Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
9
kimi müalicə etmənin, xəstəni həyata qaytarmanın mənəvi
xoşbəxtliyini yaşamırlar. Səhiyyə xidmətinin yaxşılaşdırılmasına və
müalicə idarələrində həkimlərin məsuliyyətinin artırılmasına
yönəlmiş dolayısı xidmətimiz, cinayətlərin açılmasında,
cinayətkarların layiqli cəzalandırılmasında hüquq-mühafizə
orqanlarına əvəzsiz köməyimiz əhalinin diqqətindən kənarda qalır.
Unutmaq olmaz ki, meyitlərin müayinəsi mürəkkəbliyinə,
çoxşaxəliyinə və çoxmərhələliyinə görə bütün növ məhkəmə
ekspertizaları arasında birincidir. Bununla yanaşı, əksər hallarda
mərhumun yaxınları meyitin təşrihinə maneçilik törədir,
fikirləşmirlər ki, bu insan həyatına qarşı törədilmiş cinayətin hüquqi
baxımdan hərtərəfli araşdırılıb həqiqətin üzə çıxması üçün vacibdir.
Meyitin təşrihinə etiraz milli mentatiletimizlə izah edilsə də, bu daha
çox hüquq, məhkəmə-tibb elminin və islamın xüsusiyyətlərini
bilməməklə əlaqədardır. Çünki qanuna görə zorakı ölüm və buna
şübhəli hallarda hüquq-mühafizə orqanları ölümün səbəbini,
müddətini və digər bir çox sualların həlli üçün meyitin məhkəmə-
tibbi ekspertizasının keçirilməsi barədə qərar qəbul etməyə
borcludurlar. Meyitlərin müayinəsi zamanı ekspert qarşısında
qoyulmuş sualların həlli ilə bağlı meyitin xarici və daxili
müayinəsinin aparılması üçün şərait yaradılmalıdır. Meyiti müayinə
edən məhkəmə-tibb eksperti isə qanunvericiliyə müvafiq olaraq
hərtərəfli və tam müayinə (azı 3 - kəllə, döş və qarın boşluğu
açılmaqla) aparmalıdır. Bu da ilk növbədə mərhumun xatirəsi
naminə həqiqətin üzə çıxmasında onun qohumlarına lazımdır. Əks
halda, elmi əsaslı məlumatlar və hüquqi cəhətdən əsaslandırılmış
düzgün qərarlar qəbul edilə bilməz.
Meyitin müayinəsini apararkən məhkəmə-tibb eksperti bilməlidir
ki, meyit ekspert üçün yalnız tədqiqat obyekti deyil. Müayinəsi
aparılan insan bir qədər əvvəl sağ olub, onun vəfatı ilə böyük həyəcan
keçirən ailə üzvləri, qohumları və yaxınları var. Müayinə zamanı
çalışmaq lazımdır ki, meyit mümkün qədər az zədələnsin. Mərhumun
xarici görünüşünün son mənzilə yola salmaqdan əvvəl keçirilən
vidalaşma mərasiminin tələb etdiyi qaydaya uyğun olsun. Mərhumun
qohumları və yaxın adamları ilə aparılan söhbətdə ekspert rəhmli və
|