Anar İsayev Ramil Rəhimov


Azərbaycan  Toxtamışla  Əmir  Teymurun  maraqlarının  kəsişdiyi  məkan  idi.  Teymur  Azərbaycandan  digər  ərazilərə  hücum  üçün  dayaq



Yüklə 23,89 Mb.
Pdf görüntüsü
səhifə16/41
tarix28.07.2020
ölçüsü23,89 Mb.
#32345
1   ...   12   13   14   15   16   17   18   19   ...   41
Anar Isayev Tarix


 
Azərbaycan  Toxtamışla  Əmir  Teymurun  maraqlarının  kəsişdiyi  məkan 
idi.  Teymur  Azərbaycandan  digər  ərazilərə  hücum  üçün  dayaq  nöqtəsi  kimi 
istifadə  edirdi.  Ona  görə  də  böyük  oğlunu  bu  ərazilərə  hakim  təyin  etmişdi. 
Toxtamış  xana  qarşı  müharibədə  Əmir  Teymur    Şirvanşah  I  İbrahimlə  ittifaq 
bağlamışdı. 
Toxtamış  xanın  Azərbaycana  hücumlarının  qarşısını  almaq  üçün  Teymur  1387-ci  ildə  İrana  yürüş  etdi.  Teymurla 
birlikdə onun müttəfiqi olan Şirvanşahlar dövləti də Toxtamışa qarşı vuruşurdu.
 
 
 
Toxtamış xan və Əmir Teymur 
 
 

 
101 
 
1395-ci ildə Terek döyüşündə Əmir Teymur Toxtamış xanı  məğlubiyyətə  uğratdı. Bundan sonra Qızıl Ordu  dövləti 
zəiflədi və  xanlıqlara parçalandı.  Toxtamış xanı məğlub etdikdən sonra Əmir Teymur  Ön Asiya, Kiçik Asiya, Qafqaz, 
Suriya üzərinə yürüşlərini  davam etdirdi. Daha sonra Dehlini tutub böyük sərvətlə Səmərqəndə qayıtdı. 
 
Əmir Teymurun Kiçik Asiyaya yürüşü. Ankara döyüşü 
Əmir  Teymur  Hindistan  səfərindən  sonra  Kiçik  Asiyada  əsas  rəqibi  olan    Osmanlı  dövlətinə  qarşı  müharibəyə 
hazırlaşdı. 
İmperatorluğa  çevrilmiş  Osmanlı  dövlətinin  qoşunları  qərbdə  Avropanın  içərilərinə  doğru  irəlilədiyi  bir 
zamanda  qəfildən Şərqdən Əmir Teymurun hücumları ilə qarşılaşdı.  
Tərəflər  arasında  1402-ci  ildə  başvermiş  Ankara  düzənliyində 
həlledici döyüş baş verdi.  Ankara döyüşü nəticəsində:
 
 
Teymurilər  Osmanlılara  qalib  gəldi  və  İldırım  Bəyazid  əsir 
alındı. 
 
Osmanlı imperiyası I Bəyazidin oğlanları arasında bölündü. 
 
Osmanlı dövləti xeyli zəiflətdi və onların Avropanın içərilərinə 
doğru irəliləməsi bir müddət ləngidi. 
 
 
Teymur özü də bilmədən Avropanı Osmanlı işğallarından xilas etdi. 
Osmanlıları  məğlub  etdikdən  sonra  Əmir  Teymur  Çinə  yürüşə 
hazırlaşırdı.  Lakin  yürüş  ərəfəsində  Teymurun  1405-ci  il  martın  19-da 
Otrar  şəhərində  vəfat  etməsi  Çinə  yürüşün  baş  tutmamasına  səbəb  oldu.
 
Beləliklə,  Əmir  Teymur  Çini  tuta  bilmədi.  Vəsiyyətinə  uyğun  olaraq  o, 
Səmərqənddə dəfn olundu.
 
 
Teymurilər imperatorluğunun idarə etmə sistemi 
Teymuri  dövləti  mərkəzləşmiş  dövlət  deyildi.  Dövlət  inzibati  cəhətdən  uluslara  bölünmüşdü.  Dövlətdə  əmrlərin 
yerinə yetirilməsini, maliyyə və hərbi işləri divanxanalar  idarə edirdi. 
Maliyyə işlərini vəzir həyata keçirirdi. 
Çingiz  xandan  fərqli  olaraq  Teymur  müəyyən  iqtisadi  məqsədlər  də  güdürdü.  O,  sənətkarlığın,  ticarətin  inkişafına 
diqqət  yetirirdi.  Onun  siyasəti  nəticəsində 
Teymurilər  imperatorluğunun  paytaxtı  olan 
Səmərqəndi  dünyada  ən  böyük 
ticarət,  sənətkarlıq  və  mədəni  mərkəzlərdən  birinə  çevrilmişdi.  Teymur  işğal  etdiyi  ölkələrdən,   
xüsusilə  Azərbaycandan 
çoxlu sənətkar, rəssam və alimləri Səmərqəndə göndərir və burada 
möhtəşəm imarətlər, məscidlər, mədrəsələr tikdirirdi. 
Teymurun nəvəsi Uluq bəy Mavəraənnəhrə vali təyin edildikdən sonra Səmərqənd şəhəri daha da abadlaşdı
.
 
QEYD:
 Ölkə ərazilərinin uluslara bölünməsi Teymurilər və Monqol dövlətləri arasında oxşar cəhət  təşkil edir. 
 
Teymur imperatorluğunun zəifləməsi və süqutu 
Əmir  Teymur  Çingiz  xan  kimi  sağlığında  qurduğu  dövləti  oğlanları  və  nəvələri  arasında  bölüşdürmüşdü. 
Lakin 
Teymurun  ölümündən  sonra  daxili  çəkişmələr,  varisləri  arasında  hakimiyyət  uğrunda  mübarizə 
və  ara  müharibələri 
Teymuri dövlətini zəiflətdi və onun parçalanmasını sürətləndirdi
.  Teymurdan sonra taxtda 
Xəlil Sultan (1405-1409), daha 
sonra Şahruxa (1409-1447) çıxdı. Şahruxun hakimiyyəti dövründə: 
 
Teymurilər  dövlətinin paytaxtı Herata köçürüldü. 
 
Qaraqoyunlu dövlət Teymurilərdən  asılı vəziyyətə düşdü. 
Şahruxun  ölümündən  sonra  dövlət  zəiflədi.  Teymurilərin  zəifləməsindən  istifadə  edən  Azərbaycan  hökmdarı 
Qaraqoyunlu Cahan şah vassal asılılığından çıxdı. 
Şahruxun  ölümündən  sonra  hakimiyyət  Uluqbəyə  (1447-1449)  keçdi.  Uluqbəy  dövləti  uzun  müddət  idarə  edə 
bilmədi və oğlu Əbdüllətif tərəfindən öldürüldü. Belə bir vəziyyətdə Mərkəzi Asiyada yeni yaranmış Şeybanilər dövləti 
ilə Teymurilər arasında mübarizə başladı.
 
Teymur  imperiyasında  hakimiyyətə  gələn  Əbu  Səid  Teymur  imperiyasını  bərpa  etməyə  çalışdı.  Bu  zaman 
Azərbaycanda qüvvətlənmiş Ağqoyunlular qaraqoyunlu hökmdarı Cahan şahı öldürərək Qaraqoyunlu dövlətinin varlığına 
son  qoydular.  Teymuri  Əbu  Səid  bir  zamanlar  Teymurilərin  vassalı  olmuş  Cahan  şahın  öldürülməsini  bəhanə  edib 
Ağqoyunlulara müharibə elan etdi. Azərbaycana yürüş edən Əbu Səid Ağqoyunlu hökmdarı Uzun Həsən tərəfindən məğlub 
edildi.  Bu  dövrdə 
Şeybanilər  teymurilərin
  Buxara,    Səmərqənd  və  digər  ərazilərini  tutdular.  Teymurilərin  əlində  yalnız 
Xorasan vilayəti qaldı. 
Lakin sonuncu Teymuri hökmdarı Hüseyn Bayqaranın (1470-1505) hakimiyyəti dövründə:
 
 
Şeybanilər qalibiyyətli müharibə nəticəsində ölkədən çıxarıldı.
 
 
 Teymurilər imperatorluğu bərpa edildi və dövlət
 bir qədər gücləndi
.
 
Lakin  Hüseyn  Bayqaranın  ölümündən  sonra  Şeybanilərin  hücumları  gücləndi.  1507-ci  ildə  Məhəmməd  Şeybani 
xan Xorasanı tutdu və Teymurilər dövləti süqut etdi. Beləliklə, Teymurilər dövlətinin varlığına Şeybanilər tərəfindən son 
qoyuldu. 
 
 

 
102 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Feodal monarxiya 
dövlətləri idilər 
 
Dövləti idarə etmək 
üçün Divanlar 
yaradılmışdı 
 
Qafqazı, Mərkəzi 
Asiya və İranı istila 
etmişdilər 
 
Monqol və Teymurilər dövlətləri üçün oxşar cəhətlər 
 
Ölkə ərzisi inzibati 
cəhətdən  uluslara 
bölünmüşdü 
 
Güclü  süvari  ordu  yaratdı.  Hərbi  yürüşləri  nəticəsində  Mərkəzi  Asiya, 
Qafqaz, o cümlədən Azərbaycan, Ön Asiya, Hindistan işğal edildi 
 
Paytaxtı Səmərqənddən Herata köçürüldü, Qaraqoyunlu dövlət 
Teymurilərdən  vassal asılılığına düşdü. Ölümündən sonra dövlət zəiflədi
 
Səmərqənddə  çoxlu  mədrəsələr  tikdirdi.  Dövləti  uzun  müddət  idarə  edə 
bilmədi və oğlu Əbdüllətif tərəfindən öldürüldü 
Uluq bəy 
 
Şahrux
 
Əmir Teymur 
 
 
Hüseyn Bayqara
 
Əbu Səid 
 
Şeybanilər  qalibiyyətli  müharibə  nəticəsində  ölkədən  çıxarıldı,  Teymurilər 
imperatorluğu bərpa edildi və dövlət bir qədər gücləndi 
 
Teymurilər  imperiyasını  bərpa  etməyə  çalışdı,  Ağqoyunlularla  uğursuz 
müharibə apardı, Şeybanilər Buxara,  Səmərqənd və digər ərazilərini tutdular 
 
 
Əmir  
Teymur 
 
Ankara döyüşündə 
osmanlıları məğlub 
etmişdi 
 
Terek döyüşündə 
Toxtamış xanı 
məğlub etmişdi 
 
Səmərqəndə çoxlu 
sənətkar 
köçürmüşdü 
 
Gəncliyində Toğluq 
Teymurun yanında 
xidmət etmişdi 
 
Səmərqəndi ticarət  
və sənətkarlıq 
mərkəzə çevirmişdi 
 
Teymuri dövlətinin 
əsasını   
qoymuşdu 
 
Dehli şəhəri daxil 
olmaqla Hindistanı 
ələ keçirmişdi 
 
Cağatay ulusunun 
Barlas  
qəbiləsindən idi 
 
 

 
103 
 
 
Qədim və Orta Əsrlər dövründə yaranmış Türk dövlətləri 
 
 
 
 
Adı 
 
Banisi 
 
Bayrağı 
 
Paytaxtı 
 
Ərazisi 
 
Böyük Hun 
(e.ə 220 – e. 58) 
 
Teoman Tanhu 
 
 
 
Beşbalıq 
Şimalda Sibirə, cənubda  Himalay dağlarına, 
şərqdə Sakit okeana, qərbdə Ural dağı və 
Xəzər dənizinə qədər olan ərazilər 
Qərbi Hun 
(IV əsr - 470) 
 
Balamir xan 
 
 
 
Segedin 
Şərqdə İdilə, qərbdə Reyn çayına, şimalda 
Baltik dənizinə, cənubda Balkan 
yarımadasına qədər olan ərazilər 
Ağ Hun 
(IV əsr - 567) 
 
 
Kağan xaqan 
 
 
 
Sakala 
 
Mərkəzi Asiya, Əfqanıstan və Şimal-Şərqi 
Hindistanın bir hissəsi 
I Göytürk 
(552-588) 
 
Bumin xaqan 
 
 
Ötükən 
Şərqdə Koreya körfəzinə, qərbdə Xəzər 
dənizinə, cənubda Qumlu səhraya, şimalda 
İdil və Yenisey çayına qədər olan ərazilər 
II Göytürk 
(682-744) 
 
İltəris xan 
 
 
 
Ötükən 
Şərqdə Sarı dənizə, qərbdə Xəzər dənizinə 
və Krımın şərqinə, şimalda Sibirə, cənubda 
Kəşmirə qədər olan ərazilər 
Avar 
(558-803) 
 
Bayan xaqan 
 
Dunapentele 
yaxınlığı 
Don çayından Qalliyaya, slavyan 
torpaqlarından İtaliyaya qədər olan ərazilər 
Xəzər 
(634-965) 
 
Xəzər xaqan 
 
 
Səməndər və İdil 
Qafqazın və Qara dənizin şimalı, Volqadan 
Dneprə və şimalda Kiyev şəhərinə qədər 
olan ərazilər 
Uyğur 
(744-842) 
Qutluq Bilgə 
Gül xan  
 
 
 
 
 
Ordu 
 
Şərqdə Altaydan Mancuriyaya, cənubda 
Qobi səhrasına qədər  olan ərazilər 
Böyük Bulqar 
(630-665) 
Başçı Qurd 
xaqan 
 
 
 
Bulqar 
 
Şimali Qafqaz 
Oğuz 
(X əsr – 1000) 
 
Oğuz xan 
 
 
 
Yenikənd 
 
Seyhun çayı və Xəzər dənizi arasındakı 
ərazilər 
Qaraxanlı  
 (927-1212) 
 
Qutluq Bilgə 
Gül Qədir xan 
 
 
Qaşqar 
Balasaqun 
Uzgen 
Balxaş gölündən  Hindiquş və Qaraqorum 
dağlarının ətəklərinədək olan ərazilər 
Qəznəvilər  
(962-1187) 
 
Alptəkin 
 
 
 
Qəznə 
Lahor 
 
Hindistandan Xarəzmə və Xəzər sahili 
torpaqlara qədər olan ərazilər 
Səlcuq dövləti 
(1038-1157) 
 
Toğrul bəy  
 
Nişapur  
Rey  
İsfahan 
 
Mavəraənnəhrdən Mesopotamiyaya və 
Hindiquş dağlarına qədər olan  ərazilər 
 Dehli sultanlığı 
(1206-1526) 
 
 
Qütbəddin 
Aybək  
 
 
Dehli 
Deogir 
 
Hindistan,  Pəncab, Doab, Bihar Benqaliya 
və Dekan yaylasınadək olan ərazilər 
Osmanlı 
(1299-1922) 
 
Osman Qazi  
 
 
Bursa  
Ədirnə  
İstanbul 
 
Üç qitədə - Avropa, Asiya və Afrika 
qitələrində yerləşirdi 
Teymurilər 
(1370-1507) 
 
Əmir Teymur 
 
 
 
 
Səmərqənd 
Herat 
Şimalda Dərbənd, cənubda İran körfəzi, 
şərqdə Qobi səhrası və Qanq çayı, qərbdə 
Balkan yarımadasınadək olan ərazilər 
Böyük Moğol  
(1526-1858) 
 
Babur şah  
 
 
Aqara 
Lahor 
Dehli 
İndiki Hindistan və Pakistan  ərazini əhatə 
edirdi 
 
 
 

 
104 
 
Erkən Orta əsrlər dövründə Türk və Şərq xalqlarının mədəniyyəti 
 
Orxon-Yenisey abidələri 
Feodalizm  şərqdən  başladı.  Bu  özünü  elmin,  mədəniyyətin 
inkişafında  da  büruzə  verdi.  Şərqdə  təhsil,  elm  və  incəsənət  inkişaf 
etdi. Sonralar Avropa da şərq xalqlarının yaratdığı mənəvi xəzinədən 
bəhrələndi. 
Erkən orta əsrlərdə qüdrətli türk imperatorluqlarının yaranması 
ümumtürk mədəniyyətinin yüksəlişində mühüm rol oynadı. Bu dövrdə 
türk  xalqlarında  müxtəlif  yazı  növlərindən  istifadə  edirdi.  Türk 
xalqlarına  məxsus  ən  mühüm  yazılı  mənbə  Orxon-Yenisey 
abidələridir.    Bu  abidələr  türklərin  ilk  tarixi  daş  yaddaşı,  ümumtürk 
ədəbiyyatının  dövrümüzədək  gəlib  çatmış  ilk  nümunəsidir.  Orxon-
Yenisey  abidələri  V-VIII  əsrlərə  aiddir.  «Orxon  abidələri» 
Monqolustanın Orxon çayı sahilində aşkar edilib.
 
Onların ən məşhuru 
Göytürk  xaqanı  Bilgə  xaqan,  qardaşı  Kül  tigin  və  baş  vəzir 
Tonyukuk üçün qoyulmuş abidələrdir. Göytürk yazısı Orxon-Yenisey 
abidələrinin  yerləşdiyi  ərazidə  aparılan  arxeoloji  qazıntılar  zamanı 
aşkarlanmışdı.  Orxon-Yenisey  abidələrinə  əsaslanaraq  qeyd  etmək 
olar ki, göytürk əlifbası
 
Dördü sait, otuz dördü samit olan 38 hərfdən ibarət idi. 
 
Sətirlər  yuxarıdan  aşağıya  yazılmış,  sağdan-sola 
yerləşdirilmişdir.  
Türk  xalqlarında  İslamdan  əvvəlki  dövrdə  rəssamlıq  və 
heykəltəraşlıq inkişaf etmişdi. Göytürk heykəltəraşları öz xaqanlarının 
şərəfinə bəngüdaşlar  adlandırılan heykəllər qoyurdular. 
 
Xalq dastanları 
Türk  xalqlarının  ədəbiyyatının  beş  min  ildən  artıq  zəngin  bir 
tarixi  vardır.  Ən  qədim  ədəbi  nümunələr  şifahi  şəkildə  yaranmışdır. 
«Oğuz  xaqan»,  «Boz  qurd»,  «Törəyiş  xan»  və  «Dədə  Qorqud» 
dastanları  buna  misaldır.  Türk  xalqlarında  yazılı  ədəbiyyat  meydana 
gəldi.  IX  əsrdə  yaşamış  bulqar  şairi  Mikayıl  Baştunun  «Şan  qızı 
dastanı»  əsəri  yazılı  ədəbiyyatın  günümüzə  qədər  gəlib  çıxmış  ən 
gözəl nümunələrindən biridir. 
 
İslam mədəniyyətinin formalaşması 
İslam  dininin  meydana  gəlməsi  və  yayılması  yeni  bir 
mədəniyyətin  formalaşmasına  imkan  yaratdı.  İslamın  yayıldığı 
ərazilərdə  ərəb  dili  elmi  və  ədəbi  dilə  çevrildi.  Artıq  ərəb  dili 
məktəblərdə  öyrədilir,  qədim  yunan  və  Roma  müəlliflərinin  əsərləri 
bu  dilə  tərcümə  edilirdi.  İslam  dini  təhsilin  inkişafına  ciddi  təsir 
göstərdi. Məscidlərin yanında məktəblər yaradıldı ki, orada «Qurani-
Kərim» və ərəb dili öyrədilirdi.  
Yaradılan təhsil ocaqlarında  dini elmlərlə  yanaşı, riyaziyyat, astronomiya, təbabətə aid elmi biliklər verilirdi. Böyük 
şəhərlərdə yüzlərlə şagirdi olan mədrəsələr mövcud idi. Oxuyub yazmağı bacaran savadlı şəxslər Xilafətə gərəkli adamlar 
hesab olunurdu. Mədrəsələrdə zəngin kitabxanalar mövcud idi. Kitablar əl yazısı ilə, böyük zəhmət hesabına başa gəlirdi.  
Təhsilini  başa  çatdıran  hər  bir  kəs  «şəhadətnamə»  alırdı.  Mədrəsələrdə  o  dövrün  ən  görkəmli  elm,  mədəniyyət,  din 
xadimləri dərs deyirdilər. Sonralar mədrəsələrin nümunəsində Avropada universitetlər yaranmağa başladı. 
 
 
 
 
 
 
 
 
 
Orxon-Yenisey abidələri 
 
 
 
Bəngüdaşlar 
 
 
 
 
Göytürk əlifbası 

 
105 
 
Elmi biliklər 
Erkən  orta  əsrlərdə  türk  xalqlarının  əsas  elm  mərkəzləri  Mərkəzi  Asiyanın  Ürgənc
Mərv,  Buxara,  Səmərqənd,  Xarəzm  şəhərləri  idi.  Qəznəvi  hökmdarı  sultan  Mahmudun 
sarayında  400  alim  və  şair  çalışırdı.  Bu  şəhərlərdə  Fərabi,  İbn  Sina,  Biruni,  Yusif 
Balasaqunlu, kimi alimlər çalışmışdılar.
 
Şərqin böyük mütəfəkkiri  Fərabi (870-950) yunan alimi Aristotelin əsərlərinin izahını 
vermiş,  bu  səbəbdən  də  «ikinci  müəllim»  adına  layiq  görülmüşdü.  O,  Aristoteldən  sonra  ilk 
dəfə elmi biliklərin təsnifatını vermişdi. 
İslam  dininin  möhkəmlənməsi  ilə  Xarəzmdə  həyat  yenidən  canlandı.  Xarəzm  tacirləri 
ticarət üçün Xəzər xaqanlığına, Bulqar dövlətinə gedirdilər. Ürgənc şəhəri regionda ən inkişaf 
etmiş  elm,  təhsil  və  ticarət  mərkəzinə  çevrildi.  Bu  dövrdə  Xarəzmdə  əl-  Xarəzmi,  Əbu 
Reyhan əl-Biruni kimi böyük alimlər yetişdi. IX əsrdə butada yaşayıb-yaratmış Xarəzmi cəbr 
elminin təməlini qoymuşdur. 
Əbu  Reyhan  əl-Biruni  (973-1048)  diametri  5  metrə  yaxın  olan  ilk  qlobus  düzəltmişdi. 
Biruni dünyada ilk dəfə olaraq Yerin Günəş ətrafında fırlanması fikrini irəli sürmüşdü. 
Astronomiyanın  inkişafı  rəsədxanaların  tikilməsinə  səbəb  oldu.  Alimlər  rəsədxanada 
işləyərək yer kürəsinin təxmini ölçüsünü vermişdilər. Təsadüfi deyildir ki, ulduzların çoxunun 
adı ərəb alimlərinin adı ilə bağlıdır. 
«Elmlərin şeyxi», «böyük loğman», şair Əbu Əli İbn Sina (980-1037) beş cilddən ibarət 
«Tibb ensiklopediyası» və «Tibb elminin qanunu» əsərləri ilə şöhrət qazanmışdır. Görkəmli 
Azərbaycan alimi Bəhmənyar əl-Azərbaycani İbn Sinanın şagirdi olmuşdur. 
Tarix elmi Xilafət  dövründə  də  inkişaf etmişdi.  Ərəb işğallarını qələmə  alan  Əhməd əl-
Bəlazuri  «Ölkələrin  fəthi»  əsəri  ilə  dövrün  hadisələrini  işıqlandırmışdı.
 
Xilafətin  200  illik 
tarixini  yazmış  Təbəri  xürrəmilər  hərəkatı  haqqında  məlumat  verən  tarixçilərdəndir. 
Həmədani isə tarix ensiklopediyasını yaratmışdı.
 
Məşhur  «Min  bir  gecə»  nağılları  nəsr  və  şeirin  inkişafına  nümunədir.  Bu  nümunə  ərəb 
ədəbiyyatının  «qızıl dövrü»  Abbasilərin vaxtına  təsadüf edir. Bu inkişaf təkcə ərəblərlə  bağlı 
olmayıb,  Xilafətdə  yaşayan  bütün  xalqların,  o  cümlədən  Azərbaycan  xalqının  zəkasının 
məhsuludur.
 
 
Memarlıq 
Xilafət  dövründə  ən  çox  inkişaf  edən  sahə  memarlıq  idi.  Çoxlu  qalalar,  saraylar, 
məscidlər, minarələr tikilən bu dövrün mədəniyyət nümunələri dövrümüzədək gəlib çatmışdır. 
Məscidlərin divarları oymalarla bəzədilir, naxışlar vurulurdu. Samirədəki Ulu məscid dövrün 
gözəl memarlıq nümunəsidir. 
Quranın üzünün köçürülməsi xəttatlığın inkişafında yeni imkanlar açdı. Sonralar kitablarda 
gözəl  miniatürlər  yaradıldı.  Burada  həyatdan  səhnələr,  heyvanlar,  quşlar  və  başqa  şəkillər 
çəkilirdi.  Cənubi  Qafqaz  ölkələrində  V  əsrdən  yeni  yazı  növləri  meydana  gəlsə  də,  Xilafət 
dövründə  ərəb  yazısı  öz  mövqeyini  saxlayırdı.  O  zaman  Qafqaz  xalqları  Türk-İslam 
mədəniyyətinin  təsiri  altında  memarlıq,  xəttatlıq,  bədii  sənət  sahələrində  dəyərli  sənət 
nümunələri yaratmışdılar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
106 
 
 
Klassik feodalizm dövründə Türk və Şərq xalqlarının mədəniyyəti 
 
 
Təhsil 
Klassik  feodalizm  dövründə  türk  xalqları  ümumdünya  mədəniyyətinə  bənzərsiz  incilər  bəxş  etmişdilər.  Klassik 
feodal  dövlətlərində  hökmdarların çoxu ədəbiyyatla, incəsənətlə, elmlə  məşğul olurdular.  Qüdrətli türk imperatorları Alp 
Arslan, I Məlikşah, Əmir Teymur, Uluqbəy,  Sultan  Süleyman Qanuni və başqaları bu incilərin ərsəyə gəlməsində mühüm 
rol  oynamışlar.  Alp  Arslan  tərəfindən  1066-cı  ildə  Bağdadda  açılan  «Nizamiyyə»  mədrəsəsi  dünyanın  ilk 
universitetlərindən sayılırdı. Universitetdə dini biliklərlə yanaşı, həm də hüquq, ədəbiyyat, riyaziyyat, astronomiya elmləri 
tədris edilirdi. Nizamiyyə universitetindən sonra Təbrizdə yaradılan Rəşidiyyə ali mədrəsəsi Şərqdə ikinci ali təhsil ocağı 
idi.  Teymuri  hökmdarı  Uluqbəy  Səmərqənddə  çoxlu  mədrəsələr  tikdirmişdi.  Süleyman  Qanuni  təhsil  ocaqlarının 
artmasına xüsusi diqqət yetirirdi. 
 
Elmi biliklər 
Klassik feodalizm dövründə elmi biliklər 
inkişaf edirdi. Bu dövrdə Ömər Xəyyam, 
Mahmud  Qaşğari,  Fəzlüllah  Rəşidəddin,  Piri  Rəis,  Nəsrəddin  Tusi  kimi  türk  alimləri 
yaşayıb  yaratmışdılar.  Astronomiyanın  inkişafında  xüsusi  rol  oynamış  İsfahan,  Marağa, 
Səmərqənd  rəsədxanaları  tikilmişdi.  Dövrün  görkəmli  alim  və  şairi  Ömər  Xəyyam 
İsfahan  rəsədxanasının  başçısı  olmuşdu.  Onun  tərtib  etdiyi  «Cəlali  təqvimi»  miladi 
təqvimindən  daha
  dəqiq  hesablamalara  əsaslanırdı.  Digər  görkəmli  türk  astronomu 
Mahmud Qaşğari ulduz bürclərinin dövrü adını (siçan, öküz, bəbir, dovşan, timsah, ilan, 
at,  qoyun,  meymun,  toyuq,  it,  donuz)  türk  dillərində  vermişdir.  Teymuri  hökmdarı  və 
görkəmli astronom Uluqbəy Günəş, Ay və ulduzların hərəkətlərini göstərən cədvəl düzəldib 
Ay və Günəşin orbitlərini müəyyən etmişdi. 
Tibb  elminin  inkişafına  xüsusi  diqqət  yetirilirdi.  Osmanlı  dövlətinin  Ədirnə  və 
Azərbaycanın  Təbriz  şəhərlərində  darüşşəfa  adlı  xəstəxanaları  açılmışdı.  Görkəmli 
Azərbaycan  alimi  Fəzlüllah  Rəşidəddinin  tibbə  aid  əsərləri  Şərqdə  böyük  şöhrət 
qazanmışdı. 
Məşhur  türk  admiralı  Piri  Rəis  tərtib  etdiyi  dəniz  atlasına  Amerika  qitəsini  daxil 
etmişdi. Bu onu göstərirdi ki, avropalılardan daha əvvəl türk coğrafiyaçıları  və səyyahları 
Amerika qitəsi haqqında məlumatlara malik idilər. 
Böyük Moğol hökmdarı Əkbər şahın dövründəki Hindistan  mədəniyyətini  «Əkbər 
əsri» adlandırırlar. Tarixçi Əbül Fəzl əsərlərində Əkbər şahın fəaliyyətini təsvir etmişdi 
 
 
 
 
 
Yüklə 23,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin