Xutbətul hacə Həmd ancaq



Yüklə 0,89 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix28.07.2020
ölçüsü0,89 Mb.
#32327
1   2   3   4   5   6   7
Без названия

 

HƏŞR VƏ MƏHŞƏR 

      Əhli Sünnə vəl Cəmaat insanların öldükdən sonra sorğu-sual olunmaları üçün Həşr 

olunacaqlarına da iman edirlər. İnsanlar dirildikdən sonra mələklər onları çılpaq, ayaqyalın və xitan 

olunmamış (sünnətsiz) olaraq Mevqif (hesab üçün durulacaq yer) deyə adlanan yerə həşr edəcəklər. 

«Siz bizim hüzurumuza ilk dəfə sizi yaratdığımız kimi tək-tənha, özü də sizə verdiyimiz (var-

dövləti, əhli-əyalı) arxanızda (dünyada) qoyub gəlmisiniz». (əl-Ənam 94). «Biz qiyamət günü onları 

üzü üstə sürünə-sürünə, kor, lal və kar kimi məhşər ayağına çəkəcəyik». (əl-İsra 97). «O gün 

(qiyamət günü) dağları (yerindən qoparıb) hərəkətə gətirəcəyik. (O vaxt) yeri dümdüz görəcəksən, 

(möminləri və kafirləri) bir yerə toplayacaq, onların heç birini (kənarda) qoymayacağıq». (Kəhf 47). 

«O gün (qiyamət günü) biz müttəqiləri Rəhmanın hüzuruna möhtərəm elçilər (şahanə qafilələrlə 

gələn əziz qonaqlar) kimi cəm edərik». (Məryam 85-86). «O, gün insanlar (qəbrlərindən qalxıb) heç 

bir başqa tərəfə meyl etmədən (hamını məhşərə) çağıran İsrafilin ardınca gedəcəklər. Rəhmanın 

(əzəməti və heybəti) qarşısında səslər kəsiləcək, yalnız pıçıltı eşidəcəksən». (Ta Ha 108). «Siz (ey 

insanlar!) üç zümrəyə ayrılacaqsınız, sağ tərəf sahibləri. Kimdir onlar? Sol tərəf sahibləri. Kimdir 

onlar? Və birdə öndə olanlar!» (əl-Vaqiə 7-10). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: 

«İnsanlar qiyamət günü çılpaq, ayaqyalın və xitan olunmamış (sünnətsiz) halda həşr ediləcəksiniz 

və şübhəsiz yaradılmışlar arasında qiyamət günündə ilk paltar geyindirilən adam İbrahim – 

əleyhissəlam – olacaqdır». Aişə – radıyallahu anhə – dedi: «Ey 

Allah


ın Rəsulu! Kişilər, qadınlar 

(birlikdə çılpaq olaraq həşr ediləcəklər və) bir-birilərinə baxmayacaqlar?» Peyğəmbər – sallallahu 

aleyhi və səlləm – buyurdu: «Bu kimi şeylərə baxmaq belə ağır olacaqdır». Ənəs b. Məlik – 


 

45

radıyallahu anhu – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – dən soruşdu: 



«Ey 

Allah


ın Rəsulu! Necə olur ki, kafir üzü üstə həşr edilir». Peyğəmbər – sallallahu aleyhi və səlləm 

– buyurdu: «Dünyada onu iki ayağı üstə yeridən, qiyamət günündə onu üzü üstə yeritməyə qadir 

deyilmi?».  

      Mevqif – (hesab üçün durulacaq yerdə) günəş insanların başlarına doğru yaxınlaşacaqdır və 

insanları tər, həyəcan bürüyəcəkdir. Kimi topuqlarına qədər, kimisi diz qapaqlarına qədər, kimisi 

sinəsinə qədər, kimisi də qırtlağına qədər tərə düşəcəkdir. «(Ya Məhəmməd!) 

Allah

ı zalimlərin 



etdikləri əməllərdən əsla qafil sanma! 

Allah


 onları cəzasını yubadıb elə bir günə saxlayır ki, həmin 

gün gözləri hədəqəsindən çıxar. Belə ki, onlar başlarını yuxarı qaldırıb durar, gözlərini də qıpa 

bilməzlər. Onların qəlbləri də boşdur». (Ürəkləri duyğusuzdur, orada xeyirdən heç bir əsər-əlamət 

yoxdur). (İbrahim 42-43). «(Ya Peyğəmbər!) Onları ürəklərin ağıza gələcəyi, udquna belə 

bilməyəcəkləri yaxın günlə qorxut. (O gün) zalimlərin nə bir dostu, nə də sözü keçən bir şəfaətçisi 

olar. 


Allah

 gözlərin xəyanətini və qəlblərin gizlətdiyini biləndir». (əl-Mumin 18). «Ey cinlər və 

insanlar! Sizinlə əməlli-başlı məşğul olacağıq». (ər-Rəhman 31). «Ruhun (Cəbrailin) və mələklərin 

səf-səf duracağı gün rəhmanın izn verdiyi kimsələrdən başqa heç kəs danışmayacaq, danışan da 

doğrunu deyəcəkdir». (ən-Nəbə 38). Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – 

sallallahu aleyhi və səlləm – buyurdu: «İnsanlar qiyamət günü o qədər tərləyəcəklər ki, onların 

tərləri yerin içinə yetmiş arşın qədər girəcəkdir. (Oranı isladacaqlar). Onlardan birinin təri 

qulaqlarının ortasına qədər çatacaqdır».  

      Əməllərinə görə isə bir qrup insanlar o dəhşətli bir gündə 

Allah


 – sübhanəhu və təalə – nin 

kölgəsi altında olacaqlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «

Allah

ın qiyamət günü 



kölgələdiyi bir qrup insanlar olacaqdır: «Ədalətli imam, varlığını 

Allah


 yolunda verən gənclər, qəlbi 

məscidlərə bağlı olan, 

Allah

 xatirinə bir-birini sevən, gözəl bir qadın tərəfindən cəlb olunan və 



«mən 

Allah


dan qorxuram!» deyib ondan uzaqlaşan, gizli sədəqə verən və təklikdə 

Allah


ı yad edib 

ağlayan». 

Allah

 bizi də onlardan etsin. Amin!  



 

HAQQ – HESAB 

      Əhli Sünnə vəl Cəmaat insanların dirildikdən sonra əməllərinin qarşılığının veriləcəyinə və 

əməllərinin hesaba çəkiləcəyinə inanırlar. Əməl səhifələri açılacaqdır. Kitabı sağ tərəfdən veriləcək 

olanlar yüngül haqq-hesab olunacaqlar və onlar yaxınlarının yanına sevinclə dönəcəklər. Kitabı sol 

tərəfdən və ya arxa tərəfdən verilən kimsə isə həlak olmasını təmənna edərək Cəhənnəmə 

atılacaqdır. O: «Kaş ki, mənim kitabım verilməyərdi! Kaş ki, hesabımın nə olduğunu bilməzdim!» 

deyəcəklər. «Peyğəmbər göndərilən ümmətləri sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də 

sorğu-sual edəcəyik». (əl-Əraf 6). «Əməl dəftərləri açılacağı zaman». (ət-Təkvir 10). «Kimin əməl 

dəftəri sağ əlinə verilmişsə onunla yüngül haqq-hesab çəkiləcək və o, ailəsinin, yaxınlarının yanına 

sevinclə qayıdacaqdır. Kimin əməl dəftəri arxa tərəfdən verilmişsə o: «Ay öldüm!» deyə şivən 

qopardacaq və Cəhənnəmə varid olacaqdır». (əl-İnşiqaq 7-10). «Əməl dəftəri sağ əlinə verilən 

kimsə deyəcəkdir: «Alın, əməl dəftərimi oxuyun. Mən öz hesabıma yetişəcəyimə möhkəm 

inanmışdım!».Bundan belə o xoş güzaran içində yüksək bir Cənnətdə olacaqdır. Əməl dəftəri sol 

əlinə verilən isə deyəcəkdir: «Kaş əməl dəftərim mənə verilməyəydi, hesabımın nə olduğunu 

bilməyəydim!». (əl-Haqqə 19-27). «Əməl dəftəri qarşısına qoyulacaq. (Ya Məhəmməd!) 

günahkarların orada yazılmış pis əməllərindən qorxduqlarını görəcəksən. Onlar belə deyəcəklər: 

«Vay halımıza! Bu əməl dəftəri niyə heç bir kiçik və böyük günhalarımızı nəzərdən qaçırmadan 

hamısını sayıb qeydə almışdır». (əl-Kəhf 49). «Biz hər bir insanın əməlini öz boynundan asar və 

qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. Oxu kitabını. Bu gün sən özün-

özünə haqq-hesab çəkməyə kifayətsən». (əl-İsra 13-14).  

