|
xülASə
Qulubəyov F.M.
kənd TəSərrüfATı HeyvAnlArının liSTeriOzundA rənGli
AnTiGenin diAqnOSTik efekTliyi
Kənd təsərrüfatı heyvanlarında listerioz xəstəliyi ilə mübarizə işində heyvan diri ikən
xəstəliyin diaqnozunun seroloji üsul ilə təyin edilməsinin böyük əhəmiyyəti vardır. Bunu
nəzərə alaraq biz həmin xəstəliyin diaqnozu üçün təklif olunmuş aqqlyutinasiya reaksiyasını
təkmilləşdirərək reaksiyanın qoyulmasında istifadə olunan antigeni işləyib hazırladığımız
xüsusi üsulla boyamaqla rəngli polivalent antigen təklif etmişik.
Təklif etdiyimiz rəngli polivalent antigenin spesifikliyi və həssaslığını müxtəlif infeksion
və invazion xəstəliklərlə təbii xəstə və eksperimental yoluxdurulmuş qaramal, camış və qo-
yunların qan zərdabında yoxladıqdan sonra həmin antigenin diaqnoctik keyfiyyətini
təsərrüfat şəraitində çoxlu sayda heyvanlarda sınaqdan keçirdik və müəyyən etdik ki, rəngli
antigen rənglənməmiş antigenə nisbətən listeriozun diaqnozu üçün daha əlverişli bioloji
preparatdır. Rəngli antigenin insanlarda da listerioz xəstəliyinin diaqnozunda çox qiymətli
preparat olması sübut edilmişdir.
65
Elmi-praktik jurnal
Dostları ilə paylaş: |
|
|