3.
Təlim metodlarının növləri
3.1. Passiv
təlim metodu – təlimçinin və dinləyicilərin qarşılıqlı təsir formasıdır
ki, bu zaman təlimçi əsas fəaliyyət göstərən şəxs kimi, dinləyicilər isə təlimçinin
göstərişlərinə tabe olan passiv dinləyici kimi çıxış edir. Təlimçinin passiv məşğələlərdə
əməkdaşlarla əlaqəsi sorğular, sərbəst işlər, testlər və b. vasitələrlə həyata keçirilir.
Dinl
əyicilər bu prosesdə “obyekt” rolunu oynayırlar (dinləyirlər və görürlər).
Passiv təlim metodunun müsbət cəhəti, təlimçinin tədris prosesinə asan
hazırlaşmasından və məhdud zaman çərçivəsində daha çox tədris materialının təqdim
etm
əsinə imkanın yaranmasından ibarətdir. Mühazirə bu metodun ən geniş yayılmış
formasıdır.
3.2. Aktiv
təlim metodu – dinləyicilərin və təlimçinin qarşılıqlı təsir formasıdır ki,
bu zaman onlar məşğələdə bir-birilərinə qarşılıqlı şəkildə təsir göstərir və dinləyicilər bu
zaman passiv deyil, aktiv olaraq təlimçi ilə bərabər hüquqlu şəxslərə çevrilirlər. Dinləyici
bu prosesd
ə “subyekt” rolunu oynayır (sərbəst işləyir).
Aktiv t
əlim metodları zamanı biliyin qrup və cütlərlə iş formasından müntəzəm
şəkildə istifadə etməklə axtarılıb tapılması ön plana çəkilir. Bu cür təlim texnologiyası ilə
t
əşkil olunan dərslərdə əvvəlcə problemə istiqamət verəcək motivasiya yaradılır.
3.3.
Dostları ilə paylaş: |