Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə55/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   516
 

Şakir Musayev  

 

50



ekspertizasının icrasında iştirak etmiş hər bir ekspert, ekspert rəyində 

apardığı  tədqiqatları  və onun həcmini, aşkar etdiyi faktları  və hansı 

nəticələrə  gəlməsini göstərir. Kompleks məhkəmə ekspertizasının 

icrasında iştirak etmiş  hər bir ekspert, rəyin ancaq onun tərəfindən 

aparılmış  tədqiqatlar olan hissəni imzalayır və ona görə  məsuliyyət 

daşıyır. 

Kompleks məhkəmə ekspertizasını aparan komissiyanın tərkibinə 

daxil olan və alınmış  nəticələrin qiymətləndirilməsinə  səlahiyyəti 

olan eyni ixtisaslı ekspertlər ümumi nəticə  tərtib edə bilərlər.  Əgər 

ümumi nəticəyə  gəlinməsinə  əsas, bir və bir neçə ekspertin aşkar 

etdiyi faktlar olmuşsa, bu rəydə göstərilməlidir.  Əgər eyni ixtisaslı 

ekspertlər arasında fikir ayrılığı olarsa, onda kompleks ekspertizanın 

nəticələri CPM-nin 265.2 maddəsinə və D.M.E.F.H.Q.-nun 19 və 20-

ci maddələrinə uyğun olaraq tərtib edilir, yəni onların hər biri və ya 

digərləri ilə razılaşmayan ekspert fikir ayrılığına səbəb olmuş suala 

dair ayrıca rəy verir. 

Çoxillik ekspert təcrübəsi göstərir ki, bəzi hallarda istintaq-

məhkəmə orqanları meyitin məhkəmə-tibbi ekspertizasının 

nəticələrini ekspert komissiyasının bir rəydə  tərtib olunmasını  tələb 

edir. Onlar ekspertizanın bir neçə  məhkəmə tibb eksperti tərəfindən 

aparıldığına istinad edirlər. Bu tələb, CPM-nin müvafiq normaları ilə 

formal uyğunlaşsa da, ekspert rəyinin tərtib olunmasında ciddi 

təşkilati çətinliklər yaradır və ekspertizanın icra müddətinin 

uzanmasına səbəb ola bilər. Fikrimizcə, bütün prosessual tələblərə 

əməl etməklə  təcrübədə  qəbul edilmiş, laborator tədqiqatların 

nəticələrinin (tibbi-kriminalistik, məhkəmə-histoloji və s.) ayrı-ayrı 

rəylərdə (tədqiqat aktları ilə deyil) tərtib olunması ilə meyitin 

ekspertizasının icra olunması qaydası daha məqsədəuyğundur. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin