Evlənmə və uzunömürlülük Bəlkə də bir çoxları üçün inanılmaz olan məsələlərdən
biri də statistikanın verdiyi məlumata əsasən evli
insanların ömrünün subay insanların ömründən çox
olmasıdır. Halbuki ilk baxımdan adama elə gəlir ki,
evlilikdə olan bir sıra çətinliklər, o cümlədən ailə
güzaranını təmin etmək məsuliyyəti, övladın tərbiyəsi,
fikir ayrılığı və bu kimi xoşagəlməz işlər ömrün
azalmasına gətirib çıxaracaq. Fərzad Həkim "Uzun
ömürlüyün sirləri" kitabında yazır: "Amerikanın "Park
Deyvis" müəssisəsənin hazırladığı məlumata əsasən,
evlilərin ömrü subayların ömründən daha çoxdur. Belə
ki, evli kişi və qadınlara nisbətən subay kişilərdə ölüm
75%, qadınlarda isə 50% çoxdur.
1966-cı ildə dünya mətbuatlarında yayılmış məlumat
evli kişilərin ömrünün subay kişilərin ömründən çox
olmasını bir daha sübut etdi. Verilən məlumatda bu
fərqin səbəbinin kişilərin təkliyə dözümsüzlüyündən irəli
gəlməsi bildirilir.
1
Müxtəlif araşdırmalar evlənən insanların, ictimai
ruhiyyəli şəxslərin və çoxlu dostu olanların çox
yaşamasını sübut edib.
Koliforniya universitetlərində aparılan tədqiqatlara
əsasən 10 il ərzində 45 yaşından 64 yaşına kimi insanlar
arasında ölənlərin sayı evlilərlə müqayisədə subay
insanlarda iki dəfə çox olub. Bu məsələnin, onların
1
"Uzun ömürlülüyün sirri", səh.134
161
arasında yaranan insanlıq əlaqəsindən irəli gəlməsi
nəzərə çarpır.
1