229. 1 qreydən (Qr) az şualanma zamanı tranzitor leyko-limfo-trombositopeniya və yaxud astenizasiyanın monosindrom şəklində rast gəlinməsi hansı patoloji hal üçün xarakterikdir? A) şüa xəstəliyinin uzaq fəsadları
B) şüa reaksiyası
C) kəskin şüa xəstəliyi
D) şüa xəstəliyinin ağırlaşmaları
E) xroniki şüa xəstəliyi
230. Yaralılarda rast gəlinən ağciyər-plevra patologiyalarından səs titrəməsinin qeyd edilməməsi aşağıda göstərilən hansı xəstəlik üçün xarakterikdir? A) aspirasion pnevmoniya
B) krupoz pnevmoniya
C) toksiko-septik pnevmoniya
D) eksudativ plevrit
E) atelektaz
231. Hemopnevmotoraks üçün aşağıda göstərilənlərdən hansı xarakterik deyil? A) taxipnoye
B) səs titrəməsinin zəifləməsi
C) kəskin sianoz
D) döş qəfəsinin tənəffüs aktında simmetrik iştirak etməsi
E) boyun venalarının şişkinliyi
232. Yaralılarda inkişaf edən ürək-damar patologiyalarından endokardit nəticə-sində