“Mən fəxr edirəM ki, AzərbAycAnlıyAM!”



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə53/105
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#3173
1   ...   49   50   51   52   53   54   55   56   ...   105
bAyTArlıq

   Elmi-praktik jurnal

42

lıqların  parazitoloji  müayinəsinin  nəticələri 



də suyun bu göstəricilərinə müvafiq olaraq 

xəstəlik  törədicilərini  aşkar  etmişdir.  Hətta 

hər  iki  su  hövzəsində  infeksion  xəstəlik 

olan  məxmərəyin  xroniki  (yaralı)  forması 

qeyd olunmuşdur.

Ümumiyyətlə,  balıqlar  üçün  suda  həll 

olan  oksigen  çox  vacibdir.  Onun  miqdarı 

temperaturdan (temperaturun düşməsilə ok-

sigenin həll olması artır və əksinə), atmos-

fer  təzyiqindən  (təzyiq  artdıqca  oksigenin 

həll  olması  artır)  asılı  olaraq  dəyişir.  Su 

hövzəsinin  oksigen  rejimi  suda  olan  üzvi 

maddələrin miqdarından da asılıdır. Onların 

suda çox olması zamanı çürümə prosesində 

oksidləşməyə (turşumağa) çox oksigen sərf 

olunur  və  balıqların  tənəffüs  etməsi  üçün 

oksigen azlığ edır. Həll olmuş oksigenin ça-

tışmamazlığı  nəticəsində  balıqların  kütləvi 

məhvolması baş verir. Elə bu vəziyyət Qoz-

luq axmazı karp balıqları arasında müşahidə 

edilmişdir. Bu su hövzəsində nəinki həll ol-

muş  oksigen  çatışmır,  hətta  bunun  nəticə-

sində  zoogigiyeniki  şərait  pisləşir,  üzvi 

maddələrin toplanması və saprofit mikroflo-

ranın  artması  baş  verir.  Uzun  müddət  belə 

suda  yaşayan  balıqların  fəallığı  zəifləyir, 

yemdən imtina edir, onlarda xarici mühitin 

mənfi faktorlarına və xəstəlik törədicilərinə 

davamlılıq  aşağı  düşür.  Göstərilən  su 

hövzəsində  həm  də  balıqların  parazitoloji 

müayinəsi nəticəsində ektoparazitlərin törət-

diyi  daktilogiroz,  xilodonellyoz,  kostioz, 

endoparazitlərin törətdiyi kariofillyoz, botri-

osefalyoz, mezoparazitlərin törətdiyi diplos-

tomoz,  postodiplostomoz,  parazit  xərçəng-

kimilərin  törətdiyi  lerneoz,  arqulyoz  və 

pissikolyoz  xəstəlikləri  qeyd  olunmuşdur. 

Deməli,  burada  biohelmintlərin  aralıq 

sahiblərinin inkişafına da təkan verən mün-

bit mühit yaranmışdır.

Balıqların həyatı üçün suda sərbəst kar-

bon  qazının  çox  böyük  əhəmiyyəti  vardır. 

Hətta  suda  həll  olmuş  oksigenin  miqdarı 

normada  olsa  belə,  sərbəst  karbon  qazının 

artması balıqlara mənfi təsir göstərir. Qeyd 

etmək  lazımdır  ki,  balıqlar  üçün  oksigenin 

və  karbon  qazının  miqdarının  normada  ol-

ması  ilə  yanaşı,  həm  də  onların  nisbəti  də 

çox vacibdir. Suda oksigenin miqdarının gün 

ərzində  tərəddüd  etməsi  və  ya  onun  uzun 

müddət  aşağı  düşməsi,  hətta  əhəmiyyətsiz 

dərəcədə sərbəst karbon qazının toplanması 

balıqların ölümünə səbəb olmur, ancaq onları 

boydan  saxlayır.  Həqiqətən  də  bu  qanuna-

uyğunluğu yuxarıda göstərilən su hövzə ləri-

nin  hidrokimyəvi  analizinin  nəticələrindən 

də aydın görmək olur.

Ümumiyyətlə,  sərbəst  karbon  qazının 

normadan  artıq  olması  balıqların  qidalan-

masının  pisləşməsinə  səbəb  olur,  nəticədə 

onların dolğunluğu və xəstəliklərə davamlı-

lığı aşağı düşür.

Balıqçılıq  obyektlərində  fauna  və  flo-

raya,  həmçinin  parazitosenoza  təsir  edən 

maddələrdən  olan  kükürd  qazının  1mqr/l 

konsentrasiyasında  balıqlarda  tənəffüsetmə 

aşağı  düşür  və  oksigen  qəbuletmə  iqtida-

rında  olmurlar.  Tənəffüs  hərəkətləri  öz  rit-

mini  itirir  və  balıq  ölür.  Kükürd  qazının 

toksiki  təsirindən  balıqların  yoluxucu 

xəstəliklərə və mühitin əlverişsiz təsirlərinə 

qarşı rezistentliyi aşağı düşür.

Qozluq  axmazından  və  Aşıq  Bayramlı 

su  anbarından  kimyəvi  tərkibinə  görə 

öyrənilən  su  nümunəsində  tapılan  kükürd 

qazının  izləri  bu  su  hövzələrində  yaşayan 

balıqların parazit və infeksion xəstəlik olan 

məxmərək xəstəlikləri ilə intensiv yoluxma-

sına  öz  təsirini  göstərmişdir.  Balıqların  və 

başqa  su  orqanizmlərinin  həyatında  suyun 

kimyəvi tərkibinin çox böyük rolu vardır.

Suda həll olan duzlar balıqlara bilavasitə 

təsir göstərərək, onun rezistentliyini dəyişir-

lər.  Sümük  toxumasının  formalaşmasında, 

qan  və  əzələ  zülallarının  sintezində  iştirak 

edən fosfor və kalsiumu balıqlar qida ilə ya-

naşı, həm də sudan alırlar. Sudan onlar həm-



43

Elmi-praktik jurnal   




Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin