Cərəyanın daxil və xaric olduğu yerdə ağır elektroyanıqlar, hətta kömürləşmə baş verə bilər.
Yüngül hallarda cərəyan «nişanələri» – dairəvi ləkələr – 1-6sm diametrində – ortası tünd
kənarları göyümtül olur. Termiki yanıqlardan fərqli olaraq, tüklər «ütülmüş» olmur. Bu ləkələrin
kənarlarında dəridə cırılmış arı pətəyi şəklində dəyişiklik olur. Ümumi təsiri ondan ibarətdir ki,
ətrafların əzələlərində cərəyanla təmas zamanı əzələlər kəskin qıcolma kimi yığılır. Yüksək
gərginlik zamanı isə huşun itməsi, tənəffüsün dayanması, aritmiya, hətta fibrilyasiya baş verə
bilər. Ürək fəaliyyətində dəyişiklik hətta bir neçə gündən sonra özünü göstərə bilər (EKQ).
Bəzən cərəyanın təsirindən zədələnən şəxs kənara atılır, nəticədə sümüklər sınır, daxili
orqanlarda ağır zədələnmələr əmələ gələ bilər. Ağır hallarad kardiogen şoku xatırladan hal əmələ
gələ bilər – tez-tez zəif nəbz, arterial təzyiq aşağı düşür, avazımış, qorxmuş, təngənəfəs
vəziyyətdə olur. Bəzi hallarda qıcolmalar, tənəffüsün dayanması baş verə bilər. Diaqnozu
qoymaq üçün cərəyan ilə əlaqədə olub – olmaması, cərəyan «nişanələrinə», ümumi əlamətlərə
fikir vermək lazımdır.
Dostları ilə paylaş: