4.2.Məlumat – arayış sənədləri Protokol. Protokol – sözün hərfi mənası yunancadan götürülüb,
protok- ilk, birinci vərəq, kolos yapışdırmaq mənası daşı-
yır. Məzmunca protokollar sadə və mürəkkəb ola bilirlər.
Sadə məzmunlu protokollarda cıxışların sayı və çıxarılan
qərarlar az olur. Mürəkkəb məzmunlu protokollarda isə çı-
xışlar və qərarlar bir neçə dənə olur.
İşgüzar yazışmalar zamanı protokollar müxtəlif
sahələr üzrə tərtib olunur:
- iclas, müşavirə, yığıncaq haqqında protokollar;
- ictimai qaydaların, dövlət qanunlarının pozulması
ilə əlaqədar tərtib olunan protokollar (avtomobil, sanitari-
ya, fövqəladə hallar, vergi müfəttişliyi tərəfindən);
- beynəlxalq səviyyəli tədbirlər-müqavilərin bağ-
lanması, sazişlərin imzalanması zamanı keçirilən yığın-
caqların protokolları.