181
lazımdır ki, kişilərin ayaqqabıları heç də qadınların
ayaqqabılarından geri qalmır. Get-gedə də ayaqqabıların
ucu, quşların dimdiklərinə bənzəyir. Sanki, kişilərlə
qadınların geyim tərzini müəyyənləşdirmək "dəbin"
üzərinə qoyulmuşdur. Tərslikdən modelyerlər heç də
insanların sağlamlıqları barəsində düşünmürlər. Beləliklə
bunların zərərini çəkmək, belə geyimlərdən istifadə edən
insanların üzərinə düşür.
Bu cür ayaqqabılardan istifadə edən bəzi insanların
dəlilləri budur: "Bəs necə ola bilər, bu qədər insanlar belə
ayaqqabıları geyinirlər, amma xəstələnmirlər"? Hansı ki,
bu cür insanların özlərindən soruşsanız, çoxlu acı
xatirələr danışa bilərlər. Misal üçün, həmin xatirələrdən
biri belədir: "Burunu dar ayaqqabılar yeni moda
düşmüşdü. Mən də gedib onlardan birini alaraq bütün
günü geyib gəzdim və özümü göstərdim. Sabahsı gün
yenidən ayaqqabımı geymək istəyəndə baş barmağımda
güclü ağrı hiss etdim. İlk önsə çoxda əhəmiyyət
vermədim. Amma gördüm dözə bilmirəm. Ayağıma
baxanda qızardığını gördüm. Ev ayaqqabısıyla həkimə
getməyə məcbur oldum. Həkim, dırnağımın ətin arasına
girdiyini və onu hökmən çıxarmaq lazım olduğunu dedi".
Dostları ilə paylaş: