Su
Kumeyl kanalından xilas olanların biri
Şəxsi heyətdə qəribə coşqu yarandı. İbrahim uşaqlara
dedi: "İndi ki qalmaq istəyirsiniz, gərək kanalda su,
yemək, patron – nə varsa, bərabər bölək”.
Bir neçə dəqiqə ərzində bütün su qumqumaları
İbrahimin qarşısına düzüldü. Bəzi uşaqlar kanalın içindəki
çökəklərə yığılmış yağış suyunu qapağı ilə qumqumalara
doldurmuşdular. Onlar şor və acı idi.
Bəzi uşaqlar gecələr kanaldan çıxıb şəhidlərin arasında
pusqu qurarkən şəhid yoldaşlarının su qumqumalarını
gətirmişdilər.
Qumqumaların bəzisi də öldürülmüş düşmənlərdən
götürülənlər idi. Ümumilikdə suyun əksəri şor idi və
uşaqlar onunla yalnız yaralıların dodaqlarını isladırdılar.
Suyu bölmə zamanı gəldi. Qumqumalar az, susuzlar isə
çox idi.
Ağa İbrahimin işi çox çətinləşmişdi. Susuz əsirlər də
həsrətlə bizə baxırdılar.
İbrahim isə hətta əsirləri də saydı, sonra qumqumalara
baxdı. Mürəkkəb riyazi hesablamalara ehtiyac yox idi. Su
o qədər az idi ki, bölmək mümkün deyildi.
İbrahimdə pəhləvan ruhiyyəsi vardı. O, düşmən
əsirlərinin hər birinə bir qumquma verdi. Uşaqların biri
etiraz edəndə dedi: "Onlar indi bizim qonaqlarımızdır.
Bizim adətimizdir, ən yaxşısını qonağımıza verərik.
Dünya igidlərinin mövlası öz qatili olan əsiri özündən önə
keçirirdi. Necə ola bilər ki, Əlidən dəm vuraq, amma onun
yolu ilə getməyək?!"
163
Daha heç kim bir söz demədi. Çünki onlar da fədakarlıq
dərsini məsum imamların məktəbindən öyrənmişdilər.
Sonra İbrahim hər üç yaralıya bir, hər altı sağlam
döyüşçüyə də bir qumquma verdi. Uşaqlar o qədər fədakar
idilər ki, gündüzün istisinə, çoxlu susuzluğa və yorğunluğa
rəğmən, bəzi sağlam döyüşçülər öz su paylarını yaralılara
verirdilər.
Bir qədər konserv də toplandı; hər səkkiz yaralıya biri
çatdı, digərlərinə isə heç nə.
Üz-başı toz içində olan uşaqlar qurumuş dodaqlarla
məzlumcasına düşmənlə vuruşur, zərrə qədər qorxu və
vahiməni də yaxın buraxmırdılar. Kumeyl döyüşçüləri
bütün vücudları ilə müqavimət göstərirdilər, amma
yorğunluq və yuxusuzluq onları əldən salmışdı. Düşmənin
atəşi də aman vermirdi.
Düşmən Mahur təpələrinin üstündən kanala gedən
yolları güclü atəşə tutur və kömək yollarını bağlayırdı.
Hava qaraldı. İbrahim şam azanını daha ürəkaçan səslə
verdi. Seyyidüş-şühədanın Aşura dostları da başqa bir
mənəviyyatla namaz qıldılar.
Uşaqların sayı az olsa və uyğun şəraitdə olmasalar da,
düşmənə hücum etmək istəyirdilər.
Yeganə problem isə silah-sursatın olmaması idi. Bu
onlara əzab verirdi. Yeganə silahımız kalaşnikov avtomatı
və iki RPG minomyotu idi. Onların da patron və mərmiləri
olduqca az idi.
Sursatımız o qədər az idi ki, uşaqlar hətta bir neçə
patrondan ötrü torpağı axtarırdılar.
Kanalda bir pulemyot da vardı, amma patronu
olmadığına görə işə yaramırdı.
İlk günlərdə kanalda raket və əl qumbaraları vardı və
uşaqlar onunla düşmənin qarşısını alırdılar. İndi isə bir
164
qədər kalaşnikov patronu və bir neçə minomyot mərmisi
qalmışdı və İbrahim tapşırmışdı ki, onu xüsusi şəraitə
saxlayaq.
İbrahim hələ bədənlərində taqət qalmış uşaqları səslədi.
Gecə qaranlıqda onları kanalın ətrafına göndərdi ki,
şəhidlərin və düşmən cəsədlərinin üzərində silah-sursat, su
və ya hər hansı qida məhsulu varsa, kanala gətirsinlər.
Bəziləri bu yolda canlarını verir və daha kanala qayıda
bilmirdilər.
Fiziki vəziyyətləri daha yaxşı olanlar isə su və silah
gətirməkdən ötrü hətta öz mövqelərimizə doğru çox geri
qayıdırdılar. Onlar asanlıqla öz mövqelərimizə gedə və
daha kanala qayıtmaya bilərdilər, ancaq kanaldakı başqa
bir qüvvə onların əl-ayaqlarını bağlamışdı.
Sədaqət və vəfadarlıq qanlarına elə qarışmışdı ki, çoxlu
əzab-əziyyətdən sonra tapdıqları patronlarla yenidən
kanala qayıdırdılar.
Gecənin qaranlığında cəsədlərin arasına gedənlər
gördükləri üzücü səhnələrdən uzun müddət əziyyət
çəkirdilər. Onlar bir qədər patron və sudan ötrü şəhid
dostlarının üst-başlarını axtarmağa məcbur olurdular.
Bəzən yolda qolları və ya ayaqları kəsilmiş, yalvarıb su
istəyən yaralılar görürdülər. Belə vaxtlarda xəcalət hissi
xora kimi uşaqların canına düşüb onları yavaş-yavaş
əridirdi.
Fəkkənin qış gecələri çox soyuq olurdu. Səhranın soyuq
küləyi hamını incidirdi. Yaralılar isə parça-parça olmuş
bədənləri ilə daha çox əzab çəkirdilər. Döyüşçülər
mümkün yollarla onları soyuqdan qorumağa çalışırdılar.
Bəziləri öz paltarlarını yaralılara geyindirirdilər. Hava o
qədər soyuq olurdu ki, uşaqların təklifi ilə kanalın içində
165
qəbirlər qazıb yaralıları oraya uzatdılar, bədənlərini
boğaza qədər torpaqla örtdülər ki, qızışsınlar.
Yaralılar boğaza qədər çalada idilər. Çoxlu qan
itirdiklərinə görə daha halları qalmamışdı.
Bəzi yaralılar bu şəkildə soyuqdan qorunub sağ
qaldılar, bəziləri isə həmişəlik şirin yuxuya getdilər. Onlar
bir-bir, yavaşca və səssizcə qanad çalıb özlərini şəhid
dostlarına yetirirdilər.
Qeyri-bərabər döyüş idi. Cəsarət və mərdlik qəddarlıq
və vəhşiliklə üz-üzə qalmışdı.
Düşmən döyüşçüləri xərəklə öz yaralılarını aparmağa
başlayanda uşaqlar onları asanlıqla vura bilərdilər, amma
mərdlik göstərib yaralılarını geri aparmağa imkan
yaratdılar. Bəəs rejiminin sərxoş snayperlərinin ən yaxşı
əyləncəsi isə yerdəki yarıcan yaralılarımızı vurmaq idi.
Mühasirənin dördüncü gecəsi də yavaş-yavaş uşaqlarla
sağollaşırdı. Bir tərəfdən dostlarının cəsədlərinin qəribliyi
onları bir an da rahat buraxmırdı, digər tərəfdən də
susuzluq amanlarını kəsmişdi.
Fəkkə düzü və onun ikinci kanalı həmin gecələrdə baş
vermiş hadisələrin xırdalıqlarını da diqqətlə yadda
saxlayırdı.
Mən kanalda o insanların yanında, yaralıların arasında
oturmuşdum; hərdən yuxulayır, hərdən oyanırdım.
O vəziyyətdə biz İbrahimə baxıb ürəklənirdik. O bizim
böyüyümüz sayılırdı. Uşaqların biri birtəhər özünü ona
çatdırdı və onunla nisbətən ucadan danışmağa başladı.
Birdən gözlərimin yuxusu qaçdı və onlara baxdım.
- Allaha and olsun, indiyə qədər heç kəs bizi əldən sala
bilməyib; nə düşmən, nə də onun amansız atəşi. İndi isə
susuzluq amanımızı alıb. Bizə bir qədər su çatdırılsa,
düşmənin gününü qara edərik.
166
Nədənsə bir anlığa Kərbəlanı xatırladım - döyüşdən
qayıdan Əli Əkbərin susuzluğunu və İmam Hüseynin
xəcalətini.
İbrahimin
hamıdan
susuz
olduğunu
bilirdim.
Qumqumaları böləndə də özünə heç nə qalmamışdı.
İbrahim başını aşağı salıb xəcalətlə fikrə getdi. Qərara
gəldi ki, nəyin bahasına olursa-olsun, kanaldan çıxıb
uşaqların susuzluğuna bir əncam çəksin.
Gecənin yarısı kanaldan getdi. Utandığından daha heç
kimlə danışmadı.
Sübh
açılmışdı, hava
yavaş-yavaş işıqlanırdı.
İbrahimdən nigaran idim.
Hamı narahat idi. Hamımız ona güvənirdik. Birdən
kanalın yuxarısından bir nəfər özünü içəri atdı. Hamı
sevindi. İbrahim su ilə dolu bir neçə qumquma gətirmişdi.
Bütün döyüşçülər və yaralılar sevindilər. İbrahimə dedim:
"Gecikdin, qorxduq".
– Su gətirmək üçün əkiz təpələrin yaxınlığına qədər
getdim. Bizimkilər orada düşmənlə vuruşurdular.
Təəccübləndim.
– Oraya qədər getdin?! Bəs...
İbrahim ayağa qalxıb digər uşaqlara baş çəkməyə getdi.
Əkiz təpələrdə hər gecə atışma vardı. Təpələri gah
bizimkilər tuturdu, gah da düşmənlər. Gecələr İslam
döyüşçüləri hücum edib ələ keçirirdi, gündüzlər isə Bəəs
ordusu geniş əks-hücumla geri alırdı.
İbrahim öz qüvvələrimizin yaxınlığına qədər getmişdi.
O, kanala qayıtmaya bilərdi, amma qayıtdı, özü də bir
neçə qumquma su ilə.
Kim nə bilirdi?! Bəlkə o da mövlası həzrət Əbəlfəzl
kimi uşaqların susuz dodaqlarını xatırlayıb dilinə su
167
vurmamışdı. Uşaqlar onun uca ruhuna həmişə qibtə edir,
onu alqışlayırdılar.
|