rəng alır, içərisi maye ilə dolu suluqlar əmələ gəlir, ödem getdikcə artır, 14-21 ci gün sağlamvə
ölmüş toxumalar arasında sərhəd xətti – demarkasion xətt əmələ gəlir. Ölü toxumaların sərbəst
qopub düşməsi aylarla uzanır.
Ⅰ və Ⅱ dərəcəli donmalar səthi donmalar, Ⅲ və Ⅳ dərəcəli donmalar dərin donmalara aiddir.
Təxirəsalınmaz yardım:
yüngül donmada zərərçəkmiş şəxs isti binaya gətirilir, əynindəki yaş paltarlar çıxarılır və
o, isti yorğana (paltara) bükülür, içməyə isti çay, qəhvə verilir (ən yaxşısı isə vannanı
iləq su ilə doldurub, həmən şəxsi vannaya salaraq, tədricən suyun hərarətini 36
o
C-dək
çatdırmaqla isti vanna qəbuludur)
ürək fəaliyyəti və tənəffüsün dayanması hallarında ürək- ağ ciyər reanimasiyası aparılır
xəstəyə ürək-damar dərmanları, analeptiklər yeridilir (1,0 ml 0,05%li strofantin, 2,0ml
kordiamin, 2,0ml sulfokamfokain, 5ml 0,5%li bemeqrid və s.)
orta ağırlıqlı və ağır ümumi donmalar zamanı xəstənin ürək, qara ciyər nahiyələrinə və iri
damarların üzərinə isitqac qoyulur, venadaxilinə bir qədər qızdırılmış 40-60ml 40%li
qlukoza, 10ml 10%li kalsium-xlorid, 200-300 ml 5%li natrium-bikarbonat və ürək-damar
dərmanları vurulur
qıcolmalar olarsa 10ml 20%li natrium oksibutirat yeridilir
xəstə isti paltarlara bükülərək stasionara göndərilir
Dostları ilə paylaş: