12. 22 yaşlı tələbə oğlanda uşaqlıq vaxtından döş sümüyünün sol kənarı boyunca sistolik küy eşidilir. AT 150\100mm c.s.-dur. Döş qəfəsinin rentgenoqramması: sol mədəciyin böyüməsi və hər iki tərəfdə 5-7-ci qabırğaların aşağı kənarlarının nahamar dişcikli olması. Ayaqlarda pulsasiyanın azalması. Diaqnoz: A) aorta ağzının stenozu
B) mədəciklərarasə çəpərin defekti
C) qulaqcıqlararası çəpərin defekti
D) aortanın koarktasiyası
E) açıq arterial axacaq
13. Miokarditin klinik təzahürlərinə aid edilmir: A) ürək ritminin pozulması
B) ürək catışmazlığı əlamətləri
C) arterial hipertenziya
D) kardialgiya
E) intoksikasiya əlamətləri
14. Vorobyov-Pottencer simptomu xarakterikdir: A) eksudativ plevrit üçün
B) quru apikal plevrit üçün
C) kəskin pnevmaniya üçün
D) bronxoektaziya üçün
E) bronxial astma üçün
15. Xroniki ağciyər ürəyi üçün xarakterikdir: A) aorta üzərində ikinci tonun aksenti
B) ağciyər arteriyası üzərində ikinci tonun aksenti
C) mitral qapaq üzərində kobud sistolik küy
D) birinci tonun güclənməsi
E) aorta üzərində diastolik küy