Protezin küvetə basdırılması, polimerizasiyası.
Bazis 14-cü əsrdə yaradılmışdır. Buna qədər süni dişləri ağızdakı dişlərə müxtəlif məftillər
vasitəsi ilə bağlayırdılar.
17-ci əsrin sonlarında bazisi farfordan hazırlamağa başlasalar da bu istiyə davamsızlıgı ilə effekt
vermədi. Sonra onu kauçuk əvəz etdi. Kauçuk da məsaməli olduğu üçün gigiyenik olmadı. Nəhayət
plasmas bazislər yarandı. Ancaq bildiyimiz kimi dadı, hissiyyatı, qan dövranını pozan plastmas bazis
gingivit və ya digər patologiyalara da yol açır.
Hazırda mum bazisini əvəz edən plastmaslar çox geniş formada, yüksək keyfiyyətdə istehsal
edilir. Etakril, Akril, Bakril, Ftoraks, Akronil, Melodent geniş yayılmışdır.
Mum kompozisiyasını sonuncu modelləşdirdikdən sonra, modeli okklüdatordan çıxarırıq. Model
gipsdən doymaq üçün suya qoyulur. Küvetə oturdulur və qarışıq gipsləmə üsulu ilə gipslənir. Bu
üsulda mum əridildikdən sonra küveti açanda bir hissədə süni dişlər, digər hissədə metal karkas qalır
və hazırladığımız plastması süni dişlərin üzərinə qoyuruq. Küveti polimerizasiya sobasına qoyub 45
dəqiqə qaynamağa başlayan suda qaynadırıq. Qaynadıqdan sonra küvetin hissələrini gips bıçağı ilə bir-
birindən ayırıb, küvetin kənarlarına çəkiclə vurub, hazır protezi çıxarırıq.
Dostları ilə paylaş: |