Mum kompozisiyasının küvetə gipslənməsi. Polimerləşdirmə.
Mum kompozisiyasının plastmasla əvəz olunması üçün küvetdən istifadə olunur. Model duru
gips vasitəsi ilə küvetin əsasına bərkidilir. Gips quruduqdan sonra üst hissəsi qoyulur və duru gipslə
doldurulur. Gipsləmənin 3 üsulu var: əks, düz (birbaşa), qarışıq (kombinəedilmiş). Plastmas protez
hazırlanmasında əsasən, əks gipsləmədən istifadə olunur. Model səviyyəsinə qədər gips dişlərin
vestibulyar tərəfindən kəsik aparılır. Klammer qoyulacaq dişlər də kəsilir, model bir neçə dəqiqəliyinə
suya salınır. Gips küvetin yuxarı hissəsinə doldurulur və süni dişətinə qədər modelin əsası gipsə
oturdulur. Gipslənmiş modellə birdə kontur küvet bir neçə dəqiqəliyinə soyuq suya salınır. Sonra
küvetin əsası qoyulur, az-az gipslə doldurulur, qapaq kip bağlanaraq, gipsin artıqları çıxarılır. Gips
bərkidikdən sonra küvet suya salınır, mum əridilib çıxarılır. Küvet açılıb qaynar su ilə yuyulur.
Dostları ilə paylaş: |