tərəfindən tam mənilsənilməməsi və qanda onun miqdarının kəskin artması səbəbindən baş verir.
Koma tədricən inkişaf edir. Komadan qabaq xəstədə yuxululuq, yanğı hissiyatı, ürəkbulanma,
qusma, ümumi halsızlıq, zəiflik, baş ağrısı, iştahanın itməsi, dispepsik pozğunluqlar, tənəffüsün
tezləşməsi qeyd olunur. Dəri və görünən selikli qişalar solğun və quru olur. Polidipsiya,
poliuriya, ağızda quruluq qeydə alınır. Sonra tənəffüs dərinləşir və uzanır, Kusmaul tipli tənəffüs
əmələ gəlir. Ağızdan aseton iyi gəlir, üzün cizgiləri dərinləşir. Əzələlər boşalır, vətər refleksləri
zəifləyir, yaxud tam itir.
Laborator müayinədə hiperqlikemiya, metabolik asidoz, sidikdə şəkır və aseton aşkarlanır.
Qanda leykositoz və qalıq azotun miqdarının artması müşahidə olunur. Kəskin böyrək
çatışmamazlığı baş verdikdə uremiya, qanda kreatinin miqdarının artması olur.
Dostları ilə paylaş: