bAyTArlıq
ler Birliği ” 9 mart 1954-cü ildə yaradılmış-
dır. Bu birlik 6343 saylı müvafiq Qanunla
fəaliyyət göstərir. Birlik ümumtürkiyə sta-
tusuna malik olmaqla mərkəzi idarə heyəti
və regional şöbələrə malikdir. Mütərəqqi
dünya təcrübəsini özündə əks etdirməklə
birliyin nizamnaməsində “ Veteriner hekim
andı ” bölümü yer almışdır (3). On bənddən
ibarət olan bu andda baytar həkiminin peşə
hazırlıq səviyyəsindən tutmuş mülkiyyətçi-
lərin sirrini saxlamağa qədər bütün mər-
hələ lərdə onun borcu və vəzifələrinə toxu-
nulur. Türkiyə Veteriner Hekimler Birligi
ölkədə baytarlığın inkişafında, heyvan
xəstəliklərləri ilə mübarizə aparılmasında,
baytarlıq təhsi linin inkişaf etdirilməsində,
ölkənin baytarlıq xidmətinin dünya baytar-
lıq sisteminə inteqrasiya etdirilməsində və
s. mühüm rol oynayır.
Qeyd edilən misallardan göründüyü
kimi baytarlıq sahəsində ictimai peşə
təşkilatlarının yaradılması üçün ilk növbədə
qanunvericilik bazasını yaratmaq və bu-
nunla yanaşı olaraq mütəxəssislərin yeni
şəraitdə yaşamaq və işləmək vərdişlərini in-
kişaf etdirmək lazımdır.
Azərbaycanda fəaliyyət göstərən bir sıra
ənənəvi peşə təşkilatları vardır ki, bu gün
onların fəaliyyətinin hüquqi tənzimlən məsi
13 iyun 2000-ci ildə qəbul edilmiş “ Qeyri-
Hökumət Təşkilatları (ictimai birliklər və
fondlar) haqqında” Qanunla müəyyən olunur.
Belə qurumlara Yazıçılar Birliyi, Rəssamlar,
Bəstəkarlar, Kinematoqraflar, Teatr Xadim
-
ləri İttifaqları və s. qurumları da aid etmək
olar. Müstəqil Dövlətlər Birliyi (MDB)
ölkələrinin bir neçəsində işəgötürən təşki-
lat lar haqqında qanunlar mövcuddur və bu
qanuna müvafiq olaraq peşələr üzrə işəgötü-
rənlərin təşkilat ları, o cümlədən federasiya-
lar və konfederasiyalar yaradılmışdır. Bu-
nun la belə MDB təcrübəsi o qədər də uğur lu
deyildir. Burada üzvlüyün könüllü xarakter
daşıması, bu təşkilatları özünü idarəedən və
publik hüququn subyektləri olan təşkilat-
lardan daha çox ictimai birlik statusunda
fəaliyyət göstərən təşkilatlara çevirir.
Hazırki şəraitdə özəl baytarlıq xidməti-
nin inkişaf etdirilməsi üçün qanunverici-
lik bazasının yaradılması, özəl baytarlıq
subyektlərinə maddi-texniki köməkliyin
göstərilməsi və s. tədbirlər bu sahənin müa-
sir dünya təcrübəsinə və bir çox beynəlxalq
təşkilatların tələblərinə uyğun tərzdə inkişaf
etdirilməsinə şərait yaradar.
nəticə
1. Azərbaycan Respublikasında bay-
tarlıq xidmətinin müasirləşdirilməsi üçün
özəl baytarlıq xidmətinin inkişaf etdirilməsi
vacibdir və bunun üçün isə ilk növbədə
baytarlıq təyinatlı ictimai-peşə təşkilatları
yaradılmalıdır.
2. İctimai peşə təşkilatlarının yaradıl ması
üçün müasir dünya təcrübəsindən istifadə
etməklə qanunvericilik aktları işlənilməlidir.
Dostları ilə paylaş: |