AIDS-in Simptomları
-Günlər və ya aylar sürən qızdırma, -Gecə tərləməsi, -İştah azalması,
-Uzun müddət davam edən yorğunluq hissi, 10%-dən çox arıqlama, -
Oynaqlarda və əzələlərdə ağrı, səbəbi bilinməyən, uzun müddət
davam edən boğaz ağrısı, -Səbəbi bilinməyən limfatik düyünlərdə
şişmə (limfadenopatiya), -Uzun müddət davam edən ishal (qarın
ağrısı)
44
-Təkrarlayan infeksiyalar
Mənbə:
www.fikrini.de
13.12.07 | İmmun çatışmazlığı və QİÇS–ə qarşı mübarizə
2006–ci ilin sonunda statistik hesabata əsasən dünyada İİV (insan
immune çatışmazlığı virusu) və QİÇS–ə yoluxmuş 40 milyon insan
vardır. İndiyə kimi bu epidemiya (böyük ərazilərdə yayılmış
yoluxucu xəstəlik) 25 milyon insanın həyatına son qoymuşdur.
Hesablamalara görə, daha 6 milyon insan növbəti 1–2 ildə,
müalicəsini vaxtında ala bilməməsindən dünyasını dəyişə bilər.
Azərbaycanda Milli QİÇS Mərkəzinin 1 aprel 2007–ci il tarixli
hesablamalarına görə, xəstələrin sayı 1030 nəfərdir. Lakin qeyri–
rəsmi məlumatlara görə, onların sayı 10 dəfə çoxdur.
QİÇS qazanılmış immun çatışmazlığı sindromudur. Yəni immun
sistemin zəifləməsi ilə gedən xəstəlikdır. Bu xəstəlik inkişaf etdikcə
insanda bir çox fəsadlar baş qaldırır və insan bu xəstəlikdən
zəifləyərək tələf olur.
İmmun çatışmazlığı virusuna yoluxmuş insanlar iki qrupa bölünür.
Birincisi, daşıyıcılardır ki, bu insanlar hər hansı yolla İİV–ə
yoluxmuş olur, lakin onlarda xəstəliyin heç bir əlaməti olmur. Onlar
uzun müddət özlərini sağlam hiss edirlər, oxuyurlar, işləyirlər. İİV–
yə yoluxmuş olduqlarını çox vaxt təsadüfən hər hansı proses üçün
müayinə olunduqda (məsələn, qadınlar hamiləliklə əlaqədar qadın
məsləhətxanalarına getdikdə, xarici səfərə getmək üçün sağlamlıq
arayışı lazım olduqda, donor kimi qan vermək istədikdə və ya
təsadüfi, qoruyucusuz cinsi əlaqədə olduqdan bir müddət sonra və s.
hallarda) öyrənirlər. Əgər bu insanlar sağlam həyat tərzi qaydalarını
gözləsələr, sağlam şəraitdə yaşasalar, onlar uzun müddət sağlam
qalırlar.
İkincisi, QİÇS–lə xəstə olanlar bir müddət İİV ilə yaşadıqdan sonra
belə insanlarda immun sistemi zəifləyir və onlarda müxtəlif
infeksiyalar baş qaldırır. Orqanizm bu infeksiyalarla bacara bilmir,
buna görə də onda xəstəlik toplusu əmələ gəlir. Vərəm, müxtəlif
iltihabi proseslər, göbələk xəstəlikləri və hətta bədxassəli şişlər insanı
getdikcə
əldən
salır
və
tələf
edir.
45
İnsan orqanizmində immun sistemin rolu orqanizmi xarici
ziyanverici amillərdən və daxildə əmələ gələn bədxassəli şiş
hüceyrələrini məlum edərək qorumaqdır. Çox mürəkkəb prosesləri
idarə edən bu sistemin səyi nəticəsində orqanizm xəstəliklərdən
sağalır, yad və zərərli maddələrə qarşı mübarizə aparır, təhlükəyə
vaxtında lazımi reaksiya verir. İmmun sistemi orqanizmin
müdafiəçisidir, ordusudur və bu ordunun əsgərləri immun
hüceyrələridir.
Hər bir virus növünün orqanizmdə sevdiyi toxuma vardır. Məsələn,
hepatit virusları qara ciyəri zədələyir, qrip virusları udlağı və
burunun selikli qişasını, İİV–in isə ən çox sevdiyi toxuma T–
limfositləridir.
Müəyyən edilmişdir ki, İİV insanın bütün maye mühitlərində
tapılır. Amma bunlardan yalnız 5–də onun konsentrasiyası o qədər
çoxdur ki, o, bu mayelər vasitəsilə yoluxa bilər. Bunlara aiddir: qan,
sperma, qadın cinsiyyət üzvünün mayesi, ana südü, yaralarda olan
ifrazat (irin, eksudet və s.) İnsanlar İİV–ə əlsıxmaq, öpüşərkən (ağız
suyu ilə) tərlə və ya göz yaşları ilə, öskürmə və asqırma zamanı,
ümumi qab–qacaqdan və ya yataqdan, hamam və tualetdən istifadə
etdikdə, birgə idmanla məşqul olduqda heyvanlar və ya həşəratlar
vasitəsilə yoluxurlar. Yeniyetmə gənclər ailə həyatına kamillik
dövrünə başlayarkən, cinsi yolla keçən xəstəlilklər, o cümlədən İİV
və QİÇS haqqında məlumatlanmalıdırlar. İşlənmiş iynə, şpris və
digər tibb alətlərindən istifadə edilməməli, manikür alətləri
birdəfəlik olmalıdır. İnsanlar İİV və QİÇS–ə yoluxmuş olduqlarını
bilmək üçün xüsusi testlərdən anonim olaraq keçə bilər. Əgər birinci
dəfədən testin cavabı “müsbət” olubsa, o insanın ən azı 3 ay
yoluxmuş olduğu hesab olunur. Müasir zamanda İİV və QİÇS–ə
qarşı nə peyvənd, nə də müalicə sağaltma üsulu tapılmayıb. Sağlam
həyat tərzi ilə yaşamaq, bədəni möhkəmlətmək infeksiyaya qarşı
davamlı olmağa kömək edir. İİV və QİÇS olan insana düzgün
qidalanma, yatmaq, istirahət etmək və mütəmadi olaraq idmanla
məşğul olmaq məsləhət görülür.
46
QİÇS xəstəliyinin
keçici yollarından
biri
də,
homoseksualizm və zinadır.
Amerikanın C.N.N kanalının, ölkənin səhiyyə
nazirliyinin son araşdırmalarına istinadən bildirdiyinə
görə, Amerikada hər 13 dəqiqədə bir nəfər QİÇS
virusuna yoluxur.
Bu araşdırmalara əsasən, hazırda hər 100 amerikan
kişisi və 800 qadınından biri QİÇS virusunun
daşıyıcısıdır.
Azərbaycan QİÇS-lə Mübarizə Mərkəzindən bildirilir
ki, 1997-ci ildə ölkəmizdə 13 nəfər QİÇS virusuna
yoluxmuşdusa, hal-hazırda 587 nəfər bu xəstəliyə
mübtəla olub. Həmin xəstəliyə tutulanların 80 faizi kişi,
20
faizi
qadındır.
Qanköçürmə
zamanı
virusla
yoluxmanın bu xəstəliyin ölkədə yayılmasının başlıca
səbəbi olduğu da qeyd edilən mərkəzin açıqlamaları
arasındadır.
Bunu tam elə də demək olmaz. QİÇS-in açılışı
Qazanılmış İmmun Çatışmamazlığı Sindromudur. Bu o
deməkdir ki, insan, məhz, bu virusun hesabına bu və ya
digər xəstəliyə qarşı immunitetini (davamlılığını) itirir və
orqanizm o xəstəliklərə qarşı mübarizə aparmağa qadir
olmadığı üçün insan ölür. Demək ki, istənilən halda bu
virus günahkardır.
Dostları ilə paylaş: |