Ⅲ dərəcəli yanıqlarda – dərinin bütün qatları yanır, boz, bəzən isə qəhvəyi və ya qara rəngdə
qartmaq əmələ gəlir, həmin toxumalarda hissiyat itir, yara ikincli sağalır, yerində kobud çapıq
qalır, bəzən isə plastik operasiya etmək lazım gəlir. Bu dərəcə özüdə 2 yerə bölünür
ⅢA – dərinin üst qatının məməyəbənzər qatın zirvəsinədək nekrozu baş verir
ⅢB - dərinin bütünlüklə nekrozu müşahidə edilir
Ⅳ dərəcəli yanıqlarda – kömürləşmə baş verir, əzələlər, vətərlər, sümüklər yanır. Əgər aşağı və
yuxarı ətraf bu cür yanarsa, xəstənin vəziyyətini yalnız amputasiya xilas edir. Ⅰ, Ⅱ və ⅢA
dərəcəli yanıqlar səthi ⅢB və Ⅳ dərəcəli yanıqlar dərin yanıqlar adlanır. Yanıq sahəsi kritik
həddi keçdikdə termiki xəsarət almış şəxslərdə yanıq xəstəliyi meydana çıxır.
Yanıq xəstəliyinin gedişində 4 dövr ayırd edilir:
yanıq şoku
yanıq toksemiyası
septikosemiya
rekonvalessensiya (sağalma)
Yanıq səthi – bədənin sahələrinin % hesabı ilə ölçülür; boynun və başın səhəsi – 9%, ayaqlar –
18%, əl – 9%, bədənin ön və arxa səthi müvafiq olaraq – 18% hesab olunur. Yanıqlar bədən
səthinin 30%-ni əhatə etdikdə və ya dərin yanıqlar 10%-ni əhatə etdikdə yanıq şoku baş verir –
uzun müddətli erektil fazası olur, ağrıya dözə bilməyib, özlərini hara gəldi çırpırlar,
oriyentasiyanı itirirlər. A/t az artır, sonra düşür, xarakter əlaməti – çoxlu miqdarda plazmanın
itirilməsi nəticəsində qanın qatılaşmasıdır, sidiyin miqdarı azalır, tünd rəngli olur, qusma və ishal
olur. Müalicəyə vaxtında başlanmazsa xəstə 18 – 24 saata ölür. Şok fazasından sonra kəskin
yanıq intoksikasiyası başlayır – yüksək hərarət, taxikardiya, iştahanın azalması, yaraların gec
sağalması xarakterikdir. Yanıq şokunun ağırlığı yanığın sahəsindən və dərinliyindən
(dərəcəsindən) asılıdır. Sahəsi 20%dən az olan dərin yanıqlarda yüngül (Ⅰ dərəcəli), 20-40%dən
çox olanda ağır (Ⅲ dərəcəli) şok inkişaf edir.
Dostları ilə paylaş: |