4.2. Sürətli oxuma Ə
vvəlki bənddə oxuma metodları haqqında söhbət açılmışdı. Böyük
həcmdə materialın oxunması üçün isə təkcə bu metodlardan istfadə etmək
kifayət etmir. Burada xüsusi oxuma texnikasının tətbiqinə çalışmaq lazım-
dır. Yuxarıda təsvir eidlmiş oxuma metodları əsasən aşağı kurs tələbələri
üçün yararlıdır. Ali məktəbdə təhsil müddətində isə təcrübələrin artması
ona gətirib çıxarır ki, bu metodlar adiləşir. Bu inkişaf həm də onunla əsas-
lanır ki, təhsi pilləsi ilə irəlilədikcə artan materialın həcmi oxuma
keyfiyyəti ilə bərabər oxuma sürətinə də tələblər qoyur.
Sadə strategiyanın tətbiqi sayəsində oxuma sürətini əhəmiyyətli
dərəcədə artırmaq olar. Bu strategiyaları öyrənib bütün təhsil boyu tətbiq
etmək gərəkdir. Bir çox məşhurların dediyinə görə qalın kitabı iki saata
oxuyub onu yüksək dəqiqliklə danışmaq mümkündür [29]. Bu müəyyən
dərəcədə şişirdilmiş kimi görünsə də, həqiqətən sürətlə oxuyub, eyni
zamanda vacib hissələri yaddaşda saxlamaq olar. Bunun sirri sadədədir:
“normal oxucu” mütaliə zamanı mətni söz-söz, yeni başlayanlar isə heca-
heca oxuyurlar. Profesionallar isə açar sözlərdən istifadə edirlər. Onlar bir
açar sözdən digərinə tərəf sürətlə keçir. Bu gün elmi ədəbiyyatlardan
məlumdur ki, böyük insanın elmi ədəbiyyatı oxuma sürəti 130‒180 söz/dəq
arasındadır [29].
Oxuma sürəti həmçinin mətnin növündən də asılıdır. O, çətin mətnlərdə
(məsələn: xarici ədəbiyyat) aşağı düşür, asan mətnlərdə (məsələn: əyləncə
ə
dəbiyyatı) isə kəskin artır.