      Qiyamət günü tərəzilər qurulacaq və bununla qulların əməlləri çəkiləcəkdir. Qulun əməllərinin 



 

46

əvəzi hesaba çəkiləcəkdir və etdiklərinin qarşılığı onlara veriləcəkdir. «O gün əməllərin çəkilməsi 



haqdır. Tərəziləri ağır gələnlər nicat tapanlardır. Tərəziləri yüngül gələnlər isə ayələrimizə 

haqsızlıq etdiklərindən özlərinə zərər eləyənlərdir». (əl_Əraf 8-9). «Biz qiyamət günü ədalət 

tərəzisi quracağıq. Heç kəsə əsla haqsızlıq edilməz. Bir xardal dənəsi ağırlığında olsa belə, hər 

hansı bir əməli nəzərə alarıq. Haqq-hesab çəkməyə biz kifayətik». (əl-Ənbiya 47). Peyğəmbər – 

sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim incədən-incəyə (yüngül) hesaba çəkilərsə o əzaba 

uğramış olacaqdır». Aişə – radıyallahu anhə – dedi: 

Allah

: «Onunla yüngül haqq-hesab çəkiləcək». 



(əl-İnşiqaq 8) deyə buyurmadımı?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «O, 

əməllərin ərzi haqqındadır». Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – 

sallallahu aleyhi və səlləm – buyurdu: «Heç şübhəsiz ki, qiyamət günü iri cüssəli, yekə bədənli 

birini gətirirlər. Lakin 

Allah

 yanında ağcaqanadın qanadı ağırlığında (bir savabı) da olmaz. Bu ayəni 



oxuyun: «Onlar o, kəslərdir ki, Rəbbinin ayələrini və onun hüzurunda duracaqlarını inkar etdilər. 

Onların bütün əməlləri puça çıxmışdı. Buna görə də biz onlar üçün heç bir daş-tərəzi 

qurmayacağıq». (əl-Kəhf 105). İbn Məsud – radıyallahu anhu – bir dəfə Ərak ağacından bir misvad 

qırdıqda ayaqlarının olduqca incə olduğundan onu görənlər gülməyə başladılar. Peyğəmbər – 

sallallahu aleyhi və səlləm – buyurdu: «Nəyə gülürsünüz?» «Ey 

Allah


ın Rəsulu! Ayaqlarının incəliyinə 

gülürük!» O, buyurdu: «Nəfsim əlində olan 

Allah

a and olsun ki, onlar mizanda (tərəzidə) Uhuddan 



da ağır gələcəklər».  

      Bütün bu əməllərdən başqa insanın etdiyi zikrlər də tərəzilərdə çəkiləcəkdir. Əbu Məlik əl-Əşari 

– radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Təharət 

imanın yarsıdır, əlhəmdulilləh də mizanı doldurur». Peyğəmbər – sallallahu aleyhi və səlləm – 

buyurdu: «Rəhmanın sevdiyi, mizanda ağır gələn və dildə yüngül iki kəlmə vardır: «Sübhənəllahi və 

Bilhəmdihi və Subhənallahul Azim».  

      Qulun etdiyi bütün əməllər çəkiləcəkdir. Əgər xeyr işləmişsə xeyr görəcəkdir, əgər pislik 

etmişsə pisliklə qarşılaşacaqdır. «Kim zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir, 

kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir». (əz-Zilzal 7-8). «Rəbbinə and 

olsun ki, biz onların hamısını sorğu-suala çəkəcəyik». (əl-Hicr 92).  

      Buna görə də yaxşılıq on qatdan yeddi yüz qata və 

Allah


ın qulları olan lütfü, qullarına bir ehsan 

olmaq üçün daha çox qatlarla da mükafatlandırılacaqdır. Pis əmələ gəldikdə isə pisliyin də əvəzi 

onun bir bənzəri olacaqdır. İnsan işlətdiyi pislikdən başqası ilə cəzalandırılmayacaqdır. «Kim yaxşı 

bir iş görərsə, ona həmin işin on qat əvəzi verilər. Kim pis bir iş görərsə, ona həmin işin misli 

qədər cəza verilər. Onlara haqsızlıq edilməz». (əl-Ənam 160). İbn Abbas – radıyallahu anhu – 

rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və səlləm – də Uca və Böyük 

Allah

dan etdiyi rəvayətdə 



buyurur: «

Allah


 bütün yaxşı və pis əməlləri yazmışdır». Sonra bunu açıqladı: «Hər kim bir yaxşılıq 

etməyi niyyət edib, lakin onu yerinə yetirməzsə 

Allah

 onu öz dərgahında tam bir həsənət (savab) 



olaraq yazar. Hər kim də bir yaxşılıq etməyi niyyət edib və onu yerinə yetirərsə, 

Allah


 onu öz 

dərgahında bir həsənət olaraq yazar. Hər kim pis əməl etməyi niyyət edib və onu yerinə yetirərsə, 

Allah

 onu öz dərgahında tam bir pis əməl olaraq yazar».  



      Qiyamət günü haqq-hesab iki cür olacaqdır.  

      1. HİSƏBUL-ƏRZ – təqdim etmək deməkdir. Onlara əməlləri təqdim olunacaqdır. Məs: Əbu 

Abdurrahman ən-Nubulli deyir ki, mən Abdullah b. Amr – radıyallahu anhu – nin belə dediyini 

eşitdim: Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü mənim ümmətimdən bir 

nəfəri bütün insanların qarşısında çağıracaqlar. Onun qarşısına günahlarla dolu doxsan doqquz 

kitab qoyulacaq. Hər birinin uzunluğu gözün son görmə hədd qədər olacaqdır». Sonra ondan 

soruşacaqlar. «Sən bunlardan hansınısa inkar edirsən?» O: «Yox, ya Rəbbim!» deyəcəkdir. 

Allah


 

buyuracaq: «Səndə bunlara qarşı bir yaxşı əməl varmı?» Həmin şəxs qorxudan özünü itirərək: 

«Yox, ya Rəbbim!» deyəcəkdir. Ona deyiləcək: «Sənin bir yaxşı əməlin var. Bu əməlinə görə sənə bu 

gün ədalətsizlik olmayacaqdır». Onun qarşısına: «Lə İləhə İlləllah» kəlməsi yazılmış vərəqə 

çıxarılacaq. Həmin insan deyəcək: «Ya Rəbbim! Bu vərəq bu qədər günahların qarşısında nə gücə 


 

47

malikdir». Günahları tərəzinin bir gözünə, həmin kəlməni isə tərəzinin o, biri gözünə qoyacaqlar. 



«Lə İləhə İlləllah» olan tərəzi ağır gələcəkdir. Rahmən və Rahim olan 

Allah


ın adı qarşısında heç bir 

şey ağır gəlməz».  

      2. HİSƏBUN-NİQAS – münaqişə etmək deməkdir. Onlarla etdikləri əməllərə görə münaqişə 

ediləcəkdir. Məs: İbn Ömər – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallalahu aleyhi və 

səlləm – buyurdu: «

Allah


 mömini yaxınlaşdırar. Onun üzərinə örtüyünü qoyar və onu örtər. Ona 

buyurar: «Filan günahını bilirsənmi? Filan günahını bilirsənmi?» Qul da: «Bəli, ya Rəbbim!» deyər. 

Bütün günahlarını ona tək-tək söyləyərlər. Qul artıq həlak olduğunu zənn etdiyi təqdirdə 

Allah


 ona 

buyuracaq: «Dünyada ikən səni bu günahlardan saxladım. Bu gün də bu günahlarını sənə 

bağışlayıram». Sonra ona etdiyi yaxşılıqların yazıldığı kitabı verərlər.  

      Kafir və münafiqə gəlincə: «Bütün insanların eşitdiyi bir şəkildə onlara deyiləcək. Bun -  

      lar Rəbbinə qarşı yalan söyləyən kimsələrdir. Bunu da bilin ki, 

Allah


ın lənəti zalimlərin 

üzərindədir» deyiləcəkdir. «

Allah

a iftira yaxandan daha zalim kim ola bilər? Onlar 



Allah

ın hüzuruna 

gətirilir, şahidlər belə deyərlər: «Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!» Bilin ki, zalimlər 

Allah


ın lənətinə gələcəklər. (Hud 18). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət 

günü kafir gətrilir və ona: «Nə deyirsən? Əgər yer dolusu qədər qızılın olsaydı onu (qaytarmaq 

üçün) fidyə verərdin?» deyə soruşulacaq. O: «Bəli» deyə cavab verəcəkdir. Bu dəfə ona deyiləcək: 

«Səndən daha yüngül və asandı istənilmişdi». Bir rəvayətdə: «Mənə heç bir şeyi şərik qoşmamağın 

(istənilmişdi). Lakin sən şərik qoşmaqdan başqa bir şey qəbul etmədin!».  

      Kafirlərin yaxşı və pis əməlləri tərəzidə çəkiləcək kimsələrin əməlləri kimi hesaba 

çəkilməyəcəkdir. Çünki onların yaxşı əməlləri yoxdur. Ancaq əməlləri sayılıb və əməllərindən 

xəbərdar olunacaqlar. Onlara etdikləri söyləniləcək və bununla da rəzil ediləcəklər. «Biz onların 

etdiklərin əməlləri qəsdən dağınıq zərrələrə döndərərik». (əl-Furqan 23). «Rəbbini inkar edənlərin 

əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar etdikləri əməllərdən heç 

bir fayda əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaş-maq». (İbrahim 18). «O gün nə bir 

insan, nə də bir cinn günahı barəsində sorğu-sual olunmayacaqdır. Günahkarlar üzlərindən 

tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar». (ər-Rahmən39). Çünki kafirin 

etdiyi yaxşı əməllərinin əvəzi dünyada veriləcəkdir. Qiyamət günü gələcəyi vaxt savabların yazıldığı 

səhifələrin bom-boş olduğunu görəcəkdir. Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kafir yaxşı bir iş gördüyü zaman onun 

müqabilində dünyada ikən əvəzi verilir. Möminə gəlincə şübhəsiz 

Allah


 onun həsənətlərini axirəti 

üçün onun lehinə saxlayır. Dünyadakı itaətinə görə isə onun ruzisini verir».  

      Buna görə də əziz və hörmətli qardaş və bacılarım gününüzü və vaxtınızı nəyə sərf etdiyinizi 

fikirləşin. Çünki o günü bu haqda fikirləşmək sizə heç bir fayda verməyəcəkdir. İbn Məsud – 

radıyallahu anhu – rəvayət edir ki Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət 

günü hər bir qul beş şey haqqında: ömrünü nəyə sərf etdiyini, cavanlığını necə keçirdiyini, var-

dövləti necə qazanıb hara xərclədiyini və öyrəndiyi elmə necə əməl etdiyi barəsində 

soruşulmadıqca ayağını Rəbbinin hüzurundan çəkməyəcəkdir».  



 

SİRAT 


      Əhli Sünnə vəl Cəmaat qiyamət günü insanların keçəcəkləri sirat körpüsünə də inanırlar. Sirat – 

məna etibarı ilə geniş yol, izlənilən yol deməkdir. «Şübhəsiz ki, bu mənim siratımdır (yolumdur). O 

halda ona uyun». (əl-Ənam 153). 

Allah


ın haqq dini olan bu siratın üzərində doğru yeriyən bir 

kimsə axirətdə də o, siratın üzərində doğru yeriyə biləcəkdir.  

      Sirat Cəhənnəm üzərində qurulmuşdur. Tükdən incə və qılıncdan itidir. Cənnət ilə Cəhənnəm 

arasındakı körpüdür. İnsanlar əməllərinə görə siratın üzərindən keçəcəklər. Kimisi bir göz 

qırpımında, kimisi ildırım kimi, kimisi rahat əsən külək kimi, kimisi yürüyən at kimi, kimisi dəvə 


 

48

kimi, kimisi yeriyərək, kimisi qaçaraq, kimisi sürünərək, kimiləri də zəncirlərlə tutulub Cəhənnəmə 



salınacaqdır. Hər kəs əməlinə görə oradan keçəcəkdir. Ta ki, günahlarından və kirşərindən 

təmizlənənə qədər. Siratı keçən kimsə isə Cənnətə girməyə hazır olacaqdır. «O gün kişilərin və 

qadınların nurunun onların önlərindən və sağ tərəfindən axıb şölə saçdığını (sirat körpüsündə 

onlara yol göstərdiyini) görəcəksən». (əl-Hədid 12). Aişə – radıyallahu anhə – deyir ki, Peyğəmbər – 

sallallahu aleyhi və səlləm – dən: «(Yadda saxla! Qiyamət günü) Elə bir gündür ki, yer başqa bir 

yerlə, göylər də başqa göylərlə əvəz olunacaq!». (İbrahim 48) – ayəsi haqqında: «O gün insanlar 

harada olacaqlar, ya Rəsulullah?» deyə soruşdum. Peyğəmbər – sallallahu aleyhi və səlləm - 

buyurdu: «Sirat üzərində».  

      Siratı keçdikdən sonra Cənnət ilə Cəhənnəm arasındakı bir körpüdə dayandırılırlar və birinin o 

biri üzərindəki haqqı qisas yolu ilə alınır. Nəhayət tərtəmiz edildikdən sonra Cənnətə girmək üçün 

onlara izn verilir.  

 

HOVUZ 


      Əhli Sünnə vəl Cəmaat qiyamət günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hovuzunun 

(əl-Havdul –Məvrudun) olduğuna da inanırlar. Bu hövuzun suyu süddən daha ağ, baldan daha 

şirindir. İyi miskdən gözəldir, ətrafındakı qədəhlərin sayı göydəki ulduzlar qədərdir. Eni bir aylıq, 

uzunluğu da bir aylıq gedilən məsafə qədərdir. Ondan bir dəfə içən bir daha əbədiyyən susamaz. 

Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «mənim hövuzum bir aylıq məsafə qədərdir. 

Suyu süddən ağdır, iyi miskdə gözəldir. Qədəhlərinin sayı göydəki ulduzlar qədərdir. Ondan bir 

dəfə içən bir daha əbədiyyən susamaz».  

      Lakin dində yeniliklər etmişlər o dəhşətli istidə bundan məhrum olacaqlar. Peyğəmbər – 

sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hovuza ilk gələn mən olacağam. Mənim yanıma 

gələcək olan oradan içəcək, oradan bir dəfə içən əbədiyyən susamayacaqdır. Mənim yanıma mənim 

tanıdıqlarım, onların da məni tanıdıqları bir qisim insanlar gələcəklər. Mənimlə onların arasında 

əngəl qoyulacaqdır». Başqa rəvayətdə: «Onlar məndəndirlər» deyəcəyəm. Mənə: «Sən onların 

səndən sonra nələr uydurub ortaya çıxartdığını bilmirsən» Bu dəfə mən də «Məndən sonra 

dəyişikliklər ortaya çıxaranlar məndən uzaq olsunlar, məndən uzaq olsunlar».  

      Hovuzun xüsusiyyətləri.  

      1. Uzunluğu bir ay gedilən məsafə qədərdir. 2. Eni bir ay gedilən məsafə qədərdir. 3. 

Dördbucaqlı şəklindədir. 4. Suyu baldan şirindir. 5. Süddən ağdır. 6. Buzdan soyuqdur. 7. Bir dəfə 

içən əbədiyyən susamaz. 8. Qədəhlərin sayı ulduzlərın sayı qədərdir. 9.İyi miskdən gözəldir. 10. 

Ona axan su Cənnətdəki Kövsər bulağından iki qızıl və gümüş boru ilə axır.  

      Bəzi rəvayətlərdə hər bir Peyğəmbərin öz hovuzu olduğu da qeyd edilir. Peyğəmbər – sallallahu 

aleyhi və səlləm – ə onlardan fərqli olaraq Cənnətdə Kövsər bulağı da veriləcəkdir. Kövsər – bol 

nemətlər deməkdir.  

      Hovuz ilə Kövsərin fərqi.  

      1. Hovuz məşhərdə olacaq, Kövsər isə Cənnətdə. 2. Hovuzun ləfzi Quranda varid olmayıb, 

Kövsər haqqında isə Quranda surə vardır. 3. Kövsər hovuzdan böyükdür. 4. Kövsər əslidir, hovuz 

isə qoludur. 5. Kövsər yalnız Peyğəmbər - sallallahu aleyhi və səlləm – ə verilib, hövuz isə bütün 

peyğəmbərlərə: «Həqiqətən biz sənə Kövsəri bəxş etdik». (əl-Kövsər 1). Səmura – radıyallahu anhu 

– rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər bir Peyğəmbərin hovuzu 

vardır. Onlar hansının hovuzundan daha çox insan su içmək üçün gəldiyi barədə bir-birləri ilə 

iftixar edərlər. Su içmək üçün insanların saylarının ən çox olduğu hovuzun mənim olacağına ümid 

edirəm». Lakin Peyğəmbər – sallallahu aleyhi və səlləm – in hovuzu ən böyük, ən şirin və su içmək 

üçün insanların saylarının ən çox olduğu hovuzdur. 

Allah

 bizi də onlardan etsin. Amin!  



 

 

49

CƏNNƏT VƏ CƏHƏNNƏM 



      Əhli Sünnə vəl Cəmaat Cənnət və Cəhənnəmin insanların əbədiyyən qalmaq üçün girəcəkləri 

yer olduqlarına inanırlar. Cənnət və Cəhənnəm yaradılmışdır. İndi də vardır. Əbədiyyən yox 

olmazlar.  

      Peyğəmbər – sallallahu aleyhi və səlləm – gecə namazına qalxdıqda bu duanı deyərdi: «Həmd 

yalnız sənədir. Haqq olan sənsən. Sənin vədin də haqdır. Sənə qovuşmaq da haqdır. Sözün də 

haqdır. Cənnət də haqdır. Cəhənnəm atəşi də haqdır. Bütün peyğəmbərlər də haqdır. Məhəmməd 

də haqdır. Qiyamət də haqdır». Ubadə b. Samit – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – 

sallallahu aleyhi və səlləm – buyurdu: «Kim şəhadət etsə ki, 

Allah

dan başqa haqq ilah yoxdur, 



Məhəmməd onun qulu və Rəsuludur, İsa – əleyhissəlam – onun qulu və Rəsuludur, Məryəmə dediyi 

söz və Ondan gəlmə bir ruhdur, Cənnət haqq, Cəhənnəm haqdır, 

Allah

 o insanı əməlindən asılı 



olmayaraq Cənnətə salar». Başqa rəvayətdə Rəsulullah – sallallahu aleyhi və səlləm – buyurur: 

«Cənnətin hansı qapısından istərsə, onu oradan içəri salar!»  

      Cənnət əbədi nemətlər yurdudur. 

Allah


 oranı iman edilməsi fərz olan şeylərə iman edən, 

Allah


 

və rəsuluna itaət edən, bunu da 

Allah

a ixlas ilə və Rəsuluna tabe olaraq gerçəkləşdirən təqva sahibi 



olan möminlər üçün hazırlamışdır. Oradakı nemətləri nə bir göz görmüş, nə də bir qulaq eşitmiş, 

nə də bir insanın xatirindən keçmişdir. «İman gətirib yaxşı əməllər edənlər isə yaradılmışların ən 

yaxşılarıdır. Onların öz rəbbi yanındakı mükafatı (ağacları) altından çaylar axan Ədn Cənnətləridir. 

Onlar orada əbədi qalacaqlar». (əl-Bəyyinə 7-8). «Etdikləri əməllərin mükafatı olaraq (

Allah

 

dərgahında) möminlər üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz». 



(əs-Səcdə 17). Ənəs b. Məlik – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – sallallahu aleyhi və 

səlləm – buyurdu: «Qiyamət günü Cənnət əhlindən olub dünyada ən çətin və məşəqqətli həyat 

sürən birisi gətirilir və Cənnətə bir dəfə salınıb çıxardılır». Ona: «Ey Adəm oğlu! Sən dünyada ikən 

heç çətinlik və sıxıntı gördünmü?» O da: «Xeyr, ya Rəbbim! Mən heç bir həyat çətinliyi və sıxıntı 

görmədim!».  

      Cəhənnəm isə 

Allah

ı inkar edib, Rəsuluna baş qaldıran kafirlər, münafiqlər, müşriklər, 



günahkarlar və zalimlər üçün hazırlanmışdır. Günahkarların atəşi əbədi deyildir. Kafirlərin atəşi isə 

əbədi olaraq sönməz. Orada ağıla gəlməyən cəzalar və əzablar vardır. De ki: «Haqq 

Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalimlər üçün elə bir 

atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. Onlar imdad istədikdə onlara 

qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə 

pis içki, o Cəhənnəm necə də pis məskəndir». (əl-Kəhf 29). Peyğəmbər – sallallahu aleyhi və səlləm 


Yüklə 0,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin