İslam şƏRİƏTİNDƏ sağlamliq və uzunöMÜRLÜLÜk elmi VƏ TİBBİ


sünnəsi  olan  12  xislət  var.  Ağızı  ətirli  edir,  gözü



Yüklə 1,6 Mb.
Pdf görüntüsü
səhifə165/190
tarix25.12.2016
ölçüsü1,6 Mb.
#3198
1   ...   161   162   163   164   165   166   167   168   ...   190
sünnəsi  olan  12  xislət  var.  Ağızı  ətirli  edir,  gözü 
işıqlandırır, Allah taalanın razılığına səbəb olur, dişləri 
ağardır  və  çürüməyin  qarşısını  alır,  diş  ətini  bərkidir, 
yeməklərə  qarşı  iştah  yaradır,  bəlğəmə  son  qoyur, 
yaddaşı gücləndirir, edilən yaxşılıqları 70 dəfə çoxaldır, 
mələkləri sevindirir".
1
  
Başqa  bir  rəvayətdə  buyurulur:  "Dişləri  fırçalamq 
qəm-qüssəni yox edir".  
                                                 
1
 "Mizan əl-Hikmənin müntəxəbi", c.1, səh.520. 


 
175 
 İmam  Rzadan  (ə)  nəql  olunub:  "Fırça  gözü 
nurlandırır və bədən tükünü (saçları) çoxaldar".
1
 
Müasir tibb baxımından dişlərin fırçalanması 
Bütün  bədən  üzvülərinin  bir  birilə  əlaqəsi  olduğu 
üçün dişlərin xəstə, sağlam, güclü və zəif olması bədənin 
iş  mexanizminin  xəstə,  sağlam,  zəif  və  qüvvətli 
olmasında təsirlidir. Təbiidir ki, bu məsələnin özü insanı 
dişlərini  qorumağa  və  onların  sağlamlığına  əhəmiyyət 
verməsinə  vadar  edir.  Çünki,  dişlərin  sağlamlığı 
təxminən bütün bədən üzvülərinin sağlamlığı deməkdir.  
Həkimlər 
deyirlər: 
"Dişlərin 
arasında 
qalmış 
yeməklərin  çirkinlikləri  və  mikrobları  ağızdan  mədəyə 
sirayət  edərək  həzmin  zəifləməsinə,  mədənin  xarab 
olmasına  və  qıcqırmasına  səbəb  olur.  Bu  da  böyrək  və 
ağciyər xəstəliklərinə səbəb olur. Hətta bəzən bu mikrob 
və  çirkinliklər  badamcıq  vəzlərinə,  eləcə  də  buruna  da 
təsir  qoya  bilər.  Belə  ki,  burun  tüklərinin  xəstəliklərinə 
səbəb  olur.  Bundan  əlavə  natəmizlikdən  və  çürümüş 
dişlərdən  əmələ  gəlmiş  diş  xəstəlikləri  qulaq  ağrıları  və 
xəstəliklərinə səbəb olur. Eləcə də bəzi göz xəstəliklərinin 
yaranmasına  da  səbəb  olur.  Çünki  göz  və  qulaq  sinirlər 
vasitəsilə  dişlərə  birləşir.  Bəzi  ağız  xəstəliklərinin 
oynaqlarda  təsir  qoyub  qaraciyərin  ağrılığını  artırdığı 
kimi  tuperkulyoz  və  digər  sayılmış  xəstəliklərin 
müalicəsində  də  həkim  hər  şeydən  əvvəl  xəstənin 
dişlərinə diqqət edir. 
                                                 
1
 "İslamda tibb və həkimlik etikası", səh.211. 


 
176 
Bəzən  dişlərdə  yeməyin  artıqlarından  əmələ  gələn 
"Kotik"  adlı  bir  turşu,  dişlərin  üst  səthinə  təsir  qoyaraq 
onların  kənarını  xarab  edir.  Beləliklə  kələ-kötür  və  xoşa 
gəlməyən  şəklə  salır.  Bu  məsələ,  yemək  qalıqlarının 
dişlərin  arasında  qalmasına  kömək  edir.  Beləliklə  də 
mikroblar yaranır və bir çox ağrılar, narahatlıqlar insana 
üz tutur. Habelə damağ yarasına səbəb olur.
1
 
Tədqiqatçıların  apardıqları  axtarışlar  göstərir  ki,  ağız 
təmizliyilə 
ürək 
xəstəliklərinə 
düçar 
olmaq 
təhlükəsindən uzaq olmaq arasında birbaşa əlaqə var.
2
 

Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
1   ...   161   162   163   164   165   166   167   168   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin