Xanalar diapazonu. Excel-də bildiyimiz kimi, ən azından bir cari xana seçilmiĢ olur ki, bu da
aktiv xana adlanır. Diapazon dedikdə düzbucaqlı Ģəkildə seçilmiĢ xanalar qrupu nəzərdə tutulur.
Diapazonun seçilməsi üçün göstərici
kimi olduqda mausun sol düyməsini basılı saxlayaraq lazım
olan hissəyə qədər çəkmək lazımdır (ġəkil 8.5.).
Diapazonun seçilməsinin baĢqa üsulu Shift-i basılı saxlayaraq diapazonun 1-ci və sonuncu
xanasını mausun sol düyməsi ilə seçməkdir. QonĢu olmayan xanaları, sətir və sütunları seçmək üçün
isə Ctrl düyməsi basılı saxlanır. ĠĢçi vərəqdəki bütün xanaları seçmək üçün A sütunundan soldakı, 1-
ci sətrin üstündəki boĢ düyməni vurmaq lazımdır. Bu halda bütün vərəq seçilir (ġəkil 8.6.).
Diapazondakı xanaların sayını tapmaq üçün diapazonu təĢkil edən sətirlərin sayını sütunların
sayına vurmaq lazımdır. Məsələn, B4: D11 diapazonundakı xanaların sayını tapmaq üçün əvvəlcə
sətirlərin sayını tapırıq: (11-4)+1=8, sütunların sayı isə B, C, D. Yəni verilmiĢ diapazonda 8 sətir, 3
sütun vardır. Deməli xanaların sayı 8*3=24 olacaqdır.
Dostları ilə paylaş: |