Laborator müayinələr
►
qanın ümumi müayinəsi;
►
qanda və sidikdə qlükozanın təyini;
►
qulaq ifrazatının bakterioloji müayinəsi və mikrobların
dərmanlara həssaslığının təyini;
►
qanın sterilliyinin təyini.
İnstrumental müayinələr
►
Otoskopiya başlıca müayinə üsuludur (C). Bu metodu adi qulaq
qıfı ilə yanaşı otoskop, mikroskop və endoskopun köməkliyi ilə
də aparmaq olar.
►
Eşitmənin müayinəsi danışıq və kamertonlarla (akumetriya) və
audiometrlərin köməkliyi ilə aparılır. Bu zaman alınan nəticələr
eşitmənin səsi nəql etmə aparatının pozulması tipində
zəifləməsini göstərir.
►
Bədxassəli XO zamanı rentgenoloji (KT) müayinə (C).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
|