yasma müraciət edilərkən təqsirə görə ümumi hakimiyyətin məsuliyyəti
həcmini müəyyənləşdirmək üçün aydınlaşdırmağa çalışırlar ki, həmin
məsuliyyət zərəri doğuran təqsirlə və yaxud vəziyyətlə həm də zaman və
məkan etibarilə son dərəcə sıx bağlı olsun.
Qarşılıqlı səbəb əlaqəsi anlayışı nəzarət altında yenidən tərbiyə
müəssisəsində yerləşdirilmiş, rejimdə saxlanan gənc cinayətkarlarla
əlaqədar artıq xatırladılmış, məhkəmə praktikasından götürülmüş misalda
əyani şəkildə nəzərə çarpırdı. Əgər həmin cinayətkarlardan biri qaçarsa,
vətəndaşlara və yaxud onların əmlakına zərər vurmaq təhlükəsi yaradarsa,
belə hallarda isə məsuliyyət dövlətin üzərinə qoyulur.
Səhih zərərdə, vurulmuş zərər səhih olmalıdır. Lakin o, gələcəkdə
də meydana gələ bilər. Zərər potensial formada, misal üçün, zərərçəkən
gələcəkdə əldə edəcəyinə ümid bəslədiyi sabit gəliri itirdiyini bil-
dirməməsinə baxmayaraq, həmin zərər ödənilə bilər. Məsələn, namizəd
qanunsuz qərara görə müsabiqədə iştirak etmək imkanından məhrum
edilmişdirsə, müsabiqədən müvəffəqiyyətlə keçməsi şansları olduğu
təqdirdə ona cərimə ödəniləcəkdir; əgər həmin şanslar son dərəcə
ümidsizdirsə, onda zərər eventual (əlverişli şəraitdə mümkün olan) hesab
ediləcək və cərimə ödənilməyəcəkdir.
Pul ilə qiymətləndirilə bilən zərər pul ilə qiymətləndirilməlidir.
Bu ideyadan belə bir nəticə çıxarmaq olar ki, cərimə yalnız maddi zərər
üçün ödənilməlidir.
Lakin indi ümumi məhkəmələr kimi inzibati məhkəmələrdə də,
qeyri-qanuni intizam tənbehi ilə ad-sana, nüfuza qəsd şəklində mənəvi
zərər, yaxud zərərçəkənin yaşı və cinsi nəzərə alınmaqla üz yarası
şəklində estetik zərər vurulmasına görə cərimə ödənilməsi təcrübəsindən
çox geniş istifadə edilir. Bu praktika həyat şəraitinin qəflətən pisləşməsi
adlandırılan
halda da tətbiq olunur; bu, çox yayğm anlayışdır,
lakin misal
üçün, atalarını itirmiş uşaqları düşünəndə həmin anlayışın mənası asanca
aydınlaşır. Belə itki onlar üçün nəinki təkcə gəlir mənbəyinin
itirilməsinə
maddi problemlər yaradacaq, həm də mənəvi zərər olacaqdır ki, bu isə ailə
üçün atanı - adətən, pul ilə qiymətləndirilə bilməyən, lakin «həyat
şəraitinin qəflətən pisləşməsi» kimi dumanlı yayğın ifadədə əksini tapan
hər şeyin itirilməsi deməkdir.
Nəhayət, Dövlət Şurası artıq bir çox illərdən bəridir ki, öz
praktikasım mülki məhkəmələrin praktikasına uyğunlaşdırmaqla, yaxın
qohumun itirilməsi nəticəsində yaranan mənəvi iztiraba görə cərimə
ödənilməsi təcrübəsindən istifadə edir. Hazırda Dövlət Şurasının
müəyyənləşdirdiyi qayda üzrə, subay kişilərə və dul qadınlara, yetim
qalmış uşaqlara cüzi, daha çox rəmzi ödənc - 5-10 min frank verilir,
nənələrə və babalara bundan da az çatır.
189
müəyyənləşdirilən məbləğdə cərimə almalıdır. Əgər cərimə renta
şəklində verilərsə, pul vahidinin sonradan qiymətdən düşməsini ödəmək
üçün indeksləşdirilməlidir.^-'*
Maddi zərərə gəlincə, qərara alınmışdır ki, onun dəyərinin
təminatı qərarın qəbul edildiyi gün üçün deyil, cərimənin ödənilməsinə
başlandığı gündən müəyyənləşdirilsin. Əgər cərimənin ödənilməsi
hüququ, maliyyə və yaxud maddi səbəblərə görə gecikdirilirsə, zərər
vurulan günlə cərimənin ödənildiyi gün, daha dəqiq cərimə ödənilməsi
mümkün olan gün arasındakı dövrdə qiymətlərin artması mütləq nəzərə
alınmalıdır.
Cərimə ödənilməsi tələbli məhkəmə iddialarına aid üç məsələ
praktik cəhətdən mühüm məsələlərdir.
Kreditorun müəyyən edilməsi. Cərimə, adətən, zərərçəkənə
ödənilməlidir, lakin nəzəri cəhətdən güman edilən cavabdehin arxasında
sığorta şirkətinin simasında real cavabdeh dura bilər, çünki o, artıq
zərərçəkənə zərər üçün əvəz ödəmişdir.
Bundan başqa, məhkəmə prosesində cavabdehlərin digər kate-
qoriyası-həm xüsusi, həm də inzibati hüquqda çox mühüm rol oynayan
sosial sığorta kassaları da meydana çıxmışdır.
Həqiqətən də söhbət bədən xəsarətlərindən getdikdə
(məhkəmələrdə belə işlərə çox tez-tez baxılır) zərərçəkənlərin
əksəriyyətinin sığortalanmış olduğu məlum olur; bu zaman onların ya
müalicə və dərmanlar üçün çəkilən xərclərinin natural ifadədə əvəzi
şəklində, ya əmək qabiliyyətinin itirilməsi və yaxud azalması zamanı
ödənilən renta şəklində, ya da ailə başçısı öldüyü təqdirdə dul qadına və
uşaqlara pensiyalar şəklində sosial sığorta müavinətlərindən istifadə
edirlər.
Qanunla müəyyənləşdirilmişdir ki, sosial sığorta kassası həmin
məbləğlərin ödənilməsi hesabına «təqsirli üçüncü şəxs»dən - inzibati
hüquqda ümumi kollektivdən vəsait tələb edə bilər. Lakin qanun
həmçinin müəyyən etmişdir ki, məsuliyyət daşıyan üçüncü şəxs cəriməni
iki dəfə - bir dəfə zərərçəkənə, ikinci dəfə isə kassaya ödəməməlidir.
Deməli, əvvəlcə zərərçəkənə dəymiş zərər üçün ödəniləsi cərimənin
ümumi məbləği müəyyənləşdirilməlidir, sonra kassa həmin məbləğdən
əvvəlcə özü ödədiyi məbləği tutur. Bu ödənclər çox zaman bərabər, bəzən
isə cərimənin ümumi miqdarından çox olur, nəticə etibarilə zərərçəkən
ödənilməsi məhkəmə qərarına
əsasən dövlət idarəetmə
Dostları ilə paylaş: