Alın lenti
Hüseyn Rəstqar
İbrahimlə inqilabdan öncə məhəllədə dostlaşdım,
birlikdə futbol və voleybol oynayırdıq. Müharibə
başlayandan sonra onun qərb cəbhəsinə getdiyini
öyrəndim. 1982-ci martında çəkiliş heyəti ilə birgə Şuşa
ezam olunduq. Qardaş Əli Fəzlinin başçılıq etdiyi
Əlmehdi briqadası Şuşun yaxınlığında Rüfaiyyə adlı bir
bölgəyə göndərilmişdi. Bu briqada novruz günlərində
əməliyyatın növbəti mərhələsini həyata keçirəcəkdi.
Əməliyyat
axşamı
çəkilişə
başladıq.
Gecənin
qaranlığında batalyonlar bir-birinin ardınca yola düşdü.
Öncəki günlərdə düşmənin güclü müqavimətindən xəbəri
olan hər kəs dua edirdi ki, bu istiqamətdə mövqeləri tuta
bilək.
İlk döyüşçülər dua mərasimindən və əzadarlıqdan sonra
yola düşdülər. O axşam heç vaxt yadımdan çıxmaz.
Düşmən mövqeləri ələ keçirilmişdi və bir-birinin ardınca
şad xəbərlər gəlirdi.
Biz döyüşçülərin qəhrəmanlığını lentə köçürmək
məqsədilə səhər açılan kimi əməliyyat yerinə gedəcəkdik.
Hava işıqlananda bir qrup komandirlə yola düşdük.
Kamera və mikrofonlarımız hazır vəziyyətdə idi.
İlk əməliyyat yerinə çatan kimi gözüm yaralı bir
döyüşçüyə sataşdı. Özümdən asılı olmadan işimi buraxıb
onun yanına qaçdım. O, əməliyyatın ilk hücumçularından
idi və qəribə tərzdə yaralanmışdı. Onu yaxşı tanıyırdım,
qədim dostum İbrahim Hadi idi.
Yanında oturub ona salam verdim. Məni tanıdı və
halımı soruşdu. Yaxşı danışa bilmirdi. Bir güllə üzündən
133
girib qəribə tərzdə boynundan çıxmışdı, biri də ayağına
dəymişdi. Güllə boyundan çıxanda adətən onurğanı və ya
şah damarı zədələyir və insanın yaşama ehtimalı az olur.
İbrahim isə sağlam və gümrah idi.
Başına toplaşmış döyüşçü dostlarının hamısı onun
igidliyindən danışırdı. O, həmin gecə düşmən səngərini
təkbaşına məhv edib yolu açmışdı.
Gözüm İbrahimin başına sataşdı. Saçının bir hissəsi
yanmışdı. Saçının arasında bir güllə yolunu görmək
olurdu. Təəccüblə dedim: "Dadaş İbrahim, başına nə
olub?"
Əlini başına çəkdi və güclə ağzını açıb dedi: "Bilirsən
güllə nə üçün başıma girməyə cürət etməyib?!"
– Nə üçün?
Gülümsədi.
– Güllə xəcalət çəkib. Çünki alnıma "Ya Mehdi" lenti
bağlamışdım.
O, əməliyyatın birinci mərhələsində də yaralanmışdı.
Onda ikinci dəfə yaralansa da, geri qayıtmaq istəmirdi.
Tibb işçisi onun yarasını bağladı və əməliyyatın uğurla
bitdiyini söyləyib onu israrla geriyə göndərdi.
İndi fikirləşəndə o anlardan film və foto çəkmədiyimə
görə çox heyfsilənirəm.
|