Firuddin cəFƏrov hasil fəTƏLİyev


Təzə doğmuş qadının qidalanması



Yüklə 4,12 Mb.
Pdf görüntüsü
səhifə136/239
tarix25.12.2016
ölçüsü4,12 Mb.
#3069
1   ...   132   133   134   135   136   137   138   139   ...   239
4.3.2.Təzə doğmuş qadının qidalanması 
Doğuş  zamanı  3500-4000  kkal/gün  enerji  sərf  olunur. 
Doğuşun  birinci  və  ikinci  dövründə  enerji  sərfi  (1  saat  ərzində) 
əsas mübadilə şəraitində xeyli artır. 
Doğuşun  başlanğıcında  və  doğuş  dövrü  ərzində  qadının 
qidalanmasından asılı olaraq hər hansı bir xüsusi hal yaranmayıb-
sa, onda doğuşun normal keçdiyi dövrdə qidanın mütləq qəbuluna 
ehtiyac yoxdur. Bəzi hallarda qida qəbulu ürək bulanması yarada-
raq  doğan  qadının  özünü  pis  hiss  etməsinə  səbəb  ola  bilər. 
İtburnunun həlimi və maya içkisi ilə kifayətlənmək olar ki, bu da 
tonuslaşdırıcı və təravətləndirici təsir göstərir. 
Doğuş prosesi 15-16 saat davam edərsə, doğan qadının qida 
qəbul etməsi vacibdir. Onların rasionu hamiləliyin ikinci dövründə 
məsləhət görülən məhsullardan və qida əlavələrindən ibarət olma-
lıdır. Qida əlavələrinə asan mənimsənilən karbohidratlar, zülallar 
və doğan qadın üçün vacib olan vitamin və mikroelementlər daxil-
dir. Bu maddələr aşağıdakı məhsul dəstlərində olur: alma, ərik və 
gavalı  şirəsi  -200  q,  şor-100  q,  yulaf  sıyığı-100  q,  itburnu 
həlimindən hazırlanan içki-200 q, qida mayaları-25 q və şəkər-50 
qram. 
Doğan  qadının  pəhrizinə  daxil  edilən  məhsullar  və  onların 


317
 
miqdarı  (qramla)  belə  olur:  zülal-130-140;  yağlar-100;  karbo-
hidratlar-500 kalium-6,5; kalsium-2-2,5; eyni zamanda vitaminlər 
(milliqramla) B
2
-6 mq; B
6
-6 mq; PP-45-50 mq; askorbin turşusu 
300 mq  təşkil edir. Rasionun kaloriliyi 3500-4000 kkal  arasında 
dəyişir.  
 

Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin