Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
39
böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə - cinayət işinin
başlanmasından ən geci 2 ay keçdikdən sonra (CPM, maddə
218.2.1.);
az ağır cinayətlər üzrə - cinayət işinin başlanmasından ən gec 3 ay
keçdikdən sonra (CPM, maddə 218.2.2.);
ağır cinayətlər üzrə - cinayət işinin başlanmasından ən gec 3 ay
keçdikdən sonra (CPM, maddə 218.2.3.);
xüsusilə ağır cinayətlər üzrə - cinayət işinin başlanmasından ən
gec 4 ay keçdikdən sonra (CPM, maddə 218.2.4.).
İbtidai istintaqın müddəti cinayət işinin başlandığı gündən
hesablanır, işin məhkəməyə göndərilməsi və ya icraatına xitam
verilməsi haqqında qərarın çıxarıldığı gün bitir (CPM, maddə 218.3.).
Cinayət işinin mürəkkəbliyi ilə əlaqədar CPM-nin 218.2-ci
maddəsi ilə müəyyən edilmiş ibtidai istintaq müddəti müstəntiqin
əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorun təqdimatı əsasında müvafiq olaraq
Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru,
Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan
Respublikası Baş prokurorunun müavini tərəfindən aşağıdakı
qaydada uzadıla bilər (CPM, maddə 218.6.):
böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə - 2 aydan çox
olmayan müddətə (CPM, maddə 218.6.1.);
az ağır və ağır cinayətlər üzrə - 2 aydan çox olmayan müddətə
(CPM, maddə 218.6.2.);
ağır cinayətlər üzrə - 3 aydan çox olmayan müddətə (CPM, maddə
218.6.3.);
xüsusilə ağır cinayətlər üzrə - 4 aydan çox olmayan müddətə
(CPM, maddə 218.6.4.).
Cinayət işinin xüsusi mürəkkəbliyi ilə əlaqədar CPM-nin 218.6-cı
maddəsinə müvafiq olaraq yuxarı prokuror tərəfindən həmin iş üzrə
ibtidai istintaqın uzadılmış müddəti müstəntiqin əsaslandırılmış
vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən
prokurorun müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi
prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan Muxtar
Respublikasının prokuroru ilə razılaşdırılmış təqdimatı əsasında
|