Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
33
- Milli Təhlükəsizlik Nazirliyinin, Vergilər Nazirliyinin, Ədliyyə
Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Gömrük Komitəsinin və
Sərhəd Qoşunlarının müstəntiqləri tərəfindən məhkəmə-tibbi
xidmətin fəaliyyəti ilə birbaşa əlaqəsi olmayan cinayət işləri ilə
əlaqədar ibtidai istintaq aparırlar.
Prokurorluq, Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Gömrük
və Vergi xidmətlərinin müstəntiqləri icraatlarında olan cinayət işləri
ilə əlaqədar qərar qəbul etmək, istənilən prosessual hərəkəti
keçirmək, o cümlədən məhkəmə ekspertizası təyin etmək
(məhkəmənin qərarı və ya prokurorun sanksiyası tələb olunan bəzi
hallar istisna olmaqla, məsələn, ekspertiza olunacaq şəxsin tibbi
stasionara yerləşdirilməsi) hüququna malikdir.
İbtidai araşdırma təhqiqat formasında təhqiqat orqanları
tərəfindən aparılır. Cinayət işləri üzrə təhqiqatı aşağıdakı təhqiqat
orqanları və şəxslər aparırlar (CPM, maddə 214.2):
Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti
orqanlarının təhqiqatçıları - Azərbaycan Respublikasının həmin
müvafiq icra hakimiyyəti orqanları müstəntiqlərinin səlahiyyətlərinə
aid edilmiş cinayət işləri üzrə (CPM, maddə 214.2.1.);
Rəhbərlik etdikləri hərbi hissələrin, hərbi idarələrin, cəzaçəkmə
müəssisələrinin, həbsdə saxlanılma yerlərinin, dəniz gəmilərinin
yerləşdiyi ərazidə (ərazi üzrə) törədilmiş cinayətlərə dair cinayət
işləri üzrə - müvafiq olaraq təhqiqatçı səlahiyyətlərini həyata keçirən
hərbi hissə komandirləri, hərbi idarə rəisləri, cəzaçəkmə
müəssisələrinin və ya həbsdə saxlanılma yerlərinin rəisləri, dəniz
gəmilərinin kapitanları və digər müvəkkil edilmiş şəxslər; əks-
kəşfiyyat fəaliyyətinin təminatını həyata keçirən hərbi hissələrdə,
hərbi idarələrdə təhlükəsizlik orqanlarının səlahiyyətlərinə aid olan
işlər üzrə - müvafiq icra hakimiyyəti orqanlarının təhqiqatçıları;
Cinayət işinin başlanmasından sonra 10 gündən gec olmayaraq
sonrakı araşdırmanın aparılması üçün cinayət işini istintaq orqanına
göndərir (CPM, maddə 214.3.3.);
Cinayət işinin başlanmasından 10 gün keçdikdən sonra müstəntiq
və ya ibtidai araşdırmanı həyata keçirən prokurorun tapşırığı ilə ayrı-
|