- fəsadlaşmamış çıxıq - oynaqda yalnız çıxıq olur –
fəsadlaşmış çıxıq - çıxıqla birgə digər zədələnmələr də müşahidə
olunur.
6. Oynaq başının yerdəyişməsinə görə.
- ön çıxıq
- arxa çıxıq
- yan çıxıq
- mərkəzi çıxıq və s.
Çıxıqların 80-90 %-ni travmatik çıxıqlar təşkil edir. Çıxıqlar zamanı
müəyyən dərəcədə oynağın kapsulası, qoruycu bağ aparatı da zədələnir.
Kapsulanın cırılması, əzilməsi, hemartroz və s. baş verir. Alt çənənin
çıxıgı istisna təşkil edir. Belə ki, oynaq kapsulası genişləndiyindən
cırılmır.
Bəzi insanlarda oynağın kapsulası və bağ aparatının zəifləməsi
nəticəsində adətiçıxıqlar olur. Belə çıxıqa ən çox çənə, bazu və bud
oynaqlarında rastgəlinir. Çox zaman xəstə özü çıxıqı yerinə salır.
Çıxıqlar zamanı obyektiv və subyektiv əlamətlər olur.
- subyektiv əlamətlərə - çıxmış oynaqda olan ağrılar və zədələnmiş
oynaqda hərəkətlərin mümkün olmaması aiddir.
Bir sıra hallarda sinirlərin, damarların çıxmış oynaq başı ilə sıxılması
nəticəsində ətrafın soyuması və keyləşməsi də müşahidə olunur.
Xəstəni müayinə etdikdə bir sıra obyektiv əlamətlər aşkarlanır.
- ətrafın məcburi vəziyyət alması
- ətrafın qeyri normal vəziyyətdə təsbit olunması
- oynaq nahiyyəsində deformasiya
- oynaq başının oynaq çuxurunda əllənməməsi
-oynaq başının yerləşməsindən asılı olaraq ətrafın uzanması yaxud
qısalması - "yaylı hərəkət" simptomu - oynaqda aktiv və passiv
hərəkətlərin olmaması.
Çıxmış oynaqda aktiv və passiv hərəkətlər olmur və belə halda yaylı
hərəkət simptomu aşkarlanır: həkim xəstənin ağrıdan məcbur bükdüyü
çıxmış ətrafını açdıqda, gərilmiş kapsul və bağlar, spastik yığılmış
əzələlər onu öz əvvəlki vəziyyətinə qaytarır. Bu çıxıq üçün əsas
xarakter
vəziyyətdir. Diaqnozun qoyulmasında rentgen şəklinin çəkilməsi önəli
rol oynayır.
Dostları ilə paylaş: