cənnət vacib olar".
2
Elm və din baxımından gülüşün sağlamlıqda
rolu
Psixoloqlar gülüşlə bədən sağlamlığı arasında yaxın
əlaqə olduğunu bildirərək onun, sağlamlığın ən üstün
dərmanı və cisimlə ruhun təravəti olduğunu qeyd ediblər.
Onlardan bəziləri öz müalicələrini gülüşlə yerinə
yetirərək sağlamlığı ruhun təravətində axtarırlar. Elmi
tədqiqatlar da gülüşün insanın cismində, ruhunda,
emosiyalarında müalicəvi əhəmiyyəti olduğunu göstərir.
Almaniyanın xəbər agentliyinin bildirdiyinə görə:
"Almaniya tədqiqatçılarının apardıqları axtarışlar qəti
1
"Aşiqlər diyarı", c.5, səh.329.
2
"Mübəlliğlərin mövzular üzrə ensiklopediyası", səh.164.
171
surətdə sübut edir ki, gülüş, bütün bədənin istirahətinə,
(həyəcan zamanı çırpınan) ürəyin sakitləşməsinə və qan
təzyiqinin düşməsinə kömək edir. Gülüş eləcə də mədə
şirəsinin ifrazını təhrik edir və stressin səviyyəsində
təsirli rolu olaraq bədənin təhlükəsizlik sistemini
qüvvətləndirir". Bu tədqiqatçılar əlavə edirdlər ki: "Bir az
gülüş zehnin işıqlanmasına, yaradıcı qüvvənin inkişafına
və fərdin iş qabiliyyətinə kömək edə bilər".
Korman Kazniz "Bir xəstəliyin izahı" kitabında qeyd
edir ki, sağlam və təbii həyatı yenidən başlamaq üçün
iflic xəstəliyilə necə mübarizə edib. O, inanır ki, onun
əsas dərmanı gülüş olub.
"Mənfi kitab" əsərinin müəllifi Con Racer deyir:
"Ağrının şiddətindən gözlərinə yuxu getməyən Kuzins
adlı bir şəxs təcrübə yolu ilə bu nəticəyə gəlib ki, bir neçə
dəqiqəlik gülüşlə ağrılarını bir neçə saat sakitləşdirərək
rahat yata bilər. O, bu yolla öz sağlamlığını geri qaytara
bilib. Elə buna görə də deyirlər ki, qadınlarda infarktın az
olmasına səbəb onların çox gülüb çox ağlamasıdır. Insan
gülərkən bütün əzələləri və əsəbləri genişlənərək
sakitləşir. Gülüş üz alın və sair əzələlərin hərəkəti olduğu
üçün bir növ idmandır. Gülüş ağciyərin açılmasına və
nəfəsin dərinləşməsinə səbəb olur. Nəticə etibarı ilə daha
çox hava və oksigen bədənə daxil olur. Bir çox həkimlər
inanırlar ki, gülüş ömrü uzadır. Şadlıq və gülüş
dözülməz xəstəliklərin qarşısını almaqdan əlavə,
böyüməkdə olan xərçəng xəstəliyinin də qarşısını alır.
Rəvayətlərdə gülüşün insan sağlamlığında müsbət
rolundan söz açılır. Burada onlardan birinə işarə edirik:
|