Ya Fatim
ə
Hüseyn Cahanbəxş və digərləri
Zorxanada idman etdiyimiz, mənim və mənim
kimilərin dini məlumatı az olan dövrdə İbrahim dini
təlimlərlə yaxından tanış idi. O, bütün Əhli-beyti sevirdi,
amma həzrət Zəhraya (ə) xüsusi məhəbbəti vardı.
Seyidlər anasının adı çəkilən kimi deyirdi: "Səlamullahi
ələyha".
Yadımdadır, bir dəfə Fatimiyyə günləri olduğuna görə
zorxananın mürşidi həzrət Zəhraya (ə) dair şeirlər oxudu.
İbrahim jim edə-edə ucadan ağlamağa başladı.
Biz İbrahimin nə üçün belə ağladığını başa düşmürdük.
Bir qədər sonra səsi daha da ucaldı və hıçqırmağa başladı.
İdman bir neçə dəqiqəliyə dayandı və mürşid şeiri dəyişdi.
Zorxanada idman vaxtı bu halda olan bir şəxs, təsəvvür
edin ki, heyətdə həzrət Fatimənin (ə) müsibətini eşidən
vaxt hansı halda olurdu.
Fəthülmübin əməliyyatından, həzrət Zəhraya (ə)
təvəssülün nəticəsi olan çoxlu kəramətləri görəndən sonra
İbrahimin ona məhəbbəti olduqca çoxaldı.
Nəcmiyyə xəstəxanasından buraxılandan sonra onu evə
gətirdik. Dostlarından təxminən səkkiz nəfər orada idik.
Anası və bacıları da evdə idilər.
İbrahim dedi: "Otağın ortasından pərdə çəkin ki,
xanımlar da gələ bilsinlər. Həzrət Zəhra (ə) rövzəsi
oxumaq istəyirəm”.
O, yanıqlı səslə oxuyur və ağlayırdı. Həmin məhdud
çevrədə necə məclis keçdiyini təsəvvür edə bilməzsiniz.
***
144
İbrahim hər dəfə cəbhədən gələndə mənə baş çəkir və
maşınımı alıb məscid uşaqları ilə birgə Behişti-Zəhra (ə)
məzarlığına gedirdi.
Məzuniyyətə gələndə şəhidləri ziyarət etmək onun
daimi proqramı idi. Bir dəfə mən də onlarla getməyə
müvəffəq oldum. Maşının arxasında təxminən on üç nəfər
oturmuşduq.
İbrahimlə birgə yavaş-yavaş gəzirdik. Sanki bütün
şəhidləri tanıyırdı. Gəzə-gəzə bizə şəhidlərdən xatirələr
danışırdı.
Hər sıranı bitirəndə üzüqibləyə dayanıb o sıranın
şəhidləri tərəfindən həzrət Zəhra (ə) haqda qısa bir rövzə
oxuyurdu. Yalnız bir neçə beyt şeir oxusa da, hamını
ağladır, sonra deyirdi: "Savabı bu sıranın şəhidlərinə!"
Heç vaxt özü haqda danışmazdı. Onun danışığında
"mən" sözünə yer yox idi. Son zamanlar isə bir qədər də
azdanışan olmuşdu. Hiss edirdim ki, ruhu başqa yerdədir.
Son aylarda, xüsusən 1982-ci ilin payızında haraya
gedirdiksə, İbrahimdən oxumasını istəyirdilər. O da dərhal
həzrət Zəhranın (ə) fəzilətlərindən oxumağa başlayırdı.
|