальных
связей XIX-XX вв.»).
S.P.Məlikyan: “Erməni musiqisi orijinal deyil, Komitas isə
yalnız musiqi üzrə etnoqrafdır”. (С.Меликян, «Ширакских
песен», два выпуска «Ванских песен»).
M.Muradyan və Q.Tiqranov: “Ekspedisiya işlərində [xalq
musiqisinin yazılması və toplanması üzrə] sistematik şəkildə
iştirak edərək, əsil xalq musiqilərini aşkara çıxararaq və qələmə
alaraq o [S.P. Məlikyan], erməni xalq musiqisinin orijinallığını
inkar edirdi”. («Истории музыки народов СССР», М., 1970).
A.Xaçaturyan: “Mən özüm aşığam”.
19
A.Spendiarov: “Opera üçün musiqi materialı qismində
mənə xalq havaları lazım idi. Bəzi şeyləri şəxsən özüm qələmə
aldım, mənə lazım olan nəğmələrin yazıldığı çoxlu qrammofon
valları və onların işlənmiş, həmçinin N.F.Tiqranovun
əsərlərindən ibarət nəşr olunmuş toplularını əldə etdim. Bu
böyük materialda N.F.Tiqranovun yazıları parlaq surətdə
fərqlənirdi, öz operamda onların üzərində bir neçə orkestr
epizodları qurdum. Beləliklə, birinci tamaşadakı fars marşı
üçün “Heydəri”ni və “Novruz ərəbi”ndən parçaları, böyük rəqs
Almast üçün tamamilə “Kəndirbaz” nəğmələrini istifadə etdim.
(Гумреци, «Н.Ф.Тигранов и музыка Востока», Л., 1927).
N.Tiqranov: “...A.Spendiarovun not yazılmış kitabçasında
çoxlu qeydlər var... bir sıra muğamların yazısı var: “Mahur”,
“Rast”, “Çahargah”, “Şüşdər”, “Kürd Şahnaz”. Bu yazıların
əksəriyyəti Spendiarov tərəfindən öz əsərlərində istifadə
olunub”. (Н.Тигранов, «А.Спендиаров», М., «Музыка»,
1971).
“Arşın mal alan” niyə bu qədər sevilirdi? Artıq 2 ildən
çoxdur ki, erməni səhnəsində böyük uğur qazanan türk
[Azərbaycan] operettası – “Arşın mal alan” həm də erməni
ziyalıları arasında böyük maraq doğurur. Dünən mən “Artist
cəmiyyəti” (Tiflis şəhəri) teatrında Q.Yerits-yanın truppasının
ifasında bu əsərin növbəti tamaşasına baxdım. Bu dəfə də zal
əhalinin orta təbəqəsindən olan tamaşaçılarla dolmuşdu.
Onlardan başqa, zalda çoxlu zabitlər, ziyalı nümayəndələri,
hətta ingilis missioner cənab Mak Kamma Adonis və cənab
Qipokbekyan da iştirak edirdilər... Mən tamaşanı sona qədər
izlədim və mənə aydın oldu ki, qədim dövrlərdən bəri türklərlə
qonşuluqda yaşayan və onlarla daimi ünsiyyətdə olan erməni
xalqı niyə “Arşın mal alan”a bu qədər ləzzətlə baxır. Zənnimcə,
biz xalqa [ermənilərə] bu tamaşaya sonsuz olaraq baxmağı
qadağan edə bilmərik... Buna baxmayaraq, bir çox psixoloji
səbəblərlə əlaqədar bu əsər erməni xalqının diqqətini cəlb
edəcəkdir. Ermənilər əsrlər boyu türk-tatarların və farsların
20
əsarəti altında yaşayıblar. Onların qulaqları tar və kamança
səsləri ilə doldurulub. Ona görə də şərq musiqisi erməni
xalqının cisminə və qanına hopub”. (Армянская газета
«Мшаг», Тбилиси, 3 сентября 1916).
“Əsrlərin yaradıcılıq nümunələri – Azərbaycan atalar
sözləri və nağılları, mahnılar və musiqi həmişə ermənilər üçün
doğma olmuşdur. Epik xalq qəhrəmanı Koroğlu, xalqın
düşmənlərinə, xanlara və bəylərə qarşı mübarizə apararaq, eyni
dərəcədə bizim erməniləri də mübarizəyə ruhlandırmışdır.
Tarix boyu aşıqlarımız bizə doğma olan mahnıları elə həmin
sazda Azərbaycan dilində ifa etmişlər”. (Газета «Советакан
Айастан», 1938, 20 апреля, на армянском языке).
Ovanec Tumanyan: “Tatar [Azərbaycanın] mahnılarından
danışmaq – bu hələ başlıcası deyil. Bir çox mahnılar əfsanəvi
xüsusiyyətə malikdir, elə bil bu mahnılar bizə bəlli olmayan
dövrlərdən gəlib çatan və naməlum xanəndələrin ifa etdikləri
böyük poemalardan fraqmentlərdir. Məsələn, Koroğlu və onun
atı haqqında mahnı”. (О.Туманян. «Саят-Нова». Ереван,
1945, стр.13, на армянском языке).
21
II. Xaricilərin fikir və düşüncələri
Xaricilər ermənilər və erməni
tarixi haqqında
Herodot, “xalqlar tarixinin atası”: “Fəratın yuxarı
axınında yerləşən ölkəni Ermənistan adlandırırdılar”. Ermənilər
“Erməni adlandırılan yaylanın qərb hissəsində yaşayırdılar”.
(Геродот, «История; Изд. «Наука», Ленинград, 1972).
İ.Dyakonov: “Erməni etnosu Qafqazın sərhədlərindən
kənarda
formalaşmışdır”. (И.Дьяконов, «Предистория
армянского народа», Ереван, 1958).
Bizans imperatoru Mavrikinin (582-602) İran şahı
Xosrova göndərdiyi məktubdan: “... xalq [erməni] ... bizim
aramızda yaşayır və ara qarışdırır...”. («Армянская
средневековая литература», изд. «Советакан грох»,
Ереван, 1986, на русском языке).
“Ermənilər bütövlükdə, demək olar ki, heç bir zaman və ya
yalnız çox qısa bir müddətdə bütöv bir dövlət kimi bir
hökmdarın hakimiyyəti altında olmuşlar. Tarixi oçerkdə
ermənilər – hind-avropa qəbiləsinin iran qolunun bir budağıdır.
Ölkənin qədim tarixi demək olar ki, məlum deyil. Daşqın
haqqında Moisey əfsanəsi ilə bağlı qədimdə ölkənin şimal
hissəsinə verilən “Ararat” adı mixi yazılarda və Herodotda rast
gəlinmir. Qədim farslar bu ölkəni Armin adlandırırdılar. İndiki
ermənilər tərəfindən düzəldilmiş tarix də qədim erməni milli
abidələrinə əsaslanmır. Onlar öz qədim tarixlərini Tövratın
hekayələri ilə bağlayırlar, bu da onların çox sonrakı xristian
mənşəliliyini sübuta yetirir”. («Энциклопедический словарь»
(т.1) под редакцией Ф.Брокгауза и И.Эвфрона (СП. 1800)).
R.Tompson, tanınmış müasir tarixçi (M.Xorenasinin
Erməni tarixi barədə): “...bu, V əsrin ikinci yarısında tərtib
22
olunmuş kompilyasiyadır. Bu kompilyativ işin tam mətni,
onun
ən qədim əlyazmasının tarixi isə XII-XVIII əsrlərə aiddir və
şəxsi kolleksiyada saxlanılır.”
“İş yalnız ona görə müəmmalı deyil ki, o, yaddaqalan
ənənələrdən və uydurma əfsanələrdən ibarət qəribə bir
qatışıqdır. O həm də mövcud erməni versiyası ilə düz gəlməyən
bir
neçə
dildə,
müxtəlif
redaksiyalarda mövcuddur”.
(Р.Томпсон, «Введение в историю армян», перевод
Томпсона, 1976).
R.Tompson: ”Moisey nəinki erkən Erməni tarixini dünya
səhnəsinə yerləşdirmək və erməni qəhrəmanları haqqında
əfsanə və rəvayətləri əlaqəli sxemə salmağa çalışırdı, o həm də
həmin tarixin çoxunu qərəzli şəkildə ona görə dəyişdirmişdir ki,
öz havadarlarını məşhurlaşdırsın və onları parlaq nəsillə təmin
etsin”. (Р.Томпсон, «Введение в «Историю армян
М.Хоренаци», перевод и комментарии Р.Томпсона, Лондон,
изд. Гарвардского университета, 1978).
Eduard Qibson, məşhur tarixçi: “[Xorenskiy] yaxşı
tarixçi üçün tələb olunan heç bir dəyərə malik olmamışdır”.
Eduard Qibson tarixçilərə “ondan [Xorenskidən] yalnız
yaxşı tarixçilərlə uzlaşanları götürməyi” məsləhət görürdü.
Avqust Kariyer, görkəmli tarixçi: “Erməni alimlərinin
məlumatlarına inanmaq avamlıqdır. Çünki bu məlumatların
əksəriyyəti – uydurmadır”.
D.Morqan: “Biz bu ölkənin [erməni] tarixçilərinin necə
işlədiklərinin şahidiyik, dindar şəxslərin hamısı öz millətlərinin
köklərini Müqəddəs əhdi-ətiq ənənələri ilə necə bağlayır və
Ayk soyunu özlərinə yaxınlaşdırmaq üçün onlar necə
rəvayətləri və mənbələri qarışdırırlar”.
Bu vəziyyət nəinki tarixi hadisələrə, eləcə də hökmdarların
ailələrinə də aiddir. («Осудительная армянская история»,
Тифлис, 1895).
23
F.Makler, məşhur Avropa tarixçisi: “Bəllidir ki,
Ermənistan, yəni tarixi dövrlərdən bəri bu adı daşıyan coğrafi
rayon erməni adlandırılan xalqın daimi yaşayış yeri olma-
mışdır...”. (Ф.Маклер, известный европейский историк,
«Армянская нация», Париж, 1924, на французском языке).
Mark Ferro, məşhur fransız tarixçisi: “...Dəfələrlə
məğlubiyyətə düçar olmuş Ermənistan çox həvəslə öz tarixini
göylərə qaldırır, ona təmiz din yolunda əzabkeş obrazı əlavə
edir”. (М.Ферро, «Как рассказывают историю детям в
разных странах мира»).
C. və K.Makkarti: “Ermənilər, misal üçün, protestantizmi
qəbul etmiş erməniləri, həmçinin erməni katolik (unitar)
kilsəsinə aid olanları da “erməni” anlayışına daxil edərək onu
genişləndirmişlər. Avropada mövcud olan millətçiliyin tiplərin-
dən fərqli olaraq, dil və mədəniyyət “ermənininki”nin nə
olduğunun müəyyənedicisi ola bilməz, ona görə ki, bir çox
erməni türklərlə dil və mədəniyyəti bölüşmüşdür”.
(Дж. и
К.Маккарти, «Тюрки и армяне», 1996).
24
Xaricilər Azərbaycan dilinin
ermənilərə təsiri haqqında
J.B.Tavernye, fransız səyahətçisi: “Türkcə – Şərq
dillərinin ən asan olanıdır. Yüksək məziyyətləri, bu dillə
səviyyəli ifadə, səslənməsi ona gətirib çıxarıb ki, bu dil bütün
sarayda və imperatorluqda yeganə danışıq dilidir”.
M.Lermontov, böyük rus şairi: “Türk dili – Asiyanın
fransızcasıdır”.
A.Bestujev-Marlinski “Molla Nur” əsərində hər fəslin
əvvəlinə Azərbaycanca epiqraflar vermişdir.
Avqust fon Haksthauzen: “Ermənilər öz mahnılarını
ermənicə yox, tatar [Azərbaycan] danışıq dilində qoşur və
oxuyurlar, çünki məhz bu dil Cənubi Qafqaz xalqları arasında
ünsiyyət, ticarət və anlaşma dilidir. Bu nöqteyi-nəzərdən bu dil
Avropada geniş işlənən fransız dili ilə müqayisəyə gələ bilər.
Bununla bərabər, bu dil xüsusi poeziya dilidir. Çox güman ki,
erməni dilində şeirlərin zəif yayılmasının səbəbi məhz
bundadır, ən məşhur erməni şairləri, əsərlərinin geniş yayılması
üçün həmişə tatarca [Azərbaycanca] yazırdılar”.
25
Xaricilər Azərbaycan musiqisi və
mahnılarının təsiri haqqında
S.Qinzburq: “Oktyabr inqilabından əvvəlki mərhələdə
Spendiyarovun əsas nailiyyəti musiqidə Şərq obrazlarının
təcəssümü üçün yeni təsirli vasitələri tapması idi”.
Əsasən türk-Azərbaycan musiqi ənənələrinin əksini tapdığı
“Krım eskizləri”, “Üç palma”, “Şərq beşiyi”, “Tatar mahnısı”
və Spendiyarovun digər əsərləri Lyadova israr etməyə imkan
verdi ki, “onun (Spendiyarovun) Şərqi bizim yaradıcılarımız
tərəfindən istifadə olunmayana qədər yeni idi”. (С.Гинзбург,
«Советская музыкальная литература», М., «Музыка»,
1970).
İ.Proxorov və Q.Skudina: “Azərbaycan, Gürcüstan,
Ermənistan mahnılarını ifa edən aşıq-xalq müğənnilərinin
yaradıcılığı [A.Xaçaturyanın uşaq və gənclik çağlarında]
unudulmaz təəssürat qoyub... Saz və ya tarın müşayiəti altında
onlar [aşıqlar] özlərinin qəhrəmanlar, aşiqlər barədə bitmək
bilməyən hekayələrini danışırdılar... Fərhad və Şirinin sadiq,
fədakar sevgisi... nəinki mahnılarda, həmçinin şer və
poemalarda da mədh olunurdu”. (Учебник «Советская
музыкальная культура» И.Прохорова и Г.Скудиной, М.,
«Музыка», 1987).
A.Koroşenko, tanınmış mütəxəssis: “...ermənilərin
özlərinin
xalq
musiqisi
yoxdur”.
(А.Корещенко,
«Наблюдениях над восточной музыкой, преимущественно
кавказской», Московские ведомости, 1896).
26
Mündəricat
I. Erməni etirafları ...................................................
3
Ermənilər özləri haqqında ..........................................
3
Ermənilər öz tarixi haqqında ......................................
5
Ermənilər Azərbaycan dilinin təsiri haqqında ............
7
Ermənilər Azərbaycan dastanlarının mənimsənilməsi
haqqında .....................................................................
10
Ermənilər Azərbaycan atalar sözlərinin
mənimsənilməsi haqqında ..........................................
12
Ermənilər Azərbaycan bayatılarının mənimsənilməsi
haqqında .....................................................................
13
Ermənilər Azərbaycan aşıq yaradıcılığının
mənimsənilməsi haqqında ..........................................
15
Ermənilər Azərbaycan musiqisi və mahnılarının
mənimsənilməsi haqqında ..........................................
18
II. Xaricilərin fikir və düşüncələri ..........................
21
Xaricilər ermənilər və erməni tarixi haqqında ...........
21
Xaricilər Azərbaycan dilinin ermənilərə təsiri
haqqında .....................................................................
24
Xaricilər Azərbaycan musiqisi və mahnılarının təsiri
haqqında .....................................................................
25
27
28
29
I. Армянские признания
Армяне о себе
Егише Чаренц, известный армянский поэт: «В нас
лицемерие проявляется еще в утробе матери».
Ованес Туманян, известный армянский поэт и
писатель: «…истинное спасение должно начаться изнутри,
потому что мы больны изнутри». (О.Туманян, «Избранная
проза», стр.201, Ереван, 1977).
Ованес Туманян: «Наше несчастное племя никогда не
было политически независимым».
Н.С.Вартапетов: [«Армянская церковь»], вооружив-
шись христианским флагом, во все времена уничтожала
народы исторической Албании и ее неотъемлемой части
Карабаха (Арцаха) и, «умело подстраиваясь к историчес-
кой ситуации, оказывала услуги Сефевидам, затем –
Российской империи, точно так же, как в свое время
служила Византии, иранским Сасанидам, арабским хали-
фам и монголам». (Н.С.Вартапетов, «Христианские
памятники Закавказья»).
К.Патканов,
известный
армянский
историк,
арменовед: «Армяне никогда не играли особой роли в
истории человечества. Это не есть политический термин, а
название географической области, в которой разбросаны
отдельные поселения армян. Армяне всегда были плохими
хозяевами земель, на которых обитали, но они всегда
умело прислуживали сильным, продавая своих близких…».
(«Ванские надписи и их значение для Передней Азии»,
1875.).
Геворг Аслан, известный армянский историк: «У
армян не было государственности. Они не связаны
30
чувством родины и не связаны политическими узами.
Армянский патриотизм связан только с местом прожива-
ния». (Г.Аслан, «Армения и армяне», 1914).
С.Лехаци,
известный
армянский историк: «...От
Молдавии до Стамбула, от Ромелии до Великой Венеции
нет города, села, деревни, где бы не было армянина.
Подобно пыли расселялись мы по миру земли». (С.Лехаци.
«Путевые заметки». Восточная литература, Москва,
1965).
31
Армяне о своей истории
Манук Абегян, известный литературовед, языковед,
фольклорист, академик: «…где корни армянского народа,
как, когда, в какое время, откуда и какими путями он
пришел сюда… Мы не располагаем точными и ясными
свидетельствами
этого»
(«История
армянской
литературы», Ереван, 1975).
Левон Дабегян, известный специалист: «…армяне
своим национальным существованием и впрямь обязаны …
тюркам. Если бы мы остались среди византийцев или
других европейцев армянское имя всего-навсего могло
сохраниться только в исторических книгах».
Айказян, известный
армянский историк
: «Первая
армянская династия состоит не из исторических личностей,
а личностей, взятых из выдуманных сказок. Сам Мовсес
Хоренаци не является историком пятого столетия, а
историком-фальсификатором, жившим в седьмом столе-
тии». («Армянская история», Париж, 1919).
Гарагашьян: «О прошлом армян не имеются сведения,
которые можно было бы считать историей или преданием.
После принятия христианства придумали родство Айка с
Ноем. Принято, что он потомок Торгома, одного из внуков
Яфеса, сына Ноя. Ибо некоторые из старых историков имя
Торгома, упоминаемое в еврейских летописях, показали
как часть Армении, семья, род, нация Торгома. Об этом
впер-вые написал Хоренский Мовсес». («История восточ-
ного вопроса», Лондон, 1905).
Басмаджян: «Происхождение, история Армении и
армян очень темны. Эта территория с самых древнейших
времен завоевана пришедшими с равнин Памира,
Индикуша эмигрантами. Армяне, как и Римляне, греки,
иранцы и все нации имеют своих мифических героев.
32
Национальные историки, не располагая подробными,
явными источниками, их места заняли персонажами из
сказок». («Новая история армян», Париж, 1917).
Н.Пастермаджян, армянский историк: «Армянские
летописи относят появление Хайка и его народа в Армении
к 2200 году до н.э. и приводят список сменявших друг
друга до 800г. до н.э. духовных вождей и царей.
Современная наука не подтверждает эту легенду. Народы в
отличие от индивидов любят прибавлять себе возраст…».
Геворк Аслан: «Мы должны принять, что Мовсес
Хоренаци эти свои рассказы черпал из сирийских сказок
или же услышал от скитавшихся в Армении Хуруфитов и
мастерски воплотил их в собственном сочинении. Сам
пользовался историческими источниками Сирии и Ирана.
Присвоил отрывки из войны евреев Ясенхена, истории
церкви Еузебена, из паскале и Малалеса». (Геворк Аслан,
«Исторический этюд о населении Армении», Париж, 1909).
Б.Ишханян: «Настоящая родина армян – «Великая
Армения» есть Малая Азия».
(Б.Ишханян, «Народности
Кавказа», 1916).
Б.Ишханян: «Армяне, проживающие в Карабахе,
Dostları ilə paylaş: |