Maddə 293. İfadə verməyə məcbur etmə
293.1. Prokuror, müstəntiq və ya təhqiqatçı tərəfindən və ya
onların təhriki ilə dindirmə zamanı hədələməklə, şantajla, ləyaqəti
alçaltmaqla və ya sair qanunsuz hərəkətlər tətbiq etməklə şübhə
edilən şəxsi, təqsirləndiriləni, zərərçəkmiş şəxsi, şahidi ifadə
verməyə, habelə eksperti rəy verməyə məcbur etmə
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
293.2. Eyni əməllər işkəncə verməklə törədildikdə
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Dostları ilə paylaş: |